N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə7/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   2   3   4   5   6   7   8   9   10   ...   47

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
17 
şəxsiyyətini  analoji  müqayisələr  silsiləsində 
belə təqdim  edir:  «Aydının  həyatı  həmişə,  nə-
dənsə,  mənə,  nə  vaxtsa  oxuyub  təsirləndiyim 
və  bu  günəcən  də  xatırladıqca  kövrəldiyim 
bədii  əsəri,  bir  çox  məqamlarıyla  XIX  əsrin 
inqilabçı  ruhlu  maarifçilərinin  –  Dobrolyubo-
vun,  Çernışevskinin,  Belinskinin  mübarizələr, 
qələbələr  və  məğlubiyyətlər  dolu,  əfsanəvi 
həyat hekayətini andırır.  
Doğulduğu  sıldırımlı  Kiş  kəndi,  ana  bətni 
tək, ilıq Şəki məhrəmliyindən sonra üzləşdiyi cod 
qanunlu,  amansız  şəhər  həyatı,  enişli  –  yoxuşlu 
ədəbiyyat  və  elm  mücadilələri,  maddi  sıxıntılar 
və  ehtiyaclar  dolu,  yuxusuz  gecələrlə  yazıb-
yaratdığı  dəyərli  əsərləri,  ölkənin  ağır  müstə-
qillik dönəmində qalxana çevirdiyi parlaq alim 
zəkası,  barışmaz  vətəndaş  mövqeyi,  pak,  in-
sansevər qəlbi,  iztirablar  və  qəzalar dolu,  keş-
məkeşli  həyatı,  faciəvi ölümü,  basdırıldığı  qə-
dim, kimsəsiz Kiş qəbiristanlığı...  
Aydının  kədərli  həyat  hekayətini  sona 
çatdıran  müəmmalar dolu, sirli ölümü də, san-
ki,  bədii  əsər  sonluğudu.  Lev  Tolstoyun  məş-
hur  “Sevastopol  hekayələri”ndən  birinin axırı-
nı  –  döyüş  zamanı  yaxınlıqda  partlayan  qum-
baradan həyatını itirmiş əsgər yoldaşının, hərə-
si bir tərəfə uçan qopuq əzalarına baxdıqca, öz 
ölümündən  xəbərsiz  beyninin  son, ani  çaxıntı-
sıyla:  “nə  yaxşı,  mən  ölmədim”  düşünən  Ko-
zeltsovun  həyat  finalını  xatırladır.  Fərq  bircə 
bundadı  ki,  burada  yaxınlıqda  partlayan  qum-
baradan ölən də, bu ölümü öz gözləriylə müşa-
hidə  edib,  öz  ölümündən  xəbərsiz,  həyat  eşqi 
ilə ölən də, Aydın özüdü...» [9].  
Mən  Afaq  Məsudun  bu assosiativ analo-
giyasından,  əlbəttə  ki,  uzağam,  amma  Aydın 
Məmmədovun  bizim  dünyamızın  hadisəsi  və 
ədəbi-tənqidi  aləmimizdə  bir  «Aydın  işığı»nın 
olması  ilə  tam  razıyam...  Onunla  da  razıyam 
ki,  Aydın  Məmmədov  fenomenal  bir  alim, 
tənqidçi,  ictimai  nüfuza  malik  insan  idi.  Və 
onun  70  illik  yubileyinə  AMEA  Nəsimi  adına 
Dilçilik İnstitutunun 2 fevral 2015-ci  ildə həsr 
edilmiş  elmi  sessiyanın  «Aydın  Məmmədov 
fenomeni» adlandırılması da, elmimizin təsdiq 
etdiyi qənaətdir. Bu təkzibedilməz qənaəti ses-
siyanı  giriş  sözü  ilə  açan  institutun  direktoru, 
akad. Tofiq Hacıyev belə təsbit etmişdir: «Ay-
dın  Məmmədov  çox  gənc  ikən  Azərbaycanın 
ictimai  fikir  tarixinə  daxil  olmuş  bir  dilçi, 
böyük  alimdir.  Biz  bu  gün  Dilçilik  İnstitutu 
olaraq  Aydın  müəllimin  xatirəsini  yad  edirik, 
eyni  hüquqla  bu  işi  Ədəbiyyat  İnstitutu,  Ya-
zıçılar  Birliyi  və  ya  hansısa  ictimai-siyasi  təş-
kilat  da  edə  bilərdi.  Yəni  Aydın  Məmmədov 
belə çoxşaxəli istedad sahibi idi. O, öz qabiliy-
yətini  dərhal  elan  edə  bilirdi.  Nə  ilə  məşğul 
olurdusa, o sahədə dərhal öncüllüyü ələ alırdı. 
Biz  Aydın  Məmmədovu,  əlbəttə,  ilk  növbədə 
dilçi kimi tanıyırıq. Azərbaycan dilçiliyi üçün, 
türkologiya  üçün,  ümumi  dilçilik  üçün  Aydın 
Məmmədov  çox  işlər  görüb.  Bütün  türk  res-
publikalarında  fonetika  ilə  bağlı  dissertasiya 
yazanların  hamısı  onun  namizədlik  işindən 
istifadə edir. Akad. A.Şerbak A.Məmmədovun 
fonetika sahəsində olan elmi fəaliyyətini həmi-
şə  yüksək  dəyərləndirmişdir.  O,  Azərbaycan 
dilçi-alimləri  içərisində  ən  çox  istinad  olunan 
şəxslərdəndir. Bu gün biz dilçilik və  mədəniy-
yət  tarixində  xüsusi  çəkisi  olan  bir  alimi  yad 
edirik. Düzdür, o, elmlər namizədi kimi həyat-
dan  getsə  də,  amma  ən  çox  istinad  olunan 
şəxslərdəndir» [10].  
Tofiq  Hacıyev  daha  sonra  deyib:  «Təəs-
süf ki, Aydın Məmmədov dünyadan elmlər na-
mizədi  kimi  getdi.  Ömrünün  son  illərində 
Azərbaycanda  baş  verən  ictimai-siyasi proses-
lərə,  azadlıq  hərəkatına  qoşulduğundan  elmi 
işi ilə məşğul olmağa vaxtı qalmırdı. Təsəvvür 
edin  ki,  Qazaxıstanda  onun  doktorluq  refera-
tını çap etdilər. Onun isə başı ictimai məsələlə-
rə  elə  qarışdı,  müdafiəyə  getmədi.  Amma  biz 
Aydını  elə  doktor  kimi  tanıyırıq.  Başqa  res-
publikalarda  da  onu  doktor  kimi  tanıyırlar. 
Mən Azərbaycanda onun kimi nəzəri hazırlıqlı 
fonetist tanımıram. Yadımdadır, Azərbaycanda 
2 «Türkologiya», № 2 


QURBAN BAYRAMOV 
 
 
18 
böyük  türkoloq  Aleksandr  Şerbakın  kitabının 
müzakirəsi  keçirilirdi.  Məruzəçi  Aydın  Məm-
mədov  idi.  Bu  adam  bir  məruzə  elədi  ki,  Şer-
bakın özü heyran qaldı. Bütün müasir türkolo-
giya nəzəri və fonetik baxımdan onun məruzə-
sində işıqlandırıldı və özünü böyük dilçi hesab 
edənlərin  hamısı  gördü  ki,  bizim  fonetikamız 
hansı nəzəri səviyyədədir. 
A.Məmmədov 1988-ci ildə “Kitabi-Dədə 
Qorqud”un  birinci  kollokviumunu  təşkil  edə-
rək Türkiyə  ilə  Azərbaycan arasında elmi-mə-
dəni  əlaqələrin  güclənməsinə  nail  olmuşdur. 
“Azərbaycan  filologiya  məsələləri”  adlı toplu-
sunun çapı da onun  adı  ilə  bağlıdır. Həmçinin 
o,  Nəsimi  adına  Dilçilik  İnstitutunda  Tipoloji 
dilçilik  şöbəsində  çalışıb.  Aydın  Məmmədov 
görkəmli dilçi olmaqla yanaşı, həm də istedad-
lı ədəbiyyatşünas, tənqidçidir. Aydın Məmmə-
dov  AMEA-nın  Rəyasət Heyətində Humanitar 
Bölmənin  (akad.  Məmməd  Cəfərin  rəhbərliyi 
ilə.  –  Q.B.)  elmi  katibi  vəzifəsində  işləyərək 
bu  sahədə  çoxlu  işlər  görmüşdür.  Çox  gözəl 
qələmi  olan  bir  tənqidçi  idi.  Hamı  arzu  edirdi 
ki, Aydın onun haqqında bir yazı yazsın» [10]. 
Bu,  qazanılmış  tənqidçi  nüfuzu  və  tən-
qidçi səlahiyyəti idi və özü də asan qazanılma-
mışdı. Axı, Aydın Məmmədov tənqidə gələndə 
artıq  Azərbaycan tənqidi 60-cı  illər  ədəbiyyatı 
kimi  keyfiyyətcə  yeni  bir  mərhələyə  qədəm 
qoymuşdu. Bu  mərhələdə Azərbaycan tənqidi-
nə  yeni  nəfəs,  yeni  baxış  bucağı,  fərqli  təhlil 
manerası,  orijinal  ədəbi-estetik  kriterilər  axını 
başlamışdı.  Aydının  qarşısında  böyük  nüfuza 
və təcrübəyə  malik, ustad tənqidçilər  nəsli  var 
idi. Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cə-
fərov,  Kamal  Talıbzadə,  Bəkir  Nəbiyev,  Yəh-
ya Seyidov, Qulu Xəlilov, Məsud Əlioğlu, Pə-
nah  Xəlilov,  Əhəd  Hüseynov,  Cəlal  Abdulla-
yev, Elçin, Gülrux Əlibəyova, Akif Hüseynov, 
Şamil  Salmanov,  Asif  Əfəndiyev  (Asif  Ata), 
öz  nəslindən  Kamil  Vəli,  Kamal  Abdulla,  Ni-
zami  Cəfərov  və  bizlər...  Ədəbi  tənqidlə  məş-
ğul olan, mənsub olduğu nəsil, istedad dərəcə-
si  və  nəzəri  hazırlıq  səviyyəsi  baxımından  ta-
mamilə fərqlənən tənqidçilərimizin heç də tam 
olmayan bu nüfuzlu siyahısında, bu pleyadada 
fərqlənmək, nəzərəçarpacaq nüfuz qazanmaq o 
qədər də asan məsələ deyildi! Aydın Məmmə-
dov  öz  istedadı,  vətəndaşlığı  və  fədakarlığı, 
erudik  biliyi,  ədəbi  fəhmi  ilə  bu  «müşkülə» 
açar  saldı  və  özünəlayiq  nüfuzlu  yerini  tapdı, 
bu  yeni  müstəvidə  məqamını  tutdu!..  Onun 
«Zamanla  səsləşən  şeirlər  sorağında»  (I  və  II 
məqalələr),  «Bugünkü  nəsrimizin  poetik  mən-
zərəsi»,  «Nəsrin  çətin  yolları,  tənqidin  dolan-
bacları», «Ən gənc nəsrimizin poetik mənzərə-
si»  [11]  qəbildən  məqalələri  bu  cəhətdən  ol-
duqca  böyük  maraq  doğururdu  və  ədəbi  tən-
qiddə  spesifik  idrak  hadisəsinə  çevrilirdi.  Ay-
dın  Məmmədov  yeni  tipli  tənqidçi  təfəkkürü 
ilə  Azərbaycan  nəsrinin  o  dövrdə  təyinedici 
missiyaya  malik  ümumittifaq  nəzəri  fikri  sə-
viyyəsində  poetik  mənzərəsini  yaratmağa  mü-
vəffəq olmuşdu. 
Görkəmli  mütəfəkkir-tənqidçi Yaşar Qa-
rayev  o  dövrün  (70-ci  illərin)  ədəbi  tənqidini 
səciyyələndirərkən  «Tənqidin  gəncliyi»  məqa-
ləsində  Aydın  Məmmədov  tənqidini  belə  qiy-
mətləndirirdi:  «Bu  nəslin  bütövlükdə  ifadə  et-
diyi orijinal  bədii  çalar  və  fərdi  estetik əda öz 
ilk  qabarıq  ifadələrindən  birini  Aydın  Məm-
mədovun  fərqli  manera  ilə  yazılmış  məqalələ-
rində tapdı.  “Bugünkü  nəsrimizin  poetik  mən-
zərəsi”,  “Ən  gənc  nəsrimizin  poetik  mənzərə-
si”  məqalələri onun  miqyaslı  və obrazlı təfək-
kür  tərzi,  bədii  istedad  və  imkanları  barədə 
nikbin  ümid  və  təsəvvür  aşıladı.  Bu  yazılarda 
o, milli-bədii prosesi (əsasən nəsri) geniş kon-
tekstdə,  onun  perspektivli  meyilləri  işığında 
alır və fərdi, müstəqil, emosional düşüncələrin 
predmetinə çevirə bilir» [12]. 
Aydının  tənqidində,  ənənəvi  tənqiddən 
fərqli  olaraq  sərbəst  düşüncə,  interpretasiya, 
yeni  yozum,  emosionallıqla  süslənmiş  akade-
mizm  əsas,  aparıcı  xətti  təşkil  eləyir.  Aydının 
tənqidində emosionallıqla analitikliyin  vəhdəti 
paradoksal  hala  çevrilmir,  əksinə,  harmoniya 
yarada  bilir,  biri-digərini  tamamlayır...  Fərqli 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə