229
deyil, ən yaxın gələcəyin ürpədici statistikasını əks
etdirirdi.
Elizabet Sinskey dünyaya uşaq gətirə bilmədiyinə
görə bütün ömrü boyu kədərlənirdi. Amma bu qrafikanı
gördükdən sonra özündə bir yüngüllük, qəribə bir
rahatlıq hiss etmişdi.
“Mən uşağıma belə bir gələcək verəcəkdim?”
“Ötən əlli il ərzində”, - ucaboy kişi dilləndi. “Ana
təbiətə qarşı günahlarımızın göstəricisi dayanmadan
artıb”. O, bir anlıq susdu. “İnsanlığın taleyi məni narahat
edir. ÜST-i bu statistikanı yaydıqdan sonra dünya
siyasətçiləri, banklar və ekoloqlar fövqəladə toplantılar
təşkil etdilər. Onlar bu problemlərdən hansının daha
kəskin olduğunu, hansının həll edilə biləcəyini müzakirə
etməyə çalışdılar. Nəticə?! Onlann hər biri təklikdə
qalanda başlarını əlləri arasına alıb hönkürürdülər.
İctimaiyyəti isə problemlərin üzərində işlədiklərini
inandırmağa çalışırdılar, amma bunun çox çətin
olduğunu dönə-dönə diqqətimizə çatdırırdılar”.
“Bu, həqiqətən də, çox çətindir!”
“Yalandır!”, - kişi coşdu.“Siz çox yaxşı bilirsiniz ki,
bu diaqram ən sadə səbəbi göstərir - dəyişən yeganə
funksiyanı! Diaqramda yüksəlişi göstərən bütün xətlər
yalnız bir səbəbdən asılıdır - hər kəs bunu müzakirəyə
downloaded from KitabYurdu.org
230
çıxarmağa qorxur. Bu, kütləvi artımdır!”
“Düzünü desəm, mənə elə gəlir, bu bir qədər...”
“Bir qədər mürəkkəbdir? Əslində yox! Bundan asan
heç nə ola bilməz. Əgər adambaşına düşən təmiz suyun
miqdarını artırmaq istəyirsinizsə, o zaman yer üzündə
adamların sayını azaltmalısız. Zəhərli qazların
miqdarının azalması üçün sürücüləri ixtisar eləmək
lazımdır. Okeanda balıq ehtiyatının bərpa olmasını
istəyirsinizsə, onunla qidalanan insanlarım sayının az
olması gərəkdir!”
O, qadına nəzər saldı. Səsinin tonu getdikcə
yüksəlirdi.
“Gözlərinizi açın! Bəşəriyyət məhvin astanasmdadır,
amma dünya liderləri hələ də öz iclas zalında oturub
günəş enerjisi, təkrar istehsal və hibrid avtomobillərlə
bağlı araşdırmalar apanrlar. Siz ki savadlı insansız - necə
olur bunu görə bilmirsiniz?! Xəstəlik artımın özüdür. Və
nə qədər ki biz bunu etiraf etmək istəmirik, bizim
cəhdlərimiz sürətlə artan xərçəng şişinin üzərinə plastır
yapışdırmağa bənzəyir”.
“Siz insanları xərçənglə müqayisə edirsiniz?”, -
Elizabet əsəbiləşdi.
“Xərçəng - sağlam hüceyrələrin dayanmadan
bölünməsidir. Deyəsən, mənim fikirlərim sizə qorxulu
downloaded from KitabYurdu.org
231
görünür.
Amma sizə əminliklə deyə bilərəm ki, zamanı gələndə
başqa yol olmadığını özünüz görəcəksiniz. Əgər biz
cəsarətli olub təbdir görməsək...”
“Cəsarətli?!” - qadın bağırdı. “Cəsarətli sizin dilinizə
yaraşmadı. Yaxşı olardı qəddar deyəydiniz!”
“Dr. Sinskey”, - kişi dedi. Bu dəfə çox sakit danışdı.
“Mən məhz sizi - Ümumdünya Səhiyyə Təşkilatının ən
ağıllı nümayəndəsini - mənimlə razılaşacağınıza və bir
yol tapmaqda mənə yardımçı olacağınıza ümid edərək
dəvət etmişəm”.
Elizabet təəccüb dolu nəzərlərlə ona baxdı.
“Siz düşünürsünüz ki, Ümumdünya Səhiyyə Təşkilatı
sizinlə əməkdaşlıq etməyə razı olacaq... bu ideyanıza
ortaq olacaq?”
“Düzünü desəm, hə”, - o cavab verdi. “Sizin
təşkilatınız həkimlərdən ibarətdir və əgər qanqrenli
xəstənin həyatını xilas etmək lazım gəlirsə, həkimləriniz
düşünmədən ayağın kəsilməsinə qərar verirlər. Hərdən
iki ziyandan nisbətən az olanını seçməli olursan”.
“Bu, tamamilə başqa şeydir”.
“Xeyr. Eynidir. Yeganə fərq miqyasmdadır”.
Elizabetə eşitdikləri bəs etmişdi. “Mən təyyarəyə
gecikə bilmərəm”.
downloaded from KitabYurdu.org
232
Ucaboy kişi onun qarşısını almaq üçün irəli addım
atdı.
“Xəbərdarlıq edirəm. Siz əməkdaşlıq etsəniz də,
etməsəniz də, mən bu ideyamı həyata keçirəcəyəm”.
“Mən də sizə xəbərdarlıq edirəm”, - qadın əsəbiləşdi.
“Mən bunu terror cəhdi kimi qəbul edirəm və buna uyğun
da davranacağam”. O, telefonunu cibindən çıxardı.
Kişi gülməyə başladı. “Siz fərziyyə şəklində
danışdığım bu söhbətə görə məndən şikayət edəcəksiniz?
Təəssüf ki, bunun üçün bir qədər gözləməli olacaqsınız.
Bu otaq elektron mühafizə sistemi ilə əhatələnib.
Telefonunuz siqnal qəbul etmir”.
“Mənə siqnal lazım deyil, ay başdanxarab”. Elizabet
telefonunu yuxan qaldırdı və kişi nə baş verdiyini
anlayanadək onun şəklini çəkdi. İşıq onun yaşıl
gözlərində əks olundu və Elizabetə elə gəldi ki, onu
tanıyır.
“Hər kimsinizsə”, - o dedi, “məni bura çağırmaqla
səhv etdiniz. Mən aeroporta çatanadək sizin kimliyinizi
artıq öyrənmiş olacağam və adınız ÜST-nin,
AXNM24-nin və Avropa XNM-nin bioterrorist kimi
izlənmə siyahısında olacaq. Səhər və axşam sizi
nəzarətdə saxlayacağıq. Tədqiqat üçün material almaq
istəsəniz, xəbərimiz olacaq. Laboratoriya qurmağa
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |