N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   2   3   4   5   6   7   8   9   ...   49

l Mətndəki fikri əlavə məlumatlarla zənginləşdirir.
l Araşdırma xarakterli mətn yazarkən fikirlərini əsaslandırmaq üçün sitatlardan
istifadə edir.
l Mətndən sitatlar gətirməklə çıxardığı nəticələri əsaslandırır.
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə
yazıya düzəlişlər edir. 
l Məlumat və mühakimələri abzaslar üzrə qruplaşdırmaqla mətnin struktu-
runu tək milləşdirir.
l Mətnin giriş və əsas hissəsindəki məlumatlardan çıxış edərək sonluq yazır. 
l İfadə etmək istədiyi fikirləri abzaslar üzrə qruplaşdırır və bitkin hissələr
arasına keçid cümlələri əlavə edir.
l Verilmiş plan əsasında mətn qurarkən başlıqlara uyğun hissələr arasında
əlaqə yaradır.
l Mətndə abzaslar və mətnin hissələri arasında keçid cümlələr yazır.
l Vurğulamaq istədiyi fikirdən asılı olaraq mətndəki hissələrin ardıcıllığını
dəyiş mək lə yazıya düzəlişlər edir.
3.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
l Verilmiş situasiyaya uyğun protokol yazır.
l Verilmiş situasiyaya uyğun arayış yazır. 
4. Dil qaydaları
Şagird: 
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sadə cümlənin növlərini fərqləndirir.
l Üzvlənməyən cümləni fərqləndirir.
l Müxtəsər və geniş cümlələri fərqləndirir.
l Baş üzvlərin iştirakına görə sadə cüm lənin növlərini fərqləndirir.
l Xəbər əsasında formalaşan cümlələri müəyyən edir.
l Adlıq cümlələri fərqləndirir.
4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.
l Söz birləşməsinin xüsusiyyətlərini, onun söz və cümlədən fərqini izah edir.
l Söz birləşməsinin əsas və asılı tərəfini müəyyən edir.
l Əsas tərəfin ifadə vasitəsinə görə feili və ismi birləşmələri fərqləndirir.
l İsmi birləşmələrin qrammatik xüsusiyyətlərini izah edir.
l Mürəkkəb adları mürəkkəb xüsusi isimlərdən fərqləndirir.
14
GİRİŞ


l Mürəkkəb adların yazılışına riayət edir.
l Cümlə üzvləri və söz birləşmələrindəki sözlər arasında sintaktik əlaqələri
müəyyənləşdirir.
l Feili birləşmələrin xüsusiyyətlərini izah edir.
l Söz birləşmələrinin bütövlükdə və tərəflərinin ayrı-ayrılıqda cümlə üzvü kimi
çıxış etdiyi halları izah edir.
l Cümlənin ikincidərəcəli üzvləri vəzifəsində işlənmiş söz və söz birləşmə -
lərini müəyyən edir.
l Tamamlıq vəzifəsində işlənmiş söz və söz birləşmələrini müəyyən edir.
l Söz və söz birləşmələrinin zərflik vəzifəsində işləndiyi məqamları müəyyən
edir.
l Təyin vəzifəsində işlənmiş söz və söz birləşmələrini müəyyən edir.
l Cümləni sintaktik təhlil edir.
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrindən
istifadə edir.
l Cümlədə həmcins üzvləri müəyyənləşdirir və onların yazılışında durğu
işarə lə rindən yerli-yerində istifadə edir.
l Həmcins üzvlərdə ümumiləşdirici sözləri müəyyənləşdirir və onların yazı lı -
şında durğu işarələrindən yerli-yerində istifadə edir.
l Xəbərin həmcins mübtədalarla uzlaşması zamanı müvafiq xəbərlik şəkil çi -
si ni seçir.
l Cümlədə əlavələrlə bağlı durğu işarə lərindən istifadə qaydalarına əməl edir.
l Xitablarla bağlı durğu işarələrindən istifadə edir.  
l Ara sözlərlə bağlı durğu işarələrindən istifadə edir.
4.1.4. Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir.
l Həmcins üzvlərdə şəkilçi və hissəciklərin ixtisarı ilə bağlı qaydalara riayət
edir.
l Xəbərin həmcins mübtədalarla uzlaşması zamanı müvafiq xəbərlik şəkilçi -
si ni seçir. 
l Həmcins üzvlərdə ixtisar olunmuş şəkilçiləri müəyyən edir.  
15


DƏRS İCMALI (NÜMUNƏ)
Dünyagörüşünü necə genişləndirməli (3 saat) Dərslik, səh. 20-24
1-ci saat - Oxu
İş forması: kiçik və böyük qruplarla iş
Texnikalar: şaxələndirmə, səsli oxu
Motivasiya
Şaxələndirmə texnikasından istifadə edilir. Mərkəzdə “dünyagörüşü”
sözü yazılır. Alınan cavablar şaxələr şəklində qeyd edilir.
Tədqiqat sualıBəs dünyagörüşünü necə zənginləşdirmək olar?
Şagirdlər qiymətləndirmə meyarları ilə tanış edilir. (Qiymətləndirmə
meyarları dərs üçün ayrılmış 3 saatda yerinə yetiriləcək fəaliyyəti əhatə edir)
1. Məcazi mənalı söz və ifadələrin mənasını müəyyənləşdirmə
2. Mühakimələri ümumiləşdirmə
3. Fakt və hadisələri real həyatla müqayisə etmə
4. Qarışıq tipli mətn də mətnin hissələri arasında əlaqəni şərhetmə
5. Söz birləş mələrini söz və cümlə dən fərqlən dirmə
Tədqiqatın aparılması
Mətn Səsli oxu texnikası ilə oxudulur. Qarışıq tipli mətn olduğu üçün oxu
zamanı müəllif fikrinin əks olunduğu hissələrlə onları əsaslandırmaq üçün
əlavə edilmiş hissələr intonasiya ilə fərqləndirilməlidir. Oxu fasilələrlə davam
etdirilir. Fasilələr zamanı aşağıdakı tapşırıqlar yerinə yetirilir:
1. Hər hansı bir təbiət hadisəsinin elmi izahını verin və bu haqda bildiyiniz
əsatiri danışın. (st. 2.2.3).
2. Kontekstə görə “əsatir”, “totem”, “intellekt” sözlərinin (st. 2.1.1) mə na -
sını müəyyənləşdirin.
3. Fərqləndirilmiş hissələr arasında olan əlaqələri müəyyənləşdirin 
(st. 2.2.2).
4. Mətnin sonunda verilmiş meyarlar əsasında mətn müəllifinin dünya -
gö rüşü və intellektual səviyyəsi haqqında fikir yürüdün.
Standartlar
Təlim nəticələri
2.2.2.
Mühakimə tipli mətndə yer almış nəqli xarakterli parçalarla
müəllif fikirləri arasında əlaqəni şərh edir.
2.2.3. 
Nəqli xarakterli mətnin əsas ideyasını müəyyən edir və bu
ideyanı öz mühakimələri ilə genişləndirir.
2.1.1. 
Kontekstdən çıxış edərək sözün sinonimini tapmaqla məna sı nı
anladığını nümayiş etdirir.
16
GİRİŞ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə