N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

NƏRİMAN SEYİDƏLİYEV 
 
30 
edir. Hər  kəs  iyunun 25-də  sübh tezdən durub 
gündoğana baxsa, orada o quyruğa oxşayan ul-
duz dəstəsini görür» [9. S.302]. 
H.Zərdabinin  publisistikasında  feili  fra-
zeoloji  vahidlərə  nisbətən  ismi  frazeoloji  va-
hidlər  çox  azdır.  Biz  yalnız  üçünü  nümunə 
göstəririk  ki,  bu  da  ədibin  qəzeti  ilə  bağlıdır: 
boş söz, təmiz adam, köhnə qurd
Boş  söz  ifadəsi  çox  yerdə  işlədilib:  cəfən-
giyat,  mənasız  faydasız,  dəyərsiz  söz  mənasını 
bildirir. Ən çox da danışıqda işlədilir. H.Zərdabi 
boş  söz  ifadəsini  savadsız  xalqın  yazılanlara 
inanmaq istəmədiyini kinayə ilə işlədir. 
Təmiz adam  ifadəsi  ‘heç  bir  fırıldaq, kə-
lək,  hiylə  bilməyən  şəffaf,  namuslu,  hər  şeydə 
düz,  obyektiv  adam’  mənasını  ifadə  edir. 
H.Zərdabi  təmiz  adam  ifadəsi  ilə  o  dövrkü  fı-
rıldaqla,  əyri  yollarla  məşğul  olan  yüzbaşı  və 
sudyaları  (mirzələri)  tənqid  edərkən  işlətmiş-
dir, hansı ki onlar təmiz adamları da ləkələmək 
istəyirlər.  O,  fırıldaqla  məşğul  olan  həmin 
adamlar  haqqında  yazırdı:  İş  burasındadır  ki, 
belədə  kəndlərin  yüzbaşı  və  sudyaları  o  mir-
zələrdir...  Camaat  inanıb  intixab  elədiyi  yüz-
başı  və  sudyalarımız  bu  mirzələr  dəftərə  nə 
yazmağını bilməyib, onun sözünə inanıb oraya 
möhür  basırlar.  Bu  mirzələrə  inanmaq  olar-
mı?.. O mirzələrə inanmaq çətindir və onların 
çoxu  həqiqət  hər  nə  istəyirsə  eləyir.  Bizim 
kənd  əhli  heç  ağ  gün  görməyib.  Onu  həmişə 
söyüb  döyüblər,  ondan  rüşvət  alıblar.  Belə 
pərvəriş  tapan  adamı  heç  inandırmaq  olmaz 
ki, dünyada təmiz adam olar [9. S.216–217]. 
Yeri gəlmişkən, qeyd edək ki, burada ağ 
gün görməmək ifadəsi yerinə düşüb və Zərdabi 
xalqın bu çirkin zümrələr qarşısında necə bəd-
bəxt,  qaragünlü,  aciz  olduqlarını,  xoşbəxt  bir 
gün görmədiklərini göstərmişdir. 
Köhnə  qurd  ifadəsini  Zərdabi  «Həyat» 
qəzetində  çap  etdirdiyi  «Keçən  günlərdən» 
məqaləsində  işlətmişdir  [10].  Hazırda  da  bu 
ifadə  danışıqda  çox  işlədilir.  Bəzi  bölgələrdə 
qoca qurd kimi də deyilir – Heç bir hiyləyə al-
danmayan,  uymayan,  təcrübəli,  ayıq,  zirək, 
çoxbilmiş  adam  haqqında  deyilir.  H.Zərdabi  bu 
ifadəni  Göyçay  rayonunun  o  vaxtkı  naçalniki 
barədə  işlətmişdir.  Həmin  naçalnikin  adı  qısa 
olaraq,  C...  kimi  verilmişdir.  Ədib onun  bir  çox 
əməlləri  haqqında  məlumat  verdikcə  təkrar-
təkrar yazırdı: C... köhnə qurd idi [9. S.222]. 
H.Zərdabi  publisistik  məqalələrində  dini 
söz  birləşmələri  də  işlətmişdir  ki,  bunların  bir 
çoxu  Allah  sözü  ilə  bağlıdır.  Həmin  ifadələr 
aşağıdakılardır: 
 
Allaha şükür – ‘xoşbəxtlikdən, yaxşı ol-
du  ki’:  Niyə  Allaha  şükür,  təvana  kəslərimiz 
çoxdur [9. S.96] [Qəzetin nəşri ilə əlaqədar]; 
 
Allah  lənət  eləsin  –  ‘qarğış  kimi  işlədi-
lir’: Allah lənət eləsin o kəslərə ki, bu böhtanı 
bizim şəriətə deyib, şəriətimizi bihörmət və sizi 
sərgərdan ediblər [9. S.96]; 
 
Allaha  şükür  etmək  (eləmək)  –  ‘sevin-
mək,  razı  olmaq,  naşükür  olmamaq’:  ...əgər 
gələn il ənvai-müsibət ilə qəzeti çıxarda bilsək, 
gərək Allaha şükür edək [9. S.98]; 
 
Allah  rəhmətinə  getmək  (evf.)  –  ‘öl-
mək’:  ...içəri  gedib  gördüm  başına  döndüyüm 
Şahpəri Allah rəhmətinə gedib [9. S.100]; 
 
Allahdan  buyruq  –  tənbəllik  haqqında, 
işləməyib  (müftə)  yemək  istəyənlər  haqqında 
deyilir.  Bəzən  Allahdan  buyruq,  ağzıma  quy-
ruq kimi də işlədilir: Xülasə, heç həvəs ilə zəh-
mət  çəkən  yoxdur.  Hamımız  tənbəllik  edib  iş-
dən qaçırıq, ya bekar oturub Allahdan buyruq 
deyirik [9. S.117]; 
 
Allah rəhm eləsin – ‘səbir etmək, dözmək, 
kömək  olmaq,  yazığı  gəlmək’  mənasında:  Əgər 
əhyana zikr olan səbəblərin birinə görə qəzetimiz 
bərhəm olmalı olsa, bunu vaxtında yazıb müştəri-
lərimizə  məlum  edib,  onların  pulunun  artdığının 
özlərinə  qaytaracağıq.  Allah  «Əkinçi»yə  rəhm 
eləsin [9. S.125]; 


HƏSƏN BƏY ZƏRDABİ PUBLİSİSTİKASININ FRAZEOLOGİYASI 
 
31 
Allahlıq  iddiasına  düşmək  –  ‘ağalıq 
etmək, hökmranlıq etmək’: ...oranın bəzi təva-
nəsi  firon  kimi,  Allahlıq  iddiasına  düşüb,  ka-
sıbları  bizim  İrandan  gələn  hamballar  kimi 
yovmiyyə çörəyə möhtac olub [9. S.146]. 
H.Zərdabi  publisistik  əsərlərində  bəzən 
atalar sözü və məsəllərə də yer vermişdir. Yığ-
camlığı, obrazlılığı, dərin mənalılığı ilə fərqlə-
nən  atalar  sözü  və  məsəllərdən  H.Zərdabi  çox 
ustalıqla istifadə etmişdir. O, məqalələrinin bi-
rində Kim qazana, kim  yeyə  məsəlini  işlətmiş-
dir. Bunu  işlətməklə, müəllif  müftəxorları tən-
qid  etmişdir,  başqalarının  əməyi,  zəhməti  he-
sabına  dolananları  nəzərdə  tutmuşdur.  O,  ya-
zırdı:  Ey  müsəlmanların  millət  təəssübü  çəkən 
kəsləri,  bir  açın  gözünüzü,  dünyaya  tamaşa 
edin...  Xoş  o  kəslərə  ki,  «kim  bilir,  kim  qaza-
na,  kim  yeyə,  əbləh  odur  ki,  dünya  üçün  qəm 
yeyə»  –  deyib  gələcəkdən  bixəbər  olub  onun 
qəmini çəkməyiblər [9. S.76]. 
Əlindən  bir  iş  gəlməyən,  xeyriyyəçiliklə 
işi olmayan, dədə-babadan qalma mərdimazar-
çılıqla  məşğul  olan  kəslər  haqqında,  xeyirə-
şərə  yaramayanlar  haqqında  ev  buzovundan 
öküz olmaz məsələni işlətmişdir [9. S.96–97]. 
Öz  əlaqəsi  uğrunda  çalışan,  axıra  qədər 
mübarizə  aparan  adam,  iddiaçı  haqqında,  işi 
yarımçıq  qoymayıb  axıra  çatdırmaq  haqqında, 
bəsdir deyənə qədər iş görmək üçün çalışanlar 
və s. haqqında H.Zərdabi at ölüncən otlar mə-
səlini çəkir: Ona binaən bu vaxtda meydan xali 
qalmasın deyilən məlum edirik ki, gələn il yenə 
qəzet üç həftədə bir çıxacaq və qiyməti 3 manat 
olacaq. Bir  məsəldir:  at  ölüncən  otlar. Biz də 
«bəsdir»  sözünü  müştərilərdən  və  ya  qeyridən 
eşidincə gərək danışaq [9. S.101]. 
Özündən, işindən razı qalan, avazı, mah-
nısı  özünə  xoş  gələn  adamlar  özündən  başqa 
heç  kimin  işini  bəyənməyənlər  haqqında  eş-
şəyin  anqırmağı  özünə  xoş  gəlir  atalar  sözünü 
işlətmişdir [9. S.126]. 
Hər işin vaxtında görülməsi, onun bir an 
da  belə  gecikdirilməməsi  üçün  dəmiri  isti-isti 
döyərlər atalar sözü işlədilir. H.Zərdabi də də-
miri  qızmışkən  onu  döymək  gərək  kimi  işlət-
mişdir:  Ey  millət  təəssübü  çəkən  qardaşlar, 
əgər  qəzetin  xeyrini  başa  düşüb  onun  baqi 
olmağını istəyirsinizsə, indi vaxtdır, dəmir qız-
mışkən  onu  döymək  gərək.  Yoxsa  sonra  onu 
qızdırmaq düşvar olur [9. S.102]. 
Başqa  bir  məsəl  Cidanı  torbada  gizlət-
mək olmaz  ifadəsidir. Bəzən torba  əvəzinə  çu-
val  da  işlədilir.  Mənası aşağıdakı  kimidir:  ‘bir 
işin  üstünü  örtmək,  başqalarından  gizlətmək 
mümkün olmadıqda, yəni hamıya aşkar olduq-
da’ bu ifadə işlədilir. 
H.Zərdabi  yazır:  Bir  məsəldir  ki,  cidanı 
torbada  gizlətmək  olmaz.  Habelə  bu  halda 
təzə xəbər çox olduğunu gizlətmək məqdur de-
yil.  Amma  bu  xəbərlər  elə  xəbərlərdir  ki,  hər 
kəs  onların  barəsində  az  danışıb  çox  eşitmək 
istəyir [9. S.103]. Əlbəttə, söhbət gödək (qısa) 
nizədən,  yox  uzun  ölçülü  nizədən  gedir.  Nizə 
var bir metr, yarım metr, nizə də var uzunluğu 
iki-üç metr və artıq. 
H.Zərdabidə  işlənən  Zəmanə  sənə  saz 
olmasa,  sən  zəmanəyə  saz  ol  məsəli  fars  şairi 
Məsudinin  (1046–1121)  bir  şeirindən  yayılıb. 
Mənası:  ‘Nə  qədər  ki,  öz  muradına  çatmamı-
san,  çalış  ki,  zəmanə  sənə  saz  olmasa  da,  sən 
zəmanəyə  saz  ol  (zəmanənin  gərdişi  sənə  xoş 
gəlməsə də, sən onu qəbul et. Yəni palaza bü-
rün, el ilə sürün)’. 
H.Zərdabi  bu  məsəli  hansı  məqamda 
yazdığı  məqalənin  məzmunundan  irəli gəlmiş-
dir. O, yazır: Dünya bir şeydir ki, həmişə döv-
ran  edir  və  insan  bu  tövr  dünyanın  gərdişinə 
görə gərək, habelə  öz  rəftarını  da dəyişdirsin. 
Necə  ki,  məsəldir  deyərlər:  zəmanə  sənə  saz 
olmasa, sən  zəmanəyə  saz  olginən. Pəs olmaz 
ki,  dünyada  həmişə  bir  qayda  ilə  rəftar  olsun 
[9. S.60]. 
Xalq  danışıq  dilində  it  yiyəsini  tanımır 
ifadəsi  vardır  ki,  bu,  məsəl  kimi  də  işlədilir: 
‘həddindən  çox  adam, tünlük, qələbəlik,  basa-
bas  olan  yer’  haqqında  deyirlir.  H.Zərdabi 
yazır: Salisən, bizim qəzeti çıxardan bircə mə-
nəm və əgər  mənim  başıma  bir iş gəlsə, gərək 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə