649
Bir ucu günbəzə bərkidilmiş çoxsaylı troslar
yuxarıdan aşağıya sallanır, onlann ikinci ucu isə
saysız-hesabsız çilçıraqları saxlayır. Çilçıraqlar o qədər
alçaqdır ki, sanki hündürboylu qonaqların başına toxuna
bilər. Əslində, bu da məkanın böyüklüyünün yaratdığı bir
illüziyadır. Çilçıraqla döşəmənin arasında düz üç metr
məsafə var.
Bütün kilsələr kimi Ayasofyanm da ölçüsü iki
məqsədə xidmət edir. Birincisi, bu, insanın Allaha olan
sevgisi naminə hər şey edə biləcəyinə sübutdu. Bir də
möminlər üçün, bir növ, şok terapiyasıdır. Bu cür böyük
məbədə daxil olarkən onlar özlərinin nə dərəcədə kiçik
olduqlarını görsünlər, mənəm- mənəmlikdən uzaq
olsunlar, fiziki mənada Allah qarşısında bir zərrə boyda
olduqlarını dərk etsinlər deyə... Yaradanın əlində bir
atom parçası kimi.
İnsan özünü əksiltməsə, Allah da ondan nə isə düzəldə
bilməz. Martin Lüter bu sözləri XVI əsrdə söyləmişdi.
Amma bu konsepsiya dini memarlıq abidələrinin
yaranmasında əsas qayə olmuşdu.
Lenqdon içəri girəndən bəri yuxarı baxan Brüder və
Sinskeyə tərəf çevrildi.
“Müqəddəs İsa”, - Brüder dedi.
“Hə!” - Mirsat həvəslə cavab verdi. - “Həm də Allahla
downloaded from KitabYurdu.org
650
Məhəmməd!”
Bələdçi Brüderin diqqətini İsanın mozaikası yanında
ərəb əlifbası ilə yazılmış “Allah” və “Məhəmməd”
yazılarına yönəltdi. Lenqdon gülümsədi.
“Bu muzeydən”, - Mirsat izah etməyə başladı, - “biz
göstərməyə çalışırıq ki, iki din necə müxtəlif cür istifadə
edib,
buna
görə
də
həmin
vaxtların xristian
simvolikasınm yanında sonralar məscid kimi istifadə
edilən İslam simvolikası - yerləşdirilib”.
O, fəxrlə gülümsədi. “Həqiqətdə iki din arasındakı
çəkişməyə baxmayaraq, zənnimizcə, simvollar birlikdə
gözəl ahəng təşkil edir. Əminəm ki, bununla siz də
razısız, professor”.
Lenqdon başı ilə təsdiqlədi. Bina məscidə çevrilən
zaman xristian ikonoqrafiyasım əhəngləmişdilər.
Xristian simvollarının bərpadan sonra müsəlman
simvolları ilə yanaşı
görüntüsü olduqca təsirli bir mənzərə yaradırdı. Hərçənd
onlar tamamilə bir-birinin əksi idi.
Xristian ənənəsi Allah və müqəddəslərinin rəsmləri
ilə zəngin olduğu halda, İslam daha çox xəttatlığa
köklənmiş və Allahın hikmət və gözəlliyini geometrik
naxışlarla ifadə etmişdi. İslam təbirincə, Allah həyat
yarada bilən yeganə varlıq olduğundan insanın həyatdan
downloaded from KitabYurdu.org
651
rəsmlər - allahlar, insanlar və hətta heyvanlar yaratmağa
haqqı yoxdur.
Lenqdon bunu bir dəfə tələbələrinə izah etməyə
çalışmışdı: “Məsələn, müsəlman Mikelancelo heç vaxt
Sistine Kapellasınm tavanına Allahın üzünü çəkməzdi.
Əvəzinə Allahın adını yazardı. Allahın simasını əks
etdirmək küfr hesab olunur”.
Lenqdon bunun da səbəbini izah etmişdi.
“Həm xristianlıq, həm də İslam loqosentrik dinlərdir”,
- o, tələbələrinə demişdi, - “yəni hər ikisi Söz üzərində
qurulub. Xristian ənənəsinə görə, Söz Yəhyanın
kitabında cisim şəklində izah edilib: “Və Söz cismi
yaratdı. O da aramızda məskunlaşdı”. Yəni Söz insan
anlamına gəlir. İslama görə isə Söz cisim şəklində
olmadığından elə söz kimi də qalmalıdır.... və İslamın
müqəddəs simalarının adlarının kalliqrafik formada
göstərilməlidir”.
Lenqdonun tələbələrindən biri qarışıq tarixi dəqiq və
maraqlı şəkildə ifadə etmişdi: “Xristianlar simaları,
müsəlmanlar sözləri bəyənirlər”.
“Qarşıda isə”, - Mirsat otaq boyu hərəkət edərək
sözünə davam etdi, - “siz Xristianlıqla İslamın bənzərsiz
vəhdətini görə bilərsiniz”.
O, geniş yanmqübbə üzərində təsvir olunmuş çoxsaylı
downloaded from KitabYurdu.org
652
simvollara işarə etdi. Bakirə Məryəm öz körpəsilə mihrab
- məscidlərdə Məkkənin səmtini göstərən yanmdairəvi
yer - üzərindən aşağı baxırdılar. Yaxınlıqdakı pilləkən
minbərə qalxırdı. Bu xristian xütbələrinin keçirildiyi yeri
xatırladır. Minbərdə imam cümə günlərində bir yerə
toplaşan
müsəlmanlara
xütbə
söyləyir.
Eynilə
yaxınlıqdakı kürsüyəbənzər tikili də xristian xor
səhnəsini xatırladan, lakin müezzin mahfili adlanan
azacıq hündür platforma idi. Müezzin dizini bu kürsüyə
qoyub imamın dualarından sonra dini nəğmələr
oxuyurdu.
“Məscidlər və kafedrallar təəccüb doğuracaq dərəcədə
oxşardır”, - Mirsat dedi.
“Şərq ilə Qərb ənənəsi düşündüyünüz qədər də fərqli
deyil!” “Mirsat?” - Brüder səbirsiz halda dilləndi. -
“Dandolomn məzarını mümkün qədər tez görmək
istəyirik”.
Mirsatın üzündə narazı bir ifadə yarandı. Bu kişinin
dedikləri, onun zənnincə, binaya qarşı hörmətsizlik idi.
“Hə”, - Lenqdon dedi. - “Tələsdirdiyimiz üçün üzr
istəyirik, amma qrafikimiz çox sıxdır”.
“O zaman”, - Mirsat sağdakı hündür eyvana işarə etdi,
- “gəlin yuxan qalxıb məzara baxaq”.
“Yuxan?” - Lenqdon təəccüblə soruşdu.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |