209
halda başını yuxan qaldırdı. Baxışlan üzüaşağı sallanan
şiş uclu daşlarda ilişib qaldı.
“Ölmək üçün əla yerdir”.
Buontalenti Grotto adı ilə tanınan mağara - yaradıcısı
memar
Bernardo
Buontalentinin
şərəfinə
belə
adlandırılmışdı - bütövlükdə Florensiyada, şübhəsiz ki,
ən maraqlı yerdir.
Pitti sarayının gənc qonaqlan üçün, bir növ, əyləncə
evi kimi tikilmiş bu üç otaqlı məkan naturalist təxəyyül
və Qot üslubunun qarışığı ilə bəzədilmişdi. Kələ-kötür
daşlar özü- özlüyündə cürbəcür insan fiqurlan
yaradırdılar. Mediçinin zamanında kaha suyun daxili
divarlara doğru axması üçün istifadə olunurdu. Bu,
Toskan əyalətində isti yay günlərində yeri
sərin saxlamaqla yanaşı, həm də əraziyə mağara
görünüşü bəxş edirdi.
Lenqdonla Sienna birinci və ən böyük otaqdakı
mərkəzi fəvvarənin arxasında gizlənmişdilər.
Onlar mayeyəoxşar daşların pəncəsindən qurtulmağa
çalışan çobanlar, əkinçilər, musiqiçilər, heyvanlar və
hətta Mikalancelonun dörd dustağının rəngarəng fiqurları
ilə əhatə olunmuşdular. Səhərin işığı isə tavanın
ortasındakı oyuqdan içəri düşürdü. Bir vaxtlar həmin
oyuqda böyük, yumru və içi su ilə dolu şüşə var idi və
downloaded from KitabYurdu.org
210
şüşənin içində parlaq qırmızı rəngli sazan balığı gün
işığında üzərdi.
Lenqdon Renesans dövrü qonaqlarının kahanın
ətrafında uçan helikopterə - İtaliya Leonardo da
Vinçisinin fantastik arzusu - necə reaksiya verəcəklərini
düşünürdü.
Birdən helikopterin səsi kəsildi. O uzaqlaşmadı...
tamamilə susdu.
Lenqdon təəccüb içində başını fəvvarənin arxasından
çıxardı və helikopterin yerə endiyini gördü.
İndi o, daş döşəmədə hərəkətsiz oturmuşdu və daha
təhlükəli görünürdü. Neştərəbənzər video obyektivin üzü
digər tərəfə - kiçik boz qapıya doğru idi.
Lenqdon özünü çox narahat hiss edirdi. Helikopterin o
biri tərəfindən yüz metr aralıdakı cırtdan və tısbağa
heykəlinin yanında üç silahlı əsgər aşağı düşərək
qaça-qaça üzü kahaya doğru gəlirdilər.
Əsgərlər çiynindən yaşıl medalyon asılmış tanış qara
formada idilər. Ən qabaqdakı əzələli əsgərin ifadəsiz
gözləri Lenqdona qarabasmalannda gördüyü vəba
maskasını - xatırlatdı.
“Mən ölüməm”.
Lenqdon nə onların furqonunu, nə də o sehrli gümüşü
saçlı qadını heç yerdə görə bilmirdi.
downloaded from KitabYurdu.org
211
“Mən həyatam”.
Əsgərlər yaxınlaşdıqca biri pilləkənin aşağısında
dayandı və bu əraziyə yaxınlaşmaq istəyənlərin qarşısını
almaq üçün arxasını çevirdi. Qalan ikisi isə mağaraya
doğru gəlirdi.
Lenqdon və Sienna yenidən hərəkət etməyə
başladılar,
- çox güman ki, aqibətlərini bir qədər də gecikdirmək
üçün
- arxaya doğru daha kiçik, dərin və qaranlıq ikinci
kahaya. Bu kahanın ortasında da heykəl var idi - bu dəfə
bir-birinə yapışmış iki sevgili - Lenqdonla Sienna onun
arxasında - gizləndilər.
Kölgədə gizlənən Lenqdon yenə də başını çıxarıb
əsgərlərə baxdı. Əsgərlərdən biri əyildi, helikopteri əlinə
götürüb yoxlamağa başladı.
“Görəsən, cihaz bizi gördü?” Lenqdon bildiyi cavabın
vahiməsi altında düşündü.
Əzələli və soyuq baxışlı üçüncü əsgər hələ də
Lenqdona san gedirdi. O, mağaranın girişinə kimi
yaxınlaşdı. “İçəri girəcək”. Lenqdon heykəlin arxasına
keçib Siennaya hər şeyin bitdiyini deməyə hazırlaşdığı an
gözlənilməz bir şey baş verdi.
Əsgər içəri girmək əvəzinə sola dönüb gözdən itdi.
downloaded from KitabYurdu.org
212
“O, hara gedir?! Bizim burada olduğumuzu bilmir
ki?”
Bir neçə saniyədən sonra Lenqdon taxtaya çırpılan
yumruq səsi eşitdi.
“Balaca boz qapı”, - Lenqdon fikirləşdi. “Yəqin ki,
qapını haraya açıldığından xəbərdardır”.
Pitti sarayının gözətçisi Ernesto Russo həmişə Avropa
çempionatında futbol oynamaq arzusu ilə yaşayırdı.
Lakin yaşı iyirmi doqquzu haqladığından və artıq çəki
səbəbindən bu arzusuna heç vaxt qovuşmayacağım başa
düşürdü.
Ernesto Pitti sarayının gözətçisi vəzifəsində üç ildi
çalışırdı və bu illər ərzində o, həmin dolab boyda
kabinetdə darıxdırıcı vəzifəsini yerinə yetirməklə məşğul
idi.
Ernesto turistlərin onun ofisinə yaxın balaca boz
qapını döyməsinə alışmışdı. Adətən o, buna fikir
verməzdi. Bu dəfə isə qapını davamlı və bərk döyürdülər.
O bundan narahat olsa da, səsini axıradək artırdığı
televizora baxmaqda davam edirdi. “Fiorentina”
“Yuventus”a qarşı oynayırdı. Qapının səsi kəsilmək
bilmirdi. Nəhayət, turistlərin arxasınca deyinərək
ofisindən çıxıb dar dəhlizlə səs gələn tərəfə getməyə
başladı.
downloaded from KitabYurdu.org
213
O, yarıyolda böyük şəbəkə darvazanın yanında
dayandı. Darvazanın üzərinə müəyyən saatlarda açıq
olduğunu göstərən
qeyd vurulmuşdu. Qıfılı açıb darvazanı dartdı.
Darvazadan keçdikdən sonra təlimata uyğun olaraq,
yenidən qıfılladı. Sonra isə boz taxta qapıya tərəf getdi.
“E chiuso!” O qışqırdı. Digər tərəfdəki adamın
eşitdiyini zənn edirdi. “Non si puö entrare!”
Amma qapı hələ də döyülürdü.
Emesto dişini qıcadı, “nyu-yorklular”, - o, sinirlə
dedi. “İstədiklərini mütləq əldə etməlidirlər”.
Onlann “Red Bul” futbol komandasının uğurlu
oyununun yeganə səbəbi baş məşqçinin avropalı olması
idi.
Qapı hələ də bərkdən döyülürdü. Ernesto əsəbi halda
qapının kilidini açdı və bir neçə santimetr araladı. “E
chiuso!”
Səs, nəhayət ki, kəsildi və Emesto özünün bir əsgərlə
üz- üzə dayandığını gördü. Əsgərin soyuq baxışları
Emestonu geri çəkilməyə vadar etdi. Adam dərhal rəsmi
vəsiqəsini təqdim etdi. Lakin Ernesto vəsiqənin üzərində
qeyd olunan qeyddən heç nə anlamadı.
“Cosa succede?!” Ernesto həyəcanlı halda və təkidlə
soruşdu. Nə baş verib?
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |