703
qaçmışdı, Sinskey hələ də onlardan bir xəbər ala
bilməmişdi.
Ümidvaram, Professor Lenqdon salamatdır, o
düşündü.
Agent Brüder üstündən su dama-dama taxtanın
üzərində dayanmışdı, Medusaya baxa-baxa nə edəcəyini
fikirləşirdi.
MHD agenti kimi Brüder makrokosmik səviyyədə
düşünməyə, dərhal mənəvi və ya şəxsi qayğılarını
unudaraq mümkün qədər çox insanı xilas etmək üçün
özünü kökləməyə vərdiş etmişdi. Öz həyatı haqqında bu
saniyəyədək heç vaxt düşünməmişdi. Özümü birbaş
bunun içinə saldım, o fikirləşdi. Başqa əlacı olmadığını
bilirdi.
Amma
yenə
də
bu
riskə
getməyə
dəyib-dəymədiyini
götür-qoy
edirdi.
Biz
sürətli
olmalıydıq.
Brüder beynindən bütün fikirləri qovub B planına
keçmək haqqında fikirləşdi. Çox təəssüf ki, lokallaşdırma
baş tutmayanda B planı dəyişməz qalırdı: radiusu
genişləndirmək. Yoluxucu xəstəliklə mübarizə meşə
yanğını ilə mübarizəyə bənzəyir: bəzən geri çəkilib
döyüşü əhatəyə almalısan ki, savaşdan qalib çıxa biləsən.
Hətta
indinin
özündə
də
Brüder
hələ
də
lokallaşdırmanın mümkünlüyünə inanırdı. Sienna Bruks
downloaded from KitabYurdu.org
704
çox güman ki, torbanı çaxnaşma düşməzdən bir neçə
dəqiqə əvvəl yırtmışdı. Əgər bu, belədirsə, içəridə
yüzlərlə adamın olmasına baxmayaraq, virus
hər kəsdən mümkün qədər aralıda olubmuş. Lenqdon və
Siennadan başqa hər kəs, Brüderin ağlına batdı. Hər ikisi
episentrdə olub, indisə şəhərdə gəzirlər.
Brüderi narahat edən ikinci bir məqam da var idi.
Suyun içində olarkən o, yırtılmış solublon torba
görməmişdi. Brüderə elə gəlirdi ki, Sienna torbanı
yırtmışsa - təpiklə, ya dartaraq, ümumiyyətlə, nə yolla
olursa-olsun - suyun içində zədələnmiş hissəciklər
qalmalı idi. Amma Brüder heç nə tapmamışdı. Torbadan
qalan hər nəydisə, belə təəssürat yaradırdı ki, içindəki
sanki havaya buxarlanıb. Brüder Siennanm torbanı özü
ilə aparacağına inanmırdı.
Onda torba hara yoxa çıxıb?
Brüderi narahat edən o idi ki, bəlkə o, nəyisə bilmir.
Bununla belə, o, lokallaşdırmaya, yeni şəraitdə onun
strategiyasına köklənmişdi. Bu isə bir sualın cavabından
asılı idi.
Virusun yayılma radiusu indi necədir?
Brüder bilirdi ki, bir neçə dəqiqə ərzində cavab bəlli
olacaq. Onun qrupu virusun aşkar edilməsi üçün
episentrdən müxtəlif
downloaded from KitabYurdu.org
705
məsafələrdə taxta keçidlərin üzərində avadanlıqlar
quraşdırmışdı.
Bu qurğular - PZR avadanlıqları - polimer zəncirvarı
reaksiyası adlanıb yoluxucu virus zəminində onu
aşkarlamaq üçün istifadə olunur.
MHD agenti ümidini itirmirdi. Gölməçədəki su axar
olmadığından, üstəlik, üstündən lap az keçdiyindən o,
PZR qurğularının virusu aşkarlayacağım və məhdud
ərazidə yayıldığından onu kimyəvi maddələrlə yerindəcə
məhv edə biləcəklərinə inanırdı.
“Hazırdır?” -texnik meqafon vasitəsilə soruşdu.
Sistemin ayn-ayrı yerlərində dayanan agentlər razılıq
əlaməti olaraq baş barmaqlarını qaldırdılar.
“Nümunələri yoxlayın”, - meqafondan göstəriş gəldi.
Mağara boyunca analitiklər hərəkətə keçib PZR
qurğularını işə saldılar. Qurğuların hər biri operatorun
dayandığı yerlə Zobristin lövhəsi arasında olan aralıqdakı
sudan götürülmüş nümunəni diqqətlə araşdırmağa
başladı.
Hamı yaşıl işıq görmək üçün dua edirdi.
Və birdən başladı..
Brüderə ən yaxın maşınlardan birinin virusaşkarlayıcı
işığı yanıb-sönməyə başladı. Brüderin əzələləri sıxıldı və
dərhal növbəti maşına baxdı. Onun da qırmızı işığı
downloaded from KitabYurdu.org
706
yanıb-sönürdü.
Yox...
Mağaranı təəccüblə dolu pıçıltı bürüdü. Bir-birinin
ardınca sistemin girişinədək yanan qırmızı işıqlara
baxdıqca Brüderi dəhşət bürüyürdü.
Aman, Allahım... o fikirləşdi. Qırmızı işıq dənizi səhv
salınması mümkün olmayan bir mənzərə yaradırdı.
Virusun radiusu çox geniş idi.
Bütün sistern virusla dolu idi.
97
fəsil
Robert Lenqdon bərəlmiş gözlərlə Sienna Bruksa baxır
və son bir neçə anda baş verənləri dərk etməyə çalışırdı.
“Bilirəm ki, mənə nifrət edirsən”, - Sienna içini
çəkə-çəkə dedi. Nəhayət ki, başını qaldırıb Lenqdona
baxdı.
“Nifrət etmək?!” - Lenqdon dedi. - “Sənin kim
olduğunu bilmirəm! Sən mənə hər addımda yalan
danışmısan!”
“Bilirəm”, - Sienna yumşaq tonda dedi. - “Məni
bağışla. Mən düzgün hesab etdiyim kimi hərəkət
eləmişəm”.
“Xəstəliyi yaymaq düzgün hərəkətdir?”
“Yox, Robert, sən başa düşmürsən”.
“Mən çox yaxşı başa düşürəm!” Lenqdon cavab verdi.
downloaded from KitabYurdu.org
707
“Anlayıram ki, sən suya dalıb solublon torbanı yırtdın!
Zobristin virusu nə qədər ki ələ keçməyib yaymaq
istəyirdin!” “Solublon torba?” - Siennanm gözləri çaşqın
halda parladı. - “Nədən danışdığını başa düşə bilmirəm.
Robert, sistemə getməkdə məqsədim Betrandm virusunu
dayandırmaq
idi... oğurlamaq idi, əbədi yox etmək idi ki, Dr. Sinskey
də daxil olmaqla, ÜST-dən heç kim onun tərkibini öyrənə
bilməsin”. Sienna dərindən nəfəs aldı. “Sənin bilmədiyin
o qədər şey var ki, amma daha onlann heç bir əhəmiyyəti
yoxdu. Biz çox gec çatdıq, Robert. Bizim heç bir
şansımız yox idi”.
“Əlbəttə ki, var idi! Virus sabah yayılmalıydı! Zobrist
sabahkı tarixi seçmişdi və əgər sən suya girməsəydin...”
“Robert, virusu mən yaymamışam!” - Sienna qışqırdı.
- “Mən onu tapmaq üçün suya girdim, amma çox gec idi.
Orada heç nə yox idi.
“Sənə inanmıram”, - Lenqdon dedi.
“Bilirəm ki, inanmırsan. Səni qınamıram da”. - O,
əlini cibinə atdı, islanmış broşür çıxardı. - “Amma bəlkə
bu kömək edə”. - O, vərəqi Lenqdona uzatdı. - “Bunu
suya girməzdən qabaq tapmışdım”.
Lenqdon vərəqi götürüb açdı. Yeddi gün davam
edəcək “Dante simfoniyası” konsertinin proqramı idi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |