N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

13-cü tapşırıq I növ təyini söz birləşməsinin tərəflərinin ifadə vasitələrini
müəyyənləşdirməyə kömək edir. 
15-ci tapşırıq ismi birləşmələrin xüsu siyyət lərinin (tərəflər arasına söz
artırmağın mümkünlüyü, asılı tərəfin I və II şəxs əvəzliyi ilə ifadə olunduğu
zaman əsas tərəfdəki mənsubiyyət şəkilçisinin düşməsi, asılı tərəfin yalnız III
şəxsdə isimlə əvəz edilə bilməsi, asılı tərəfin bə zən çıxışlıq hal şəkilçisi qəbul
etməsi) daha dərindən öyrənilməsinə xidmət edir. 
16-cı tapşırıq məntiqi xarakter lidir. Şagirdlər ismi birləşmələrin müxtəlif
formalarına aid nümunələr yazır lar. 
17-ci tapşırıq şagirdlər söz birləşmələrinin növünü göstərməklə yanaşı,
sözlər arasında sintaktik əlaqəni də müəyyənləşdirib cədvəli doldururlar.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 8. “ƏKİNÇİ”NİN TALEYİ  (2 saat)
Motivasiya
Sual: – Azərbaycanda 22 iyul nə üçün əlamətdar gün hesab edilir? 
Həsən bəy Zərdabinin portreti nümayiş etdirilir və onun kim olduğu so ru -
şulur. III sinifdə “Azərbaycanda ilk milli qəzet” və VII sinifdə  “Azərbaycanda
ilk mətbəələr” mətnlərindən Həsən bəy Zərdabi və onun nəşr etdiyi “Əkinçi”
qəzeti haqqında məlumatı olan şagirdlər üçün “Əkinçi”nin sonrakı ta leyi və
bağlanmasının səbəbləri barədə məlumatların da maraqlı ola biləcəyi vur ğu -
lanır və mətnin oxusu başlanır. 
Standartlar
Təlim nəticələri
2.2.2. Söz sırasını, cümlələr və ab -
zaslar arasında əlaqəni gözləməklə
mətni oxuyur.
Mətni oxuyarkən fakt və hadisələr ara -
sındakı səbəb-nəticə əlaqəsini müəy yən
edir.
2.2.1. Söz sırasını, cümlələr və abzas -
lar arasında əlaqəni gözləməklə mət -
ni oxuyur.
Mətndə əks olunmuş hər hansı fikirlə
müvafiq hissələrdəki fakt və hadisələr
arasındakı əlaqəni müəyyənləşdirir. 
2.1.1. Tanış olmadığı söz və ifa dələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir.
Arxaizmlərin müasir dildəki qarşılığını
müəyyən edir.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Mürəkkəb adları mürəkkəb xüsusi isim -
lərdən fərqləndirir.
55
İNFORMASİYA VƏ KOMMUNİKASİYA 


Oxu
(St. 2.2.1, 2.2.2) 
Mətn Qeydgötürmə üsulu ilə oxunur. 
1-ci mətndaxili sualı cavablandırarkən şagirdlər oxuduqlarından nəticə
çıxarmaq, fikir yürütmək bacarıqlarını nümayiş etdirməlidirlər. Mətndəki məlu -
mat lardan görünür ki, çar hökuməti türk-müsəlman ziyalılarına etbar etmirdi.
Ona görə də qəzet çıxan mətbəədə hökumətin öz adamları olmalı idi ki, ona
çuğulluq etsinlər. Digər tərəfdən, H.Zərdabinin dediklərinə görə, o dövrdə
Azərbaycanda mətbəə mütəxəssisləri, demək olar ki, yox idi. Ona görə də o
məcbur olub erməni mütəxəssisini işə dəvət etmişdi. 
2-ci mətndaxili sualın cavabı: Çar hökuməti Azərbaycan və Osmanlı türkləri
eyni kökə malik olduqlarından azərbaycanlının nəşr etdiyi qəzetin rus-türk
müha ri bə si haqqında yazarkən, sözsüz ki, türklərin mənafeyindən çıxış
edəcəyini düşü nürdü.
Diqqətli oxuya nail olmaq məqsədi ilə şagirdlərə mətndəki səbəb-nəticə
əla qələrini müəyyən edəcək cədvəl paylanır. Cütlərə paylanmış cədvəl müx -
təlif cür doldurula bilər. Ona görə də müxtəlif cütlərin hazırladığı cədvəllər
nümayiş etdirilir. 
Söz ehtiyatı
(St. 2.1.1) 
3-cü tapşırıq. Mətn 150 il əvvəlki Azərbaycan reallığını əks
etdirdiyindən ərəb-fars və rus mənşəli arxaizmlərlə zəngindir. Bu sözlərdən
bir çoxunun müasir dildə qarşılığı var. Şagirdlər lüğətdən istifadə etməklə kon -
tekstdən çıxış edərək həmin sözlərin qarşılığını müəyyənləşdirirlər: hürufat –
şriftlər, dvoryan – zadəgan, qarovulçu – gözətçi, mürəttib – mətbəə yığıcısı, tə -
vəq qe – xahiş və s.
Dil qaydaları
(St. 4.1.2) 
4-cü tapşırıqdan dil qaydaları üçün motivasiya kimi istifadə et -
mək olar. Qılman İlkin,“Bakı və bakılılar” kitabı, “Əkinçi” qəzeti, Həsən bəy
Səbəb
Nəticə
O dövrdə Azərbaycan dilində qəzet
çıxarmaq çətin idi.
Staroselski rus dvoryanlarından olsa
da, arvadı gürcü olduğu üçün Qafqaz
əhlinə qarşı çox səmimi idi.
Staroselski işdən getdi.
Qubernator əmr etdi ki, Həsən bəy
qeyri bir nömrə çap etsin.
1877-ci ildə başlayan rus-türk müha ri -
bəsi zamanı hətta təbii fəlakətlərlə bağlı
da yazmağa icazə verilmirdi.
56
II 
BÖLMƏ


Zər da bi söz birləşmələri tapşırıqda verilmiş başlıqlara uyğunlaşdırılır. Löv -
hədə digər başlıqlar (ölkə, respublika, idarə və s. adları bildirən söz birləş -
mələri; dövlət mükafatı və təltiflərin adlarını bildirən söz birləşmələri) və onlara
aid nümunələr də yazılır.
Əldə edilən nəticələr ümumiləşdirilir və şagirdlər ümumiləşdirməni nəzəri
məlumatla müqayisə edirlər.
5-6-cı tapşırıqlarda şagirdlər mürəkkəb adlarla mürək kəb xüsusi isimləri
se çib cədvələ yazmaqla onların oxşar və fərqli xü su siy yətlərini müəyyən edirlər.
7-ci tapşırıq da seçmə və ümumiləşdirmə səciyyəsi daşıyır.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-22), müxtəlif ba carıqların
yoxlanılması üzrə rubriklər hazırlanmalı və qiymətləndirmə aparılmalıdır.
Dərs 9. RADİO VƏ TELEVİZİYA  (3 saat)
Motivasiya
BİBÖ cədvəli qurulur.
Standartlar
Təlim nəticələri
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsas -
landırır.
Dinlədiyi fikri təcrübədə tətbiq etməklə
məntiqiliyini əsaslandırır.
2.1.1. Tanış olmadığı söz və ifadə -
lərin mənasını müvafiq qarşılığını tap -
 maqla şərh edir.
Tanış olmadığı söz və ifadələrin qar şı -
lığını lüğətin köməyi ilə tapır və kontekst
daxilində izah edir. 
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqə lən -
dirir.
Öz biliklərindən və həyatda gördük 
-
lərin dən çıxış edərək mətndəki elmi
fikri şərh edir və dərinləşdirir. 
2.2.1. Söz sırasını, cümlələr və ab -
zas lar arasında əlaqəni gözləməklə
mətni oxuyur.
Mətnin his sə ləri arasına keçid cümlələr
əla və edir. 
3.1.2. Sitatlardan istifadə etməklə fi -
kir və mülahizələrini qüvvətləndirir.
Mətndəki fikri əlavə məlumatlarla zən -
ginləşdirir.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Mürəkkəb adların yazılışına riayət edir.
RADİO VƏ TELEVİZİYA HAQQINDA
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
57
İNFORMASİYA VƏ KOMMUNİKASİYA 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə