N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

5-ci mətndaxili sual daha dərin riyazi təfəkkür tələb edir. Bunun üçün
mətndən aşa ğıdakı parçalara diqqət yetirmək lazımdır:
“... balinanın 7,8 kiloqram ağırlığında beyninin hər qramı bədənin 5 kilo-
qram ağırlığında hissəsini idarə edir. İnsan beyninin 1 qramı isə bədənin cəmi
50 qramına “cavabdehdir”.
“...insanın təxminən 1500 qramlıq beyni onun bədən çəkisinin 2%-ni təşkil
edir...”
Bu suala cavab vermək üçün balinanın beyin və bədən çəkisinin faiz
nisbəti ilə insanın beyin və bədən çəkisinin faiz nisbəti arasındakı fərqi tapmaq
lazımdır. İnsanın beyin və bədən çəkisinin faiz nisbəti mətndə verilmişdir: 2%
(1,5 kq-ın 75 kq-a faiz nisbəti). Biz balinanın beyin çəkisini də bilirik: 7,8 kq.
İndi gəlin 1-ci parçadakı informasiya əsasında balinanın bədən çəkisini he -
sab layaq:
7800 q x 5000 q = 39 000 000 q (39 000 kq)
Beləliklə, balinanın beyin və bədən çəkisinin faiz nisbəti
7,8 kq x 100% : 39 000 kq = 0,02% təşkil edir.
Belə çıxır ki, insan qədər ağıllı olması üçün balinanın beyni indikindən 100
dəfə ağır, yəni 780 kq olmalıdır.
Lakin çevik düşünən şagird üçün bu qədər hesablama aparmağa ehtiyac
yoxdur. O, birinci mətn parçasında verilmiş rəqəmlərdən istifadə edərək bu
sualı bir neçə saniyəyə cavablandıra bilər: 
5 kq (5000 q) : 50 q = 100
8-ci tapşırığı icra edən qrup mətnin müxtəlif hissəsində yerləşmiş
informasiyaları cədvəlin müvafiq xanasına yazırlar.
Beləliklə, bu tapşırıq ad və rəqəmlərlə zəngin olan mətndə məlumatları
daha asan və rahat qavramaq üçün onu qrafik informasiya (cədvəl) şəklində
“Əfsanə”nin yaranması
Sitat
Müəllif
Mənbə
Tarix
Biz əqli imkanlarımızın yalnız
kiçik hissəsindən istifadə edirik
Uilyam Ceyms
“Kişi enerjisi”
məqaləsi
1906
İnsan öz əqli imkanlarının yalnız
10%-dən istifadə edir.
Deyl Karnegi
“Dostları necə
qazanmalı...”
1936
“Əfsanə”nin puç olması
Sitat
Müəllif
Mənbə
Tarix
1. Beyinin hər hansı bir nöqtəsi -
nin zədələnməsi bütün beyinə
təsir göstərir.
2. Beyinin elə bir şöbəsi yoxdur
ki, fəaliyyət göstərməsin.
Barri Beyerşteyn
“Ağıl haqqında
miflər”
1999
40

BÖLMƏ 


təqdim etməyi nəzərdə tutur. Eyni zamanda tapşırığın məqsədlərindən biri də
məlumatları kiçik tezis şəklində təqdim etmək bacarığının inkişafıdır.
9-cu tapşırığın icrası həm biologiya (“Canlıların quruluşu və müx tə -
lifliyi” məzmun xətti), həm də riyaziyyatla (“Statistika və ehtimal” məz -
mun xətti) inteqrasiya imkanı yaradır. Şagirdlər verilmiş cədvəldən istifadə
etməklə hesablamalar apararaq müxtəlif canlılarda beyin çəkisinin bədən
çəkisinə nisbətini və  beyində neyronların sıxlığını müəyyənləşdirir, əldə olu-
nan məlumat əsasında həmin canlıların intellekt əmsalını əks etdirən diaq ram
qururlar. Bunun üçün cədvəldəki məlumatlara əsasən aşağıdakı göstə riciləri
təyin etmək lazımdır.
– beyin çəkisi ilə bədən çəkisinin faiz nisbəti
– beyinin 1 qramına düşən neyronların sayı (neyron sıxlığı)
İNSAN
– 1,5 kq x 100% : 75 kq = 2%
– 86 mlrd : 1500 = 57 300 000
DELFİN 
– 1,6 kq x 100 % : 250 kq = 0,64%
– 90 mlrd : 1600 = 56 250 000
FİL 
– 4,8 kq x 100% : 4500 kq = 0,106%
– 23 mlrd : 4800 = 4 792 000
ŞİMPANZE 
– 0,42 kq x 100 : 50 = 0,84%
– 7 mlrd : 420 = 16 700 000
Bu göstəricilərə əsasən aşağıdakı kimi diaqramlar qurula bilər. 
41
KAMİLLİYƏ DOĞRU


Sonda müəllim aşağıdakı suallarla şagirdlərə müraciət edə bilər:
– Mətndəki məlumatlar sizdə hansı suallar yaratdı? (Məsələn, insan tə ka -
mülünün homosapiens dövründə insan beyninin göstəriciləri indikindən necə
fərq lənirdi? Əgər milyon illər ərzində insan beyni inkişaf etdisə, digər can lı la -
rın kı niyə inkişafdan qaldı? və s.) 
– Sizcə, elm insan beyni ilə bağlı hansı suallara hələ cavab tapmayıb?
Yazı
(St. 3.1.3) 
Oxu mərhələsini tamamlayarkən müəllimin sonuncu sualları 
7-ci tapşırığın icrası üçün motivasiya rolunu oynaya bilər. Şagirdlər sonluq
yazarkən mətndəki məlumatları ümumiləşdirməklə yanaşı, bu sahədə dünya
elmi qarşısında duran vəzifələrə də toxuna bilərlər.
Dinləmə
(St. 1.1.1) 
Müəllim “Qarışqalar” mətnini səsləndirməzdən əvvəl şagirdlərə
aşağıdakı tapşırığı verir:
– Vərəqdə qeydlər götürməklə İndi dinləyəcəyiniz mətnlə dərslikdən
oxuduğunuz mətnin müvafiq hissəsi arasında əlaqəni müəyyənləşdirin və
aşağıdakı cədvəli doldurun.
QARIŞQALAR
Qarışqalar planetimizdə 130 milyon il bundan əvvəl məskunlaşıb. Ha zırda
elmə qarışqaların 12 mindən çox növü məlumdur. Onlardan 90-ı Azərbay can -
da yaşayır. 
Bir insanın axmaqlığının dərəcəsini nümayiş etdirmək üçün, adətən, onu
qarışqa ilə müqayisə edirlər: “Buna baxın, qarışqa qədər də ağlı yoxdur”.
Yəqin, ona görə belə deyirlər ki, qarışqanın beyni, həqiqətən, çox balacadır:
cə mi 3 milliqram çəkisi var. Amma bu kiçicik beyni ilə qarışqa həşəratların
içərisində ən ağıllı heyvandır! 
Bilsəniz, onların həyat tərzi ilə insanların həyat tərzi arasında nə qədər
oxşarlıqlar var, təəccüblənərsiniz. Qarışqalar öz  aralarında iş bölgüsü həyata
ke çirirlər, yollar çəkirlər, ərzaq anbarları yaradırlar, müharibələr aparırlar, düş -
məni qorxutmaq üçün döyüşdə “kimyəvi” silahlardan istifadə edirlər, taktiki bi c -
liklərə əl atırlar, əsir götürürlər, qul saxlayırlar və daim informasiya müba di ləsi
aparırlar. 
Təkrar olunan
məlumatlar
Yeni məlumatlar
Dərslikdəki fikirləri təsdiq
edən məlumatlar
42

BÖLMƏ 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə