N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

Dil qaydaları
(St. 4.1.2.) 
7-ci tapşırıq dil qaydalarına keçid məqsədi daşıyır. Mətndə göy
rənglə verilmiş cümlənin (“Bir gün o, küçədə uzanıb qalmış sərxoş bir adam
gördü.”) üzvləri, sualı, ifadə vasitələri  müəyyən edilib yazılır. Əvvəlki dərs lər -
də müxtəlif cümlə üzvlərini müəyyənləşdirib sualını və ifadə vasitəsini də qiq -
ləş dirən şagirdlər indi bütövlükdə cümlənin sintaktik təhlili üçün müəyyən
ar dıcıllığa əməl etməlidirlər. Ona görə də həmin cümlənin üzərində sintaktik
təhlilin bütün detalları nümayiş etdirilir. Qaydalarla tanışlıq zamanı prosedurlar
bütün siniflə müzakirə olunur. 
Cümlənin sintaktik təhlilinə xəbərin müəyyən edil 
məsi ilə başlamaq
lazımdır. Bəzən sintaktik təhlilə ən müstəqil cümlə üzvü olan mübtədadan deyil,
xəbərdən başlanması sual doğurur. Xatırlatmaq lazımdır ki, xəbər qrammatik
əlamətinə (xəbərlik şəkilçisi) görə bütün sintaktik vahid lər dən fərqlənir. Digər
cümlə üzvlərini bəzən formal əlamətlərinə görə qarışıq salmaq olur. Onları
bir-birindən yalnız əlaqədə olduğu cümlə üzvündən sintaktik sual verməklə
fərqləndirmək mümkündür. Bu baxımdan cümlə üzvlərini xəbərdən başla -
yaraq müəyyən etmək sintaktik təhlil aparmağı asan laşdırır. Xəbər vasitəsilə
sual verməklə digər cümlə üzvlərini (mübtəda, ta mamlıq və zərflik) tapmaq,
onların ifadə vasitələrini müəyyənləşdirmək la zımdır. Təyinə isə izah etdiyi
cümlə üzvündən sual vermək lazımdır. O bü tün cümlə üzvlərini izah edə
bildiyindən ən sonda təhlil olunur.
8-ci tapşırıq yuxarıdakı prosedurlara əməl etməklə yerinə yetirilir. Cədvəli
doldurmaqla aparılan sintaktik təhlil mənzərəni bir qədər də aydınlaşdırır. 
9-cu tapşırığı yerinə yetirərkən şərti işarələrə uyğun cümlələr qurulur. Hər bir
cümlə üzvü ilə tanış olarkən onların şərti işarələri də nümayiş etdirildiyin dən
bu, çətinlik yaratmır. 10-cu tapşırıq, şəraitdən asılı olaraq, cütlərdə və ya qru-
plarda yerinə ye tirilə bilər.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 18. Ümumiləşdirici təkrar (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə ba ca -
rıq ların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə
təqdim olunmuşdur. Sinfin səviyyəsinə uyğun olaraq müəllim başqa tapşırıqlar
da verə bilər. Yazı bacarıqlarının yoxlanılması üçün aşağıdakı mövzuda esse
yazdırmaq tövsiyə olunur: “Sizin məktəbiniz pul mükafatı almışdır. Sizcə,
bu pula məktəbə nə almaq lazımdır? Nə üçün belə düşündüyünüzü
əsaslandırın”.
88
III 
BÖLMƏ


III BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
BAŞQASINA QUYU QAZAN
Bir nəfər başqasına quyu qazırdı. Qazdı, qazdı və birdən qızıl tapdı!
Hələ deyirlərbaşqasına quyu qazma, özün düşərsən! – deyə həmin
adam sevincindən atılıb-düşdü. – Mən də düşünürdüm ki, quyunu qazandan
sonra gərək bu yerdən uzaq gəzim. Burada isə gör bir nə qədər qızıl var!
Həmin adam elə hey qazır, qazdıqca da daha çox qızıl tapırdı. ... adam o
qədər qazdı ki, axırda quyudan çıxa bilmədi.
1. Nöqtələrin yerinə hansı söz uyğun gəlmir?
A) inadkar        B) tamahkar          C) zəhmətkeş        D) axmaq
2. Mətnin ideyasına uyğun atalar sözünü seçin.
A. Malını yeməyənin malını yeyərlər.
B. Qızıl taxtın olunca, qızıl baxtın olsun.
C. Artıq tamah daş yarar, daş qayıdıb baş yarar.
D. Yemək ilə doymayan, yalamaq ilə doymaz.
3. Mətnin ikinci abzasında fərqləndirilmiş atalar sözünü mətnin məzmununa uy -
ğun laşdırın.
        ______________________________________________________________
4. Mətnin 1-ci cümləsində cümlə üzvlərini təyin edin və cədvəli doldurun.
5. Cümlə üzvləri ilə bağlı verilmiş fikirlərdən səhv olanı göstərin.
1. Tamamlıq, əsasən, hərəkətlə bağlı obyekt bildirir.
2. Tamamlıq yalnız  ismin yiyəlik, yönlük ,yerlik və çıxışlıq halında  olur.
3. Xəbərlər ifadə vasitələrinə görə ismi və feli olur.
4. Yer zərflikləri  yalnız yer zərfləri ilə ifadə olunur.
5. Təyin xəbərdən başqa bütün cümlə üzvlərinə aid olur.
6. Mübtəda bütün nitq hissələri ilə ifadə oluna bilir.
Bir
nəfər
başqasına
quyu
qazırdı
sual
cümlə
üzvü
sual
cümlə
üzvü
sual
cümlə
üzvü
sual
cümlə
üzvü
sual
cümlə
üzvü
89
FƏRD VƏ CƏMİYYƏT 


6. Uyğunluğu müəyyən edin.
1. Əvvəllər çaydan yalnız qüvvəni bərpa edən dərman kimi istifadə edirdilər.
2. Sonra çay Çin imperatorunun sarayında dəb düşdü.
3. Şəlalələr də təbiətin möcüzələrindəndir.
4. O, dəlicəsinə nərildəyərək qayalar arasından özünə yol açır.
5. Viktoriya deyilən nəhəng  şəlalə əsl möcüzə hesab olunur.
7. Verilmiş sözləri və söz birləşmələrini tamamlıq vəzifəsində işlətməklə cümlələr
qurun.
çiçəklərin ətrindən, körpələr, birincilər, bu, atalar sözü, tələsənlər,
vətəni tərk etmək
8. Qara hərflərlə verilmiş üzvü müəyyən edib, qarşısında qeyd edin.  
9. Verilmiş cümlə haqqında verilən fikirlərin doğru, yoxsa yanlış olduğunu müəyyən
edin.  
Qədim insanlar yer üzünə qeyri-bərabər yayılmışlar.   
D     Y
• Cümlədə iki təyin işlənmişdir.
c  c
• Cümlənin mübtədası həm də subyektdir.
c  c
• Cümlədə iki tərzi hərəkət zərfliyi işlənmişdir.
c  c
• Yer zərfliyi söz birləşməsi ilə ifadə olunmuşdur.
c  c
• Xəbərin  ifadə olunduğu fel  qayıdış növdədir.
c  c
• Xəbər və mübtəda şəxsə və kəmiyyətə görə uzlaşırlar. 
c  c
__________ ~~~~~~~ ~~~~~~~ _ _ _ _ _ _ 
               
~~~~~~~ __________ ~~~~~~~
               
~~~~~~~  ~~~~~~~ __________ 
               
~~~~~~~ _ _ _ _ _ _ ~~~~~~~ ~~~~~~~
               
__________ 
               
Mübtəda Tamamlıq
1. Həyatda kədər də, sevinc də qoşadır.
2. Əsl insan həm  özünü, həm də digərlərini sevməlidir.
3. Ancaq riyakarlar hamıya dostluq təklif edirlər.
4. Səsi dağlara, ormanlara yayıldı.
5.
Filosoflar yalnız xəyal qurmur, həm də onu
gerçəkləşdirir.
90
III 
BÖLMƏ
A.
B.
C.
D.
E.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə