8
I FƏSİL
I. CANLI ORQANİZMİN KİMYƏVİ TƏRKİBİ
Canlı orqanizmin müxtəlif növlərinin orqan və toxuma-
larında məlum olan kimyəvi elementlərin çoxusuna təsadüf edilir.
Onlardan 20 elementə bütün canlıların orqan və toxumalarında
rast gəlinir. Bunlar C, N, H, O, S, P, K, Na, Ca, Mg, Mn, Zn, Fe,
Cu, Co az miqdarda Mo, B, CI, I, Se olur.
Bunlar insan və heyvan orqanizmində yayılma miqdarına
görə 2 qrupa ayrılır: makroelementlərə (miqdarı 0,001%-dən artıq
olanlar) C, N, H, O, S, P, K, Na, Ca, mikroelementlərə (miqdarı
0,001%-dən az olanlar) B, Mn, Zn, Cu, Mo, Co, B, Se, Ba, I, Sr və
s. aiddir.
Cədvəl 1.
Orqanizmdə kimyəvi elementlərin miqdarı
Element
Miqdarı %-lə
Element
Miqdarı %-lə
O
62,48
Mo
0,027
C
21,15
J
0,014
H
9,86
F
0,009
N
3,10
Fe
0,005
Ca
1,90
Zn
0,003
P
0,95
Br
0,002
K
0,23
Al
0,001
S
0,08
Si
0,001
CI
0,08
Cu
0,00015
Na
0,08
Se
0,00001
Orqanizmin ümumi kütləsinin 96%-dən çoxunu, hüceyrə-
nin 99%-ni əsas 4 element O, C, H və N təşkil edir. Onlar canlı
orqanizmin əsasını təşkil edən əsas üzvi maddələrin (zülalların,
9
lipidlərin, karbohidratların) və suyun tərkibinə daxildir. Bunlar
orqanogen elementlər adlanırlar.
Canlı orqanizmin 70%-dən çoxunu su təşkil edir. Su orqa-
nizmdə az da olsa dissosiasiya edir H
+
və OH
-
ionlarına. Su
orqanizmdə bütün toxuma və orqanlarda olur. Az bir hisəsi
hüceyrədə birləşmiş haldadır. Suda bütün mineral və üzvi mad-
dələr ion və ya hidrat halında olur. Canlı orqanizmin 10%-ə
qədərini mineral maddələr təşkil edir. Orqanizmin əsas hissəsini
zülallar (40-50%), karbohidratlar, nuklein turşuları, lipidlər və s.
50-60% təşkil edir.
Cədvəl 2
.
Bəzi orqan və toxumaların kimyəvi tərkibi, %-lə
(S. M. Rappoportun göstəricilərinə görə)
Orqan və
toxuma
Su
Zülal
Lipid
Mineral
maddə
Dəri
58
27
14
0,6
Sümük
28
20
25
27,0
Əzələ
70
22
6
1,0
Yağlı
toxuma
23
6
71
0,2
Qaraciyər
71
22
3
1,4
Beyin
75
11
12
1,4
Hüceyrə canlıları cansızlardan fərqləndirən əsas xüsusiy-
yətlərə malikdir. Hüceyrə canlıların əsas quruluş və funksional
vahididir. Ayrı-ayrı orqan və toxumaların hər birinin özünə
məxsus hüceyrə quruluşu vardır. Hüceyrənin tərkibində üzvi və
qeyri-üzvi birləşmələr müxtəlif miqdardadır.
2-ci cədvəldən göründüyü kimi orqanizmin əsas kütləsini
10
su təşkil edir. Belə ki, dərinin 58%, əzələnin 70%, qaraciyərin
71%, beynin isə 75%-ni su təşkil edir. Həmçinin zülal, lipid,
karbohidratlar və mineral maddələr bütün orqan və toxumalarda
müxtəlif miqdarda yayılmışdır.
Cədvəl 3.
Hüceyrənin kimyəvi tərkibi
( A. Hezenin göstəricilərinə görə)
Maddə
Hüceyrə
kütləsində
qatılığı %-lə
Orta molekul
kütləsi
Molekul sayının
DNT molekulla-
rına nisbəti
Su
85
18
1,2
10
7
Zülallar
10
36
10
3
700
DNT
0,4
10
6
1,0
RNT
0,7
4
10
4
44
Lipidlər
2
700
7
10
3
Digər üzvi
birləşmələr
0,4
250
4
10
3
Mineral
maddələr
1,5
55
6,8
10
4
Hüceyrənin kimyəvi tərkibi onun növündən, funksional
vəziyyətindən, canlı orqanizmin növündən, yaşından və s. faktor-
lardan asılıdır.
11
1. KARBOHİDRATLAR
Bitki və heyvan orqanizmlərində olan üzvi birləşmələrdən
bir qrupu da karbohidratlardır. Bunlara sulu karbonlar və ya
qlüsidlər də deyilir.
Karbohidratlar heyvanlarda az (quru maddənin 2%-i
qədər), bitkilərdə isə çox (quru maddnin 80%-i qədər) olur.
Karbohidratlar əsas üç elementdən: karbon, oksigen və hidrogen-
dən ibarətdir. Bu elementlər molekullrda 1:2:1 nisbətində, yəni
hər bir karbon atomu iki hidrogen və bir oksigen atomu
)
(
2
O
CH
ilə birləşir. Bu formuladan belə güman etmək olar ki, hər karbon
atomuna bir su molekulu uyğun gəlir. Odur ki, triozalar C
3
H
6
O
3
və ya C
3
(H
2
O)
3
, tetrozalar C
4
H
8
O
4
yaxud C
4
(H
2
O)
4
şəklində də
yazıla bilər. Ona görə də bu qrup birləşmələrə sulu karbonlar adı
verilimişdir. Bu ad isə tam düzgün deyil. Çünki başqa üzvi
birləşmələr də vardır ki, onların molekul tərkibləri yuxarıda göstə-
rilən qydaya uyğun gəlir, amma karbohidrat deyildir. Bunlara
misal
sirkə
turşusunu
(CH
3
COOH),
süd
turşusunu
(CH
3
CHOHCOOH) və s.-ni göstərmək olar. Ancaq sulu karbon
adı elmdə çoxdan işlədildiyindən ondan hazırda da istifadə edilir.
Karbohidratların tərkibindəki karbon atomlarının sayının
axırına “oza” şəkilçisi əlavə etməklə onların adı düzəldilir. Məsə-
lən, maddənin tərkibində iki karbon atomu olduqda “bioza”, üçdə
trioza, dörddə tetroza, beşdə pentoza, altıda heksoza, çox sayda
isə polioza adlanır.
Karbohidratlar təbiətdə ən çox yayılmış üzvi birləşmə-
lərdir. Bunların mürəkkəb formalarına daha çox rast gəlinir. Yal-
nız sellüloza təbiətdə olan bütün üzvi maddələrin yarıdan çoxunu
təşkil edir. Mürəkkəb karbohidratlar (sellüloza, nişasta, qlikogen,
inulin, pentozanlar və s.) monosaxaridlərin bioloji polimerləridir.
Dostları ilə paylaş: |