N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
25 
типа,  который  способен  не  только  почувствовать  и  охарактеризовать  происходящие  в 
литературе процессы, но и вовремя оценить каждое новое произведение. 
 
Ключевые  слова:  литературная  критика,  литературный  процесс,  традиция, 
новаторство, Айдын Мамедов, критик 
 
 
 
Ünvan:  AZ1143.  Bakı-143,  Hüseyn  Cavid  pr.,  115.  Nizami  adına  Ədəbiyyat  İnstitutu  –  aparıcı 
elmi işçi, fil.ü.f.d. 
 
e-mail: qurban.bayramov@inbox.ru 
 
 
 
Çapa təqdim edən 
Solmaz Süleymanova – 
«Türkologiya» jurnalının 
baş redaktorun müavini 
Məqalənin redaksiyaya 
daxil olma tarixi 
 
 
18.III.2015 
Təkrar işlənməyə 
göndərilmə tarixi 
 
 
4.V.2015 
Çapa göndərilmə tarixi 
18.V.2015 
 
___________ 


T Ü R K O L O G İ Y A  
 
№ 2 
2015 
 
 
 
 
 
 
D İ L İ N   S T R U K T U R U   V Ə   T A R İ X İ  
 
 
 
NƏRİMAN SEYİDƏLİYEV 
 
HƏSƏN BƏY ZƏRDABİ PUBLİSİSTİKASININ 
FRAZEOLOGİYASI 
 
 
X ü l a s ə .  Məqalədə  böyük  publisist,  1875-ci  ildə  nəşr  olunmuş  ilk  mətbu  orqan  olan 
«Əkinçi»  qəzetinin  təsisçisi  Həsən  bəy  Zərdabinin  publisistik  məqalələrinin  frazeologiyasından 
bəhs edilir.  
Məlumdur  ki,  publisist  üslub  ən  geniş  yayılmış  üslublardandır.  Məşhur  ədiblərimizdən 
N.Nərimanovun, C.Məmmədquluzadənin publisistikası, dövri mətbuat nümunələrindən «Əkinçi», 
«Təkamül», «Yoldaş», «Hümmət» və s. qəzetlərin dili publisistikamızın gözəl örnəkləridir.  
Bu  məqalədə  isə  H.Zərdabinin  «Əkinçi»  qəzetində  nəşr  olunmuş  publisistik  məqalələrində 
işlədilən frazeologizmlər araşdırılmışdır. Xalq danışıq dilini qəzetə gətirən H.Zərdabinin publisis-
tikasındakı  frazeoloji  vahidlər  öz  aydınlığı  və  yığcamlığı  ilə  fərqlənir.  H.Zərdabinin  publisisti-
kasında feili  frazeologizmlər daha coxdur və onlar haqqında təhlillər aparılaraq nümunələr veril-
mişdir. Milli mətbuatımızın yaradıcısının publisistikasındakı atalar sözləri və məsəllər haqda mə-
lumat verilir, misallar göstərilir.  
 
Açar sözlər: H.Zərdabi, frazeologiya, ifadə, «Əkinçi» qəzeti, publisistika 
 
 
Dilçilikdə ədəbi dilin üslublarının bölgü-
sündə  müxtəlif  fikirlər  mövcuddur  və  bu  haq-
da  vahid  bir təsnifat  yoxdur. Belə ki, bədii üs-
lub, elmi üslub, publisist üslub, rəsmi üslub, ic-
timai-siyasi  üslub  və  s.  bu  kimi  üslublar  qeyd 
edilmişdir. 
Publisist üslub öz yığcamlığı, sadəliyi və 
dəqiqliyi  ilə  digər  üslublardan  fərqlənir.  Bu 
üslub  öz  novatorluğu  ilə  də  diqqəti  cəlb  edir. 
Publisist  üslub,  əsasən  mətbuatla  bağlı  olub 
publisistik  əsərlərdə  yaranır.  Bəzən  publisist 
üslubun  ünsürləri  bədii  üslubun  ünsürləri  ilə 
birləşərək  nitqi  daha  da  canlandırır.  Emosio-
nallıq  və  ehtiras  publisist üslubun  əsas aparıcı 
xüsusiyyətidir. 
 Ümumiyyətlə,  publisist  üslub  yığcam 
olub  qəzet  üçün  çox  əlverişlidir  və  mətbuat 
dilinin,  ələlxüsus  da qəzet dilinin publisistika-
da  xüsusi  yeri  vardır.  Odur  ki,  Azərbaycanda 
publisist üslub  məhz 1875-ci  ildə H.Zərdabinin 


HƏSƏN BƏY ZƏRDABİ PUBLİSİSTİKASININ FRAZEOLOGİYASI 
 
27 
nəşr  etdirdiyi  «Əkinçi»  qəzeti  ilə  yaranmışdır. 
Bunu  faktlar  da  göstərir.  «Əkinçi»  qəzetindən 
sonra nəşr edilən qəzet və jurnallarda publisist 
üslub daha da təkmilləşməyə başladı: «Həyat», 
«İrşad», «İqbal» və s. 
«Əkinçi»  qəzetinin  çap  olunması  müna-
sibətilə M.F.Axundzadə H.Zərdabiyə bir tövsi-
yə  olaraq  yazırdı:  «Sizin  qəzetinizin  əsas  mə-
ziyyətlərindən  biri  ifadənin  gözəlliyi,  ibarələ-
rin  zərifliyi  və  aydınlığı,  orfoqrafiyanın  düz-
günlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa 
məsələlərlə  yanaşı,  Azərbaycan  yazısını  düz-
gün  olmayan  ifadələrdən  təmizləməyə  çalış-
malı,  bu  dildə  yazan  bütün  adamlar  üçün  nü-
munə olmalıdır» [1. S.16]. 
H.Zərdabi  o  dövrdə  «Əkinçi»  kimi  bir 
mətbuat orqanının təməlini necə qoymuşdursa, 
«Əkinçi»  qəzeti  də  H.Zərdabi  kimi  müqtədir, 
qüdrətli  bir  publisist  yetişdirmişdir.  «Əkinçi» 
qəzetində  çap  olunmuş  yazıların  əksəriyyəti 
H.Zərdabinin  qələminin,  onun  publisist  üslu-
bunun  məhsuludur. Qəzetin dili öz dövrü üçün 
o qədər zəngin, o qədər sadədir ki, bir qrup ərəb 
və fars mənşəli sözlər müstəsna olmaqla, orada 
anlaşılmayan  söz,  termin,  ifadə,  fikir  yoxdur. 
Sadəcə, onu demək kifayətdir ki, H.Zərdabinin 
publisistikasında işlədilən frazeoloji vahidlərin 
hər  birinin  tərkibində  ərəb  və  yaxud  da  fars 
dillərindən alınmalara rast gəlinmir. O, ən sadə 
xalq  dilinə  əsaslanmış,  imkan  daxilində  hamıya 
aydın olan xalis Azərbaycan sözləri işlətmişdir.  
Akad.  T.Hacıyev  də  H.Zərdabinin  təsis 
etdiyi «Əkinçi» qəzetinin dili haqqında yazarkən 
göstərir  ki,  «Əkinçi»nin  yaradıcısı  H.Zərdabi 
Azərbaycan  danışığını  dilə  belə  gətirdi  –  hamı-
ya,  təmiz  milli,  yığcam  və  sanki  uzun  müddət 
davam etmiş publisist ənənə üstündə qurulan sə-
lis seçmə ifadəli tərzdə [2. S.166]. 
Əvvəla,  onu  qeyd  edək  ki,  istər  xarici, 
istərsə  də  Azərbaycan  dilçiliyində  frazeologi-
yaya aid bir çox əsərlər yazılsa da [3–6], həm-
çinin  lüğətlər  [7–8]  tərtib  olunub  nəşr  olunsa 
da, bütün bunlar hələ ki, bu sahənin problemi-
nin  bütünlükdə  həll  olunması  demək  deyildir. 
Ona  görə  də  bu  sahədə  tədqiqat  işlərini  hələ  də 
davam  etdirmək  lazım  gəlir.  Azərbaycan  dilçili-
yində frazeologiyanın tədqiqinə XX əsrin 50-ci il-
lərindən  başlanmış,  hazırda  bu  sahəyə  maraq 
daha da artmaqdadır. 
Frazeologiya  həm  də  üslubi  kateqoriya 
olub  dildə  obrazlılıq,  ifadəlilik,  ekspressivlik 
yaradır.  Frazeoloji  birləşmələrin  yaradıcı  və 
daşıyıcısı  xalqdır.  Odur ki,  bədii  əsərlərdə  hə-
min  xüsusiyyətləri  yaratmaq  üçün  yazarlar  tə-
rəfindən  ümumxalq  dili  frazeologiyasına  daha 
çox  müraciət  olunur.  Bunun  hesabına  da  dil 
yeni ifadələrlə zənginləşir. 
Hər hansı bir əsərin, məqalənin və s.-nin 
dilinin  əsas  xüsusiyyətləri  onun  sadəliyində, 
yığcamlığında,  mənalılıq  və  ifadəliliyindədir. 
Bütün  bunlara  H.Zərdabinin  publisistikasında  da 
rast gəlirik, məs.: qələmə almaq – ‘bir mövzu ət-
rafında  bir  şey  yazmaq’,  başdan  eləmək  –  ‘rədd 
etmək,  özündən  uzaqlaşdırmaq,  canını  qurtar-
maq’,  (qan)  tər  tökmək  –  1)  ‘utanmaq,  xəcalət 
çəkmək’;  2)  ‘çox  zəhmət  çəkmək,  çox  işləmək’, 
beli sınmaq – ‘bədbəxtlik üz vermək’, gözü (göz-
ləri) bağlı – ‘xəbərsiz’, itə dönmək – ‘bərk hirslən-
mək, qəzəblənmək’, barmaqla göstərilmək – ‘ad çı-
xarmaq,  tərifləmək,  məşhurlaşmaq’,  kürkünə  bit 
düşmək – ‘çox narahat olmaq, bərk qorxmaq’ və s. 
H.Zərdabinin  yaradıcılığı  müxtəlif  janrlı-
dır. Onun əsərləri aşağıdakı bölmələr üzrə qrup-
laşdırılmışdır:  daxiliyyə,  elmi  xəbərlər,  əkin  və 
ziraət  xəbərləri,  əfali-əhli-qəhat,  maarif  və  mə-
dəniyyətə aid  müxtəlif  məqalələr, təbiyyata aid 
əsərlər,  elmi  heyvanatdan,  bədəni  salamat  sax-
lamaq düsturüləməldir. 
Bunların  əksəriyyəti  özünün  «Əkinçi» 
qəzeti, sonra isə «Həyat» və digər mətbuat sə-
hifələrində nəşr olunub. 
H.Zərdabinin «Daxiliyyə» xəbərləri 52 mə-
qalədən  ibarətdir.  Hər  bir  məqalədə  müəllif 
çalışmışdır  ki,  ən  sadə  xalq  dilində  yazsın  və 
belə də olmuşdur. 
H.Zərdabinin  1960-cı  ildə  nəşr  olunmuş 
«Seçilmiş  əsərləri»ndə [9] 300-ə  yaxın  frazeo-
loji vahid işlədilmişdir ki, onların da əksəriyyəti 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə