N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

II 
BÖLMƏ
58
Dinləmə
(St. 1.1.2) 
Oxuya başlamazdan əvvəl dinləmə üçün nəzərdə tutulmuş mətn
vasitəsilə teleqraf haqqında məlumat vermək lazımdır. Çünki uzaq məsafəyə
məlumatın ötürülməsi üzrə ideyaların inkişafı nöqteyi-nəzərindən teleqraf
radio və televiziyadan əvvəl ixtira olunub. Bundan əlavə, mətndə “Morze
kodu” ifadəsi işlənilir ki, bu da teleqraf haqqında anlayışı olmayan uşaqlar
üçün mətni qavramaqda çətinlik yarada bilər.
TELEQRAF
Qədim zamanlarda insanlar işıq və ya səs siq nalları göndərməklə
xəbərləri qısa müddət ərzində uzaq məsafələrə ya 
yırdılar. Bu
məqsədlə müxtəlif xalqlarda zərb alətlərindən, tonqallardan, kilsə
zənglərindən və s.-dən istifadə olunmuşdur.
XVIII əsrdə Fransada uzaq məsafəyə xəbər çatdırmaq üçün yeni
bir sistem yaradıldı. Bir-birindən gözlə görünə bilən məsafələrdə
yerləşən yüksəkliklərdə iki ensiz lövhə quraşdırılırdı. Onlar 49
vəziyyətə düşə bilirdi. Hər bir vəziyyət bir hərfə  uyğun gəlirdi. “Op-
eratorlar” beləcə bir qüllədən əldə etdikləri məlu matları oxuyaraq
digərinə göndərirdilər. Lakin bu sistemin çatış ma yan cəhəti də var
idi: gecələr və dumanlı-çiskinli havada ondan isti 
fadə etmək
mümkün deyildi. Bu sistem teleqraf (uzaqdan yazma) adlan dırıldı. 
İlk elektrik teleqrafı 1837-ci ildə ingilis ixtiraçıları tərəfindən
quraşdırılmışdır. Qəbuledici cihaza naqillər vasitəsilə elektrik
cərəyanı göndərilirdi. Elektrik cərə yanının hərəkətə gətirdiyi göstərici
ox lövhədəki müxtəlif hərfləri gös tərirdi. 
1843-cü ildə amerikalı rəssam Samuel Morze (1791–1872) tele-
qraf üçün xüsusi əlifba icad etdi. O hər bir hərf üçün nöqtə və
tirelərdən istifadə etdi. Bu işarələrin müx 
təlif say və ardıcıllığı
müəyyən hərfi bildirirdi. Morze 60 kilometrlik bir teleqraf xətti
quraşdıraraq onu öz koduna uyğunlaşdırdı. Bu xətdən ilk dəfə prezi-
dent seçkilərinə dair məlumatların verilməsində istifadə olundu.
Morze əlifbasından bu gün də istifadə edilir. 
Sonradan səs siqnallarına əsaslanan yeni teleqraf sistemi
yaradıldı. Xüsusi cihaz tirelərdə uzun, nöqtələrdə qısa səslər
çıxarırdı. Operator kodlanmış xəbəri yazıya çevirirdi. 
Müəllim mətni səsləndirdikdən sonra Morze əlifbasını əks etdirən cədvəli
şa girdlərə nümayiş etdirə və bu əlifba ilə bir neçə söz və ya ifadə yazmağı
tapşıra bilər.


İNFORMASİYA VƏ KOMMUNİKASİYA 
59
Söz ehtiyatı
(St. 2.1.1) 
Oxuya başlamazdan əvvəl söz ehtiyatı üzərində iş aparmaq
tövsiyə olunur, çünki 7-ci tapşırıqda verilmiş sözlərin mənasını bilmədən mətni
tam olaraq qavramaq mümkün deyil.
Oxu
(St. 2.2.3) 
Mətn oxunarkən İstiqamətləndirilmiş oxu üsulundan istifadə
etmək olar. Bunun üçün şagirdləri “Radio” və “Televiziya” qruplarına bölüb hər
qrupa müvafiq hissələr üzrə suallar təqdim etmək lazımdır. Suallara cavab
veriləndən sonra BİBÖ cəd və lində qeydlərin aparılması tövsiyə edilir. 
I hissə üzrə suallar:
1. Radionun yaranmasına hansı hadisə yol açdı?
2. Radionun ixtirasında rolu olan alimlər kimlərdir?
3. May ayının 7-si Rusiyada Radio Günü kimi qeyd edilir. Sizcə, bu nə ilə
bağlıdır?
4. Hansı məlumat Markoninin Popovu bir addım qabaqladığını sübut edir?
5. Radionun inkişaf tarixini cədvəl şəklində təqdim edin (3-cü mətndaxili
tapşırıq).
II hissə üzrə suallar:
1. Nipkov insan görüntüsünün verilməsinə necə nail oldu? (diskin şəklini
çəkməyə çalışın.)
2. Sizcə, televiziyanın meydana gəlməsində hansı alimin rolu daha bö yük -
dür? Fikrinizi əsaslandırın.
3. Nə üçün insanlar radio və televiziyanın gələcəyinə inanmırdılar?
4. Sizcə, müasir dövrdə hansı KİV daha populyardır? Nə üçün?
Mətndaxili sual və tapşırıqlar şagirddən əlavə biliklər və məntiqi oxu tələb
edir. 1-ci mətndaxili sualı cavablandırmaq üçün şagirdlər “vibrator” sözünün
mənasını bilməlidirlər (elektrik dalğalarının təsirindən vibrator titrəyir). 
2-ci tapşırıq. Böyük Britaniyada kral, ABŞ-da isə prezident idarəçiliyi sis-
A • –
K – • –
T –
B – • • •
L • – • •
U • • –
C  – •  – •
M – –
V • • • –
D – • •
N – •
W • – –
E •
O  – – –
X – • • –
F • • – •
P  •  – – •
Y  – •  – –
G  – – •
Q – – • –
Z – – • •
H • • • •
R • – •
I  • •
S • • •
J • – – –


II 
BÖLMƏ
60
temidir. Sonuncu abzasda dövlət başçılarının adları qarşısında yazılan “kral”
və “prezident” sözləri bunu müəyyənləşdirməyə kömək edir. 
Şagirdlər aşağıdakı cədvəl vasitəsilə 3-cü tapşırığı yerinə yetirə bilərlər:
4-cü mətndaxili sualı cavablandırarkən informasiyanın ötürülməsi ilə bağlı
radioyaqədərki mərhələ haqqında bilgilər şagirdin köməyinə gələ bilər. Məsələ
burasındadır ki, radioya qədər informasiyanın ötürülməsində elektrik xət lə rin -
dən istifadə olunurdu, ona görə də böyük su hövzələri üzərindən in for ma si -
yanın ötürülməsi qeyri-mümkün idi. Buna görə də ABŞ və Böyük Britaniya
ara sında radiorabitənin yaradılması vurğulanır.
5-ci sual oxunmuş hissədən məntiqi nəticə çıxarmaq bacarığı tələb edir.
Şagirdlərə bildirmək lazımdır ki, radio, televizor, kompüter və s., sadəcə, bir
əş yadır. Əgər televiziya ilə maraqlı verilişlər, xəbərlər verilmirsə, bu qutu heç
kimə lazım deyil. Ona görə də məhz BBC televiziya ilə maraqlı xəbərlər ve -
rəndə insanlar televizor almağa başladılar.
(St. 2.2.1) 
Şagirdlərin cavabları dinlənildikdən və müzakirə olunduqdan
sonra BİBÖ cədvəlinə yeni faktlar əlavə olunur. Daha sonra mətnin tərkib his -
sələri müəy yənləşdirilir və yeni keçid cümlələr artırılır. “Radio” qrupunun
oxuduğu mətnin tərkib his sələri bunlardır:
• Giriş – birinci abzas (səh. 45)
• Əsas hissə – 2-7-ci abzaslar (səh. 45-46)
• Sonluq – 8-9-cu abzaslar (səh. 46)
1888
Henrix Hers
Elektromaqnit sahəsinin işıq dalğaları
kimi yayıldığını sübut etdi.
1895
Popov
Radiorabitə sistemini nümayiş etdirdi.
1895
Markoni 
2,4 km məsafəyə siqnal ötürdü.
1896
Popov
Siqnalları elektrik dalğaları vasitəsilə
ötürməyə nail oldu.
1896
Markoni
İxtiranı patentləşdirdi.
1898, yanvar 
Markoni
Böyük Britaniyada şəhərlər arasında ilk
radioəlaqə yaratdı. 
Markoni
Atlantik okeanı üzərindən məlumat
göndərdi (ABŞ və BB).
1903
Recinald Fessen
Radio ilə insan səsi ötürdü.
Markoninin şirkəti
Radioteleqraf stansiyası açdı.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə