N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
19 
bir  mahiyyət  çaları  yaradır.  Əlbəttə,  fərqlən-
mək  istedadın  bəhrəsidir.  İstedad  isə  ədəbi-
nəzəri kontekstdə hərtərəfli filoloji biliyə yiyə-
lənmək,  müəyyən  ideya-estetik  mövqedə  da-
yanmaq  qabiliyyəti,  ehtiras,  mübahisəyə  hə-
vəs,  vətəndaşlıq  hissinə  malik  olmaq,  milli 
ədəbiyyatın  heysiyyətini  qorumağı, onun təəs-
sübkeşi olmağı bacarmaq deməkdir...  
Aydının  tənqidində  70–80-ci  illərin  ön-
cül tənqidinə  xas olan  bu  cəhətlər  cəmlənmiş-
di.  Aydın  bir tənqidçi kimi  narahat  və  axtarıcı 
qələm əhlindən idi. Aydın Məmmədov bir tən-
qidçi  kimi  bədii  mətnin,  materialın  cövhərini 
üzə  çıxarmağı  bacarır,  bədii  mətnin  müəlli-
finin  belə  duymadığı,  ağlına  gəlmədiyi  gizli 
qatları  aşkarlayır, özünün  yozumlarını,  şərhlə-
rini  inandırıcı hərarətlə, qeyri-adi məntiqlə or-
taya qoyurdu, ədəbi  janrların mahiyyətinə var-
maqla prosesin istiqamətini müəyyənləşdirirdi. 
Belə ki, Aydını bir tənqidçi kimi  maraq dairə-
sinə daxil olan  məsələlərdən ən  mühümü ayrı-
ayrı janrların – 60–80-ci illər şeirinin, nəsrinin 
ədəbi  prosesdəki  canlı  inkişafını  izləmək, 
ümumiləşdirmək,  ümumidə  xüsusinin,  xüsu-
sidə  ümuminin  yerini  və  əhəmiyyətini  dürüst-
ləşdirmək,  poeziyanın,  nəsrin  inkişaf  perspek-
tivlərini  proqnozlaşdırmaq  dururdu.  Onun  yu-
xarıda  adlarını  çəkdiyimiz  «Zamanla  səsləşən 
şeirlər sorağında» (I və II məqalələr), «Bugün-
kü  nəsrimizin  poetik  mənzərəsi»,  «Nəsrin  çə-
tin  yolları,  tənqidin  dolanbacları»,  «Ən  gənc 
nəsrimizin  poetik  mənzərəsi»,  ümumiyyətlə 
«Sözümüz  eşidilənədək»  kitabında  toplanan, 
həmçinin  ora  düşməyən  bir  sıra  məqalələri, 
icmalları, dialoqlarında Azərbaycan poeziyası-
nın, nəsrinin yeni mərhələdəki vəziyyəti, proq-
ressiv  və  reqressiv  cəhətləri  ətraflı  təhlil  olu-
nur,  inkişaf  meyilləri  qiymətləndirilir,  dövrün 
ədəbi həyatı üçün mahiyyətli, mənalı və xeyirli 
olan  inandırıcı  elmi-nəzəri  mülahizələr  irəli 
sürülürdü. 
Məsələn, «Zamanla səsləşən şeirlər sora-
ğında» məqalələri 60–70-ci illər ədəbi prosesi-
nə  həsr  edilmiş  tutarlı,  faktlarla  zəngin,  ümu-
miləşdirmələrlə  süslənmiş  və  dediyimiz  krite-
riləri  ehtiva  edən  səciyyəvi  bir  əsər  təsiri  ba-
ğışlayır.  Burada,  tənqidçi  təəssüratı  yoxdur, 
elmi-nəzəri  məntiq  və  təhlil,  poeziyanın  im-
kanlarının  estetik  dərki,  poetik  təfəkkürdə  ən-
ənə  və  novatorluq  problemi,  ənənəviçilik  və 
formal  novatorluğun  təzahürləri,  «şeir  axını» 
və  mənasızlıq,  şeir  axınının  həqiqi  poeziyanı 
sıxışdırmaq  təhlükəsi,  istedadla  istedadsızın 
tənasübünün estetik zövqə vurduğu ziyan və s. 
tənqidçini  ciddidən-ciddi  düşündürür,  poetik 
təsərrüfatda  baş  verənlərin  səbəblərini  tapma-
ğa  və  bunların  necə  aradan  götürülməsinin 
yollarını aramağa çalışır.  
Aydın  Məmmədovu  bir  düşüncə  sahibi 
kimi  şeirdə  sənətkarlığın  aşağı  düşməsi,  ədəbi 
tənqidin  şeir  təsərrüfatı  ilə  lazımınca,  dəyərincə 
məşğul  olmadığı,  konyunktur  resenziyaların  ya-
zılması, poeziya, eləcə də digər ədəbi janrlar haq-
qında  yazılan  yaxşı  məqalələrin  kəmiyyətcə 
azlığı,  şair  və  yazıçı  şəxsiyyətinin  təzyiqi  qarşı-
sında tənqidçi dözümsüzlüyü narahat edirdi. 
Aydın  tənqidində  müasirlik  kateqoriya-
sının  şərhinə  və  bu  kateqoriyanın  prinsipləri 
ilə  bədii  mətni  təhlilə  xüsusi  önəm  verirdi. 
Aydının  tənqidində  müasirlik  kateqoriyasının 
əsas, başlıca komponentləri əksini, izahını tapa 
bilir.  O,  müasirliyi  aktuallıqla  eyniləşdirməyi, 
hər  iki  estetik  kateqoriyadan  sənətkarlığın  zə-
rəri hesabına sui-istifadə etməyi o dövrün ədə-
biyyatının ən  yaralı  yeri sayır və bədii ədəbiy-
yatın sənətkarlıq məsələlərini, tədqiqini hər iki 
estetik  kateqoriya  ilə  vəhdətdə  aparır,  müasir-
liyin əsas ideya-estetik mündəricəsini açır. Be-
ləliklə,  Aydın  bir  tənqidçi  kimi  məqalələrində 
günün  estetik  tələbləri  mövqeyindən  konsep-
tuallığı  həmişə  nəzərdə saxlayır, tənqiddə  mü-
şahidə  edilən  fəaliyyətsizliyi,  kəsərsizliyi,  bi-
ganəliyi  heç  cür  qəbul  eləmir,  tənqidi  tənqid 
atəşinə tutur... 
Aydının  tənqidində  (mən  bu  ifadəni  dönə-
dönə  işlətməkdə  məqsədim  odur  ki,  bildirim  ki, 
2 * 


QURBAN BAYRAMOV 
 
 
20 
həqiqətən  də,  Aydının  spesifik,  Aydına  məx-
sus tənqidi  mövcuddur)  bir  cəhət  də diqqətçə-
kəndir.  Dilçi-linqvist,  türkoloq-alim  Aydınla, 
ədəbi-estetik  kateqoriyalarla  düşünən  tənqidçi 
Aydının  düşüncə  tərzinin  ortaq  məxrəcə  gəl-
məsi,  birinin  digərini  uyarlıqla  tamamlama-
sıdır.  Dilçi  Aydınla  tənqidçi  Aydının  birləşən 
müşahidə  və  mühakimələri  ayrı-ayrı  ədəbi-
estetik  problemlərin  əsaslı,  obyektiv  şərhinə, 
təhlilinə  etibarlı  estetik  zəmin  hazırlayır.  Elə 
bir  zəmin  ki,  xarakter,  qəhrəman,  forma  və 
məzmun, yazıçı  mövqeyi, aktuallıq və müasir-
lik,  bədii  dil  və  sənətkarlıq  problemlərinin 
düzgün,  dürüst,  səviyyəli  tədqiq  və  təqdimini 
təmin edir.  
Belə  ki,  Aydının  bədii  fikrimizin,  ədəbi 
məhsulumuzun  təhlilinə  və  tənqidinə  həsr 
edilmiş  məqalələr  silsiləsi  ədəbi  prosesin  ça-
tışan  və  çatışmayan  cəhətlərini,  uğur  və  nöq-
sanlarını polemik müstəvidə, nəzəri mübahisə-
lər  diapazonunun  genişliyi  kontekstində  üzə 
çıxarır,  onun  inkişafının  əsas  meyillərini  mü-
əyyənləşdirir, ədəbi məhsulun ümumən, küllən 
elmi-nəzəri,  estetik  təsnifatını  verə  bilir,  bədii 
prosesə  hərtərəfli  və  nüfuzlu  müdaxilə  etmək 
imkanı qazanır... 
Aydın Məmmədov Azərbaycan tənqidinə 
ilk  dəfə  linqvistik  modellərin  ədəbiyyatşünas-
lığa – ədəbi tənqidə tətbiqini gətirənlərdən biri 
oldu  və  hələ  Avropada  yeni-yeni  təşəkkül  ta-
pan «strukturalist poetikanın» (görkəmli ingilis 
filoloqu  Conatan  D.Kuller)  təhlil  metodologi-
yasından istifadə elədi. Elə Conatan D.Kuller də 
Aydının  həmyaşıdı  idi.  Qəribədir,  Aydın  ədəbi 
və ictimai mühitdə hamı ilə, ən cox isə özü özü 
ilə  debatı  xoşlayardı  və  bu  onun  psixoanalitik 
düşüncə  tərzinin  işartılarından  idi...  Lakin  bunu 
əsaslı şəkildə təsbit etməyə onun vaxtı, imkanı, 
daha  doğrusu,  hövsələsi  olmadı.  Hövsələ  de-
dim,  Aydının  həmqələm,  həmməslək  dostu, 
yazıçı-publisist, dilçi-tənqidçi Kamal Abdulla-
nın  Aydın  barəsində  yana-yana  yazdığı  esse-
sindən  bir  müşahidəsi  yadıma  düşdü.  Aydının 
elmdə,  tənqiddə,  ictimai-siyasi  mühitdə,  ümu-
miyyətlə, həyatında-fəaliyyətində «fatehlik» təş-
nəsi olmasını  xarakter səviyyəsində  yeganə ola-
raq  Kamal  Abdulla  dürüst  müşahidə  etmişdi.  O 
vaxtkı  ümumittifaq  miqyasında  türkoloq  kimi 
tanınan  Aydına  müraciətlə  deyir:  «Aydın, 
qardaşım,  bu  sənin  üçün  az  idimi?  O  dəqiqə 
həvəsdən  düşürdün.  Bəlkə  ən  yaxın,  ən  məh-
rəm  iki-üç  ürək  dostun  xasiyyətinin  belə  bir 
məqamını  bilirdi ki,  nail olduğun,  fəth etdiyin 
hər  hansı  bir  şey  sənin  üçün  yalnız  o  fəth 
edilmə  prosesi  zamanı  maraqlı  olur.  Dilçilik 
artıq  sənin  aləmində  fəth  edilmişdi.  Qarşıda 
daha  geniş  və  qismən  yeni  və  yeni  olduğu 
üçün də son dərəcə cazibəli ədəbiyyat meydanı 
açılırdı.  Bu  meydana  yeni  bir  maraq  və  hə-
vəslə atıldın.  
Yeni  bir  mübarizə  həvəsi  ilə.  Bir-birinin 
ardınca sanki birnəfəsə yazılmış kəskin tənqidi 
məqalələrin  70-ci  və  80-ci  illər  Azərbaycan 
ədəbi  tənqidinin  ən  gözəl  nümunələri  oldu. 
Hamının  diqqət  mərkəzinə  keçmişdin.  Sənin 
nüfuzlu  tənqidçi  sözünü  həm  qocaman  sənət-
karlarımız, həm də gənc, istedadlı şair və yazı-
çılarımız,  kimi  nigaran-nigaran,  kimi  də  ümid 
və  həvəslə  gözləyirdi.  Böyük  bir  Tərcümə 
Mərkəzinə  rəhbərlik  sənə  tapşırılmışdı  və  sən 
də  burada  özünəməxsus  təşkilatçılıq  səliqə-
sahmanınla  artıq  sezilən  və  möhkəmlənən  bir 
dəst-xətt  yaradırdın.  Aydın,  qardaşım,  yavaş-
yavaş  əlin-ayağın  bir  yerə  yığılırdı,  həmməs-
ləklərinlə  bir  mərkəzdə  birləşmişdin,  bu  sənin 
üçün az idimi?» [13]. 
Aydın üçün öz ömrü kimi, hər şey az idi 
və  bu  «azlığın»  labirintində  o  axtara-axtara, 
nəyisə  «fəth»  etmək  üçün  aza-aza  gedirdi, 
türklər  demiş  «koşurdu»!  Bəlkə  də,  onu  həm-
karlarından,  ürək  dostlarından,  onu  sevənlər-
dən fərqləndirən də bu cəhəti idi. Onu sevənlər 
isə  var  idi.  Yenə də,  Kamal  Abdullaya  istinad 
edək:  «Aydın Məmmədov öz  məhvini özü  ha-
zırlayanlardan biri oldu. Və öz fiziki məhvi ilə 
qovuşmayana qədər sakitləşə bilmədi. Çox şey 
qaldı  ki,  ona  deyə  bilmədim.  Və  deyə  bilmə-
diklərimi ağır da olsa, yazmaq istədim. Aydına 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə