644
kişi idi. “Mənim üçün böyük fəxrdir”.
“Yox, bizim üçün böyük fəxrdir”, - Lenqdon Mirsatm
əlini sıxaraq dedi. - “Qonaqpərvərliyiniz və qısa bir
vaxtda buraya gəlib bizimlə görüşü qəbul etdiyiniz üçün
sizə minnətdarıq”.
“Başqa necə ola bilərdi!”
“Mənim adım Elizabet Sinskeydir”, - Dr. Sinskey
Mirsatm əlini sıxdı və Brüderə işarə ilə davam etdi. - “Bu
isə Kristof Brüderdir. Biz professor Lenqdonm
yoldaşlanyıq. Təyyarəmiz
gecikdiyi üçün üzrlü sayın. Bizə vaxt ayıra bildiyinizə
görə minnətdaram”.
“Nə minnətdarlıq?! Professor Lenqdona görə istənilən
saatda şəxsi tur təşkil edə bilərəm. Onun “Müsəlman
aləmində xristian simvolları” adlı balaca kitabı bizim
muzeyin hədiyyə dükanında ən çox satılan əşyadır”.
Doğrudan? Lenqdon fikirləşdi. İndi dünyada o kitabı
satan yeganə yerin hara olduğunu da bildim.
“Başlayaq?” Mirsat onlan binaya dəvət etdi.
Qrup kiçik açıqlıqla irəliləyərək adi turist keçidini
geridə qoydu və vaxtilə binanın əsas girişi kimi fəaliyyət
göstərən geniş bürünc qapılara tərəf getdi.
İki silahlı gözətçi onları gözləyirdi. Mirsatı görən kimi
qapılardan birinin kilidini açdılar.
downloaded from KitabYurdu.org
645
“Sağ olun”, - Mirsat Lenqdona tanış olan türk
ifadələrindən birini işlətdi. Bu söz “təşəkkürün” ən
nəzakətli formalarından biri idi. Qrup içəri daxil oldu.
Gözətçilər ağır qapılan onlann arxasınca bağladıqda səs
daş binada əks-səda verdi.
Lenqdongil Ayasofyanm narteksində - kilsələrə
məxsus olan, müqəddəslər və kafirlər arasında memarıq
səddi sayılan hissədə dayanmışdılar.
Dini xəndəklər, Lenqdon onları bu cür adlandırırdı.
Qrup digər qapıya yaxınlaşdı, Mirast onu da açdı.
Qapı Lenqdonun gözlədiyi kimi səcdəgaha deyil,
birincidən bir qədər böyük olan ikinci narteksə açıldı.
Esonarteks, Lenqdon Ayasofyanm səcdəgahının xarici
dünyadan iki səviyyədə qorunduğunu az qala unutmuşdu.
Ziyarətçini bir növ qarşıda gözlənilənə hazırlamaq
üçün esonarteks narteksdən daha bəzəkli idi. Divarları
qəşəng şamdanların işığında parlayan zağlı daşdan
tikilmişdi. Qarşıdakı boş hissənin ən uzaq küncündə
üzərində gözəl mozaikası olan dörd qapı var idi. Bu
qapılar Lenqdonun diqqətini dərhal cəlb eləmişdi. Mirsat
ən böyük - sütunlu və bürünc haşiyəli qapıya yaxınlaşdı.
“İmperator darvazaları”, - Mirsat həyəcan dolu tonda
pıçıldadı. - “Bizans dövründə bu qapı yalnız imperator
üçün açılıb bağlanarmış. Turistlər adətən, burdan
downloaded from KitabYurdu.org
646
keçmirlər, lakin bu axşam istisna haldır”.
Mirsat əlini qapıya uzatdı, sonra dayandı. -
“Girməzdən öncə”, - o, pıçıltı ilə davam etdi, - “icazə
verin soruşum, içəridə görmək istədiyiniz xüsusi bir yer
varmı?”
Lenqdon, Sinskey və Brüder bir-birlərinə baxdılar.
“Bəli”, - Lenqdon dedi. - “Görmək istədiyimiz çox yer
var. amma biz Enrico Dandolonun məzarından başlamaq
istəyirik”.
Mirsat dəqiq eşitməyibmiş kimi başını tərpətdi. “Üzr
istəyirəm? Siz dediz ki... Dandolonun məzannı görmək -
istəyirsiniz?”
“Elədir ki var”.
Mirsat çaşqın göründü. “Axı... Dandolonun məzarı
çox sadədir, ser. Heç bir simvol yoxdur. Burda ondan
maraqlıları çoxdur”.
“Bilirəm”, - Lenqdon nəzakətlə cavab verdi. - “Bizi
oraya apara bilsəniz, sizə minnətdar olarıq”.
Mirsat zəndlə Lenqdona baxdı, sonra gözlərini
qapının üzərindəki mozaikaya, Lenqdonun bayaqdan
heyranlıqla baxdığı tərəfə çevirdi. IX əsrə aid mozaikada
Pantokrator (hər şeyi qoruyan) Məsih təsvir olunmuşdu -
sol əlində Əhdi-Cədid
tutmuşdu, sağ əli ilə isə xeyir-dua verirdi. Birdən bələdçi
downloaded from KitabYurdu.org
647
sanki nəyisə başa düşdü, Mirsatın dodaqlan qaçdı.
Barmaqlarını havada yelləyərək dedi: “Ağıllı adamsız!
Çox
ağıllı
adamsız!”
Lenqdon
təəccübləndi:
“Anlamadım?”
“Narahat olmayın, professor”, - Mirsat pıçıltı ilə dedi.
- “Sizin bura səfərinizin əsl səbəbini heç kimə demərəm”.
Sinskey və Brüder təəccüb dolu nəzərlərlə Lenqodona
baxdılar.
Lenqdon çiyinlərini çəkdi. Bu zaman Mirsat onlar
üçün qapını açıb içəri tələsirdi.
88
fəsil
Çoxlarının dünyanın səkkizinci möcüzəsi adlandırdığı bu
yerdə dayanan Lenqdon bu iddianı müzakirə etmək
niyyətində deyildi.
Onlar sütunlu səcdəgahın kandarını keçəndə Lenqdon
bir daha əmin oldu ki, Ayasofyanın mükəmməlliyini dərk
etmək üçün ziyarətçilərə bircə an kifayətdir.
Bu otaq genişliyilə Avropanın ən böyük kilsələrini
belə geridə qoya bilərdi. Lenqdon onun böyüklüyünü
daha da qabardan cəhətin Bizans döşəmə quruluşuna xas
nüans olduğunu bilirdi. Sonralar kilsələrdə dəb halını
alan xaçabənzər formadan fərqli olaraq, bu otağın
mərkəzindəki naos ona dördkünc forma verirdi.
Bu bina Notr-Dam-dan yeddi yüz il böyükdür,
downloaded from KitabYurdu.org
648
Lenqdon - xatırladı.
Otağın ölçüsünü qavramaq üçün bir anlığa ayaq
saxlayan Lenqdonun gözləri yuxan - 45 metrdən çox
hündürlükdə
yerləşən qızılı günbəzə tərəf çevrildi. Mərkəzdən
baxdıqda gün şüasını xatırladan qırx mil dairəvi formada
qırxtağlı pəncərəyə uzanır. Gündüz saatlarında bu
pəncərələrdən
içəri
düşən işıq içəridəki qızılı
kirəmitlərdə
əks olunur - ordan da şüşənin
hissəciklərində əks olunaraq - Ayasofyanı məşhur edən
mistik işığı əmələ gətirir.
Lenqdon bu parlaq auranı tam şəkildə əks etdirən
yeganə bir əsər tanıyır. John Singer Sargent. Heç
təəccüblü deyil ki, amerikalı rəssam Ayasofyanm məşhur
rəsmini yaratmaq üçün palitrasındakı rəng seçimini bir
rəngədək azaltmış və onun müxtəlif çalarlanndan istifadə
etmişdi.
Qızılı.
Parlaq qızılı günbəzi adətən, “cənnətin günbəzi” də
adlandırırlar. O, çoxlu yarımgünbəz və qavalların
yaratdığı dörd böyük tağın üzərində yerləşir. Hətta onları
da özlüyündə daha xırda yanmgünbəzlər və arkalar
qoruyur ki, bu da memarlıq işinin şəlalətək cənnətdən
yerə axması təəssüratını oyadır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |