N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

2. Hərdəmxəyallıq zəif xarakterin nişanəsidir.
3. Davranışlarınızda ardıcıl olmasanız, sizə heç kim hörmət etməz.
Qruplar seçdikləri hissədəki mətndaxili sualları cavablandırır və tapşırıqları
yerinə yetirirlər.  
(St. 2.2.2)
6-cı tapşırıq mətnin hissələri arasındakı əlaqəni duymağa yö -
nəlmişdir. Şagirdlər mətnin nəyə görə məhz bu ardıcıllıqla qurulduğunu izah
etməlidirlər. 
Müəllimin nəzərinə!
Mətnin giriş hissəsi motivasiya xarakterlidir. Müəllim bildirir ki, bəzən mət -
nin giriş hissəsində lətifə və ya kiçik hekayə verilir. Bu cür giriş mətnin
mövzusuna, burada qoyulmuş problemə maraq oyatmaq məq sədi güdür.
Əsas hissənin ardıcıllığında da müəyyən məntiqi qa nuna uy ğunluq var.
Belə ki, əvvəlcə xarakter anlayışı haqqında məlumat verilir, sonra onu
təkmilləşdirməyin mümkünlüyü və vacibliyi haqqında danışılır və nəhayət,
bunun yolları göstərilir. Son üç hissənin yerlərini dəyişmək mümkündür.
7-ci tapşırıq məlumatları uyğunlaşdırmağa, uyğun gələn hissələrə əlavə
et  məklə mətni zənginləşdirməyə xidmət edir. Belə ki, şagird lərə dörd fikir veri -
lir və onlar bu parçaları mətnin uyğun gələn yerlərinə əlavə etməlidirlər. 
A – “Özünüzdə lider xarakteri tərbiyə edin”; 
B – “Hərəkətlərinizdə ardıcıl olun”;
C – “Xarakterinizi cilalayın”;
D – “İdeal seçərkən ehtiyatlı olun” hissələrinə aiddir.
Danışma
(St. 1.2.4)
Qrupların tezisləri lövhədəki müvafiq çərçivələrə yapış dı rıl -
dıqdan sonra hər qrup işini təqdim edərkən çıxardığı tezislərə münasibət
bildirməli, həyatla əlaqələndirməlidir. Bu fikirlərin doğru olub-olmadığını söy -
ləməli və fikrini əsaslandırmalıdır. 
Yazı
(St. 3.1.2)
8-ci tapşırıq. Şagirdlərin diqqəti bir daha lövhədə yazılmış baş -
lıqlara və tezislərə yönəldilir, mətndə və 7-ci tapşırıqda əks olunmuş mühaki -
mə lərdən istifadə etməklə xarakter haqqında başlıqlardan biri üzrə esse
yaz maq tapşırılır. Bildirilir ki, onlar cümlələri təkrar etməməlidirlər. Bu tap şırıq -
da şagirdlərdən fikirləri şərh etmək, mövzunu əlavə fikirlərlə zənginləşdirmək
tələb olunur. Onlar fikirləri əsaslan dırmaq üçün həyatda gördüklərindən misal
gətirə, bildikləri aforizmlərdən, atalar sözlərindən istifadə edə bilərlər. 
Dil qaydaları
Fəndaxili şaquli inteqrasiya. Bu dərs VII sinifdə dil qaydaları üzrə keçi -
lən lərin təkrarını nəzərdə tutur. Buna görə də VII sinfin “Dil qay  daları” məzmun
xəttinin alt-standartları əsas götürülür. 
27
KAMİLLİYƏ DOĞRU


Dil qaydalarına aid tapşırıqlar şagirdlərin VII sinifdə əldə etdiyi bacarıqların
səviyyəsini yoxlamağa şərait yaradır. 
9-cu tapşırıqda buraxılmış durğu işarə lərini bərpa etmək nəzərdə tutulur (VII
sinif, st. 4.1.3). Tapşırıq köməkçi nitq hissələrinin işlənmə mə qamından asılı
olaraq durğu işarələrindən istifadə etmə bacarığının səviyyəsini yoxlamağa
xidmət edir. VII sinifdə şagirdlər bağlayıcı, ədat, modal sözlər və ni da  ların
işlənmə mə qa mın dan asılı olaraq durğu işarələrindən istifadə qay daları ilə
həm tanış olublar, həm də bu qaydaların tətbiqi ilə bağlı tapşırıqlar üzərində
işləyiblər. Lakin bacarıqları həmişə gündəmdə saxlamaq üçün yeri gəldikcə
xatırlatmaq məq 
sədəuyğundur. 10-cu tapşırıqda qar şıya qoyulan tələb
köməkçi nitq hissələrini üm 
u  mi qrammatik mənasına görə fərqlən 
dir mə
bacarığının səviy yəsini müəy yən etməkdir (4.1.2). 
11-ci tapşırıqda idi, imiş, isə hissəciklərinin funksiyasını xatırlatmaqla
yanaşı, onların şəkilçiləşmiş variantları ilə onlara oxşayan şəkil əlamətlərini
fərqlən dir mək tələb edilir. Fərqi müəyyən etmək üçün həmin morfemlərin iş -
lən mə ye 
rinə fikir vermək kifayətdir. Bu tapşırıqda mətndə buraxılmış
vergülləri bərpa edərkən cümlənin quruluşca növləri xatırlanır (st. 4.1.1). Belə
ki, şagirdlər hər iki cümlədə “-sa
2”
dan  sonra vergülün qoyulmasını izah
edərkən mürəkkəb cümlə mövzusunu da xatırlamalıdırlar. 
12-cü tapşırıqda VII sinfin 4.1.4 standartı üzrə formalaşmış bacarıqlar
yoxlanılır.
13-15-ci tapşırıqlar 4.1.2. standartından (VII sinif) çıxan təlim nə ti cə lərinin
formalaşdırdığı bacarıqların səviyyəsini müəyyənləşdirməyə şərait ya 
-
radacaq. Feillərin qrammatik məna növlərini, eləcə də təsriflənməyən feil ləri
onların qrammatik əlamətlərinə görə müəyyənetmə bacarığı ar tıq VII sinifdə
formalaşmışdır. 14-cü tapşırıqda təsriflənməyən feilləri qrammatik əla mət -
lərinə görə (şəkilçilər) fərqləndirməklə yanaşı, həmin feilləri təsriflənən feil lərə
çevir mək tələb edilir. 15-ci tapşırıqda şagirdlər formaca feili sifəti xatırladan
“görən” sözünün  ədat olduğunu müəyyənləşdirməlidirlər.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
28

BÖLMƏ 


Dərs 2. YUXU (2 saat)
Motivasiya
Müəllim: – Təsəvvür edin, insan yata bilmir. İnsan yatmasa, nə olar? Bəs
insan günün daha çox hissəsini yatsa, nə olar? Yuxunun faydası və çox
yatmağın ziyanı” haqqında fikirlərinizi qeyd edin.
Şagirdlərin fərziyyələri dinlənilir. Cəld yazı üsulu ilə qeydlər aparılır.  Ar tıq
qeyd edilmişdir ki, cəld yazıda şagirdlər 5 dəqiqə müddətində fikirlərini qeyd
etdikləri üçün onların orfoqrafik səhvləri, cümlə quruluşlarındakı yanlışlıqlar
nəzərə alınmır. Diqqət şagirdlərin irəli sürdükləri fi kir lərin əsaslandırılmasına
yönəldilir.
Oxu
(St. 2.2.3)
Mətnin oxusu zamanı İnsert üsulundan istifadə olunacaq.
Cədvəl şagirdlər tərəfindən tam doldurulduqdan sonra müzakirə başlanır.
Müzakirəyə başlamazdan əvvəl tapşırılır ki, mətndən seçdikləri fakt və məlu -
mat ları qeyd etsinlər. Faktlar: 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqə lən -
dirir.
Mətndən aldığı məlumatları öz həyat
tərzi ilə müqayisə edir və nəticələr
çıxarır.
2.2.1. Söz sırasını, cümlələr və ab -
zas lar arasında əlaqəni gözləməklə
mətni oxuyur.
Danışıq üslubunda verilmiş cümlələrdə
söz və ifadələrin düzgün ardıcıllığını
bərpa edir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir.
Avropa mənşəli alınma sözlərin Azər -
baycan dilindəki qarşılığını müəyyən
edir. 
1.2.2. Əlavə materiallardan istifadə
etməklə nitqini zənginləşdirir.
Mövzu üzrə çıxış zamanı nitqində əla -
və mənbələrdən əldə etdiyi termin lər -
dən istifadə edir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt
və hadisələr barədə özünün fikir və
mülahizələrini dəqiqləşdirir.
Müzakirə zamanı suallar verməklə ay -
dın olmayan məqamları dəqiqləş dirir.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Cümlə üzvləri və söz birləşmələrindəki
sözlər arasında sintaktik əlaqələri
müəyyənləşdirir.
Bu məlumat 
tanışdır.
Bu məlumat 
yenidir.
Əvvəl bildiklərimlə
ziddiyyət təşkil edir.
Bu hissə aydın
olmadı.
29
KAMİLLİYƏ DOĞRU


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə