708
“Tarixlərə nəzər sal”, - Sienna dedi.
Lenqdon tarixlərə baxdı, bir də baxdı və gördüklərinə
təəccübləndi. Nədənsə Lenqdon bu gecəki konsertin
açılış gecəsi olduğunu düşünürdü - insanları virusla dolu
sisternə gətirmək üçün nəzərdə tutulan birhəftəlik
konsert. Lakin proqramda başqa cür yazılmışdı.
“Bu gecə son performans imiş?” - Lenqdon gözünü
kağızdan ayınb soruşdu. - “Orkestr bir həftədir konsert
verirmiş?”
Sienna başını tərpətdi. “Mən də sənin kimi
təəccüblənmişdim”. Yenə gözləri doldu. “Virus yayılıb,
Robert. Artıq bir həftədir”.
“Bu, ola bilməz”, - Lenqdon dedi. - “Həmin gün
sabahdır. Zobrist hətta sabahkı tarix yazılmış lövhə də
hazırlayıb”.
“Hə, mən lövhəni suda gördüm”.
“Onda sabahın seçilmiş tarix olduğundan xəbərin var
imiş”.
Sienna ah çəkdi. “Robert, mən Bertrandı yaxşı
tanıdığımı səndən gizlətmişəm. O, alim idi. Mütləq
nəticəyə nail olmaq istəyirdi. Mən indi başa düşürəm ki,
lövhədəki tarix virusun
yayılma tarixi deyilmiş. Tamam başqa bir şey imiş, onun
məqsədi üçün vacib nəsə”.
downloaded from KitabYurdu.org
709
“Nə ola bilər ki?..”
Siennanm baxışları tutqunlaşdı. “Qlobal hopdurma
tarixidir - riyazi hesablamaya əsaslanan bir gün. Bu
tarixdən sonra virus bütün dünyaya yayılmış olacaqdır...
və buna hamı - yoluxacaqdır”.
Eşitdikləri Lenqdona şillə kimi dəysə də, o, Siennanm
yalan dediyinə ümid edirdi. Onun danışdıqları
başdan-ayağa uydurma idi və Sienna Bruks hər addımda
yalan dediyini artıq təsdiqləmişdi.
“Bir problem var, Sienna”, - o, Siennaya baxdı. -
“Əgər bu virus bütün dünyaya yayılıbsa, bəs niyə
adamlar indiyədək xəstələnməyiblər?”
Sienna onun gözlərinə baxa bilməyib nəzərlərini -
uzaqlaşdırdı.
“Virus bir həftədir havadadırsa”, - Lenqdon təkrar
etdi,
- “niyə adamlar ölmür?”
Sienna asta-asta ona san çevrildi. “Ona görə ki... “ o,
danışsa da, sözlər boğazında düyünlənirdi.
“Bertrand vəba yaratmayıb”. Onun gözləri yenə
doldu. “O, daha təhlükəli bir şey yaradıb”.
98
fəsil
Əleyhqazm oksigeni yaxşı ötürməsinə baxmayaraq,
Elizabet Sinskeyin başı hərlənirdi. Brüderin PZR
downloaded from KitabYurdu.org
710
qurğularının dəhşətli həqiqəti aşkar etməsindən beş
dəqiqə ötmüşdü.
Bizim virus üçün açıq olan pəncərəmiz çoxdan
bağlanıbmış.
Sən demə, solublon torba, təxminən, bir həftə əvvəl
əriyibmiş. Çox güman ki, konsertin açılış gecəsində.
Sinskey də konsertin yeddi gün imiş ki, davam etdiyini
təzəcə öyrənmişdi. Solublondan qalan xırda hissələr
toqqaya yapışdığından əriməyibmiş.
Virus bir həftədir yayılıbmış.
Patogeni təcrid etməyin mümkünsüzlüyünü anlayan
MHD agentləri sistemdə qurduqları laboratoriya
masasında nümunələri gözdən keçirirdilər: təhlil, təsnifat
və yaratdığı təhlükənin dairəsi. Hələ ki PZR qurğulan
yalnız bir məlumatı təsdiqləmişdilər ki, bu da heç kimi
təəccübləndirməmişdi.
Virus hava ilə yayılandır.
Solublon torbanın tərkibi səthə qalxaraq viruslu
hissəcikləri aerozol halında havaya buraxıb. Heç uzun
zaman da lazım gəlməyib, Sinskey bilirdi. Xüsusilə də,
belə qapalı məkanda.
Virus - bakteriya və ya kimyəvi patogenlərdən fərqli
olaraq - adamlar arasında inanılmaz sürətlə yayılır.
Parazit xassəli viruslar orqanizmə daxil olaraq, insanın
downloaded from KitabYurdu.org
711
hüceyrələrinə yapışır. Bu proses adsorbsiya adlanır.
Sonra onlar öz DNK və RNK- larmı həmin hüceyrəyə
yeridir və onu artıma hazırlayırlar. Bundan sonra isə
hüceyrə virusun çoxalması üçün işə başlayır. Kifayət
qədər artım olduqdan sonra virusun yeni hissəcikləri
hüceyrəni öldürür və hüceyrə divan boyu sürətlə artaraq
yenilərini axtarmağa başlayır. Təbii ki, proses təkrarlanır.
Yoluxmuş şəxs nəfəs verib və ya asqırdıca tənəffüs
orqanlan vasitəsilə bədənindən damcılar buraxır ki, bu
damcılar da başqa adam tərəfindən udulanadək havada
qalır və beləcə, proses yenidən başlayır.
Əmsal artımı, Sinskey Zobristin insan artımı ilə bağlı
göstərdiyi qrafikləri yadına salıb fikirləşdi. Zobrist insan
artımının qarşısını virus artımı ilə almağa çalışır.
Lakin ən dəhşətli sual hələ də cavabsız qalmaqda idi:
virus özünü necə göstərəcəkdi?
Başqa sözlə desək: orqanizmə necə hücum edəcəkdi?
Ebola virusu qanın laxtalanma qabiliyyətini azaldır və
nəticədə
qarşısıalınmaz qanaxmaya səbəb olur.
Hantavirus
ciyərlərin
fəaliyyətini
dayandırır.
Onkoviruslar adlanan viruslar xərçənglə nəticələnir. HİV
virusu immun sisteminə nüfuz edərək QİÇS yaradır. HİV
virusu hava ilə yoluxsaydı, dəhşətli bir vəziyyət
yaradardı. Bu, tibb aləmində olan hər kəsə bəlli idi.
downloaded from KitabYurdu.org
712
Yaxşı, bəs lənətəgəlmiş Zobristin virusu neyləyir?
Neyləyəcəyindən asılı olmayaraq, bu, tezliklə özünü
göstərməyəcəkdi... yaxınlıqdakı xəstəxanalara hələ ki
qeyri-adi simptomlarla müraciət edən olmamışdı.
Səbirsizliklə cavab gözləyən Sinskey laboratoriyaya
yaxınlaşdı. Brüder pilləkənin aşağısında dayanıb mobil
telefonda kiminləsə pıçıltı ilə danışırdı.
O, tələsik Brüderə yaxınlaşdı, həmin an Brüder artıq
danışığını yekunlaşdırırdı.
“Yaxşı, aydındır”, - Brüder dedi. Onun simasına
inamsızlıq və dəhşət hakim kəsilmişdi. - “Bir daha
təkrarlayıram: son dərəcə məxfidir. Bu anda başqa
kiminsə bilməyinə qəti ehtiyac yoxdur. Nəsə öyrənə
bilsəniz, mənə zəng vurun. Təşəkkür”. O, danışığı bitirdi.
“Nə baş verir?” - Sinskey soruşdu.
Brüder dərindən nəfəs aldı. “Köhnə bir dostumla
danışdım. XNM-in Atlantada bu sahə üzrə ən peşəkar
kadrıdır”.
Sinskey əsəbiləşdi. “Sən mənim icazəm olmadan
XNM-ə bildiriş vermisən?”
“Məsuliyyəti öz boynuma götürürəm”, - Brüder cavab
verdi. “Ona etibar eləmək olar. Bizə bu məhdud
laboratoriyanın aşkar edə biləcəyindən daha ətraflı
məlumat lazımdır”.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |