N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

İNFORMASİYA VƏ KOMMUNİKASİYA 
61
Müəllimin nəzərinə!
Mətnin hissələri arasına təqribən belə keçid cümlələr əlavə oluna bilər:
• Giriş və əsas hissə – O vaxt heç kəs təsəvvür də edə bilməzdi ki,
radio insanların həyatına bu qədər müdaxilə edəcək və bir müddətdən
sonra ayrılmaz hissəsinə çevriləcək. 
• Əsas hissə və sonluq – Lakin nədənsə insanlar radio və televiziyanın
uğuruna inanmırdılar.
(Cümlələr nümunə məqsədilə verilmişdir.)
“Televiziya” qrupunun oxuduğu mətnin tərkib hissələri:
• Giriş – 4-cü mətndaxili sualdan sonrakı birinci abzas (səh. 46). Bu
abzasdakı 1-ci cümlə keçid xarakteri daşıyır.  
• Əsas hissə – 2-6-cı abzaslar (səh. 46-47)
• Sonluq – sonuncu abzas (səh. 47)
Müəllimin nəzərinə!
Mətnin hissələri arasına təqribən belə keçid cümlələr əlavə oluna bilər:
• Giriş və əsas hissə – Onlar bilirdilər ki, belə bir cihazın ixtirası böyük
marağa və səs-küyə səbəb olacaq. 
• Əsas hissə və sonluq – İnternet bütün dünyaya hakim kəsildi, amma ...
(Cümlələr nümunə məqsədilə verilmişdir.)
Yazı
(St. 3.1.2) 
8-ci tapşırıq. Mətnin sonluğunda iki maraqlı məlumat vardır:
”Səs və gö rüntü bu iki informasiya vasitəsinin yaydığı məlumatları daha
etibarlı edir” və “Canlı yayım isə elektron KİV-ə interaktivlik amili gətirir”.
Şagirdlər bu iki fikri genişləndirib, bura əlavə məlumatlar əlavə edib yeni bir
sonluq yazmalıdırlar.
Dil qaydaları
(St. 4.1.2) 
Dil qaydalarına 9-cu tapşırığın yerinə yetirilməsi ilə başlamaq
olar. Tapşırıq da tələb olunur ki, mətndə qırmızı rənglə verilmiş mürəkkəb
adların yazılışında yol verilmiş səhvlər düzəldilsin. Tapşırığı düzgün yerinə
yetirmək üçün şagirdlər mürəkkəb adların yazılışı ilə bağlı dərslikdə verilmiş
nəzəri məlumatla tanış edilirlər. Mürəkkəb adların yazılışı ilə bağlı qaydalar
çoxdur. Dərslikdə verilmiş məlumat isə bu qaydaların daha ümumi və əhatə
dairəsi geniş olanlarını təq dim edir. Şagirdlər mürəkkəb adların yazılışı ilə
bağlı iki böyük qrupla tanış edilir: 1) bütün sözləri böyük hərflə başlayan
mürəkkəb adlar; 2) birinci sözü böyük hərflə başlayan mürəkkəb adlar.
Mürəkkəb adların yazılışı ilə bağlı xırdalıqlar isə tapşırıqların icrası zamanı
şagirdlərin özləri tərəfindən müəyyən edilir. Daha doğrusu, tapşırıqlar bu
şəraiti yaradır. Nəzəri məlumatda verilmiş informaiyalardan istfadə edərək


II 
BÖLMƏ
62
yeni informasiyaların çıxarılması ilə bu qaydalar daha da təkmilləşdirilir.
10-cu tapşırıqda təqvimdə qeyd edilən müxtəlif tarixlər verilib. Nöqtələrin
yerinə isə əlamətdar günlərin adını yazmaq tələb olunur. Həm nəzəri
məlumatdan, həm də nümunədən göründüyü kimi, bu cür mürək kəb adlarda
bütün sözlər böyük hərflə yazılır. Sonda nəticə ümumiləşdirilir:
Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında
bütün sözlər böyük hərflə yazılır.
11-ci tapşırıq həm nəzəri məlumatda, həm də əvvəlki tapşırıqda əldə edil -
miş informasiyalara istinad edilməklə yerinə yetirilir. 
Beynəlxalq Qadınlar Günü, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Res -
pub likasının Nazirlər Kabineti, Respublika Günü mürəkkəb adlarına bənzər
nü munələrin bütün sözlərinin ilk hərflərinin böyük yazılması halları nəzəri mə -
lu matda verilib. Beləliklə, 10-cu tapşırıqda əldə edilmiş ümumiləşdirməyə
yenisini əlavə etmək olar:
Ölkələrin, muxtar respublikaların... adları; respublika, şəhər, rayon tabeli -
yin də olan idarə, müəssisə, təşkilat adları; ...yüksək dövlət vəzifələrinin tər ki -
bindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) ilk hərfi böyük yazılır (bax:
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”).  
Sakit okean, Yeddiillik müharibə, Alt Paleolit dövrü, Kür-Araz ovalığı, Yeni
il bayramı kimi mürəkkəb adların nümunələrinə birinci sözü böyük hərflə yazı -
lan mürəkkəb adlar sırasında rast gəlmək mümkündür. 
Artıq iki tapşırıq və nəzəri məlumatla ilkin tanışlıq 12-ci tapşırığın yerinə
ye tirilməsinə, yəni mürəkkəb adların yazılışında yol verilmiş səhvlərin düzəl -
dil məsinə şərait yaradacaq. 
13-cü tapşırığın yerinə yetirilməsi araşdırma tələb edir. Eyni zamanda
abreviaturalar dil qaydası üçün motivasiya rolunu oynayır. Müəllim şagirdlərin
fərziyyələrini dinlədikdən sonra qeyd edir ki, mürəkkəb adlar bir çox hallarda
ixtisar oluna bilir. BBC də ingilis dilində British Broadcasting Corporation mü -
rəkkəb adının abreviaturasıdır. 
14-cü və 15-ci tapşırıqları yerinə yetirərkən şagirdlər rast gəldikləri mü -
rəkkəb adların tərkibinə daxil olan sözlərin ilk hərflərini saxlamaqla abreviatura
şəklinə salırlar. 16-cı tapşırığı yerinə yetirərkən nəzəri məlumatda verilən qay-
daya əməl etmək lazımdır.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.


Dərs 10. SOSİAL ŞƏBƏKƏLƏR  (2 saat)
Motivasiya
BİBÖ cədvəli qurulur.
Oxu
(St. 2.2.2) 
Mətn səssiz oxu ilə oxunur. Sinif 2 qrupa bölünür. Birinci qrup
sosial şəbəkələrin müsbət cə hətlərini, ikinci qrup mənfi cəhətlərini seçir. Şa -
girdlərə belə bir cədvəl təqdim edilir. Bu tapşırığın əsas məqsədi əldə olun muş
informasiyanı təhlil etmək, mü na si bət bildirmək və öz fikrini əsas landırmaqdan
ibarətdir. Ona görə də müəl limlərə tövsiyə edilir ki, şagird lərin arqumentlərinin
əsaslı olub-olma ma sına daha çox diqqət yetirsinlər.
SOSİAL ŞƏBƏKƏLƏR HAQQINDA
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
Sosial şəbəkələr
Yaranma səbəbləri:
Müsbət cəhətləri
Əsaslandırma
Mənfi cəhətləri
Əsaslandırma
Standartlar
Təlim nəticələri
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsas -
landırır.
Dinlədiyi mətndəki məlumatları öz bi -
likləri ilə müqayisə edərək məntiqi nə -
ticələr çıxarır.
2.2.2. Mətnin hissələri arasında əlaqə -
ni şərh edir.
Mətnin müxtəlif hissələrində təqdim
olunmuş məlumatı cədvəl şəklində əks
etdirərək onları əlaqələndirir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaq -
la  şərh edir.
Alınma söz və terminlərin  müasir mə -
nası ilə etimoloji mənası arasındakı
əla qəni şərh edir.
1.2.1. Auditoriyanın səviyyəsinə uy -
ğun ifadə forması seçir. 
Təqdimat hazırlayarkən mövzunun
spe   sifikasını, auditoriyanın səviyyəsini
nə zə  rə alaraq sxemlərdən, videomate-
riallardan və digər əyani vəsaitlərdən
is tifadə edir
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
mövqeli fikirləri ümumiləşdirir.
Əldə etdiyi məlumatları ümumiləşdirir
və münasibət bildirir.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Feili birləşmələrin xüsusiyyətlərini izah
edir.
63
İNFORMASİYA VƏ KOMMUNİKASİYA 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə