AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI…
25
типа, который способен не только почувствовать и охарактеризовать происходящие в
литературе процессы, но и вовремя оценить каждое новое произведение.
Ключевые слова: литературная критика, литературный процесс, традиция,
новаторство, Айдын Мамедов, критик
Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. Nizami adına Ədəbiyyat İnstitutu – aparıcı
elmi işçi, fil.ü.f.d.
e-mail: qurban.bayramov@inbox.ru
Çapa təqdim edən
Solmaz Süleymanova –
«Türkologiya» jurnalının
baş redaktorun müavini
Məqalənin redaksiyaya
daxil olma tarixi
18.III.2015
Təkrar işlənməyə
göndərilmə tarixi
4.V.2015
Çapa göndərilmə tarixi
18.V.2015
___________
T Ü R K O L O G İ Y A
№ 2
2015
D İ L İ N S T R U K T U R U V Ə T A R İ X İ
NƏRİMAN SEYİDƏLİYEV
HƏSƏN BƏY ZƏRDABİ PUBLİSİSTİKASININ
FRAZEOLOGİYASI
X ü l a s ə . Məqalədə böyük publisist, 1875-ci ildə nəşr olunmuş ilk mətbu orqan olan
«Əkinçi» qəzetinin təsisçisi Həsən bəy Zərdabinin publisistik məqalələrinin frazeologiyasından
bəhs edilir.
Məlumdur ki, publisist üslub ən geniş yayılmış üslublardandır. Məşhur ədiblərimizdən
N.Nərimanovun, C.Məmmədquluzadənin publisistikası, dövri mətbuat nümunələrindən «Əkinçi»,
«Təkamül», «Yoldaş», «Hümmət» və s. qəzetlərin dili publisistikamızın gözəl örnəkləridir.
Bu məqalədə isə H.Zərdabinin «Əkinçi» qəzetində nəşr olunmuş publisistik məqalələrində
işlədilən frazeologizmlər araşdırılmışdır. Xalq danışıq dilini qəzetə gətirən H.Zərdabinin publisis-
tikasındakı frazeoloji vahidlər öz aydınlığı və yığcamlığı ilə fərqlənir. H.Zərdabinin publisisti-
kasında feili frazeologizmlər daha coxdur və onlar haqqında təhlillər aparılaraq nümunələr veril-
mişdir. Milli mətbuatımızın yaradıcısının publisistikasındakı atalar sözləri və məsəllər haqda mə-
lumat verilir, misallar göstərilir.
Açar sözlər: H.Zərdabi, frazeologiya, ifadə, «Əkinçi» qəzeti, publisistika
Dilçilikdə ədəbi dilin üslublarının bölgü-
sündə müxtəlif fikirlər mövcuddur və bu haq-
da vahid bir təsnifat yoxdur. Belə ki, bədii üs-
lub, elmi üslub, publisist üslub, rəsmi üslub, ic-
timai-siyasi üslub və s. bu kimi üslublar qeyd
edilmişdir.
Publisist üslub öz yığcamlığı, sadəliyi və
dəqiqliyi ilə digər üslublardan fərqlənir. Bu
üslub öz novatorluğu ilə də diqqəti cəlb edir.
Publisist üslub, əsasən mətbuatla bağlı olub
publisistik əsərlərdə yaranır. Bəzən publisist
üslubun ünsürləri bədii üslubun ünsürləri ilə
birləşərək nitqi daha da canlandırır. Emosio-
nallıq və ehtiras publisist üslubun əsas aparıcı
xüsusiyyətidir.
Ümumiyyətlə, publisist üslub yığcam
olub qəzet üçün çox əlverişlidir və mətbuat
dilinin, ələlxüsus da qəzet dilinin publisistika-
da xüsusi yeri vardır. Odur ki, Azərbaycanda
publisist üslub məhz 1875-ci ildə H.Zərdabinin
HƏSƏN BƏY ZƏRDABİ PUBLİSİSTİKASININ FRAZEOLOGİYASI
27
nəşr etdirdiyi «Əkinçi» qəzeti ilə yaranmışdır.
Bunu faktlar da göstərir. «Əkinçi» qəzetindən
sonra nəşr edilən qəzet və jurnallarda publisist
üslub daha da təkmilləşməyə başladı: «Həyat»,
«İrşad», «İqbal» və s.
«Əkinçi» qəzetinin çap olunması müna-
sibətilə M.F.Axundzadə H.Zərdabiyə bir tövsi-
yə olaraq yazırdı: «Sizin qəzetinizin əsas mə-
ziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələ-
rin zərifliyi və aydınlığı, orfoqrafiyanın düz-
günlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa
məsələlərlə yanaşı, Azərbaycan yazısını düz-
gün olmayan ifadələrdən təmizləməyə çalış-
malı, bu dildə yazan bütün adamlar üçün nü-
munə olmalıdır» [1. S.16].
H.Zərdabi o dövrdə «Əkinçi» kimi bir
mətbuat orqanının təməlini necə qoymuşdursa,
«Əkinçi» qəzeti də H.Zərdabi kimi müqtədir,
qüdrətli bir publisist yetişdirmişdir. «Əkinçi»
qəzetində çap olunmuş yazıların əksəriyyəti
H.Zərdabinin qələminin, onun publisist üslu-
bunun məhsuludur. Qəzetin dili öz dövrü üçün
o qədər zəngin, o qədər sadədir ki, bir qrup ərəb
və fars mənşəli sözlər müstəsna olmaqla, orada
anlaşılmayan söz, termin, ifadə, fikir yoxdur.
Sadəcə, onu demək kifayətdir ki, H.Zərdabinin
publisistikasında işlədilən frazeoloji vahidlərin
hər birinin tərkibində ərəb və yaxud da fars
dillərindən alınmalara rast gəlinmir. O, ən sadə
xalq dilinə əsaslanmış, imkan daxilində hamıya
aydın olan xalis Azərbaycan sözləri işlətmişdir.
Akad. T.Hacıyev də H.Zərdabinin təsis
etdiyi «Əkinçi» qəzetinin dili haqqında yazarkən
göstərir ki, «Əkinçi»nin yaradıcısı H.Zərdabi
Azərbaycan danışığını dilə belə gətirdi – hamı-
ya, təmiz milli, yığcam və sanki uzun müddət
davam etmiş publisist ənənə üstündə qurulan sə-
lis seçmə ifadəli tərzdə [2. S.166].
Əvvəla, onu qeyd edək ki, istər xarici,
istərsə də Azərbaycan dilçiliyində frazeologi-
yaya aid bir çox əsərlər yazılsa da [3–6], həm-
çinin lüğətlər [7–8] tərtib olunub nəşr olunsa
da, bütün bunlar hələ ki, bu sahənin problemi-
nin bütünlükdə həll olunması demək deyildir.
Ona görə də bu sahədə tədqiqat işlərini hələ də
davam etdirmək lazım gəlir. Azərbaycan dilçili-
yində frazeologiyanın tədqiqinə XX əsrin 50-ci il-
lərindən başlanmış, hazırda bu sahəyə maraq
daha da artmaqdadır.
Frazeologiya həm də üslubi kateqoriya
olub dildə obrazlılıq, ifadəlilik, ekspressivlik
yaradır. Frazeoloji birləşmələrin yaradıcı və
daşıyıcısı xalqdır. Odur ki, bədii əsərlərdə hə-
min xüsusiyyətləri yaratmaq üçün yazarlar tə-
rəfindən ümumxalq dili frazeologiyasına daha
çox müraciət olunur. Bunun hesabına da dil
yeni ifadələrlə zənginləşir.
Hər hansı bir əsərin, məqalənin və s.-nin
dilinin əsas xüsusiyyətləri onun sadəliyində,
yığcamlığında, mənalılıq və ifadəliliyindədir.
Bütün bunlara H.Zərdabinin publisistikasında da
rast gəlirik, məs.: qələmə almaq – ‘bir mövzu ət-
rafında bir şey yazmaq’, başdan eləmək – ‘rədd
etmək, özündən uzaqlaşdırmaq, canını qurtar-
maq’, (qan) tər tökmək – 1) ‘utanmaq, xəcalət
çəkmək’; 2) ‘çox zəhmət çəkmək, çox işləmək’,
beli sınmaq – ‘bədbəxtlik üz vermək’, gözü (göz-
ləri) bağlı – ‘xəbərsiz’, itə dönmək – ‘bərk hirslən-
mək, qəzəblənmək’, barmaqla göstərilmək – ‘ad çı-
xarmaq, tərifləmək, məşhurlaşmaq’, kürkünə bit
düşmək – ‘çox narahat olmaq, bərk qorxmaq’ və s.
H.Zərdabinin yaradıcılığı müxtəlif janrlı-
dır. Onun əsərləri aşağıdakı bölmələr üzrə qrup-
laşdırılmışdır: daxiliyyə, elmi xəbərlər, əkin və
ziraət xəbərləri, əfali-əhli-qəhat, maarif və mə-
dəniyyətə aid müxtəlif məqalələr, təbiyyata aid
əsərlər, elmi heyvanatdan, bədəni salamat sax-
lamaq düsturüləməldir.
Bunların əksəriyyəti özünün «Əkinçi»
qəzeti, sonra isə «Həyat» və digər mətbuat sə-
hifələrində nəşr olunub.
H.Zərdabinin «Daxiliyyə» xəbərləri 52 mə-
qalədən ibarətdir. Hər bir məqalədə müəllif
çalışmışdır ki, ən sadə xalq dilində yazsın və
belə də olmuşdur.
H.Zərdabinin 1960-cı ildə nəşr olunmuş
«Seçilmiş əsərləri»ndə [9] 300-ə yaxın frazeo-
loji vahid işlədilmişdir ki, onların da əksəriyyəti
Dostları ilə paylaş: |