N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

Mənbələr
1. Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı, “Şərq-Qərb”, 2011.
2. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Şərq-Qərb”, 2013.
3. Azərbaycan dili. Bakı. “Abituriyent”, 2013.
4. Atalar sözü və məsəllər. Bakı, “Altun kitab”, 2011.
5. İnteraktiv təlim (Müəllimlər üçün tədris vəsaiti). Bakı, “Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzi”, 2010.
6. Məktəblinin alınma sözlər lüğəti. Bakı, “Altun Kitab”, 2014.
7. Müasir Azərbaycan dili (4 hissə). Bakı, “Şərq-Qərb”, 2007. 
8. Təhsil lüğəti. Bakı, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”, 2011. 
9. VEYSOVA Z.A. Fəal/İnteraktiv təlim. Müəllimlər üçün vəsait. Bakı, 2007.
10. ALAN KROUFORD və b. Düşünən sinif üçün öyrətmə və öyrənmə
üsulları. Bakı, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”, 2012.
11. İnnovativ təlim metodları və texnologiyaların tezaurusu. Bakı, XXI əsr
Təhsil Mərkəzi İB, 2014
Yazı  bacarıqlarının qiymətləndirilməsi üzrə
holistik rubrik 
Göstəricilər
(səviyyə) 
Meyarlar 
Qeyd
4.
Mətn mətnin tipinin tələblərinə uyğun yazılıb. Mətnin
hissələri, abzaslar arasında keçidlərə riayət olunub.
Məzmun  əhatə olunmuşdur.
3.
Mətnin tipinin tələbləri bəzi yerlərdə pozulub. Mətnin
hissələri, abzaslar arasında keçidlər bəzi yerlərdə
düzgün yazılmayıb. Məzmun tam əhatə olunmayıb.
2.
Mətnin tipinin tələbləri pozulub. Mətnin hissələri,
abzaslar arasında keçidlər bir çox yerlərdə düzgün
yazılmayıb. Məzmun  tam əhatə olunmayıb.
1.
Mətnin tipinin tələbləri pozulub. Mətnin hissələri, ab -
zaslar arasında keçidlər düzgün yazılmayıb. Məzmun
əhatə olunmayıb.
23


24

BÖLMƏ 
I BÖLMƏ
KAMİLLİYƏ DOĞRU
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
1.
İnsan xarakteri
Keçilmişlərin təkrarı
2.2.3, 2.2.2, 1.2.4,
3.1.2
4
10-14
25-28
2.
Yuxu
Sintaktik əlaqələr: tabesizlik
və tabelilik əlaqələri
Tabelilik əlaqələri: uzlaşma,
idarə, yanaşma
2.2.3, 2.2.1, 2.1.1,
1.2.2, 1.1.1, 4.1.2
2
15-19
29-32
3.
Dünyagörüşünü necə
genişləndirməli
Söz birləşməsi 
Söz, söz birləşməsi və
cümlə
2.2.2, 2.2.3, 2.1.1,
1.2.4, 1.2.1, 1.1.2,
4.1.2
3
20-24
33-37
4.
İnsan beyni
Söz birləşməsinin əsas və
asılı tərəfi
2.1.2, 2.2.2, 3.1.3,
1.1.1, 4.1.2 
3
25-29
38-43
5.
Sürətli oxu
Söz birləşmələrinin növləri
2.2.1, 2.2.3, 3.1.3,
1.1.2, 4.1.2
2
30-33
44-48
6.
Ümumiləşdirici təkrar
2
34
48
Kiçik summativ
qiymətləndirmə
1
49-50
Yekun
17
saat


Dərs 1. İNSAN XARAKTERİ (4 saat)
Birinci dərs olduğundan diaqnostik qiymətləndirmə keçirilir. Müəllim qiy -
mət ləndirməni sinfin səviyyəsindən asılı olaraq 20-30 dəqiqə ərzində keçirə
bilər.
Motivasiya.
Anlayışın çıxarılması. 
Lövhədə aşağıdakı sxem çəkilir və mərkəzi xanada yazılacaq söz (xarak-
ter) müəyyənləşdirilir. “Güclü xarakter”, “Zəif xarakter” anlayışları açıqlanır.
Sual: – Sizcə, güclü xarakterə malik olmaq üçün nə etmək lazımdır?
Oxu
(St. 2.2.3) 
Mətn birinci mətndaxili tapşırığa qədər oxunur. Tapşırıq yerinə
yetirilərkən  əzmkarlıq, cəsarət, məqsədyönlülük kimi güclü xarakterə xas
xüsusiyyətlər səsləndirilə bilər. 
Daha sonra sinif 5 qrupa bölünür. Lövhədə aşağıdakı başlıqlar yazılır: 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əla qə lən -
dirir.
Mətndəki mühakimələrə münasibət bil -
dirmək üçün hə yatdan misallar gətirir.
2.2.2. Mətnin hissələri arasında əla -
qəni şərh edir.
Mətnin hissələri arasındakı məntiqi
ar dıcıllığı əsaslandırır
.
1.2.4. Müzakirələrdə deyilmiş müx tə -
lif mövqeli fikirləri ümumiləşdirir.
Mətndəki mühakimələri tezislər şəklində
ümumi ləşdirir və münasibət bildirir.
3.1.2. Sitatlardan istifadə etməklə fi -
kir və mülahizələrini qüvvətləndirir.
Mövzu üzrə esse yazarkən fikir və mü -
lahizələrini atalar sözləri və afo rizmlərlə
qüvvətləndirir.
cəsarət
xeyirxahlıq
qorxaqlıq
?
iradə
xəbislik
25
KAMİLLİYƏ DOĞRU


Şagirdlərə tapşırılır ki, mətni oxumağa davam etsinlər. Bu zaman hər qrup
mətndən öz başlığına uyğun  hissəni müəyyən etməli və həmin hissədən əsas
fikirləri tezis şəklində çıxarmalıdır. Tezislər kiçik vərəq lərdə yazılmalıdır ki,
lövhədə müvafiq çərçivəyə yapışdırmaq mümkün olsun.
Şagirdlər təqribən belə tezislər çıxara bilərlər. (Tezislər nümunə kimi ve -
rilmişdir.)
I hissəXarakter nədir?
Tezislər:
1. Xarakter insanın özünüifadə tərzidir. 
2. Xarakteri formalaşdıran bir çox amillər vardır. 
3. Hər bir insanın xarakteri fərdidir. 
4. Güclü və zəif xarakterli insanlar vardır.
5. Güclü xarakterli insan olmağa çalışmaq lazımdır.
6. Hər bir insan xarakterini formalaşdırmağı və təkmilləşdirməyi bacar ma lıdır.
II hissəXarakterinizi cilalayın.
Tezislər:
1. Xarakteri inkişaf etdirmək olar.
2. İnsan özündə olan çatışmazlıqları görməyi bacarmalıdır. 
3. Ətrafında olan insanları müşahidə edib dəyərləndirməyi bacarmalıdır.
4. Xarakterini daha güclü etmək üçün iradəli olmalıdır.
III hissəİdeal seçərkən ehtiyatlı olun.
Tezislər:
1. Hər bir insanın oxşamaq istədiyi ideal var.
2. İdealın olması insanı həyatda məqsədyönlü edir.
3. İdealın fanatına çevrilmək olmaz.
IV hissəÖzünüzdə lider xarakteri tərbiyə edin.
Tezislər:
1. Lider olmaq üçün vacib xüsusiyyətləri özündə cəmləmək lazımdır.
2. Yalnız güclü xarakterə malik insanlar lider ola bilirlər.
3. Üsyankar xasiyyətli insan lider hesab edilə bilməz.
V hissəHərəkətlərinizdə ardıcıl olun.
Tezislər:
1. Düşüncə və davranışlarınızda ardıcıl olun.
4-cü qrup
Xarakter nədir?
5-ci qrup
Özünüzdə lider xarakteri
tərbiyə edin.
3-cü qrup
Xarakterinizi cilalayın.
2-ci qrup
Hərəkətlərinizdə
ardıcıl olun.
1-ci qrup
İdeal seçərkən ehtiyatlı
olun.
26

BÖLMƏ 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə