176
kimi qəbul etsək, demək, o heç qarışdırılmayıb, sadəcə
bir dəfə kəsilib. Kəsildikdən sonra əvvəlki ardıcıllıq
qalır, amma yanlış kartla başlanır”. Lenqdon yenə
Malebolgenin on xəndəyinə tərəfinə işarə etdi.
“Dantenin yazısına görə, yuxan qatda əjdahalann
qamçıladığı tamahkarlar olmalıdır. Bu versiyada isə onlar
aşağıda... düz yeddinci qatda göstəriliblər”.
Sienna artıq itməkdə olan əksə diqqətlə baxıb başını
razılıqla tərpətdi. “Yaxşı, onu gördüm. Birinci xəndək
yeddincidir”.
Lenqdon proyektoru cibinə qoyub yerə düşdü. Yerdən
bir çubuq götürüb cığırın kənarındakı palçığın üzərində
yazmağa başladı. “Bizim dəyişdirilmiş versiyamızda
hərflər bu sıra ilə yazılıb”.
C
A
T
R
O
V
A
C
E
R
downloaded from KitabYurdu.org
177
“Catrovacer”, - Sienna oxudu.
“Hə. Bu da “taxtanın” kəsildiyi hissə”. Lenqdon
yeddinci hərfin altında xətt cızıb Siennanın oxumasını
gözlədi.
C
R
“Aydındır”, - Sienna dərhal dedi. “Catrova. Cer”.
“Hə. Kartları əvvəlki qaydada düzmək üçün isə
taxtanı, sadəcə, götürüb yuxan qoyuruq. İki hissə yerini
dəyişir”.
Sienna hərflərə baxdı. “Cer. Catrova”.
O, heç nə anlamırmış kimi başını yellədi. “Bir məna -
görmürəm...”
“Cer. Catrova”, - Lenqdon təkrarladı. Bir saniyədən
sonra, o, sözləri bir kəlmə kimi dedi. “Cer. Catrova”.
Sonra isə sözün ortasında ara verərək tələffüz etdi.
“Cerca... trova”.
Sienna dərindən nəfəs aldı, onlann baxışlan toqquşdu.
“Hə”, - Lenqdon gülümsəyərək dedi: “Cerca trova”.
“Cerca” və “trova” italyancadan tərcümədə “axtar” və
“tap” mənasını verir. Bu sözlərin birləşməsi - cerca trova
- Tövratdakı “Axtar və tapacaqsan” aforizmi ilə
səsləşirdi.
“Sənin qarabasmalann!”, - Sienna heyrət içində dedi.
downloaded from KitabYurdu.org
178
“Çadralı qadın! O, dayanmadan “Axtar və tap” deyə
təkrarlayırdı!” O, durduğu yerdən sıçradı. “Robert, bunun
mənasını başa düşürsən? Deməli, “cerca trova” artıq
sənin şüurundaymış! Başa düşürsən? Bu, o deməkdir ki,
sən xəstəxanaya gəlməzdən əvvəl şifrəni açıbsanmış.
Yəqin ki, proyektordakı rəsmi qabaqcadan görübsən...
amma yadından çıxıb!”
“O haqlıdır”, - Lenqdon fikirləşdi. Şifrəni açmaq üçün
bütün diqqətini səfərbər etdiyi vaxt eyni şeyləri ikinci
dəfə yaşadığı heç ağlına gəlməmişdi.
“Robert, bayaq dedin ki, La Mappada köhnə şəhərin
hansı hissəsinə getmək lazım olduğu yazılıb. Amma mən
hələ də oranın hara olduğunu başa düşə bilmirəm”.
“Cerva trova sənə nəsə demir?”
O, başını yellədi.
Lenqdon xəlvəti gülümsədi. Nəhayət ki, Sienna
nəyisə bilmədi. “Bellə məlum olur ki, bu ifadə məxsusi
olaraq, Palazzo Vecchio-nun Beş Yüzüncü Zalında
asılmış əsərə - Giorgiyo Vasarinin Battaglia di Marciano
treskasına işarə edir. Rəsmin ən yuxarısında adi gözlə
çətin görünən xırda hərflərlə Vasari “cerca trova”
yazmayıb. Onun mənasını açmaq üçün çoxlu mülahizələr
mövcud olsa da, tam mənası hələ də sirr olaraq qalır”.
Birdən yuxandan balaca helikopterin vıyıltısı eşidildi.
downloaded from KitabYurdu.org
179
Düz onların başı üzərində dövrə vururdu. Səs çox
yaxından gəlirdi. Lenqdonla Sienna helikopter çıxıb
gedənədək dayandıqları yerdən tərpənmədilər.
Lenqdon başını qaldırıb ağaclann arasından uzaqlaşan
helikopterin arxasınca baxdı. “Oyuncaq helikopter”, -
dedi. Uzaqdan idarə olunan bir metrlik helikopterin
hərəkətini və bir qədər aralıda yerə endiyini izlədikcə
Lenqdon sürətlə nəfəs alırdı. Nəhəng və əsəbi
ağcaqanada bənzəyirdi.
Sienna isə hələ də narahat görünürdü. “Aşağı əyil”.
Yerə endikdən sonra balaca helikopter yenidən onlar
dayanan tərəfə qayıtdı, ağaclann başı üstündə dövrə
vurdu və bu dəfə sola tərəf buruldu.
“O, oyuncaq deyil”, - Sienna pıçıldadı. “Kəşfiyyat
təyyarəsinin səsidir. Çox güman ki, üstünə kamera da
quraşdırılıb və canlı görüntüləri kiməsə ötürür”.
Lenqdonun üz ifadəsi gərildi. Bu dəfə helikopter Porta
Romana və İncəsənət İnstitutu tərəfdə göründü.
“Mən bilmirəm sən nə etmisən”, - Sienna davam etdi,
- “amma bəzi güclü adamlar böyük səylə səni tapmağa -
çalışırlar”.
Helikopter yenidən yerə oturdu və birdən yavaş-yavaş
onların aşdığı divar boyu hərəkət etməyə başladı.
“İncəsənət İnstitutundan yəqin kimsə bizi görüb və
downloaded from KitabYurdu.org
180
nəsə deyib”, - Seinna pıçıldadı. “Biz buradan
uzaqlaşmalıyıq. Dərhal”.
Vıyıltı artıq bağın o biri başından gəlirdi. Lenqdon
ayağı ilə yerdə cızdığı yazıları silib Siennanın arxasınca
tələsdi. Qaçdıqca
beynindən cerca trova, Giorgiyo Vasarinin freskası və
Siennanm onun proyektordakı mesajı tapması ilə bağlı
dedikləri keçirdi. Axtar və tapacaqsan.
Növbəti talaya daxil oldular. Bu an Lenqdonun ağlına
bir fikir gəldi. Cığırda dayandı. Üzündə heyrətəbənzər bir
ifadə var idi.
Sienna da dayandı. “Robert? Nə oldu?!”
“Mən günahsızam”, - o, əminliklə dedi.
“Sən nə danışırsan?”
“Mən elə bilirdim ki, insanlar məni... dəhşətli bir iş
gördüyüm üçün izləyirlər”.
“Hə, xəstəxanada da elə hey “çox üzgünəm” -
deyirdin”.
“Bilirəm. Mən ingiliscə danışdığımı zənn edirdim”.
Sienna təəccüblə ona baxdı. “Sən ingiliscə
danışırdın!”
Lenqonun mavi gözlərini həyəcan bürümüşdü.
“Sienna, mən “çox üzgünəm” təkrarlayarkən kimdənsə
üzr istəmirmişəm. Palazzo Vecchioda asılan freskanm
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |