N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə12/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

NƏRİMAN SEYİDƏLİYEV 
 
28 
«Daxiliyyə» adı altında məqalədə (baş məqalələr-
də)  öz  əksini  tapmışdır.  Onun  işlətdiyi  frazeoloji 
vahidlərdə, demək olar ki, anlaşılmayan söz yox-
dur.  Aşağıdakı  nümunələr  də  bunu  təsdiq  edir: 
sözünə  əməl  etmək  [9.  S.60];  bir-birinə  dəymək 
[9.  S.86];  gözübağlı  saxlamaq  [9.  S.89];  dalınca 
düşmək [9. S.89]; yadından çıxmaq [9. S.92]; irəli 
getmək  (inkişaf  etmək)  [9.  S.92];  tarixə  düşmək 
[9.  S.93];  yola  düşmək  [9.  S.96];  yola  getmək 
[9. S.96]; fikrə getmək [9. S.97]; söz arasına  söz 
salmaq (fikri yayındırmaq) [9. S.97]; dünyaya gəl-
mək [9. S.100]; canını almaq [9. S.100]; yaddan çı-
xarmamaq [9. S.103]; zəhləsini qaçırmaq [9. S.110]; 
qara  günə  qalmaq  [9  S.113];  üstünə  düşmək 
(danlamaq)  [9.  S.114];  qəflət  yuxusundan  oyan-
maq [9. S.120]; meydana girmək [9. S.120]; it sa-
hibini tanımır [9. S.125]; fikrinə düşmək [9. S.141]; 
yolunu kəsmək (mane olmaq) [9. S.209]; geri sal-
maq  [9.  S.210];  hesabını  çəkmək  (nəticə  çıxar-
maq) [9. S.231]; günü qara olmaq [9. S.232] və s. 
H.Zərdabinin  əsərlərində  feili  frazeoloji 
birləşmələr  çoxluq  təşkil  edir  və  yuxarıdakı  nü-
munələrdən  də göründüyü  kimi,  həmin  vahidlər 
xalq dili ilə sıx bağlıdır, danışıqda çox işlədilir. 
Feili  frazeoloji  birləşmələrdə,  əsasən  isim 
və  feil  komponentləri  iştirak  edir.  Dünya  dil-
lərində olduğu kimi, Azərbaycan dilində də feili 
frazeologizmlərin  bir  qismi  semantiklə  bağlı 
olur. Bu cür ifadələr dildə daha zəngindir. 
H.Zərdabinin  publisistikasında  da  bunun 
şahidi oluruq. Məsələn, əl sözü ilə bağlı aşağı-
dakı frazeoloji vahidlər işlədilmişdir: 
 
əlini işə vurmamaq – ‘heç bir iş görmə-
mək’: Amma o cavan olub əlini işə  vurmayan 
zaman  hər  kəs  belə  qardaşı  ya  gərək  başdan 
eləsin, ya onu işlətsin [9. S.63]; 
 
əlindən  dad  eləmək  –  ‘bezmək,  təngə  gəl-
mək, həddən artıq narazılıq bildirmək’: Keçən za-
man muğrularımızın əlindən dad edirdik [9. S.77]; 
 
əldən  çıxmaq – ‘itirmək,  yox olmaq, iti-
rilmək,  aradan  çıxmaq,  istehsal  edilməmək’: 
Əgərçi bizlərdə adətdir ki, umurat əhlini üzünə 
tərif  edib  dalda  qeybətini  edirlər  və  umur  əl-
dən  çıxanda  o  kəs  hamısının  yadından  çıxır... 
[9. S.92]; 
 
ipini  əlində  saxlamaq  –  ‘tabe  etmək, 
asılı  vəziyyətdə  saxlamaq’: Saniyə  elmi-əbdan 
hədisi 1293 ildir ki, xalqın ipini əllərində sax-
layan şəxslərə məlumdur [9. S.88]; 
 
əldən getmək – ‘məhv olmaq’: Bu şeylə-
rin birisi dil və birisi din və məzhəbdir. Elə ki, 
bunların birisi əldən getdi, tayfanın beli sınan 
kimidir [9. S.237]; 
 
ipi  əlinə  düşmək  –  ‘tabe  olmaq,  əsarə-
tində  olmaq’:  Belə  ki,  xəlifələrin  yerində  sol-
tanlar, şahlar, xanlar əyləşdi  və  xalqın  ipi  ru-
hanilərin əlinə düşdü [9. S.89]; 
 
əl  çəkmək  –  ‘imtina  etmək;  əl  götür-
mək’:  Ondan  (dil  və  məzhəbdən)  xilas  olmaq 
istəyən  gərək  dünyadan  əl  çəkib  bir  guşədə 
otursun, bu da dəxi olmaz və olmayanda onun 
var-yoxu mürur ilə əldən çıxacaq [9. S.38]. 
 
Baş  sözünün  iştirakı  ilə  işlədilən  frazeo-
loji vahidlər: 
 
başa düşməmək – ‘anlamamaq’: Siz da-
nışdığınızı onlar başa düşməyib, əhvalınızı şə-
riətə namüvafiq hesab edib, sizə kifir deyib in-
cidəcəklər [9. S.92]; 
 
başına  iş  gəlmək  –  ‘çətin  vəziyyətə  düş-
mək,  hadisə  üz  vermək’:  Salisən,  bizim  qəzeti 
çıxardan  bircə  mənəm  və  əgər  mənim  başıma 
bir iş gəlsə, gərək qəzet moquf olsun [9. S.125]; 
 
başağrısı vermək – ‘narahat etmək, incit-
mək’:  Amma  o  pullar  ilə  bir  miskinxana  açıb 
orada  dilənçilik  edənlərdən  10–15-ni  yığıb  on-
ların yemək, içmək, geyinməyini verib sənətlər 
öyrətsək, bir və ya iki ildən sonra bu dilənçilər 


HƏSƏN BƏY ZƏRDABİ PUBLİSİSTİKASININ FRAZEOLOGİYASI 
 
29 
sənətkar  olub,  bizə  başağrısı  verməzlər... 
[9. S.209]; 
 
başını  qoltuğuna  çəkmək  –  ‘dünyadan 
xəbərsiz  olmaq,  qəflət  yuxusunda  olmaq’: 
Keçmişdə ki, hər tayfa bir tərəfdə başını qoltu-
ğuna  çəkib  dünyadan  bixəbər  oturub  zində-
ganlıq  edirdi, bu azuqə  davası  o qədər  məlum 
etmir idi [9. S.235]. 
 
İnsan bədən üzvləri adlarını bildirən söz-
lərdən  ibarət  aşağıdakı  frazeoloji  vahidləri  də 
nümunə göstərə bilərik: 
 
ağızdan-ağıza  düşmək  –  ‘geniş  yayılmaq, 
dildən-dilə  keçmək’:  Hər  kəs  öz  təsəvvürünü 
əqlilə danışır və bu danışıq ağızdan-ağıza düşüb
Koroğlu  nağılı  kimi  nağıl  olubdur  ki,  bu  nağılın 
öz əslinə heç səbahəti yoxdur [9. S.63]; 
 
gözünü  açmaq  –  ‘ayıltmaq;  ayılmaq; 
savadlandırmaq’:  Çünki  qəzetin  muradı  xalqın 
gözünü açmaqdır... [9. S.88]; 
 
ürəyi  getmək – ‘bayılmaq’: Qulluqçular 
«ağanın  ürəyi  gedibdir»  –  deyib,  kimi  soyuq 
su  gətirdi  ki,  onun  başına  töksün,  kişi  qarsını 
boğmağa başladı [9. S.214]; 
 
ağzına  düşmək  –  ‘həmişə  təkrar  olaraq 
dilə  gətirmək,  yayılmaq’:  ...o  şeirlər  xalqın 
ağzına  düşüb,  qeyri-müsəlman  vilayətlərinə  də 
gedib çıxıb, onları da ayıltmağa səbəb olsunlar 
[9. S.241]; 
 
gözübağlı  saxlamaq  –  ‘hər  şeydən  xə-
bərsiz etmək, heç bir xəbərdən hali olmağa im-
kan  verməmək,  kor  etmək,  savadsız  etmək’: 
Hökumət əhli öz nəfindən ötrü xalqı gözü bağlı 
saxlamaq  üzün  məktəbxanalarda  ancaq  şəriət 
ədiblərinin ya boş sözləri bir-birinə yapışdırıb 
ibrət ilə  danışmağın dalınca düşüb,  xalqı yox-
sul  və  sərgərdan  edib  özləri  keyf  və  ləzzəti-
dünyaya  məşğul  oldular  və  nə  ki,  özləri  təzə-
dən xalq üçün məktəbxanalar açmadılar, hətta 
olan  məktəbxanalarda  da  mollalıq  məsələləri-
ni  araya  salıb,  xalqı  elm  yolundan  uzağa  sal-
dılar [9. S. 89–90]. 
 
H.Zərdabinin publisistikasında insan bədən 
üzvlərindən başqa, müxtəlif sözlər vasitəsi ilə ya-
ranan frazeoloji vahidlər də çoxdur, məs.: yolunu 
kəsmək  (‘mane  olmaq’)  [9.  S.209–210];  ortalığa 
çıxarmaq  (‘yaratmaq’)  [9.  S.215];  dünyaya  gəl-
mək [9. S.100]; fikrini birləşdirmək (‘bir rəydə 
olmaq’)  [9.  S.102];  qəflət  yuxusundan  oyan-
maq  (‘baş  vermiş  hadisələrdən  xəbərdar  ol-
maq’) [9. S.120]; sözünü eşitmək (‘deyilənə əməl 
etmək’)  [9.  S.226];  ikiqat  olmaq  (‘baş  əymək, 
təzim etmək’) [9. S.118] və s. 
Xalq  arasında  quyruq  doğmaq  və  yaxud 
quyruq donmaq ifadəsi var. Bu, yay fəslinin  ya-
rıdan  keçdiyini  bildirən  ifadədir.  Bu  gün təxmi-
nən 5–15-i avqustarası baş verir. 
Bəziləri  belə  şərh  edir  ki,  guya  havalar 
həmin  gündən  soyumağa  başlayır.  Bu,  bəlkə 
də,  həqiqətə  uyğun  deyil,  çünki  xalq  arasında 
avqust  ayına  qora  bişirən  ay  da  deyirlər,  yəni 
ən çox isti olan aydır. Amma yalnız gecələr, az 
da olsa, havanın soyumağı hiss olunur. 
H.Zərdabi  bu  ulduzun  necə  əmələ  gəldi-
yini,  göründüyünü  belə  şərh  edir:  «Bizim  göy 
üzündə  gecələr  görükən  ulduzların  hamısı  hə-
mişə  görünməyir.  Elə  ulduz  var  ki,  ilin  bir 
vaxtında  görünür,  qeyri  vaxtlarda  görünməyir 
və bir də ulduzlar çox olduqda onları bir-birin-
dən  aralamaqdan  ötrü  onları  dəstə-dəstə  edib 
hər  bir  dəstəyə  bu  dəstə  oxşadığı  şeyin,  ya 
heyvanın  adını  qoyurlar  ki,  onları  tanımaq 
asan  olsun.  Bu  ulduz  dəstələrinə  cürbəcür  ad 
qoyublar.  O  cümlədən  onların  bir  dəstəsinə 
quyruq deyirlər ki, həqiqətən heyvan quyruğu-
na şəbahəti var. 
Zikr  olan  zaman  ki,  yayın  ortası  olur  və 
günün  istisinin  yer  üzündə  qalan  hissəsi  fəza-
dan  yox  olan  hissəsinə  bərabər  olur  ki,  ondan 
sonra  yerin  üzü  mirur  ilə  soyuyur.  O  quyruğa 
oxşayan  ulduz  dəstəsi  bizim  yerimizdə  tülu 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə