181
üzərindəki gizli mesajı mızıldayırmışam”. Lentə yazılmış
səsi hələ də qulağında idi. Ço.. üzgünəm. Ço... üzgünəm.
Sienna çaşmışdı.
“Başa düşmürsən?!” Lenqdon gülürdü. “Mən “çox
üzgünəm, çox üzgünəm” ‘(very sorry - ing.)
demirmişəm. Mən rəssamın adını təkrarlayırmışam -
Va... sari, Vasari!”
24
fəsil
Vayenta əyləci basdı.
Onun motosikleti birdən dayandı və Viale del Poggio
İmperialedə iz saldı. Gözlənilməz tıxacla qarşılaşmışdı.
Viale del Poggio İmperialedə hərəkət dayanmışdı.
Mənim burada itirəsi vaxtım yoxdur!
Vayenta maşınların üzərindən irəli baxıb nəqliyyatı
nəyin saxladığını görməyə çalışdı. Onsuz da MHD
dəstəsi ilə qarşılaşmamaq və binadakı qarışıqlığın içində
vaxt itirməmək üçün o, daha uzun yolu seçmişdi. İndi isə
tapşırığı yerinə yetirmək üçün köhnə şəhərdə bir neçə
günlük qaldığı mehmanxanaya gedib əşyalarını
götürməyə tələsirdi.
Mən işdən tərxis olunmuşam - bu şəhərdən rədd olub -
getməliyəm!
Fəqət düşdüyü uğursuzluq zolağı hələ də davam
edirdi. Köhnə şəhərə girmək üçün seçdiyi yol bağlıya
downloaded from KitabYurdu.org
182
oxşayırdı. Gözləmək niyyəti olmadığından mühərriki işə
salıb maşınların
bir tərəfindəki boşluğa doğru hərəkət etdi. Qanşda nə baş
verdiyini bilmək istəyirdi. İrəli - altı əsas yolun birləşdiyi
dairə isə qapalı idi. Bura köhnə şəhərə giriş qapısı -
Florensiyanm nəqliyyatla dolu olan dairə - Porta Romana
idi.
Burda nə olub?
Vayenta bütün ərazinin polislərlə dolu olduğunu
gördü. Barrikada və ya yoxlanış məntəqəsinə oxşar nəsə
qurulmuşdu. Bir neçə saniyədən sonra gördüklərinə
təəccübləndi: bir maşın yolun tən ortasında dayanıb
hərəkətin qarşısını kəsmişdi. Bu, həmin tanış qara furqon
idi. Ətrafında bir neçə qara geyimli adam əmrləri yerli
hakimiyyət orqanlarına çatdırırdılar.
Bu adamlar heç şübhəsiz ki, MHD dəstəsinin üzvləri
idi. Amma Vayenta onlann bura niyə gəldiklərini anlaya
bilmirdi.
Bəlkə...
Vayenta
udqundu.
Ağlından
keçənlərin
mümkünlüyünə inana bilmirdi. Yəni Lenqdon Brüderdən
də yayma bilib? Bunu fikirləşməyin özü belə inanılmaz
idi. Onlann qaça bilmək şansı
sıfıra bərabər idi. Amma Lenqdon tək hərəkət etmirdi.
downloaded from KitabYurdu.org
183
Vayenta elə ilk baxışdan sarışın qadının güclü olduğunu
anlamışdı.
Yaxınlıqda polis nəfəri göründü. O bir-bir maşınlara
yaxınlaşaraq sıx qəhvəyi saçlı yaraşıqlı kişinin şəklini
insanlara göstərirdi. Vayenta dərhal Robert Lenqdonun
mətbuatda dərc olunmuş şəkilini tanıdı. Ürəyi sürətlə
döyünməyə başladı.
Brüder onu əldən buraxıb...
Lenqdon hələ də oyununu oynayır!
Təcrübəli strateq olaraq, Vayenta dərhal vəziyyətin bu
cür inkişafının ona necə təsir edəcəyini düşünməyə
başladı.
Birinci variant - dərhal aradan çıxmaq.
Vayenta rəisi kritik vəziyyətə salmış və bunun
ucbatından da işdən kənarlaşdırılmışdı. Bəxti gətirsə o,
formal sorğuları cavablandıracaq və bununla da
karyerasına son qoyulacaqdı. Yox, işdir, bəxti
gətirməzsə, həyatının qalan hissəsini konsorsiumun onu
izləyəcəyi qorxusu ilə yaşayacaqdı.
İndi isə ikinci variant da yaranıb.
Missiyanı başa vurmaq.
Tapşırığın icraçısı qalmaq onun işdənçıxma barədə
ərizəsinin tam əksinə olsa da, Lenqdonun hələ də
tutulmaması öhdəsinə düşən işi tamamlamaq üçün
downloaded from KitabYurdu.org
184
mükəmməl imkan - yaradırdı.
“Brüder Lenqdonu ələ keçirə bilməsə”, - düşündükcə
nəbzi daha sürətlə vururdu. “Və əgər mən bunu
bacarsam...”
Vayenta bunun çətin olduğunu yaxşı başa düşürdü.
Əgər Lenqdon Brüderin əlindən çıxa bilmişdisə və əgər
Vayenta təkbaşına işi tamamlaya bilərdisə, konsorsiumu
xilas etmiş olacaqdı. Bu halda rəisin onu işdə
saxlamaqdan başqa çarəsi qalmayacaqdı.
“İşimdə qala bilərəm”, - o fikirləşdi. “Bəlkə hələ
rütbəm də artırılar”.
Bir anda Vayenta gələcəyinin bu çətin işi
tamamlamaqdan asılı olduğunu başa düşdü. “Lenqdonu
tapmalıyam... özü də Brüderdən əvvəl”.
Bu, asan olmayacaqdı. Brüderin ixtiyarında istənilən
qədər
canlı qüvvə və
ən
müasir
müxtəlif
təkmilləşdirilmiş müşahidə
sursatları var idi. Buna baxmayaraq, Vayenta Brüderə,
rəisə və polisə məlum olmayan bir informasiyadan
xəbərdar idi. “Lenqdonun hara gedə biləcəyini çox yaxşı
bilirəm”. Vayenta BMV-nin mühərrikini işə saldı və 180
dərəcə çevrilərək gəldiyi yola üz qoydu.
“Ponte alle Grazie”, - o, şimaldakı körpünü xatırladı.
Oradan köhnə şəhərə bir neçə giriş var.
downloaded from KitabYurdu.org
185
25
fəsil
“Üzr yox”, - Lenqdon fikrə daldı. “Rəssamın adı”.
“Vasari”, - Sienna duruxdu. Çaşqınlıqdan bir addım
geriyə çəkildi. “Öz freskasmda cerca trova yazan
rəssam”.
Lenqdon gülümsəyirdi. Vasari. Vasari. Müəmmalar
yavaş- yavaş aydınlaşırdı. Bundan duyduğu sevinc ilə
yanaşı, Lenqdon həm də rahatlanmışdı. İndiyədək
hansısa pis əməlinə görə üzr istədiyini zənn edirdi.
“Robert, əminəm ki, sən yaralanmazdan əvvəl
proyektordakı Botiçellinin rəsmini görübsən. Vasarinin
treskasına işarə edən kodu da tapıbsanmış deyə ayılanda
onun adını təkrarlayırdın!”
Lenqdon bunun nə demək olduğunu anlamağa
çalışırdı. Giorgio Vasari - XVI yaşamış rəssam,
heykəltəraş və yazıçı - Lenqdonun tez-tez “dünyanın ilk
incəsənət tarixçisi” deyə adlandırdığı şəxsiyyət idi.
Yaratdığı yüzlərcə rəsmə, dizayn verdiyi onlarla binaya
baxmayaraq, onun şah əsəri “Ən
mükəmməl rəssam, heykəltəraş və memarların həyatı”
kitabı sayılır.
İtaliya sənətkarlarının tərcümeyi-halından ibarət olan
kitab, hələ də incəsənət üzrə təhsil alan tələbələr üçün
başlıca dərslik hesab olunur.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |