66
İnsanların hüquq və azadlıqlarını qorumaq üçün bir çox
beynəlxalq təşkilatlar fəaliyyətə başladı. İnsanların hüquqla
rının beynəlxalq səviyyədə qorunması üçün müxtəlif razı laş
malar əldə edildi.
İkinci Dünya müharibəsinin (1939–1945) son ilində –
1945ci ildə BMT (Birləşmiş Millətlər Təşkilatı) yaradıldı. Bu
5. HÜQUQUMUz BeYNƏLxALQ SƏVİYYƏDƏ QORUNUR
Dünyada baş verən ardıarası kəsilməyən müharibələr
insanların hüquqlarının pozulmasına, insan ləyaqətinin
alçalmasına və s. səbəb olur. Təkcə müharibələr və mü
naqişələr deyil, terror və bu kimi hadisələr də insanların
hüquqlarının tapdanmasına gətirib çıxaran hadisələr dən
dir. XIX əsrdən başlayaraq beynəlxalq miqyasda insan
hüquqlarının mü dafiəsi sahəsində mübarizə aparılmağa
başlanıldı. Lakin bu dövrdə insan hüquqlarının qorun
ması üçün o qədər də böyük işlərə imza atılmadı. XX əsrin
ortalarından başla yaraq İnsan hüquqları uğrunda müba
rizə tarixdə öz izini qoydu və həlledici rol oynadı.
Nə üçün insan hüquqlarının qorunması tari xində
xx əsr həlledici rol oynadı? Hüquqlarımızın mü da fiəsi
bu dövrdən etibarən beynəlxalq səviyyədə qorunur
mu? xx əsr insan hüquqlarının qorun masında hansı
rolu oynadı?
1994cü il mart ayı nın
19da “20 Yanvar”
metro stansiyasında
baş verən terror
LAYİHƏ
67
təşkilatın yaradılmasında məqsəd dövlətlər arasındakı müx
təlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq idi.
1948ci il dekabrın 10da BMT Baş Məclisi “İnsan Hü quq ları
haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu Bəyan namənin
qəbul edilməsində əsas məqsəd insan hüquqlarını və bütün
dövlətlərin əməl etməli olduğu normaları müəyyən ləş dirmək
idi. Bu Bəyannamə müx təlif siyasi və sosialiqtisadi quruluşlu
dövlətlərin insan hü quqlarının müdafiəsi sahəsində əməkdaş
lıq imkanlarını nüma yiş etdirən mühüm beynəlxalq sənəddir.
ümumdünya İnsan
Hüquqları Bəyanna
məsini qəbul etmiş
BMTnin Baş
assambleyası.
Paris, 1948ci il
Bəyannamədə yeddi prinsip öz əksini tapmışdır. Bu prinsiplər aşağıdakılardır:
1. Güc tətbiq etməmək və ya güclə hədələməmək;
2. Beynəlxalq mübahisələri dinc yolla həll etmək;
3. Dövlətin daxili siyasətində olan işlərə qarışmamaq;
4. Dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq birbiri ilə əməkdaşlıq etmək;
5. Xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə;
6. Dövlətlərin suveren bərabərliyi;
7. Dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq, öz üzər lərinə götürdükləri
öhdəlikləri vicdanla yerinə yetirməsi.
Bəyannamədə daha hansı prinsiplər ola bilər? Əlavələrinizi qeyd edin.
LAYİHƏ