204
bilmək istəsən, deyərdim ki, burdan götürüb nəhəng
vannaya qoymaq daha yaxşı olardı”.
Lenqdon sağ tərəfə döndü. Qarşılarında aşağı aparan
pilləkən var idi. Sienna indiyədək bunu görməmişdi.
Çıxış?!
Lakin bu ümid qığılcımı çox parlamadı.
Lenqdonun arxasınca aşağı düşdükcə Sienna anladı
ki, divarları getdikcə hündürləşən çıxılmaz bir dalana
girirlər.
Bir az da irəlilədikdən sonra Sienna uzun
səyahətlərinin boşluğa açılan bu mağarada... arxa divarda
açılmış dərin kahada bitəcəyini hiss etdi. Biz buraya niyə
gələk ki?!
Kahanın geniş açılmış ağzının içində xəncər kimi ucu
şiş daşlar var idi. Arxadakı boşluq getdikcə öz geoloji
görünüşünü itirərək üzüaşağı burulan və xırdalanan
daşlardan ibarət idi. Elə bil ki, daşlar əriyirdi.
Və getdikcə onlar Siennanın gözünə yansı yerə
basdırılmış və ya daşın udduğu insanlar formasında
görünürdülər. Bu Siennaya həm də Botiçellinin “Mappa
dell’Inferno”sundan tanış bir mənzərəni xatırladırdı.
Görünür, bütün bunlar Lenqdona da təsir etmirdi. O,
kahanın girişinə doğru qaçırdı. Bir az əvvəl Vatikan
haqqında bir söz demişdi. Amma Sienna müqəddəs
downloaded from KitabYurdu.org
205
məkanın divarları arasında heç bir mağaranın olmadığına
əmin idi.
Onlar kahaya yaxınlaşırdılar, bu dəfə Sienna yuxarıda
burulun saçaqlar - ucu şiş və bulanıq daşlann qarışaraq
əmələ gətirdiyi çıxıntıların udduğu iki dirsəklənmiş qadın
- gördü.
Onlar qalxan, altı top və ya Mediçinin palle deyilən
məşhur xaçı ilə bir-birlərinə sıxılmışdılar.
Lenqdon birdən sola döndü. Girişdən xeyli aralıda
yerləşən, Siennanın gözündən qaçan kiçik boz qapı
mağaradan solda idi. İlk baxışdan nəzərə çarpmayan bu
yeyilmiş taxta qapı dolab və təsərrüfat alətlərinin
saxlandığı otaq qapısına bənzəyirdi.
Lenqdon qapıya tərəf tələsdi, qapının dəstəyi yox idi.
Üzərindəki bürünc açar dəliyi isə yalnız içəridən işlək idi.
“Lənətə gələsən!” Artıq Lenqdonun gözlərindən
narahatlıq oxunurdu. Əvvəlki ümidli baxışları yoxa
çıxmışdı. “Mən ümid edirdim ki...”
Divarlardan qalxan uğultulu və yüksək səs onun
sözünü kəsdi. Sienna səsin saray tərəfdən gəldiyini və
getdikcə onlara yaxınlaşdığını hiss etdi.
Təbii ki, bunu Lenqdon da eşitmişdi. O, vaxt
itirmədən Siennanın qolundan yapışıb mağaraya tərəf
çəkdi. Onlar kahanın xəncərşəkilli çıxıntılarının altına
downloaded from KitabYurdu.org
206
keçib gözdən itdilər.
“Necə də uyğun sonluq”, - Sienna fikirləşdi.
“Bilə-bilə özümüzü cəhənnəmin qapısından içəri saldıq”.
28 fəsil
Vayenta otuz kilometr şərqdə motosikletini saxladı. O,
köhnə şəhərə Ponte alle Graziedən girmiş və Pitti sarayını
köhnə şəhərlə birləşdirən məşhur körpünün ətrafında -
Ponte Vecchio dövrə vurmuşdu. Kaskasım motosikletə
bağladıqdan sonra turistlərə qanşaraq körpüyə girdi.
Çay tərəfdən əsən sərin mart mehi onun hörüklərilə
bir yerdə qısa saçlarını da yellədirdi. Vayenta Lenqdonun
onu tanıdığını xatırladı.
O, körpünün üstündəki piştaxtalardan birinin yanında
dayandı və üzərində “AMO FİRENZE” yazılan beysbol
kepkası aldı.
Altdakı silahı hiss olunmasın deyə gödəkcəsini
hamarladı. O, körpünün mərkəzə yaxın tərəfində
dayandı. Arabir Pitti sarayına tərəf boylanırdı. Burdan
Arno çayını keçib Florensiyaya daxil olan bütün turistləri
görə bilirdi.
“Lenqdon piyadadır”, - öz-özünə dedi. “Əgər o, Porta
Romanadan savayı bir yol tapsa, bu körpü köhnə şəhərə
girmək üçün ən ağlabatan yoldur”.
Özündən qərbdə Pitti sarayı tərəfdən gələn sirena
downloaded from KitabYurdu.org
207
səsini eşidir və bunun yaxşı və ya pisə işarə olduğunu
düşünürdü.
“Görəsən, hələ də onları axtarırlar? Yoxsa artıq
tutublar?” Vayenta nə baş verdiyini anlamaq üçün
diqqətlə ətrafı dinlədiyi an başqa bir səs eşidilməyə
başladı - yuxarıdan güclü vızıltı gəlirdi. O, instinktiv
olaraq başını yuxarı qaldırdı və dərhal səsin gəldiyi
mənbəni aşkarladı - uzaqdan idarə olunan balaca
helikopter. Bu helikopter sarayın üzərində sürətlə havaya
qalxıb ağaclann üstü ilə Boboli bağlarının şimal-şərq
küncünə tərəf hərəkət edirdi.
“Axtarış
helikopteri”,
-
Vayenta
fikirləşdi.
“Havadadırsa, deməli, Brüder hələ də Lenqdonu axtarır”.
Helikopter sürətlə yaxınlaşırdı. O, bağların şimal-şərq
hissəsini - Ponte Vecchionun ətrafını axtanrdı. Bu,
Vayentanı bir az da ürəkləndirdi.
“Lenqdon Brüderin gözündən yayına bilibsə, çox
güman ki, bura doğru hərəkət edir”.
Bu zaman helikopter bomba kimi aşağı düşərək
hündür divarın arxasında gözdən itdi. Vayenta onun
səsini ağac xəttindən - aşağıdan eşidirdi... yəqin ki,
maraqlı nəsə - aşkarlamışdı.
29 fəsil
“AXTAR VƏ TAPACAQSAN”, - Lenqdon ala-toran
downloaded from KitabYurdu.org
208
kahada Sienna ilə gizlənərkən düşünürdü. “Biz çıxış
axtarırkən... çıxılmaza rast gəldik”.
Mağaranın ortasındakı amorfşəkilli fəvvarə onları
əməllicə qoruyurdu. Lakin Lenqdon onun arxasından
başını çıxardıb baxanda, çox gec olduğunu anladı.
Helikopter divarlı dalanın yerinə endi və mağaranın
kənarında dayandı. Yerdən təxminən, üç metr aralıda,
üzü kahaya tərəf dayanaraq, yırtıcı quşu sezmiş həşərat
kimi səs çıxarırdı.
Lenqdon geri çəkildi. Pıçıltı ilə Siennaya dedi.
“Deyəsən, o bizim burada olduğumuzu bilir”.
Helikopterin zil vızıltısı mağaranın daşlarında
əks-səda verir və eybəcər səs doğururdu. Lenqdon bu
miniatür mexaniki helikopterə əsir olduqlarına inana
bilmir, eyni zamanda ondan qaçmağın mənasız olduğunu
dərk edirdi. “Yaxşı, bəs indi
neyləyək? Gözləyək?” Balaca boz qapıdan keçib
qurtulmaq yaxşı plan olsa da, qapının yalnız içəridən
açıldığından xəbərsiz idi.
Lenqdon qaranlıq mağaranın içinə baxır və bu
qeyri-adi daşlann arasında başqa çıxış yolu axtarırdı.
Ümidverici bir şey gözünə dəymədi. Kahanın içi heyvan
və insan fiqurları ilə bəzənmişdi. Qəribə formalı bu
daşlardan biri olmuşdular sanki. Lenqdon ruhdan düşmüş
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |