Mənbələr
1.
Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı, “Şərq-Qərb”, 2011.
2.
Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Şərq-Qərb”, 2013.
3.
Azərbaycan dili. Bakı. “Abituriyent”, 2013.
4.
Atalar sözü və məsəllər. Bakı, “Altun kitab”, 2011.
5.
İnteraktiv təlim (Müəllimlər üçün tədris vəsaiti). Bakı, “Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzi”, 2010.
6.
Məktəblinin alınma sözlər lüğəti. Bakı, “Altun Kitab”, 2014.
7.
Müasir Azərbaycan dili (4 hissə). Bakı, “Şərq-Qərb”, 2007.
8.
Təhsil lüğəti. Bakı, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”, 2011.
9. VEYSOVA Z.A.
Fəal/İnteraktiv təlim. Müəllimlər üçün vəsait. Bakı, 2007.
10. ALAN KROUFORD və b.
Düşünən sinif üçün öyrətmə və öyrənmə
üsulları. Bakı, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”, 2012.
11.
İnnovativ təlim metodları və texnologiyaların tezaurusu. Bakı, XXI əsr
Təhsil Mərkəzi İB, 2014
Yazı bacarıqlarının qiymətləndirilməsi üzrə
holistik rubrik
Göstəricilər
(səviyyə)
Meyarlar
Qeyd
4.
Mətn mətnin tipinin tələblərinə uyğun yazılıb. Mətnin
hissələri, abzaslar arasında keçidlərə riayət olunub.
Məzmun əhatə olunmuşdur.
3.
Mətnin tipinin tələbləri bəzi yerlərdə pozulub. Mətnin
hissələri, abzaslar arasında
keçidlər bəzi yerlərdə
düzgün yazılmayıb. Məzmun tam əhatə olunmayıb.
2.
Mətnin tipinin tələbləri pozulub. Mətnin hissələri,
abzaslar arasında keçidlər bir çox yerlərdə düzgün
yazılmayıb. Məzmun tam əhatə olunmayıb.
1.
Mətnin tipinin tələbləri pozulub. Mətnin hissələri, ab -
zaslar arasında keçidlər düzgün yazılmayıb. Məzmun
əhatə olunmayıb.
23
Dərs 1. İNSAN XARAKTERİ (4 saat)
Birinci dərs olduğundan diaqnostik qiymətləndirmə keçirilir.
Müəllim qiy -
mət ləndirməni sinfin səviyyəsindən asılı olaraq 20-30 dəqiqə ərzində keçirə
bilər.
Motivasiya.
Anlayışın çıxarılması.
Lövhədə aşağıdakı sxem çəkilir və mərkəzi xanada yazılacaq söz (xarak-
ter) müəyyənləşdirilir. “Güclü xarakter”, “Zəif xarakter” anlayışları açıqlanır.
Sual: –
Sizcə, güclü xarakterə malik olmaq üçün nə etmək lazımdır?
Oxu
(St. 2.2.3)
Mətn birinci mətndaxili tapşırığa qədər oxunur. Tapşırıq yerinə
yetirilərkən
əzmkarlıq, cəsarət, məqsədyönlülük kimi güclü xarakterə xas
xüsusiyyətlər səsləndirilə bilər.
Daha sonra sinif 5 qrupa bölünür. Lövhədə aşağıdakı başlıqlar yazılır:
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əla qə lən -
dirir.
Mətndəki mühakimələrə münasibət bil -
dirmək üçün hə yatdan misallar gətirir.
2.2.2. Mətnin hissələri arasında əla -
qəni şərh edir.
Mətnin hissələri arasındakı
məntiqi
ar dıcıllığı əsaslandırır
.
1.2.4. Müzakirələrdə deyilmiş müx tə -
lif mövqeli fikirləri ümumiləşdirir.
Mətndəki mühakimələri tezislər şəklində
ümumi ləşdirir və münasibət bildirir.
3.1.2. Sitatlardan istifadə etməklə fi -
kir və mülahizələrini qüvvətləndirir.
Mövzu üzrə
esse yazarkən fikir və mü -
lahizələrini atalar sözləri və afo rizmlərlə
qüvvətləndirir.
cəsarət
xeyirxahlıq
qorxaqlıq
?
iradə
xəbislik
25
KAMİLLİYƏ DOĞRU
Şagirdlərə tapşırılır ki, mətni oxumağa davam etsinlər. Bu zaman hər qrup
mətndən öz başlığına uyğun hissəni müəyyən etməli və həmin hissədən əsas
fikirləri tezis şəklində çıxarmalıdır. Tezislər kiçik vərəq lərdə yazılmalıdır ki,
lövhədə müvafiq çərçivəyə yapışdırmaq mümkün olsun.
Şagirdlər təqribən belə tezislər çıxara bilərlər. (Tezislər
nümunə kimi ve -
rilmişdir.)
I hissə.
Xarakter nədir?
Tezislər:
1. Xarakter insanın özünüifadə tərzidir.
2. Xarakteri formalaşdıran bir çox amillər vardır.
3. Hər bir insanın xarakteri fərdidir.
4. Güclü və zəif xarakterli insanlar vardır.
5. Güclü xarakterli insan olmağa çalışmaq lazımdır.
6. Hər bir insan xarakterini formalaşdırmağı və təkmilləşdirməyi bacar ma lıdır.
II hissə.
Xarakterinizi cilalayın.
Tezislər:
1. Xarakteri inkişaf etdirmək olar.
2. İnsan özündə olan çatışmazlıqları görməyi bacarmalıdır.
3. Ətrafında olan insanları müşahidə edib dəyərləndirməyi bacarmalıdır.
4. Xarakterini daha güclü etmək üçün iradəli olmalıdır.
III hissə.
İdeal seçərkən ehtiyatlı olun.
Tezislər:
1. Hər bir insanın oxşamaq istədiyi ideal var.
2. İdealın olması insanı həyatda məqsədyönlü edir.
3. İdealın fanatına çevrilmək olmaz.
IV hissə.
Özünüzdə lider xarakteri tərbiyə edin.
Tezislər:
1. Lider olmaq üçün vacib xüsusiyyətləri özündə cəmləmək lazımdır.
2. Yalnız güclü xarakterə malik insanlar lider ola bilirlər.
3. Üsyankar xasiyyətli insan lider hesab edilə bilməz.
V hissə.
Hərəkətlərinizdə ardıcıl olun.
Tezislər:
1. Düşüncə və davranışlarınızda ardıcıl olun.
4-cü qrup
Xarakter nədir?
5-ci qrup
Özünüzdə lider xarakteri
tərbiyə edin.
3-cü qrup
Xarakterinizi cilalayın.
2-ci qrup
Hərəkətlərinizdə
ardıcıl olun.
1-ci qrup
İdeal seçərkən ehtiyatlı
olun.
26
I
BÖLMƏ