N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Qarışqalar koloniyalarda birləşirlər. Bir yuvada orta hesabla 40 min həşərat
olur. Onlar üçün əsas informasiya mənbəyi – qoxudur. Bununla yanaşı, alimlər
güman edirlər ki, qarışqaların fotoqrafik yaddaşı var. Onlar ətraf mühitdə gör -
dükləri obyektləri yadda saxlayır və hərəkətlərini həmin obyektlərə nisbətən
idarə edirlər. Amma tədqiqatçılar qarışqanın xırdaca beynində bu qədər
informasiyanın necə saxlanıldığının izahını verə bilmirlər.   
Dil qaydaları
(St. 4.1.2) 
10-cu tapşırıq dil qaydaları üçün motivasiya rolunu oyna yır. 
11-15-ci tapşırıqlar sadə və mürəkkəb söz birləşmələrinin yaradılmasını,
onların fərqləndirilməsini, söz birləşmələri tərəflərinin ifadə vasitəsinin müəy -
yənləşdirilməsini və mətndə bu tip bir ləşmələrin seçilməsini nəzərdə tutur. 11-ci
tapşırıqda verilmiş sözlərə uyğun gələn asılı tərəf artırmaq tələb olunur. 12-
ci tapşırığın tələbinə əsasən, üç sütunda verilmiş sözlər bir-biri ilə məna və
qrammatik cəhətdən əlaqələndirilir, nümunədə göstərildiyi kimi mürəkkəb söz
birləşmələri yaradılır. 
Sonrakı tapşırıqlar daha böyük həcmli işləri nəzərdə tutur. 14-cü tapşırıqda
verilmiş şeir parçasından mürəkkəb söz birləşmələrini seçmək tələb olunur
(Nizaminin gözəl vətəni, bizim dünyagörmüş o qoca dağlar, Kəpəzin təmiz
havası, Göygölün təmiz havası, dağlar mülkünün min çoban səsi). 15-ci tap -
şırığa əsasən, şagird mətndə fərqləndirilmiş hissədən söz birləşmələrini
seçməli və cədvəlin müvafiq xa nalarında qeydlər etməklə onların quruluşca
növünü, əsas və  asılı tərəflərini müəyyənləşdirməlidir. Bu tapşırıq ümumi ləş -
dirici xarakter daşıyır.
16-cı tapşırıq. Şagirdlər müx təlif quruluşlu söz birləşməsindən yazılı nitqdə
istifadə bacarığına yiyələnirlər. Yazılar müzakirə və təhlil olu nar kən müəllim
həmçinin yazılmış mətnlərin kompozisiyasına, bir-birini tamamlayan yaxın
fikirlərin abzaslar üzrə qruplaşdırılmasına diqqət yetirir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
43
KAMİLLİYƏ DOĞRU


Dərs 5. SÜRƏTLİ OXU (2 saat)
Motivasiya
Lövhədə üstü örtülmüş mətn və şəkil asılmışdır. Müəllim əvvəlcə mətni 10
saniyə müddətində şagirdlərə göstərir. Sonra yenidən üstünü örtüb, mətnin
məzmununu soruşur. Daha sonra şəkli 10 saniyə müddətində şa gird lərə
göstərir və şə kil üzrə danışmağı tapşırır. 
Müəllimin nəzərinə!
Aşağıdakı mətn və şəkil nümunə olaraq verilib. Müəllim başqa nü mu -
nələrdən də istifadə edə bilər. Lakin mətnlə şəklin məzmun yaxınlığı
tövsiyə olunur.
Mətn:
Kozetta birdən qızların döşəmənin üstündə qoyduqları gəlinciyi gördü. Onların
başı pişiyə qarışmışdı. Kozetta masanın altından iməkləyib çıxdı və gəlinciyi
götürdü. Gəlincik qızlar üçün ən sevimli oyuncaqlardan biridir. Bu gəlincik ilə oy-
namaq onun üçün bir səadət idi.  
Bu səadət beş dəqiqəyədək çəkdi. Birdən qızlar Ko zettanın onların gəlinciyi
ilə oynadığını gördülər. Çaşıb-qalmışdılar: Kozetta onların gəlinciyini götürməyə
cəsa rət etmişdi! Onlardan biri anasına yaxınlaşıb:
– Ana, – dedi, – bir bax! – barmağı ilə Kozettanı göstərdi.
Ana qəzəbindən xırıldayan bir səslə:
– Kozetta! – deyə bağırdı.
Kozettanın elə bil ayağı altından yer tərpəndi. Kuklanı ümidsiz halda yerinə
qo yub cəld masanın altına girdi. Özünü saxlaya bilməyib hönkür-hönkür ağla -
mağa başla dı.
Standartlar
Təlim nəticələri
2.2.1. Söz sırasını, cümlələr və abza-
slar arasında əlaqəni gözləməklə mətni
oxuyur.
Mətnin tərkib hissələrini müəyyən ləş -
dirir və onların bir-birini məzmun ba -
xımından necə tamamladığını izah edir.
2.2.3. Mətndəki fakt və hadisələri real
hə yatla müqayisə edir və əlaqələndirir.
Real həyatla bağlı fikir yürüdərkən
mətndən əldə etdiyi bilik və mühaki -
mələrdən istifadə edir. 
3.1.3. Mətnin hissələri, abzaslar və
cümlələr arasında əlaqəni gözlə mək -
lə yazıya düzəlişlər edir. 
Verilmiş plan əsasında mətn qurarkən
başlıqlara uyğun hissələr arasında əla -
qə yaradır.
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsas -
lan dırır.
Deyilmiş fikrin düzgünlüyünü dinlədiyi
mətndən nümunələr gətirməklə əsas -
lan dırır.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Əsas tərəfin ifadə vasitəsinə görə feili
və ismi birləşmələri fərqləndirir.
44

BÖLMƏ 


Şəkil:
Çox güman ki, şagirdlər verilmiş müddət ərzində mətni oxuyub qavraya
bilməyəcəklər. Lakin şəkildə gördüklərini öz təxəyyüllərinə uyğun genişləndirib
danışa bilərlər. Buna görə də müəllim sonda mətni bir daha iki dəqiqə ərzində
nümayiş etdirir və aşağıdakı suallarla şagirdlərə müraciət edir:
– 10 saniyə ərzində hansını qavramaq və yadda saxlamaq daha asan oldu –
şəkli, yoxsa mətni? Sizcə, nə üçün?
– Mətnin hansı hissələrini şəkildə əks etdirmək mümkün deyil? (hiss, dü -
şün cə və mühakimələri)
– Sizcə, mətni belə az müddətdə qavramaq mümkündürmü? Mümkün -
dürsə, bunu necə etmək olar?
Oxu
(St. 2.2.1; 2.2.3) 
Oxu mərhələsinə epiqraf ətrafında müzakirələrlə baş la -
maq olar. Şagirdlərə bu fikri izah etmək tapşırılır. Mətn səssiz oxu ilə oxunur.
Şagirdlərə suallar təqdim olunur. 
Aşağıdakı suallar nümunə üçün təqdim olunmuşdur.
1. Nə üçün sürətlə oxuyanda qavrama sürəti yüksək olur?
2. Oxunun sürəti nədən asılıdır?
3. Nə üçün yeni oxumağa başlayanda qavrama sürəti aşağı olur?
45
KAMİLLİYƏ DOĞRU


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə