N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   2   3   4   5   6   7   8   9   ...   47

TÜRKOLOGİYA 
 
 

 
 
 
 
 
 
C O N T E N T S  
 
 
MATERIALS AND REPORTS 
 
Baba Magerramly  (Baku). The problem of root words in the works 
                                           of Aydin Mammadov ............................................................................. 

Qurban Bayramov (Baku). Aydin Mammadov – as the critic of a new type 
                                            of the tale of reality …........................................................................... 
12 
 
STRUCTURE AND HISTORY OF LANGUAGE 
 
Nariman Seidaliyev (Baku). The phraseology of Hasanbay Zardabi’s 
                                          publicism...................................................................................................... 
26 
Karjaubay Sartkojauly, Kalban Intihanuly (Kazakhistan). Тhe epitaph  
                                          of prince Kary-Chor ................................................................................... 
35 
Refat Abduzhemilev (Ukraine). The terminology  
                                          in the Crimean Tatar yarlyks ...................................................................... 
49 
Islam Sadiq (Baku). 
Terms experessing organs of the body in the Sumerian 
                                          and Turkic languages 
................................................................................. 
60 
 
FOLKLOR. LITERATURE. CULTURE 
 
Abid Tahirly (Baku). «Jan alib jan verajak masala» «The issue that takes and gives  
                                            the life» – by the name of common language problem  ............................. 
71 
 
DISCUSSIONS 
 
Ilhami Japharsoy (Baku). Christian-Turkic monuments of South Caucasus 
                                           and Eastern Anatolia ................................................................................... 
81 
 
REVIEWS 
 
Sayali Sadigova (Baku). «The book of Dede Korkud»: the first written  
                                          handbook of our history …….........................……...................................... 
97 
 
CHRONICLE 
 
Tarana Shukurly (Baku). The scientific session dedicated to the memory 
                                          of Aydin Mammadov ................................................................................... 
103 
 
 
__________ 
 
 


T Ü R K O L O G İ Y A  
 
№ 2 
2015 
 
 
 
 
 
 
M A T E R İ A L L A R   V Ə   M Ə R U Z Ə L Ə R  
 
 
 
BABA MƏHƏRRƏMLİ 
 
AYDIN MƏMMƏDOVUN YARADICILIĞINDA  
KÖK SÖZLƏR PROBLEMİ 
 
 
X ü l a s ə .  Məqalədə  tanınmış  Azərbaycan  türkoloqu  Aydın  Məmmədovun  dilçilik  görüş-
lərindən  bəhs  olunur.  Burada  Aydın  Məmmədovun  orijinal  dilçilik  baxışları  təhlil  olunur  və 
alimin Azərbaycan dilçiliyi tarixindəki mövqeyi aydınlaşdırılır. Türkoloqun yaradıcılığında qədim 
türk  söz  köklərinin  rekonstruksiyası,  türk  dillərinin  etimologiyasının  nəzəri  problemləri  mühüm 
yer  tutmuşdur.  Məqalədə  alimin  türk  dillərinin  morfonologiyası,  səs  keçidləri  haqqındakı  özünə-
məxsus fikirləri də təhlil olunmuşdur. Müəyyən edilmişdir ki, məhz A.Məmmədov Azərbaycan dil-
çiliyi tarixində nostratika, şumer-türk dil əlaqələri mövzularına ilk dəfə müraciət etmişdir. 
 
Açar sözlər: türk, etimologiya, dilçilik, söz kökü, problem 
 
 
Varislik  ənənələrinə  söykənmək,  tarixi-
mizə ekskurs edərək dilçiliyimizin şanlı tarixi-
ni  yaradanları  anmaq  bizlərin  mənəvi  borcu-
dur.  Hər  zaman  keçmişə  və  keçmişimizi  ya-
radanlara  hörmət  və  ehtiramın  ifadəsi  olaraq 
dilçiliyimizin qurucularına, korifeylərinə sayqı 
göstərməli, onları hörmətlə xatırlamalıyıq.  
Azərbaycan  dilçiliyinin  korifey  nümayəndələ-
rindən  biri  də  bu  il  70  yaşı tamam olan  Aydın  Mir-
saleh oğlu Məmmədovdur. Aydın Məmmədov tanın-
mış  türkoloq,  ictimai  xadim,  tənqidçi,  gözəl  natiq, 
publisist,  tərcüməçi  idi.  Aydın  Məmmədov  unikal 
yaddaşa,  fenomenal  istedada  malik  olan  bir  dilçi  ol-
muşdur. O, Moskvada tanınmış türkoloq E.Sevortya-
nın rəhbərliyi altında aspirantura təhsili almışdı.  
A.Məmmədovun  yaradıcılığı  çoxşaxəli-
dir.  Onun  yaradıcılığının  parlaq  dövrünün  bir 
hissəsi  Nəsimi  adına Dilçilik İnstitutu  ilə  bağ-
lıdır.  Aydın  Məmmədov  vaxtilə  AMEA-nın 
Nəsimi  adına  Dilçilik  İnstitutunun  türk  dilləri 
şöbəsində  çalışmış  və  həmin  şöbənin tərkibin-
də təşkil olunmuş  «Qədim dillər» qrupuna rəh-
bərlik  etmişdi.  O,  1987–1991-ci  illərdə  «Sovet-
skaya  türkologiya»  jurnalında  baş  redaktorun 
birinci  müavini  olmuşdur.  Alimin  1970-ci  ildə 
«Sovetskaya  türkologiya»  jurnalının  5-ci  sa-
yında  «Древнетюркская  акцентуация  и  не-
которые вопросы развития фонологических 
систем  тюркских  языков»  («Qədim  türk  ak-
sentləşməsi  və  türk  dillərinin  fonoloji  sistem-


AYDIN MƏMMƏDOVUN YARADICILIĞINDA KÖK SÖZLƏRİ PROBLEMİ 
 

lərinin bəzi inkişaf məsələləri») [1] adlı məqa-
ləsi çap olunmuşdur. 1972-ci ildə isə bu jurna-
lın 4-cü sayında türkoloqun başqa bir məqaləsi – 
«Ассимиляция  в  свете  взаимоотношения 
фонетики и грамматики» («Assimilyasiya fo-
netika  və  qrammatikanın  qarşılıqlı  münasibəti 
fonunda»)  [2]  adlı  məqaləsi  dərc  olunmuşdu. 
Həmin  məqalələr  yüksək  professionallıqla  ya-
zılmışdır  və  alimin  türkologiya  elminin  dərin-
liklərindən  xəbərdar  olmasını  bir  daha  sübut 
edir. 
Aydın Məmmədovun taleyi mənə Rusiya 
dilçiliyində vaxtilə bir inqilab edən, XX yüzil-
likdə  nostratik  konsepsiyanı  təkmilləşdirən 
V.M.İlliç-Svitıçın  taleyini  xatırladır.  Bu  iste-
dadlı  rus  dilçisi  də  yaradıcılığının  parlaq  vax-
tında – 32 yaşında avtomobil qəzası nəticəsində 
dünyaya vida etmişdi. A.Məmmədov da 47 ya-
şında yaradıcılığının çiçəklənən vaxtında avto-
mobil qəzasında həyatını itirdi. Əgər ömür və-
fa  etsəydi,  böyük  alim  Azərbaycan  türkologi-
yasına  yeni-yeni  unikal  elmi  əsərlər  bəxş 
edəcəkdi. 
A.Məmmədovun  dilçilik  araşdırmaları 
əsasən fonetika, fonologiya, morfonologiya, eti-
mologiya  istiqamətlərində  olmuşdur. 1980-ci  il-
lərin  əvvəllərində  (konkret  desək,  1983  və 
1984-cü  illərdə)  Nəsimi  adına  Dilçilik  İnstitu-
tunda  nəşr  olunan  «Azərbaycan  filologiyası 
məsələləri»  toplusunda  Azərbaycan  dilçiliyin-
də  ilk  dəfə  olaraq  Azərbaycan  dilinin  leksik 
materialları  ilə  Kiçik  və  Ön  Asiyanın  qədim 
dilləri  arasında  paralelliklər  mövzusunda  mə-
qalələr  dərc  olunmuşdu.  Bu  topluda  İ.Məliko-
vun,  T.Hacıyevin,  A.Məmmədovun  Azərbay-
can  dilinin  ən  qədim  tarixi,  xett-Azərbaycan, 
şumer-Azərbaycan  dillərindəki  leksik  paralel-
liklərlə, dil kontaktları ilə bağlı məqalələri çap 
olunmuşdu. Həmin  məqalələr o zamanlar elmi 
ictimaiyyətdə  çox  böyük  əks-səda  doğurmuş-
du.  «Azərbaycan  filologiyası  məsələləri»  top-
lusunda  A.Məmmədovun  da  2  məqaləsi  dərc 
edilmişdi: 1) «Azərbaycan dilinin erkən tarixinə 
dair materiallar. Şumer-türk leksik paralelləri» 
[3];  2)  «Türk  dillərində  ilkin  söz  köklərinin 
bərpasının  nəzəri  problemləri»  [4].  Türkoloq 
həmin  məqalələrdə  Azərbaycan  dilinin  şumer 
dili  ilə  genetik  əlaqəsi  məsələlərindən  bəhs 
etmişdir.  A.Məmmədovun  çoxşaxəli  dilçilik 
fəaliyyətinin  bir  istiqaməti  məhz  türk-şumer 
leksik  paralellikləri  idi.  O  zamanlar  Azərbay-
can dilinin tarixini saxtalaşdıranlara qarşı kəskin 
çıxış edən türkoloq şumer-türk leksik ortaqlığına 
əsaslanaraq  dilimizin  tarixini  XI–XIII  əsrə  aid 
edənlərə  əks  arqumentlə  cavab  verirdi.  Bu 
məqalələrdə  həm  də  A.Məmmədov  istedadlı 
tarixçi, etnoqraf kimi çıxış edirdi. Onun əsərlə-
rindəki geniş elmi informasiya, dərin elmi təh-
lil diqqəti cəlb edir. 
A.Məmmədov  1979-cu  ildə  «Türk  dillə-
rində partlayan samitlərdə mövqe və kombina-
tor  dəyişmələr»  mövzusunda  namizədlik  dis-
sertasiyası müdafiə etmişdi. Onun 1985-ci ildə 
rus  dilində  nəşr  olunan  «Тюркские  соглас-
ные: анлаут и комбинаторика» («Türk samit-
ləri:  anlaut  və  kombinatorika»)  kitabı  Azər-
baycan  dilçiliyində  türk  dillərinin  morfono-
logiyasına  həsr olunmuş  ilk  fundamental  araş-
dırmadır.  Bu  əsər  Aydın  Məmmədovun  nami-
zədlik  dissertasiyasının  təkmilləşdirilmiş  vari-
antı idi. Əsərdə müqayisəli – tarixi, tipoloji tu-
tuşdurma, statistik, eksperimental fonetika me-
todlarından geniş istifadə olunmuşdur. 
Həmin monoqrafiyada həm Asiya və Av-
ropanın  ölü  dillərinin,  həm  də  müasir  dillərin 
materiallarından  istifadə  edilmişdir.  Monoqra-
fiyada rus,  fransız,  alman, türk, türkmən,  ingi-
lis,  polyak  dillərində  olan  427  qaynaqdan  isti-
fadə olunmuşdur. Bu ədəbiyyatlardan yalnız 6-sı 
Azərbaycan dilindədir. 341 ədəbiyyat rus, qalan 
ədəbiyyatlar  isə  fransız,  alman,  türk,  türkmən, 
ingilis, polyak dillərindədir. Əlbəttə, bu səviyyə-
də  namizədlik  dissertasiyası  Azərbaycan  dilçili-
yində  nadir  hadisələrdən  biridir.  Bu  monoqrafi-
ya,  mübaliğəsiz  deyə  bilərik ki, doktorluq  səviy-
yəsində  olan  bir  araşdırmadır.  Əsərdə  fonetika, 
fonologiya,  morfonologiya  məsələləri  ilə  yanaşı, 
etimologiya,  söz  yaradıcılığı, dil universaliyaları, 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə