92
lərdir.
Flavoproteidlər və rodopsin də xromoproteiddir. Flavopro-
teidlərin prostetik qrupu B
2
vitamini, rodopsininki isə A vitami-
nidir.
Rodopsində A-vitamini 11-sis-retinal şəklindədir.
Rodopsin gözün torlu qişasının fotoreseptor təbəqəsində
(membrana) zülalların 80-85%-ni təşkil edir.
3.13.4. Metalloproteidlər və metalloidproteidlər. Bu qrup
mürəkkəb zülalların tərkibində sadə zülallardan başqa prostetik
qrup: dəmir, mis, sink, kobalt, kalsium, flüor və qeyri elementlər
də olur. Metalloproteidlərdən qaraciyər və dalaqda olan ferment-
lərdə dəmir (20%) və sink vardır. Bu zülal orqanizmdə dəmirin
deposu sayılır.
Hemosiderin də tərkibində dəmir saxlayan zülaldır. Bunda
25% nukleotid və karbohidrat vardır. Bu zülal əsasən retinuklo-
endateli hüceyrələrində olur.
3.13.5. Fosfoproteidlər. Fosfoproteidlərin tərkibində pros-
tetik qrup olaraq fosfat turşusuna təsadüf olunur. Bu da serinfosfat
və treoninfosfat şəklindədir.
Fosfoproteidlərə misal süddə olan kazeini, yumurta sarısın-
dakı ovovitellini, balıq kürüsündəki ixtulini və s.-ni göstərmək
olar. Bunlar ehtiyat qida zülalları sayılır. Fosfoproteidlər heyvan-
ların bəzi üzvlərində (məsələn: qaraciyərdə) fosfat turşusunun fəal
forması kimi mübadilə proseslərində fəal iştirak edir. Fermentlər-
dən pepsin, fosforilaza, fosfoqlükomutaza da fosfoproteiddir.
3.13.6. Lipoproteidlər. Lipoproteidlər sadə zülallarla lipidlə-
rin (yağ turşuları, neytral yağlar, fosfatidlər, sterinlər) birləşmə-
sindən əmələ gəlir.
Lipoproteidlərin bəziləri suda həll olan kompleks birləşmə-
lərdir. Bunlarda lipidlər daxildə, zülallar isə xaricdə yerləşir. Zülal
93
hissəsi daxildə və lipid hissəsi xaricdə yerləşən lipoproteidlər yal-
nız üzvi həlledicilərdə həll olur.
Lipoproteidlər çox labil (davamsız) birləşmələrdir. Bunlar
hüceyrələrin orqanellalarının
əmələ gəlməsində istirak edir.
Lipoproteidlər hüceyrə pərdə-
sinin tərkib hissəsini təşkil et-
məklə sızma prosesinin tənzim
olunmasında mühüm rol oyna-
yır.
Lipoproteidlərə bütün to-
xumalarda rast gəlinir. Bunlara
ən çox sinir toxumasında, qan
zərdabında, yumurta sarısında, süddə və s.-də rast gəlinir.
3.13.7. Qlikoproteidlər. Qlikoproteidlərə mukoproteidlər də
deyilir. Bunlar sadə zülalların karbohidratlarla (qlükoza, qalakto-
za, maltoza, fruktoza, qlükozamın, qlükuron turşusu, sulfat turşu-
su, sirkə turşusu və s.) və onların törəmələrinin (neyramin və sial
turşuları) birləşməsindən əmələ gəlir. Karbohidratlar bu zülalların
10-20%-ni, aminşəkərlər isə 4%-ə qədərini təşkil edir. Məsələn,
qammoqlobinlərin tərkibinin 20%-ə yaxını karbohidratlardan
ibarətdir. Bu qrup zülallardan sümük toxumasında, qığırdaqlarda,
gözün buynuz təbəqəsində, həzm şirələrində olan musinləri və
mukoidləri, qan plazmasındakı qaptoqlobinləri, fetuini göstərmək
mümkündür.
Zülallar molekullarının formalarına, fəza quruluşlarına (kon-
formasiyasına) görə 2 qrupa: fibrilyar və qlobulyar zülallara bolu-
nür. Fibrilyar zülallar uzun sapvari formalıdır, suda, duz məhlu-
lunda həll olmur. Kallogen, keratin, fibronin və s. belə zülallar-
dandır. Qlobulyar zülallar dairəvi, kürə formasındadır. Suda həll
94
olur – mioqlobin, hemoqlobin, zərdab albumini, ribonukleaza və
s. belə zülallardandır. Bəzi zülalları (fibrinogen, miozin və s.) ara-
lıq tipə məxsusdur.
Zülalların yuxarıda sadalanan təsnifatı təfsilatı ilə tam düz-
gün hesab olunmur. Bir çox zülallar bu və ya digər qrupa aid olan
xassələri özündə əks etdirir. Bu səbəbdən zülalları əsasən iki əla-
mətlərinə görə ayırırlar. Fəza quruluşuna və funksiyalarına görə.
I. Fəza quruluşlarına görə fərqlənən zülallar. Bu əlamətlə-
rə görə qlobulyar zülallar dörd sinifə bölünür;
1) α- zülallar – polipeptid zəncirinin 60%-dən çoxu α
spirallardan təşkil olunanlar.
2) β –zülallar – polipeptid zənciri β spirallardan (2-dən az
olmamaq şərtilə) təşkil olunanlar.
3) (α+β)- zülallar-polipeptid zənciri hər iki quruluşda təşkil
olunanlar.
4)
-zülallar- polipeptid zəncirinin α sturukturunun β-
strukturunun əhatəsində olanlar və ya əksinə β-strukturunun α-
spiralının əhatəsində olan zülallar.
Qlobulyar zülalların ən çox rast gəlinənləri
quruluşda
olanlardır. Sonrakı yeri β quruluş tutur, α və α+β quruluşda isə
olan qlobulyar zülallara az rast gəlinir.
95
II.Funksyalarına görə zülallar aşağıdakı qruplara ayrılır-
lar:
Zülalların müəyyən fəza quruluşuna malik olması, orqani-
zmdə hər hansı bir funksiya daşıması hüceyrənin əmələ gəlməsin-
də bioloji xassələrinin formalaşmasında əsas rol oynayır.
Zülalların funksyası aşağıdakı sxemdə daha aydın göstəril-
mişdir.
1. Quruluş funksyaları.
Zülallar hüceyrə xarici quruluş funksyalarını yerinə yetirir-
lər: İpəyin tərkibində rast gəlinir, tükün və dırnağın quruluşunu
təmin edir, dəriyə quruluş və quruluq verir, ətraflıarın qurulmasın-
da iştirak edir.
Zülallar
Fermentlər
(ribonukleaza,
tripsin, DNT,
RNT, polimeraza
və s.)
Müdafiə zülalları
(immunoqlobulin,
intafenon və s.)
Hərəkətverici
zülallar (aktin,
miozin və s.)
Quruluş zülalları
(kollagen,
kerofon və s.)
Ehtiyat zülallar
(kazein, yumurta
zülalı və s.)
Antibiotiklər
(aktinostitin,
neokortinostitin
və s.)
Toksinlər (difte-
riyaedici və s.)
Nəqliyyat zülal-
ları (hemoqlobin,
mioqlobin və s.)
Tənzimləyici
zülallar (his-
tonlar, repres-
sorlar və s.)
Reseptor
zülalları (radop-
sin, xolin resep-
torları və s.)
Hormonlar
(insulin, boy
hormonu və s.)
Dostları ilə paylaş: |