50
İnsanların hüquqlаrı daim qorunur və ya pozulmuş hüquq
ların müdafiəsi üçün daim mübarizə aparılır. İnsan hüquqları
insanın əsas tələbatları ilə bağlıdır. İnsanın tələ batları yalnız
sağ qalıb yaşamaq ehtiyacı ilə məhdudlaşmır, bu anlayış daha
genişdir. Bu tələbatlar insanın həm maddi, həm də mənəvi
cəhətdən ləyaqətlə yaşamasını təmin etməklə bağlıdır.
4. İNSAN HÜQUQLARI
Ulu öndər Heydər Əliyev söyləmişdir: “İnsan hüququ hər
bir insanın hüququdur, eyni zamanda hər bir xalqın hüqu
qudur”.
“Hüquq” ərəb dilində “haqq” sözünü ifadə edir. İnsan hüquqları ideyasının tarixi
qədim dövrlərə gedib çıxır. Qədim zamanlardan başlayaraq insanlar elə bir döv
lət modeli yaratmağa çalışmışlar ki, o, insan ləyaqətinə hörmət prinsipi üzə
rində qurulmuş olsun.
LAYİHƏ
51
İnsana hörməti və onun azadlığını təmin edən bir döv lətin
yaradılması ideyası müasir dövrdə əsas insan hüquqları anla
yışını formalaşdırdı və həyatımızın əsas hissəsinə çev rildi.
İnsan haqlarının qorunması məsələsi, demək olar ki, dün
yanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu anlayış insan
haq ların dan suiistifadə hallarına əsas verir və onlara qarşı
hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. İnsan
haq ları anlayşına hələ Fransada 1789cu ildə qəbul edilmiş
“İnsan və vətəndaş hüquqları haqqında bəyannamə”də rast
gəlinir.
Əsas hüquqlara və beynəlxalq razılaşmalara əsaslanaraq
konstitusiyada insan haqları inkarolunmaz bir hüquq kimi
qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMTnin
bəyannaməsi ilə qanuniləşdirilmişdir.
İnsan haqları çox hallarda bütün insanların eyni haqqa
malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə
olu nur:
Əsas insan hü
quqlarının qəbul
edilməsinin insan
ların həyatındakı
rolu nədən iba
rətdir? İnsan hü
quqları nə üçün
meydana gəldi
və əsas amilə
çevrildi?
BMTnin insan
hüquqlarına dair
qəbul etdiyi sə
nə din əhəmiy
yəti nədir?
BMTnin binası
LAYİHƏ
52
Hər bir insan irqindən, cinsindən, dilindən, dindən, siyasi
və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyə
tindən, doğum və başqa hallardan asılı ol mayaraq, təmin olun
muş insan haqlarına və azad olmaq hüququna malikdir.
İnsan hüquqları iki əsas qrupa bölünür: maddi və proses
sual hüquqlar.
Maddi hüquqlar mülki hüquqları, siyasi hüquqları, iqtisadi və sosial hüquqları,
eləcə də mədəni hüquqları özündə birləşdirir. Bunlar aşağıdakı qaydada təs
nif olunur:
Mülki hüquqlar – bütün insanların qanun qarşısında bərabərliyi, vətəndaşlıq
hüququ, hörmət edilmək və şəxsi ləyaqət hüququ, söz, vicdan və dini etiqad
azadlıqları hüququ.
Siyasi hüquqlar – hakimiyyət orqanlarının qəbul etdiyi qərarların həllində işti rak
etmək hüququ, seçki hüququ, partiya, həmkarlar ittifaqı təşkilatı yaratmaq
və onların fəaliyyətində iştirak etmək hüququ, mitinq və yürüş keçirmək hü
ququ.
İqtisadi və sosial hüquqlar – əmək, ədalətli və rahat iş şəraiti hüququ, elmi nailiy
yətlərdən istifadə etmək hüququ, peşəkar təşkilatlar yaratmaq hüququ, tətil
hüququ, təhsil və səhiyyə hüququ.
İNSaN HüQUQLaRI
Maddi
hüquqlar
Mülki hüquqlar
Siyasi hüquqlar
Mədəni hüquqlar
İqtisadi və sosial
hüquqlar
Referendum
keçirmək hüququ
Məhkəməyə
müraciət hüququ
Prosessual
hüquqlar
LAYİHƏ