186
Palazzo Vecchionun Beş Yüzlər Zalının divanndan
asılmış rəsmdəki “cerca trova” sözləri, təxminən, otuz il
əvvəl aşkarlanmış “gizli mesaj” idi və Vasari adını
gündəmə gətirmişdi. Xırda hərflər döyüş səhnəsinin
fonunda az qala görünməz olan yaşıl bayrağın üzərinə
yazılmışdı. Vasarinin əsərə bu qəribə mesajı hansı
səbəbdən əlavə etməsi ilə bağlı yekdil fikir olmasa da,
əsas ehtimal gələcək nəsillərə çatdırmaq istədiyi mesaj
üzərindədir. Onun Leonardo da Vinçinin divarın
arxasındakı üç santimetrlik boşluqda yerləşən freskosuna
eyham vurduğu güman edilir.
Sienna həyəcanla ağacların başı üzərinə baxırdı.
“Amma bir şey var ki, mən hələ də başa düşə bilmirəm.
Əgər sən “çox üzgünəm, çox üzgünəm” (very sorry, very
sorry) demirdinsə... bəs niyə səni öldürməyə çalışırlar?”
Bu sual Lenqdonu da çox düşündürürdü.
Uzaqdan gələn helikopter səsi getdikcə yaxınlaşırdı.
Lenqdon başa düşürdü ki, qərar verməlidir. O, Vasarinin
“Battaglia di Marciano” əsəri ilə Dantenin “İnferno”su
arasında hansısa əlaqə olduğunu anlamaqda çətinlik
çəkirdi.
Elə hansı səbəbdən yaralandığını da heç cür başa düşə
bilmirdi. Buna baxmayaraq, o, hələ də hadisələri çözə
bilmək qabiliyyətində idi.
downloaded from KitabYurdu.org
187
Cerca trova.
Seek and find.
Lenqdona yenə elə gəldi ki, gümüşü saçlı qadın çayın
o biri üzündən onu səsləyir. Vaxt daralır! Lenqdon hiss
edirdi ki, cavab varsa, onu yalnız Palazzo Vecchio-da
tapa bilər.
Lenqdonun yadına Ege dənizin mərcan riflərində
xərçəng ovlayan qədim yunan dalğıclarının məsəli düşdü.
Qaranlıq tuneldə üzərkən elə bir an gəlir ki, geri dönməyə
imkan olmur. Yəni geriyə üzmək üçün nəfəsin çatmır.
Yeganə yol məchula doğru üzmək və çıxış üçün dua
etməkdir.
Lenqdona həmişə onlann çıxışa çatıb-çatmadıqları
maraqlı gələrdi.
O, labirint cığırlarına baxdı.
Əgər onlar Pitti Palace tərəfə gedib bağdan çıxa
bilsəydilər, köhnə şəhərə girmək üçün bircə dünyanın ən
məşhur piyada keçid-körpüsü olan Ponte Vecchiodan
keçməli olacaqdılar. Ora həmişə adamla dolu olardı və
gözdən itmək üçün əlverişli yer idi. Palazzo Vecchio
oradan bir neçə məhəllə aralıda yerləşirdi.
Səs lap yaxınlıqdan gəlirdi. Lenqdon həyəcanın
təsirindən bir anlıq hər şeyin sonu çatdığını düşündü.
“Çox üzgünəm” demədiyini anladığı andan bəri
downloaded from KitabYurdu.org
188
polisdən niyə qaçdığını heç cür başa düşə bilmirdi.
“Əvvəl-axır onlar məni tutacaqlar, Sienna”, -
Lenqdon dedi. “Bəlkə də elə ən yaxşısı qaçmamaqdır”.
Sienna təlaşlı baxışlarla ona baxdı. “Robert, sən hər
dəfə ayaq saxlayanda kimsə sənə atəş açır! Sən bunun
niyəsini aydınlaşdırmalısan. Vasarinin freskasma mütləq
baxmalısan. Bəlkə onda yaddaşın qayıdar. Ola bilsin ki,
proyektorun haradan, necə və niyə səndə olduğunu
müəyyən etməlisən”.
Lenqdonun gözləri önündə hörüklü qadının Dr.
Markoniyə atəş açması... əsgərlərin onlan gülləyə
tutması... italyan hərbi polisinin Porta Romandada
toplaşması canlandı.
İndi isə axtarış cihazı Boboli bağları boyunca onu
izləyirdi. O, sakitcə dayanmışdı. Vəziyyətdən çıxış yolu
axtardıqca əli ilə gözlərini ovuşdururdu.
“Robert?” - Sienna səsini yüksəltdi. “Başqa bir şey də
var... indiyədək əhəmiyyəti yox idi. Amma deyəsən,
onun vaxtıdır”.
Lenqdon baxışlarını qaldırdı. Siennanın səs tonundakı
cazibəni hiss edirdi.
“Əslində, evdə sənə demək istəyirdim”, - Sienna
davam etdi, - “amma...”
“Nədir axı?”
downloaded from KitabYurdu.org
189
Sienna narahat halda dodaqlarını büzüşdürdü. “Sən
xəstəxanaya gələndə özündə deyildin, nəsə deməyə
çalışırdın”.
“Hə”, - Lenqdon dedi, - “Vasari, Vasari
mızıldanırdım”.
“Doğrudur, amma ondan qabaq - biz səsyazanı
tapmazdan əvvəl sənin dediyin sözlər indi də yadımdadır.
Tək bircə dəfə desən də, dəqiq xatırladığıma əminəm”.
“Nə dedim ki?”
Sienna əvvəl helikopterə sonra isə Lenqdona baxdı.
“Dedin ki, Mənim əlimdə onu tapmaq üçün açar var...
bunu bacarmasam, hamı öləcək”.
Lenqdonun gözləri bərəlmişdi.
Sienna sözünə davam etdi.
“Mən elə bildim ki, cibində daşıdığın əşyanı nəzərdə
tutursan, amma indi buna o qədər də əmin deyiləm”.
Bunu bacarmasam, hamı öləcək? Sözlər Lenqdonu
təsirləndirmişdi. Ölümün qorxunc təsvirləri gözləri
önündə canlandı... Dantenin cəhənnəmi, biotəhlükə
işarəsi, vəba həkimi. Yenidən gümüşü saçlı yaraşıqlı
qadın qan qırmızı çayın digər sahilindən ona baxırdı.
Axtar və tap! Vaxt daralır!
Siennanın səsi onu xəyaldan ayırdı. “Bu proyektor
nəyə işarə edirsə... və ya nəyisə axtarıb tapmağa çalışırsa,
downloaded from KitabYurdu.org
190
həmin şey yəqin ki, həddən artıq təhlükəlidir. İnsanların
bizi öldürməyə cəhd etməsi...”
Onun səsi qırılsa da, yenidən özünü toparladı. “Özün
fikirləş. Onlar sənə günün günorta çağı atəş açdılar...
mənə
- işlə heç bir əlaqəsi olmayan adama silah tuşladılar. Heç
kim danışıq aparmaq istəmir. Sənin öz dövlətin sənə
qarşıdır
- səni öldürmək üçün adam göndərdi”.
Lenqdon gözlərini boşluğa zilləmişdi. Amerika
konsulluğu Lenqdonun yerini ya qatillə paylaşmış, ya da
özü onu öldürmək üçün göndərmişdi. “Mənim öz
dövlətim mənə dəstək olmadı”.
Lenqdon Siennanın qəhvəyi gözlərinə baxdı, orada
mərdlik gördü. Mən onu da işə salmışam. “Kaş ki, nə
axtardığımızı
biləydim.
Onda
işimizi
dəqiq
planlayardıq”.
Sienna başı ilə təsdiqlədi. “Hər nədirsə, məncə, onu
tapmalıyıq. Heç olmasa, bizə stimul verərdi”.
Onun məntiqi inkaredilməz idi. Lenqdon özünü çox
narahat hiss edirdi. Bunu bacarmasam, hamı öləcək. Bu
səhəri ancaq biotəhlükə, vəba və Dante cəhənnəminin
gətirdiyi müdhiş işarələrlə mübarizəyə sərf etmişdi.
Axtardığının nə olduğuna işarə edəcək bir dəlil yox idi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |