N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

91
İXTİRALAR VƏ KƏŞFLƏR
IV BÖLMƏ
İXTİRALAR VƏ KƏŞFLƏR
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
19.
Evrika!
Həmcins üzvlü cümlələr
2.2.1, 2.2.3, 1.2.1,
1.2.2, 3.1.4, 1.1.2,
4.1.3
4
88-92
92-97
20.
Qələmin tarixi
Həmcins üzvlərdə
ümumiləşdirici sözlər 
2.1.2, 2.2.2, 3.1.3,
3.1.4, 4.1.3
3
93-96
98-101
21.
Ölçü vahidləri
Həmcins üzvlərdə ixtisarlar
2.2.2, 2.2.3, 2.1.1,
1.2.4, 4.1.4
2
97-100 101-104
22.
İşıqforu kim ixtira edib
Xəbərin həmcins
mübtədalarla uzlaşması  
2.2.2, 2.1.1, 3.1.1,
4.1.4
2
101-104 105-107
23.
Telefon
2.2.1, 2.1.1, 3.1.3,
1.2.2, 3.1.4, 4.1.4
4
105-107 108-111
24.
Ümumiləşdirici təkrar
2
108
111
Kiçik summativ
qiymətləndirmə
1
112-113
Yekun
18
saat


Dərs 19. EVRİKA! (4 saat)
Motivasiya
Sual:
– Qədim yunan alimlərindən kimləri tanıyırsınız?
Arximedin adı çəkilənə qədər sadalama davam edir. Bundan sonra müəllim
Arximed haqqında şagirdlərin nə bildiklərini soruşur.
Müəllimin nəzərinə! 
Bu dərsdə araşdırılacaq “Evrika!” mətni fizika fənninin “Maddə və
sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər” məzmun xətti ilə inteqrasiya
təşkil edir. Ona görə də müəllim mətni dərindən mənimsətmək üçün
əvvəlcədən fizika müəllimi ilə məsləhətləşmələr apara bilər.
Oxu
(St. 2.2.1, 2.2.3) 
Mətnin oxusuna başlamazdan əvvəl müəllim şagirdlərin
diqqətini mətnin başlığına və illüstrasiyaya yönəldərək Proqnozlaşdırma üsu-
lunu tətbiq edir: – Sizcə, bu mətn nədən bəhs edir? Ola bilsin ki, şagirdlər
“evrika” sözünün mənasını və bu sözlə bağlı rəvayəti bilirlər (4-cü sinif dərs -
liyində “Niyə belə deyirik” bölməsində bu sözün qısa tarixçəsi verilmişdir).
Belə olan halda bu rəvayətlə bağlı BİBÖ üsulu tətbiq etmək olar. Çox güman
ki, şagirdlər rəvayətin incəliklərini, Arximedin kəşfinin mahiyyətini bilmirlər,
çünki əvvəlki siniflərdə fizika üzrə aldıqları biliklər bunu dərk etmək üçün
Standartlar
Təlim nəticələri
2.2.1. Mətnin hissələri arasında əla -
qə ni şərh edir.
Mətni oxuyarkən müxtəlif hissələrdəki
elmi məlumatları əlaqələndirərək gəldiyi
nəticəni tezislərlə ifadə edir.
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqələn -
dirir.
Mətndən əldə etdiyi elmi məlumatı təc -
rü bədən keçirməklə həqiqiliyini əsas -
lan dırır.
1.2.1. Auditoriyanın səviyyəsinə uyğun
ifadə forması seçir.
Təqdimat formasını müəyyənləşdirir və
tələblərə uyğun hazırlayır.
1.2.2. Əlavə materiallardan istifadə et -
məklə nitqini zənginləşdirir.
Zərbi-məsəlin etimologiyasını araşdırır
və nitqində istifadə edir.
3.1.4. Müxtəlif əməli yazılar (arayış,
protokol) yazır.
Verilmiş situasiyaya uyğun protokol
yazır.
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini
əsaslandırır.
Başqa fənlərdən əldə etdiyi biliklər
əsasında dinlədiyi mətndəki fakt və
hadisələri elmi cəhətdən izah edir.
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab
və ara sözlərlə bağlı durğu işa rə lə rin -
dən istifadə edir.
Cümlədə həmcins üzvləri müəyyənləş -
dirir və onların yazılışında durğu işarə -
lərindən yerli-yerində istifadə edir.
92
IV 
BÖLMƏ


kifayət deyildi. Beləliklə, rəvayətin həmin məqamları BİBÖ cədvəlinin “İs -
təyirəm bilim” sütununda yazılır.
Mətn səssiz oxu üsulu ilə oxunur. Mətnin kompozisiyası ilə bağlı şagirdlərin
fikirləri soruşulur. Giriş hissə elmi-bioqrafik xarakterlidir. Bu hissədə yunan
alimi Arximed haqqında məlumat verilir. Rəvayətin özü isə bitkin süjetə malik
nəqli xarakterli mətndir. Mətni bir çox digər rəvayətlərdən fərqləndirən bir
cəhət də elmi məlumatların zənginliyidir. Şagirdlərə elmi məlumatların əks
olunduğu hissələri tapmaq, onları təcrübədən keçirməklə həqiqiliyini yoxla-
maq və bu məlumatları əlaqələndirərək əldə etdikləri elmi nəticəni tezislərlə
ifadə etmək tapşırılır.
Şagirdlərə hekayənin xəritəsini qurmaq tapşırılır. Cədvəl şagirdlərə təqdim
olunur, aşağıdakı kimi doldurulur. 
Hekayə xəritəsi müzakirə ediləndən sonra mətndaxili tapşırıqlar yerinə yetirilir.
1-ci mətndaxili tapşırıqda kontekstə əsasən “evrika” sözünün mənasını müəy -
yən ləşdirmək tələb olunur. Mətndə belə bir cümlə vardır: “Arximed “Evrika!” deyə
elə qışqırdı ki, hamamdakılar dedilər, görəsən, bu adam vannada nə tapıb”.
Deməli, “evrika” sö zünün mənası “tapdım” olduğu üçün ətrafdakılar onun nəsə
tapdığını dü 
şünürlər. Mətni diqqətlə oxuyan şagird bu məqamı nəzərdən
qaçırmamalıdır. 
2-ci mətndaxili tapşırıqda altından xətt çəkilmiş cümlələrdəki fikri həyatdan
gətirilmiş nümunələr əsasında təsdiqləmək tapşırılmışdır. Bu tapşırıq da mətni
qavramağa xidmət edir. “Mayeni sıxışdırıb çıxarmaq” deyəndə suyun daşması
nəzərdə tutulur. Bunu müəyyənləşdirəndən sonra nümunə gətirmək daha
asandır.   
“Düşün və cavab ver” rubrikasında mətnin məzmununa uyğun verilmiş planı
ardıcıl düzmək tapşırılmışdır. Şagirdlərin mətni nə qədər diqqətli oxuduqlarını
yoxlamaq üçün tövsiyə edilir ki, planı mətnə baxmadan ardıcıl olaraq düzsünlər.
Sonradan özlərini yoxlamaq məqsədi ilə yazdıqları plan və mətndəki hadisələr
tutuşdurulur. 
Qeyd. Mətnə uyğun plan tərtib etmək VII sinifdə öyrədilmişdir.
Planın ardıcıllığı:
1. Arximed haqqında məlumat
2. Arximedin aldığı tapşırıq
Zaman
Məkan
Obrazlar
Hadisələr
Miladdan
öncə
Yunanıstanın
Sirakuz
şəhəri
Hieron (Sirakuza
şəhərinin hakimi )
Arximed
Zərgər
Hieron zərgərə tac düzəltmək üçün
qızıl verir.
Zərgər tapşırığı yerinə yetirir.
Şah taca başqa metal qatılma sın -
dan şübhələnir. 
Bunu yoxlamaq üçün o, Arximedə
müraciət edir.
Arxi me d problemin həllini tapır və
çox mühüm bir elmi kəşf edir. 
93
İXTİRALAR VƏ KƏŞFLƏR


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə