329
bağırsaq xovlarının şəkərə qarşı keçriciliyi də pozulur. Bununla
əlaqədar olaraq, şəkərli diabet xəstəliyi zamanı monosaxaridlər
bağırsaq xovlarından zəif sürətlə sorulur. Beləliklə, ―şəkər yükü‖
sınağı zamanı şəkərli diabetin ―gizli‖
formasını keçirən xəstələrin qanında
şəkərin miqdarının həm zəif sürətlə
artması, həm də tədricən azalması
insulinin çatışmazlığı ilə əladardır.
―Şəkər yükü‖ şəkərli diabetin ―aşkar‖
formasına tutulmuş şəxslərin qanında
şəkərin miqdarının daha yüksək rə-
qəmlərə çatmasına səbəb olur. Belə
xəstələrdə ―şəkər yükü‖ sınağı aparıl-
ması, bəzi hallarda hətta hiperqlike-
mik koma ilə də nəticələnə bilər. Hi -
perqlikemiya halında böyrək kanalcıqlarının şəkəri reabsorbsiya
etmək qabiliyyəti kompensator olaraq yüksəlir. Lakin qanda şəkə-
rin miqdarı 9,44–9,99 m mol/l-dən yuxarı qalxdıqda kanalcıqların
reabsorbsiya qabiliyyəti ilkin sidiyin tərkibində olan şəkərin
hamısının reabsorbsiya olunmasına kifayət etmir və bunun nəti-
cəsində sidikdə şəkər ifraz olunmağa başlayır. Bütün şəkərlər
üçün böyrəyin keçiricilik qabiliyyəti eyni deyil. Sağlam insanlarda
30–40 q qalaktozanın birdəfəlik qəbulu qlikozuriya ilə nəticələn-
diyi halda, saxarozanın yalnız 150–200 qramının, qlükozanın
170–180 qramının, fruktozanın isə 120–150 qramının qəbulu
sidikdə şəkər ifrazına səbəb olur.
Hiperqlikemiyaya mədəaltı vəzinin Langerhans adacıqları-
nın hipofunksyası, qalxanabənzər vəzinin, hipofizin və böyrəküstü
vəzilərin hiperfunksyası hallarında da rast gəlmək olar.
11.10.1. Şəkərli diabet. Şəkər
mübadiləsinin pozğunluqla-