N metod k V sa t


Dərs 15. MİRZƏ SƏFƏR  (3 saat)



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

FƏRD VƏ CƏMİYYƏT 
79
Dərs 15. MİRZƏ SƏFƏR  (3 saat)
Motivasiya
“Məmurun ölümü” dərsində başlanan ləyaqət mövzusu davam etdirilir.
Sual: – Ləyaqətli insanı səciyyələndirən cəhətlər hansılardır?
Şagirdlərin fikirləri lövhədə yazılır.
Oxu
(St. 2.2.2) 
Əsər İstiqamətləndirilmiş oxu texnikası ilə oxunur. Lakin bu
dəfə əsas məqsəd mətndən baş qəhrəmanın xarakterini səciyyələndirən
məqamları seçməkdir. Bunun üçün Obrazlar xəritəsi tərtib olunur.
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin hissələri arasında əla qə -
ni şərh edir.
Mətnin müxtəlif hissələrindəki məqam -
lardan çıxış edə rək obrazın xarakterini
səciyyələndirir.
Mətnin müxtəlif hissələrindəki məlumat -
ları əlaqələndirərək sillogizm qurur. 
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir.
Arxaizmlərin müasir dildəki qarşılığını
müəyyən edir. 
2.1.2. Həqiqi və məcazi mənalı söz
və ifadələrin mənasını nümunələrlə
şərh edir.
Ümumişlək olmayan frazeoloji ifadələrin
mənasını tərkibindəki sözlərin məna 
-
sından və kontekstdən çıxış edərək
müəyyənləşdirir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
mövqeli fikirləri ümumiləşdirir. 
Debat zamanı qarşı tərəfin fikirlərlərini
ümumiləşdirərək öz arqumentlərini irəli
sürür.
1.2.3. Nitq etiketlərindən məqa mın -
da istifadə edir.
Müzakirə zamanı nitq etiketləri və nə za -
kət li ifadələrdən istifadə edir. 
3.1.4. Müxtəlif əməli yazılar (arayış,
protokol) yazır.
Verilmiş situasiyaya uyğun arayış yazır.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Söz və söz birləşmələrinin zərflik və zi -
fəsində işləndiyi məqamları müəyyən
edir.
Obraz:
________
Xüsusiyyət:______________
Xüsusiyyət:______________
Xüsusiyyət:______________
Fakt:___________________
Fakt:___________________
Fakt:___________________


1-ci mətndaxili suala qədər parça oxunur. Suala verilən cavablar qeyd edilir
(işində düzgünlük, obyektivlik, zarafatcıllıq). Qeydlər Obrazlar xəritəsində
qeyd edilir. Sonrakı sualların da bir neçəsi Mirzə Səfərin xarakterik xü su -
siyyətləri ilə bağlı olduğu üçün xəritə lövhədə saxlanılır və digər xüsusiyyətlər
də dərsin gedişində oraya əlavə olunur. Sonda bu xüsusiyyətlər motivasiya
mərhələsində qeyd olunmuş şagird fikirləri ilə müqayisə edilə bilər.
Növbəti mətndaxili suala keçməzdən əvvəl müəllim şagirdlərə aşağıdakı
suallarla müraciət edə bilər:
– Bu hissəni oxuduqdan sonra Mirzə Səfərin xarakteri haqqında yeni nə
deyə bilərsiniz? (qürur və əyilməzlik) 
– Bəs əvvəl qarşılaşdığınız xüsusiy yət lərdən hansı bu hissədə bir daha
özünü göstərir? (zarafatcıllıq)
2-ci mətndaxili sual. Mirzə Səfərin naçalnikə cavabı (“siz yəqin edin ki, mən
buradan gedəsi olduqda papağımı qoyub getməyəcəyəm”) müxtəlif cür
yozula bilər. Şagirdlər bunu bir zarafat kimi də qəbul edə bilərlər. Lakin
dərindən düşündükdə şagirdlər Azərbaycan xalqının mentalitetindən çıxış
edib papağın namus, qeyrət simvolu olduğunu yada sala, bu sözləri belə yoza
bilərlər: Mirzə Səfər demək istəyirdi ki, o heç vaxt namusunu, qeyrətini itirməz.
3-4-cü mətndaxili suallar da Mirzə Səfərin xarakterindəki bəzi keyfiyyətlərin
açılmasına xidmət edir.
5-6-cı tapşırıqlar bir-biri ilə əlaqəlidir. Mirzə Səfər üstüörtülü şəkildə Həsən
ağanın vaxtilə onun oğlanlarının təhsil almasına əngəl törətdiyini xatırladır.
Buna görə də göy rənglə verilmiş cümlədə “yaxşılıq” sözü dırnaq içərisində
yazıla bilər. 
8-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər diqqətli oxu və nəticə çıxarma
bacarıqlarını nümayiş etdirməlidirlər:
1. Mirzə Səfərin oğlanları edadiyyə məktəbinin beşinci sinfində oxuyarkən
Həsən ağa uşaqların təhsil haqqını ödəmələrini tələb etdirmişdi.
2. Uşaqlar məktəbi bitirəndə Mirzə Səfər Həsən ağaya “təşəkkür etmişdi”:
“Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim ya -
dım dan çıxmır”.
Nəticə: Edadiyyə məktəbində təhsil səkkiz il idi.
Söz ehtiyatı
(St. 2.1.1, 2.1.2) 
Mətnin sonundakı 6-cı tapşırıqda mətndən seçilmiş söz -
lərin əksəriyyəti arxaizmdir.  7-ci tapşırıqdakı ifadələr lüğətlərdə əks olunmasa
da, onların tərkibindəki sözlərə və işləndikləri kontekstə görə şagirdlər bu ifa -
dələrin mənalarını izah edə bilərlər. 
Danışma 
(St. 1.2.4, 1.2.3)
9-cu tapşırıq əsasında debat aparılır. Debatda qoyulmuş
tezislər bütün dövrlər üçün aktualdır. Çox güman ki, şagirdlər mənəvi də yər -
lərdən çıxış edərək 2-ci tezisi müdafiə etməyə çalışacaqlar. Lakin debatın
80
III 
BÖLMƏ


maraqlı və səmərəli alınması üçün müəllim onları səmimi olmağa, özlərini
Mirzə Səfərin oğlanlarının yerinə qoymağa dəvət etməlidir. 7-ci sinifdə debata
çıxarılmış “Məqsəd hər cür üsula haqq qazandırır” xatırlana bilər. Bu məq -
səd lə müəllim 1-ci tezisin müdafiəçilərinə müxtəlif arqumentlər və yönəldici
sual larla kömək edə bilər: 
– Mirzə Səfər öz qüruru haqqında düşünməklə, əslində, eqoistlik edir,
uşaqlarının gələcəyini öz əyilməzliyinə qurban verir. Uşaqların təhsil alıb
cəmiyyətdə yüksək mövqe tutması Həsən ağa kimilərinə ən böyük zərbə
olardı.
Göründüyü kimi, debat kifayət qədər qızğın alına bilər. Buna görə də
müəllim şagirdləri təmkinli olmağa, qarşı tərəfin sözünü kəsməməyə, çıxış
edərkən uyğun nitq etiketləri və debata xas ifadələrdən istifadə etməyə
çağırmalıdır.
Yazı
(St. 3.1.4)
Mirzə Səfər dəftərxanada katiblik edirdi. O, vətəndaşlara müxtəlif əməli
yazı nümunələrinə aid sənədlər, o cümlədən arayış yazırdı. Özünüzü Mirzə
Səfərin yerində təsəvvür edərək bir arayış nümunəsi hazırlayın. 
Müəllimin nəzərinə!
Şagirdlər bu əməli yazı növü ilə yeni tanış olduqlarına görə qeyd etmək
lazımdır ki, arayış müəyyən bir təşkilat tərəfindən tərtib olunur və hər
hansı bir şəxsin iş yeri, sağ lam lığı, yaşayış yeri, həmçinin cinayət işi
və s. ilə bağlı verilir. Şagirdlərə arayış nümunəsi təqdim edilir və bu
nümunə əsasında arayış yazmaları tapşırılır. Şərait olan yerdə nümu -
nəni şagirdlərin yazdıqları arayışla müqayisə etmək üçün proyektorla
lövhədə gös tər mək olar. 
Arayış
Məktəbin ştampı                         Həqiqətən, Rüstəmova Nailə Rüstəm qızı 
Bakı şəhər 191 nömrəli tam orta məktəbin 
XI sinfində oxuyur.
Arayış Almaniyanın Azərbaycandakı səfirliyinə təqdim olunmaq üçün verilir.
Məktəbin direktoru:       
E. Kərimova
Katib:                     
K. Cəlilova
Dil qaydaları
(St. 4.1.2.) 
11-ci tapşırığın şərtinə əməl edən şagirdlər mətndə altından
xətt çəkilmiş söz və söz birləşmələrinin cümlədə hərəkətin miqdarını, zama -
nını, tərzini və yerini bildirməsini müəyyən edirlər. Bunun üçün cümlənin xə -
81
FƏRD VƏ CƏMİYYƏT 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə