N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   2   3   4   5   6   7   8   9   ...   49

2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir.
l Kontekstdən çıxış edərək sözün sinonimini tapmaqla mənasını anladığını nü -
ma yiş etdirir.
l Avropa mənşəli alınma sözlərin Azərbaycan dilindəki qarşılığını müəyyən edir.
l Lüğətdən istifadə etməklə terminlərin mənasını müəyyənləşdirir və qarşılı ğını
tapmaqla izah edir.
l Azərbaycan dilində qarşılığı olmayan alınma sözlərin mənasını lakonik ifadə -
lərlə izah edir.
l Arxaizmlərin müasir dildəki qarşılığını müəyyən edir. 
l Tanış olmadığı söz və ifadələrin qarşılığını lüğətin köməyi ilə tapır və kontekst
daxilində izah edir. 
l Alınma söz və terminlərin  müasir mənası ilə etimoloji mənası arasındakı
əlaqəni şərh edir.
l Eyni cür səslənən sözlərin mənasını kontekstə görə müəyyənləşdirir.
l Tanış olmadığı söz və ifadələrin kontekstə uyğun mənasını lüğət vasitəsilə
şərh edir. 
l Mürəkkəb sözlə ifadə olunan adların tərkibindəki sözlərin müasir qarşılığını
tapmaqla etimologiyasını müəyyən edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh
edir. 
l Ümumişlək olmayan frazeoloji ifadələrin mənasını tərkibindəki sözlərin məna -
sın  dan və kontekstdən çıxış edərək müəyyənləşdirir.
l Kontekstdən çıxış edərək sözün həqiqi, yoxsa məcazi mənada işləndiyini
müəyyənləşdirir. 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətni
oxu yur. 
l Danışıq üslubunda verilmiş cümlələrdə söz və ifadələrin düzgün ardıcıllığını
bərpa edir.
l Mətni oxuyarkən fakt və hadisələr arasındakı səbəb-nəticə əlaqəsini müəy -
yən edir.
l Mətnin müxtəlif hissələrində verilmiş məlumatlar arasında əlaqə yaradaraq
çıxardığı nəticəni qrafik informasiya şəklində təqdim edir.
l Mətnin hissələri arasına keçid cümlələr əlavə edir.
l Mətni oxuyarkən qoyulmuş sualları cavablandırmaq üçün abzaslar ara -
11


sındakı əlaqəni müəyyənləşdirir.
l Rəsmi sənədlə tanış olarkən mad dələr arasındakı əlaqəni gözləməklə oxuyur.
l Verilmiş parçaları mətnin müvafiq his sələrinə əla və etməklə mətni oxuyur.
2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.
l Mətnin hissələri arasındakı məntiqi ardıcıllığı əsaslandırır.
l Mühakimə tipli mətndə yer almış nəqli xarakterli parçalarla müəllif fikirləri
arasındakı əlaqəni şərh edir.
l Mətnin müxtəlif hissələrində təqdim olunmuş məlumatı cədvəl şəklində əks
etdirərək onları əlaqələndirir.
l Mətnin hissələrini məzmuna uyğun adlandırır və fikirlər arasındakı əlaqəni
müəyyənləşdirir.
l Mətni oxuyarkən müxtəlif abzaslarda bir-birini təkzib və təsdiq edən məlu -
mat ları aşkar edir və öz fikrini bildirir.
l Mətni oxuyarkən müxtəlif hissələrdəki elmi məlumatları əlaqələndirərək
gəldiyi nəticəni tezislərlə ifadə edir. 
l Mətnin müxtəlif hissələri arasında məntiqi əlaqə yaradaraq əsas obraz və
ideya haqqında fikir yürüdür.
l Mətnin müxtəlif hissələrindəki məqamlardan çıxış edərək obrazın xarak-
terini  səciyyələndirir.
l Mətndə əks olunmuş hər hansı fikirlə müvafiq hissələrdəki fakt və hadisələr
arasındakı əlaqəni müəyyənləşdirir.
l Mətnin müxtəlif hissələrindəki məlumatları əlaqələndirərək sillogizm qurur.
l Mətnin müxtəlif hissələrindəki məlumatları verilmiş cədvəldə kateqoriyalar
üzrə qruplaşdırır.
l Mətnin müxtəlif hissələrində öz əksini tapmış məlumatların paralel müqa -
yi səsini aparır və gəldiyi nəti cələri cəd vəl şəklində nümayiş etdirir. 
l Bədii mətndəki obrazın düşüncə və hə rəkətlərinin motivlərini mətnin müx -
təlif hissələrinə is ti nadən şərh edir.
l Mətndəki məlumatları ümumiləşdir mək lə bitkin hissələrə bölür və onlar ara -
sındakı əlaqəni müəyyənləşdirir.
l Eyni mövzuda yazılmış mətnləri müqa yisəli təhlil edir.
2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir.
l Mətndəki mühakimələrə münasibət bildirmək üçün həyatdan misallar gətirir.
l Nəqli xarakterli mətnin əsas ideyasını müəyyən edir və bu ideyanı öz mü -
hakimələri ilə genişləndirir.
l Real həyatla bağlı fikir yürüdərkən mətndən əldə etdiyi bilik və mühaki mə -
lər dən istifadə edir.
l Mətndən aldığı məlumatları öz həyat tərzi ilə müqayisə edir və nəticələr çıxarır.
12
GİRİŞ


l Öz biliklərindən və həyatda gördüklərindən çıxış edərək mətndəki elmi fikri
şərh edir və dərinləşdirir.
l Mətndəki məlumatları real həyatla müqayisə edərək mətnin məzmununu
tamamlayan nəticələr çıxarır.
l Mətndəki faktları öz düşüncələri ilə əlaqələndirərək müəllifin fikirlərini şərh edir.
l Həyatda gördüklərindən misallar gətirməklə mətnin ideyasını təşkil edən
dəyərlərə münasibət bildirir.
l Mətnin məzmunundan və həyat haqqında görüşlərindən çıxış edərək əsərin
ideyasını şərh edir.
l Mətndən əldə etdiyi elmi məlumatı təcrübədən keçirməklə həqiqiliyini əsas -
landırır.
l Mətndəki məlumatları öz elmi bilikləri ilə əlaqələndirərək nəticələr çıxarır.
l Oxuduqlarından və gördüklərindən çı xış edərək mətndəki məlumatları təs -
diq və ya təkzib edir.
l Real həyatda gördüklərindən və eşit diklərindən çıxış edərək mətndəki müəy -
 yən məqamları izah edir.
l Öz dünyagörüşünə, fikir və düşün cələrinə istinadən mətndəki fakt və ha di -
sələri şərh edir.
l Mətndəki faktlara münasibət bildirər kən həyatdan nümunələr gətirir.  
l Eyni mövzuda olan mətnlərdəki nü mu nələri əlaqələndirir və real həyatla
mü qayisə edir.
3. Yazı
Şagird: 
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mövzuya uyğun müxtəliftipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır.
l Mövzuya uyğun mühakimə xarakterli esse yazır.
l Verilmiş mövzuda nəqli tipli mətn yazır.
l Oxuduğu və dinlədiyi mətndən əldə etdiyi informasiyadan istifadə etməklə
təsviri xarakterli mətn yazır. 
l Nəzmlə yazılmış mətni nəsrə çevirərək müxtəliftipli (təsviri, mühakimə)
mətn lər yazır.
l Verilmiş mövzuya uyğun elmi-mü ha kimə xarakterli təqdimat hazırlayır.
l Mətndən çıxardığı elmi nəticələr əsa sın da mühakimə xarakterli yazı yazır.
3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir. 
l Mövzu üzrə esse yazarkən fikir və mülahizələrini atalar sözləri və aforizmlərlə
qüvvətləndirir.
l Yazıda öz fikrini əsaslandırmaq üçün oxuduğu mənbələrə istinad edir.
13


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə