N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

1. Yuxu haqqında elmin qədim tarixi vardır.
2. Yuxunun müddəti haqqında müxtəlif fikirlər vardır.
3. Hər insanın özünə uyğun yuxu rejimi vardır.
4. Normadan az və ya çox yatanda insan orqanizmində müxtəlif dəyi şik -
liklər olur.
5. Yuxunun sağlam olması insanın həyat tərzindən asılıdır.
6. Həyatın mənası yatmaqda deyil, düzgün miqdarda yatmaqdadır.
Müzakirələr zamanı mətndaxili suallar da cavablandırılır. 
1-ci mətndaxili sual. Nöqtələrin yerinə 7 yazılmalıdır. Şagirdlər cavablarını
mətndən gətirilən sitatlarla əsaslandırmalıdırlar:
“...gündə 6,5-7,5 saat yatan adamlar daha uzunömürlü olurlar”. 
“...gündə yeddi saatdan az və ya çox yatmaq insanların sağlamlığına mənfi
təsir göstərir”.
“... tədqiqat göstərib ki, gündə səkkiz saatdan az yatan insanların ömrü
daha uzun olur”.
2-ci mətndaxili sual mətndə fikirlər arasındakı elmi təzadları aşkar etmək
bacarığına yönəl miş dir. Eynşteynin özü haqqında dediklərindən belə çıxır ki,
o, sutkanın üçdəbirini yatmışdır. Sutkanın üçdəbiri 8 saata bərabərdir. Mətn
müəllifi isə iddia edir ki, alim sutkada 11 saat yatmışdır. Hər halda, Eynşteynin
özünün dediyi daha doğru məlumat olar.  
3-cü mətndaxili sual kinayə və ya zarafatla deyilmiş ifadəni düzgün yozmaq
bacarığı tələb edir. Məlumdur ki, Albert Eynşteyn incə yumoru ilə seçilən bir
insan olub. Onun sözlərini müxtəlif cür başa düşmək olar:
1. Alim demək istəyirdi ki, o, həyatı boyu o qədər işləyirdi ki, yatıb dincini
almaq həmişə onun ən böyük arzusu olub və bundan böyük həzz alıb.
2. Eynşteyn böyük ixtiralara imza atmış alim olub. Bununla belə, o,
təvazökarcasına demək istəyib ki, onun kəşfləri dünya elminə əhəmiyyətli bir
töhfə verməyib, tarix üçün onun yatmağı ilə işləməyi arasında elə bir fərq
olmayıb. 
5-ci tapşırıq mətnin qavranılmasına xidmət edir. Belə ki:
A) Mətndə söylənilir ki, Kaliforniya Universiteti altı il ərzində araşdırma
aparmışdır və 2004-cü ildə nəticələri elan etmişdir. Deməli, araşdırmalara
1998-ci ildə başlamışdır. Tezis mətnin məzmununa uyğundur.
B) London Universitet Kollecinin tədqiqatı 5431 adamı, Naqoya Universiteti
alimlərinin tədqiqatı 110 min adamı, Kaliforniya Universitetinin araşdırması
isə bir milyondan artıq adamı əhatə edib. Belə çıxır ki, London Universitet
Kollecinin tədqiqatını ən irimiqyaslı tədqiqat hesab etmək olmaz. Tezis mətnin
məzmununa ziddir.
30

BÖLMƏ 


C) 3-cü tezisin düzgünlüyünü sübut etmək üçün mətnlə tezis arasında iki
uyğunluğu vurğulamaq kifayətdir:
1. Mətndəki “
XX əsrin son onilliyində” ifadəsi tezisdəki  “1990-1999-cu
illərdə” ifadəsinə uyğundur.
2. Mətndəki “110 min adam” ifadəsini tezisdəki “on minlərlə adam”
ifadəsi ilə əvəz etmək olar.
Tapşırıqlar vasitəsilə mətndəki məlumatlar dərindən mənimsənildikdən
sonra şagirdlər bu məlumatları öz həyatları ilə müqayisə edirlər. Bunun üçün
müəllim suallar tərtib edə bilər:
– Gündə neçə saat yatırsınız?
– Yayda və qışda yuxuya ayırdığınız vaxt fərqlənirmi?
– Psixoloji vəziyyətiniz yuxunuza təsir göstərirmi?
– Mətni oxuduqdan sonra yuxu rejiminizdə dəyişiklik etmək istərdinizmi?
(St. 2.2.1) 
6-cı tapşırıq cümlədə düzgün söz sırasını bərpa etmək baca rı -
ğına xidmət göstərir. Şagirdlər cümlələri aşağıdakı şəkildə redaktə edib oxu -
yurlar:
1. Bir çox insanlar problemlər qarşısında aciz qalırlar, hətta çıxış yolu asan
olsa belə, problemlə ri n həllini tapa bilmirlər.
2. Sizin yaşlarda vaxtın böyük hissəsi, əsasən, yoldaşlarınızla söhbət et -
məkdə keçir.
3. Siz ətrafınızdakıların dəyişilməsini gözləmə dən əvvəlcə özünüzü dəyiş -
məyə çalışın.
4. Səni incidən bir söz söylədi deyə dostunu bağışlaya bilmirsən?
Söz ehtiyatı
(St. 2.1.1) 
4-cü tapşırıq. Şagirdlər kontekstdən çıxış edərək mətndəki
Avropa mənşəli alınma sözlərin Azərbaycan dilindəki qarşılığını müəyyən
edirlər:
• optimal – əlverişli, səmərəli
• faktor – amil
• pozitiv – müsbət, xoşagələn
Şifahi nitq (layihələr üzrə qruplarla iş)
(St. 1.2.2, 1.1.1) 
Şagirdlər 4 qrupa bölünürlər. Hər qrupa yuxu ilə bağlı
müəyyən mövzu üzərində tədqiqat işi tapşırılır:
1-ci qrup: Yuxu vasitəsilə müalicə 
2-ci qrup: Letargiya nədir?
3-cü qrup: Yuxugörmələr (insan bey ni və yuxu)
4-cü qrup: Yuxuyozmalar: mif və reallıq
Şagirdlər əlavə mənbələrdən verilmiş mövzular üzrə materiallar tapmalı
və məruzə şəklində təqdim etməlidirlər. Müəllim bildirir ki, məruzə zamanı
31
KAMİLLİYƏ DOĞRU


əyani vəsaitlərdən və və kompüter texnologiyasından istifadə daha yüksək
qiymətləndiriləcək.
Şagirdlərə tapşırılır ki, təqdimat zamanı yoldaşlarının çıxışlarına diqqətlə
qulaq asıb, suallar hazırlasınlar. Verilmiş suallar məntiqi, ümumiləşdirilmiş və
ya hər hansı faktla bağlı dəqiqləşdirilmiş olmalıdır.
Hər məruzəyə 5-7 dəqiqə ayırmaq kifayətdir. Qalan vaxt məruzələrin mü -
za kirəsinə və qiymətləndirilməsinə həsr olunmalıdır.
Dil qaydaları
(St. 4.1.2) 
7-ci tapşırıq dil qaydasına keçid üçün motivasiya rolu oy na yır.
7-ci tapşırığın tələbinə görə şagirdlər göy rəngdə verilmiş cümlədə sadalama
intonasiyası ilə oxunan sözlərin oxşar xüsusiyyətlərini – eyni suala cavab
verməsini (nəyə?), eyni morfoloji əlamət daşımasını (yönlük hal şəkilçisi), eyni
cümlə üzvünə (xəbərə) aid olmasını müəyyənləşdirirlər. 8-ci tapşırıq nəzəri
qaydanın möhkəmləndirilməsinə xidmət edir. 
9-cu tapşırıq növbəti dil qaydası üçün motivasiya xarakteri daşıyır. Tap -
şırığı yerinə yetirərəkən şagirdlər altından xətt çəkilmiş sözlə sintaktik
cəhətdən əlaqəyə girən sözləri müyyənləşdirilər. 
1. Mən səliqəli xətlə yazılmış bu məktubu bir daha oxudum. 
Bu cümlədə “yazılmış”, “bu”, “oxudum” sözləri “məktubu” sözü ilə sintaktik
cəhətdən əlaqələnmişdir. 
Tabelilik əlaqələri ilə bağlı nəzəri qayda mənimsədilir. 10-cu tapşırıq debat
xarakteri daşıyır. Şagirdlər verilmiş II növ təyini söz birləşməsinin tərəfləri
arasında hansı sintaktik əlaqənin olmasını müəyyənləşdirməlidirlər. Bu
birləşmənin I tərəfinin şəkilçisiz olması şagirdlərdə çaşqınlıq yarada bilər və
bəzi şagirdlər bu birləşmədə uzlaşma və yanaşma əlaqəsinin olduğunu söy -
ləyə bilərlər. Bu zaman müəllim qeyd etməlidir ki, verilmiş söz bir ləş məsinin I
tərəfi ismin qeyri-müəyyənlik bildirən yiyəlik halında olduğu üçün bu sözlər
arasında yanaşma və uzlaşma deyil, idarə və uzlaşma əlaqəsi mövcuddur.
11-ci tapşırıqda şagirdlər söz birləşmələrində buraxılmış şəkilçiləri bərpa et -
məli, həmin şəkilçilərin hansı sözün tələbi ilə artırdıqlarını müəy yən ləş dir mə li -
dirlər. 12-14-cü tapşırıqlar
vasitəsilə tabelilik əlaqələrinin növlərini
müəy       yən  ləşdirmək bacarığını formalaşdırılır və inkişaf etdirilir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
32

BÖLMƏ 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə