N metod k V sa t


Dərs 3. DÜNYAGÖRÜŞÜNÜ NECƏ GENİŞLƏNDİRMƏLİ (3 saat)



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

Dərs 3. DÜNYAGÖRÜŞÜNÜ NECƏ GENİŞLƏNDİRMƏLİ (3 saat)
Motivasiya
Şaxələndirmə texnikasından istifadə etməklə motivasiya yaratmaq müm -
kündür.
Şagirdlərin fikirləri lövhədə qeyd 
olunur. Müəllimin yönəldici sualları ilə

Müxtəlif elmi biliklərə yiyə lən mək”, “İctimai-siyasi prosesləri təhlil etmək”,
“Ədəbiyyat və incəsənət sahəsində məlumatlı olmaq” və bu kimi fikirlər
səslənə bilər. 
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin hissələri arasında əla -
qəni şərh edir.
Mühakimə tipli mətndə yer almış nəqli
xarakterli parçalarla müəllif fikirləri
arasındakı əlaqəni şərh edir.
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqə lən -
dirir.
Nəqli xarakterli mətnin əsas ideyasını
müəyyən edir və bu ideyanı öz
mühakimələri ilə genişləndirir.
2.1.1. Tanış olmadığı söz və ifadə lə -
rin mənasını müvafiq qarşılığını tap-
maqla şərh edir.
Kontekstdən çıxış edərək sözün sinoni -
mini tapmaqla mənasını anladığını nü -
ma yiş etdirir.
1.2.4. Müzakirələrdə deyilmiş müx 
təlif mövqeli fikirləri ümumiləşdirir.
Başqasının mühakimələri ilə öz fikir 
-
lərini müqayisə edir və ümumiləşdirmə
aparır.
1.2.1. Auditoriyanın səviyyəsinə uy -
ğun ifadə forması seçir.
Nitqini leksik və semantik cəhətdən
auditoriyanın səviyyəsinə uyğunlaşdırır.
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini
əsas landırır.
Dinlədiyi əks fikirlərdən doğru olanını
seçir və onun düzgünlüyünü əsas lan -
dırır.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Söz birləşməsinin xüsusiyyətlərini, onun
söz və cümlədən fərqini izah edir.
Dünyagörüşü
33
KAMİLLİYƏ DOĞRU


– Bəs dünyagörüşünü necə zənginləşdirmək olar?
Oxu
(St. 2.2.2) 
Bu mətn kompozisiyasına görə indiyə kimi Azərbaycan dili
dərsliklərində verilmiş mühakimə tipli mətnlərdən fərqlənir. O, mühakimələrlə
yanaşı, müxtəlif nəqli xarakterli parçalar və ovqatlarla zəngindir. Oxu zamanı
onlar arasında əlaqəni duymaq və duyduğunu nümayiş etdirmək vacibdir.
Odur ki mətn Səsli oxu ilə oxudulur. Mətndə müəllif fikrinin əks olunduğu
hissələrlə onları əsas landırmaq üçün əlavə edilmiş haşiyə və sitatlar oxu
zamanı intonasiya ilə fərqləndirilməlidir. Hər bir belə parça oxunduqdan sonra
onun mətndə əks olunmuş mühakimələrlə əlaqəsi müəyyənləşdirilir. Bunun
üçün müəllim aşağıdakı suallarla şagirdlərə müraciət edə bilər:
– Sizcə, nə üçün haşiyə mətnin məhz bu yerində verilmişdir?
(St. 2.2.3)
. Mətndə əks olunan fikirlərin daha dərindən qavranılması üçün
hər nəqli parçanın ideyası üzərində iş aparılmalıdır. Belə ki, şagirdlər mətnin
ideyasını müəyyənləşdirməli, mü 
na sibət bildirməli və bunun ətrafında
mühakimə yürütməlidirlər. Bu zaman şagirdlərin mühakimələrinə sərbəstlik
vermək tövsiyə olunur. Lakin onların yanlış istiqamətdə mühakimə yürütmə -
lə rinə şərait yaratmaq olmaz.
1-ci mətndaxili tapşırıq təbiət hadisələrinə mifik və elmi yanaşma tərzləri
arasındakı fərqi daha dərindən duymağa kömək edir. Misal üçün, şagirdlər
ildırım və ya zəlzələ ilə bağlı öz təxəyyüllərinə uyğun bir əsatir düşünə, sonra
isə bu təbiət hadisələrinin elmi izahını verə bilərlər, yaxud Ayın səthindəki
ləkələr barədə yaranmış əsatirlər və onların elmi izahı müqayisə edilə bilər.
Beləliklə, bu tapşırıq həm də fənlərarası inteqrasiya üçün geniş imkanlar
yaradır. 
2-ci və 3-cü mətndaxili tapşırıqlar. Mikelancelonun dediyi sözləri belə şərh
etmək olar: “Hamı elə düşünür ki, istedadlı adamlara hər şey çox asan başa
gəlir. Lakin hər bir şah əsər yalnız istedad deyil, həm də gərgin əmək tələb
edir”. Portret çəkən rəssam isə öz cavabı ilə bildirmək istəyirdi ki, o, üç saata
gözəl portret yaratmaq üçün 30 il bu işin incəliklərini öyrənməli olmuşdur.
Söz ehtiyatı
(St. 2.1.1) 
4-cü tapşırıqda nəzərdə tutulmuş söz və ifadələrin mənasını
müəyyən ləş dirərkən şagirdlər kontekstdən çıxış etməlidirlər. Müm kün olan
yerlərdə oxu zamanı sözün qarşılığını müəyyən etmək tövsiyə olu nur:
• Əsatir – mif
• Totem – sitayiş olunan obyekt
• İntellekt – ağıl
34

BÖLMƏ 


Şifahi nitq
(St. 1.2.4) 
Mətnin sonunda verilmiş me yarlar əsasında mətn müəllifinin
dün yagörüşü və intellektual səviyyəsi haqqında fikir yürütmək tələb olunur (5-ci
tapşırıq). Dəyərləndirmə zamanı şagirdlərin müxtəlif fikir söyləmələri müm -
kün dür. Həmin fikirləri qeyd etmək və ümu miləşdirmək 1.2.4. standartından
çıxan təlim nəticəsini reallaşdırmağa xid mət edər.
(St. 1.2.1) 
Fənlərarası inteqrasiya. 6-cı tapşırıq dərsin yaradıcı tətbiqetmə
mərhələsi üçün də yararlı ola bilər. Şagirdlər qruplar şəklində işləyib verilmiş
suallar üzrə təqdimatlar hazırlamalıdırlar. Yaxşı olar ki, hər bir təqdimat mü-
vafiq fənn haqqında məlumatdan başlansın və mühakimələr yürüdülərkən hə -
yat dan misallar gətirilsin.
1.2.1 standartının reallaşdırılması üçün qruplara əlavə şərtlər qoyulur:
1-ci qrup (anatomiya): Təsəvvür edin ki, siz sualla bağlı öz fikirlərinizi
azsavadlı bir qocaya çatdırmaq istəyirsiniz.
2-ci qrup (fizika): Təsəvvür edin ki, siz sualla bağlı öz fikirlərinizi 8-9 yaşlı
bacı və qardaşınıza çatdırmaq istəyirsiniz.
3-cü qrup (tarix): Təsəvvür edin ki, siz bu sualla bağlı şagirdlərin
beynəlxalq elmi konfransında çıxış edirsiniz.
4-cü qrup (botanika): Təsəvvür edin ki, siz sualla bağlı öz fikirlərinizi 5-ci
sinif şagirdinə çatdırmaq istəyirsiniz.
Şagirdlər çıxışları zamanı xəyali auditoriyadan asılı olaraq işlətdikləri lek-
sikaya və cümlə quruluşuna diqqət yetirməlidirlər.
Dinləmə
(St. 1.1.2) 
Sual: – Yəqin ki, siz artıq hansı ixtisasa yiyələnəcəyinizə və
bunun üçün hansı fənləri dərindən öyrənəcəyinizə qərar vermisiniz. Bəs hə -
min ixtisasa aid olmayan digər fənləri dərindən öyrənməyinizə ehtiyac varmı?
Şagirdlərin fikirləri dinlənilir. Bundan sonra müəllim Konan Doylun “Al-
qırmızı etüd” əsərindən aşağıdakı parçanı səsləndirir. Bundan əvvəl müəllim
Konan Doyl və onun məşhur detektiv qəhrəmanı Şerlok Holms haqqında
müəyyən məlumatlar verməlidir. Şagirdlər bilməlidirlər ki, Şerlok Holms dahi
xəfiyyə olmuşdur.
ŞERLOK HOLMS VƏ DOKTOR VATSON
Holmsun avamlığına da bilikləri qədər heyrətlənmək olardı. Onun müasir
ədəbiyyat, siyasət və fəlsəfədən təsəvvürü belə yox idi. Mən Bernard Şounun
adını çəkəndə Holms sadəlövhcəsinə onun kim olduğu və  məşğuliyyəti
barədə soruşdu. Ancaq mən biləndə ki, onun nə Kopernikin nəzəriy yəsindən,
nə də Günəş sisteminin quruluşundan xəbəri var, yerimdəcə donub-qaldım.
İnana bilmirdim ki, XIX əsrdə yaşayan və özünü savadlı sayan adam Yerin
Günəş ətrafında fırlandığını bilməsin!
35
KAMİLLİYƏ DOĞRU


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə