N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   2   3   4   5   6   7   8   9   ...   49

VIII sinifdə şagirdlərə həmçinin auditoriyanın səviyyəsinə uyğun ifadə for -
ma sı seçmək (st. 1.2.1), əlavə material lardan istifadə etməklə nitqini zən gin -
ləşdirmək (st. 1.2.2), de yil miş müxtəlif möv qeli fikirləri ümumiləşdirmək (st.
1.2.4) kimi bacarıqlar for malaşdırmaq tələb olunur. 
Qeyd:  Bəzən danışma fəaliyyətinin oxu, yoxsa dinləyib-anlama və
danışma məzmun xəttinə aid olduğunu müəyyən etmək bir qədər çətin olur.
Danışma elə bir fəaliyyətdir ki, o informasiya alma – dinləmə və ya oxu
fəaliyyətinin nəticəsi olaraq ortaya çı xır. Belə ki, şagird istər şifahi, istərsə də
yazılı şəkildə ifadə olunmuş infor ma siyanı qavradığını nümayiş etdirmək üçün
danışmalı olur. Bir çox hallarda burada fəndaxili üfüqi inteqrasiya baş verir.
Lakin bu iki məzmun xəttini fərq lən dirmək üçün müəyyən meyarlar var. Əgər
şagird danışmaqla oxuduğu mətni qavradığını nümayiş etdirirsə – oradakı
məlumatları, əsas fikri və s. ifadə edirsə, bu, ilk növbədə, “Oxu” məzmun
xəttinə aid fəaliyyət hesab olun ma lıdır. Yox, əgər o, oxuduğu mətnin məz -
munu və ya ideyası ilə bağlı öz fikir lərini ifadə edirsə, əlavə mənbələrdən
istifadə etməklə və ya həyatdan mi  sal lar gətirməklə mətndəki fikirlərə mü na -
sibət bildirirsə, bu artıq şifahi nitq ba ca rı ğıdır. Çünki danışma bacarığının
mahiyyəti öz fikrini ifadə etməkdir.
Dil qaydaları. Azərbaycan dili kurikulumunda sintaksislə bağlı məsələlər
VIII sinifdən başlayaraq öz əksini tapır. Ümumiyyətlə, V-XI siniflər üçün stan-
dartlara nəzər salsaq, görərik ki, “Dil qaydaları” məzmun xəttindəki 4 standart -
dan birincisi sintaksis, ikincisi sözün qrammatik mənası (morfologiya və ya
sin taksis), üçüncüsü cümlədə durğu işarələri, dördüncüsü orfoqrafiya mə sə lə -
lərini əhatə  edir. Standartlara uyğun olaraq dərslik komplektində söz bir ləş -
mələri, həmcins üzvlər, əlavələr, xitab və ara söz lərdə durğu işarələrin dən is tifadə
edilməsi, sadə cümlənin növləri haqqında dil qaydaları öz əksini tapmışdır. 
Məlumdur ki, kurikulumun tələblərinə görə, dil qaydaları elə şəkildə veril -
mə lidir ki, onların praktik əhəmiyyəti olsun. Buna görə də ənənəvi akademik
ya naş ma dan fərqli olaraq bu dərslik komplekti standartlarda adı çəkilən qram-
matik kateqoriyaların şərhi zamanı həmin kateqoriyaların mahiyyəti izah
edilmişdir. Dərslikdə ismi (I, II, III növ təyini söz birləş mə ləri) və feili birləşmə -
lə  rin necə yarandığı izah edilir, sadə cümlənin növlə 
rin dən danışarkən
müxtəsər və geniş, müəyyən şəxsli cümlələr, xəbər, mübtəda əsasında for -
malaşan cümlələr haqqında anlayış verilir və əsas diqqət cüm lə lərin düzgün
qurulmasına, mətndəki situasiyadan asılı olaraq cümlə nö vü nün düzgün
seçilməsinə yönəldilir. Dərslikdə əlavə, xitab, ara sözlər, həm cins üzvlər
haqqında deklarativ biliklərin verilməsi, ilk növbədə, cümlədə bu sözlərlə bağlı
durğu işarələrinin düzgün işlənməsi və orfoqrafiya qayda larına əməl olunması
baxımından vacibdir. Mürəkkəb adlar söz birləş mə si ol duğu üçün bu mövzu
4.1.2 standartına aid edilmişdir. Bu alt-standart söz bir ləş mələrinin sintaktik
vəzifəsini müəyyənləşdirməyi tələb etsə də, söz bir ləş  mə lərini, o cümlədən
mürəkkəb adları tanımadan bu tələbi yerinə yetir mək müm kün deyil. 
8
GİRİŞ


Məzmun standartları və dərslər üzrə təlim nəticələri
1. Dinləyib-anlama və danışma
Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün fikir və
mülahi zə lərini dəqiqləşdirir.
l Dinlədiyi mətndəki məlumatlarla əvvəllər əldə etdiyi biliklər arasındakı əla -
qəni müəyyənləşdirir. 
l Müzakirə zamanı suallar verməklə aydın olmayan məqamları dəqiqləşdirir.
l Mətni dinləyərkən qeydlər götürür və suallar verməklə özü üçün aydın ol-
mayan məqamları dəqiqləşdirir.
l Dinlədiyi mətndəki faktları dəqiqləş dirmək üçün suallar verir.
l Mövzu ilə bağlı suallarını müəyyənləşdirir və mətni dinləyərkən həmin sual-
lara cavab axtarır.
l Dinlədiyi mətndə aydın olmayan məqamları dəqiqləşdirmək üçün suallar tərtib
edir.
l Dinlədiyi mətndəki hadisələrlə bağlı öz fikrini həyatdan misallar gətirməklə
əsas landırır.
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır.
l Dinlədiyi əks fikirlərdən doğru olanını seçir və onun düzgünlüyünü əsas lan -
dırır. 
l Deyilmiş fikrin düzgünlüyünü dinlədiyi mətndən nümunələr gətirməklə əsas -
lan dırır.
l Dinlədiyi fikri təcrübədə tətbiq etməklə məntiqiliyini əsaslandırır.
l Dinlədiyi mətndəki məlumatları öz bilikləri ilə müqayisə edərək məntiqi
nəticələr çıxarır.
l Dinlədiyi mətnə əsaslanaraq eyni mövzuda çəkilmiş şəkli şərh edir.
l Başqa fənlərdən əldə etdiyi biliklər əsasında dinlədiyi mətndəki fakt və
hadisə ləri elmi cəhətdən izah edir.
l Mətni dinləyərkən qeydlər götürür və məlumatları qrafik informasiya
şəklində təqdim edərək məntiqiliyini əsaslandırır.
l Dinlədiyi mətndən çıxan nəticəni öz düşüncələri ilə əlaqələndirərək doğru -
lu ğunu əsaslandırır.  
l Fikir və mülahizələrini dinlədiyi mətndəki fakt və hadisələrə istinad etməklə
də qiq ləşdirir. 
9


l Dinlədiyi mətndəki hadisələrlə bağlı öz fikrini həyatdan misallar gətirməklə
əsaslandırır. 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir.
l Nitqini leksik və semantik cəhətdən auditoriyanın səviyyəsinə uyğunlaşdırır.
l Təqdimat formasını müəyyənləşdirir və tələblərə uyğun hazırlayır.
l Təqdimat hazırlayarkən mövzunun spe  sifikasını, auditoriyanın səviyyəsini
nə zə  rə alaraq sxemlərdən, videomateriallardan və digər əyani vəsaitlərdən
is tifadə edir.
l Rəsmi üslubda yazılmış sənədi auditoriya üçün anlaşıqlı dildə izah edir.
1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.
l Mövzu üzrə çıxış zamanı nitqində əla və mənbələrdən əldə etdiyi termin -
lər dən istifadə edir.
l Qoyulmuş problem üzrə çıxış edərkən elmi məruzəyə xas nitq nümayiş et-
dirir.
l Müəyyən sahə üzrə çıxış edərkən həmin sahəyə aid terminlərdən yerli-
yerində istifadə edir.
l Zərbi-məsəlin etimologiyasını araşdırır və nitqində istifadə edir.
l Bədii mətndəki hadisələrlə dinlədiyi mətndəki elmi faktlar arasında əlaqəni
şərh edir.
l Nitqində aforizm və atalar sözlərindən istifadə edir.
1.2.3. Nitq etiketlərindən məqamında istifadə edir.
l Müzakirə zamanı nitq etiketləri və nəzakətli ifadələrdən istifadə edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri ümumiləşdirir.
l Mətndəki mühakimələri tezislər şəklində ümumiləşdirir və münasibət bildirir.
l Başqasının mühakimələri ilə öz fikirlərini müqayisə edir və ümumiləşdirmə
aparır.
l Debat zamanı qarşı tərəfin fikirlərini ümumiləşdirərək öz arqumentlərini irəli
sürür.
l Əldə etdiyi məlumatları ümumiləşdirir və münasibət bildirir.
l Müzakirədə səslənən fikirləri ümumiləşdirərək nəticəni təkzib və ya təsdiq
et mək üçün əsaslı arqumentlər gətirir.
l Oxuduğu və dinlədiyi mətnlərdəki ziddiyyətli fikirləri müəyyənləşdirərək
münasibət bildirir.
2. Oxu
Şagird: 
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
10
GİRİŞ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə