196
fasadı bütün ərazini tutubmuş kimi görünürdü. Onların
solundan sağma tərəf uzanırdı. Binanın qabarıq və kobud
kənar daş örtüyü ona səbatlı görünüş verirdi. Bu görkəmi
isə zəhmlə örtülmüş pəncərələr və tağlı keçidlər
tamamlayırdı. Bu cür saraylar, bir qayda olaraq, dikdə
tikilərmiş ki, bağda dayanan insanlar üzüyuxarı
baxsınlar. Lakin Pitti Palace Arno çayı sahilində alçaq
vadidə salınmışdı və Boboli bağlarında dayanan adamlar
sarayı yuxarıdan görə bilirdilər.
Bunun effekti çox güclü idi. Memarların təsvirinə
görə sarayı sanki təbiət özü yaratmışdı... sanki yer
sürüşməsi nəticəsində iri daşlar yamacdan yuvarlanaraq
yerə düşmüş və incə, barrikada formasında üst-üstə
qalanmışdı. Müdafiə üçün zəif olan görkəmi ilə Pitti
Palace hətta bir dəfə Napoleon
Florensiyada olarkən onun əsas güc məntəqəsi kimi
istifadə - olunmuşdu.
“Bax”, - Sienna sarayın ən yaxın qapılarına işarə ilə
dedi. “Yaxşı xəbər”.
Bunu Lenqdon da görmüşdü. Bu qəribə gündə onları
qarşılaya biləcək ən gözəl mənzərə təkcə saray deyildi,
həm də saraydan aşağıya - bağlara axışan turistləri
görmək idi. Sarayın qapılan açıq idi. Bu isə o demək idi
ki, Sienna ilə Lenqdon ora rahatca girib bağlardan çıxa
downloaded from KitabYurdu.org
197
biləcəklər. Lenqdon bilirdi ki, saraydan çıxanda Arno
çayı onların sağında qalacaq, çayın digər tərəfində isə
köhnə şəhərin binaları görünəcək.
Onlar bəndləri keçərkən tullanmalı olurdular. Aşağı
düşəndə təpənin bir tərəfində at nalı formasında yuva
qurmuş Boboli amfiteatrını - tarixdə ilk operanın baş
tutduğu yer - ötüb keçdilər.
Onun arxasında isə II Ramzes obeliskini və onun
əsasında yerləşən bədbəxt “incəsənət” parçasını gördülər.
Məlumat kitabçalarında bunun “Romanın Carcalla
hamamından götürülmüş “nəhəng daş” olduğu göstərilsə
də, Lenqdon həmişə
onu olduğu kimi qəbul edirdi - dünyanın ən geniş
vannası. Həqiqətən, bunu başqa yerə köçürmək lazımdır.
Onlar, nəhayət, sarayın arxasına çatdılar. Addımlarını
yavaşıtdılar. Nəzərə çarpmadan günün ilk turistlərinə
qoşuldular. Əks istiqamətə hərəkət edərək dar tunellə
həyətə çıxdılar. Bu daxili həyətdəki kafedə sarayı
ziyarətə gələnlər səhər espresso qəhvəsini ləzzətlə
qurtumlayırdılar.
Qəhvənin
ətri ətrafa yayılmışdı. Lenqdonun
könlündən hamı kimi oturub qəlyanaltı etmək keçdi. “Bu
gün həmin gün deyil”, - o fikirləşdi. Onlar artıq sarayın
əsas qapılarına aparan geniş keçidlərə daxil olurdular.
downloaded from KitabYurdu.org
198
Qapıya yaxınlaşarkən dalanda yığışan turistlərin
nəyəsə baxdıqlarını gördülər. Lenqdon kütlənin üstündən
çölə tərəf boylandı.
Pittinin əsas girişi çox sərt və xoşagəlməz idi. Səliqə
ilə biçilmiş qazon və landşaft əvəzinə, onu təpənin kənan
boyunca uzanan geniş səki qarşıladı. Via dei
Guicciardiniyə gedən yol daşla döşənmiş xizək yamacına
bənzəyirdi.
Təpənin aşağısına baxdıqda Lenqdon turistlərin nəyə
tamaşa etdiklərini gördü.
Piazza dei Pittinin aşağısına bütün istiqamətlərdən
polis maşınları yaxınlaşırdı. Zabitlər dəstəsi təpə boyu
üzüyuxarı dırmaşırdılar.
Onlar silahlarını qoburdan çıxarır və sarayın qarşısını
- boşaldırdılar.
2 7 fəsil
Polis Pitti sarayına daxil olarkən artıq Lenqdonla Sienna
sürətli addımlarla sarayın içərisinə doğru gedirdilər.
Onlar həyətə girib ləngimədən kafeni keçdilər. Getdikcə
səs-küy artırdı. İnsanlar nə baş verdiyini öyrənməyə can
atırdılar.
Sienna polislərin onları belə tez tapmasına çox
təəccüblənmişdi. Yəqin onlar bizi gördükləri üçün
helikopter gözdən itmişdi.
downloaded from KitabYurdu.org
199
Onlar bağdan aşağı düşüb dar tunelə girmişdilər.
Düşünmədən dəhlizə girib pilləkənlə yuxan dırmaşmağa
başladılar. Pilləkənin başındakı hündür divar həyətə
açılan mənzərənin qarşısını kəsirdi. Lakin getdikcə
divann hündürlüyü azaldı və onlar Boboli bağlannm
geniş ərazisini görə bildilər.
Lenqdon dərhal Siennanın qolundan yapışıb arxaya
çəkdi. Onu Sienna da görmüşdü.
Təxminən, 250 metr aralıda amfiteatrın yuxansındakı
yamacdan polis dəstələri üzüaşağı düşürdülər.
Onlar qarşılarına çıxan turistləri sorğu-sual edir və
bir- birləri ilə əllərindəki aparatla əlaqə qururdular.
Tələyə düşdük!
Sienna Lenqdonu ilk dəfə görəndə onunla bu qədər
çətinlik yaşayacaqlarını heç ağlına gətirə bilməzdi. “Mən
bu dərəcədə arzulamamışdım”. Onlar xəstəxanadan
qaçanda Sienna düşünürdü ki, yalnız hörüklü qadın və
onun silahından canlarını qurtarmalıdırlar. İndi isə onlar
bütün ordu qüvvələrindən, italyan polisindən qaçırdılar.
Artıq anlayırdı ki, onların qurtulmaq şansı sıfıra
bərabərdir.
“Başqa çıxış varmı?” - Sienna təngnəfəs halda və
tələbkar tonla soruşdu.
“Heç inanmıram”, - Lenqdon cavab verdi. “Bu bağ
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |