N metod k V sa t


Dərs 25. QƏDİM TÜRKLƏRDƏ QURD TOTEMİ (3 saat)



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

Dərs 25. QƏDİM TÜRKLƏRDƏ QURD TOTEMİ (3 saat)
Motivasiya
Sual: – Totemlər haqqında nə bilirsiniz? Totemlərlə xalqın dünyagörüşü
ara sında olan əlaqəni necə müəyyən etmək olar? 
Müəllimin nəzərinə!
Şagirdlərin ədəbiyyat və tarix fənlərindən totem haqqında anlayışları
olmalıdır. Ədəbiyyat dərslərində bu anlayış əsatir janrını keçərkən
xatırlanır. Qədim dövr tarixində isə “totem” məfhumu haqqında
xalqların qədim inancları ilə bağlı məlumat verilir.
Oxu 
(St. 2.2.2, 2.2.3) 
Mətn  ilk mətndaxili tapşırığa qədər Qeydgötürmə üsulu
ilə oxunur. Oxu zamanı qeydlər götürmək üçün qrafik düzənləyicilər əks
olunmuş iş vərəqi paylamaq olar. 
Aşağıdakı iş vərəqini şagirdlərə paylayarkən qırmızı rəngli mətnlərin yeri
boş qalmalıdır. Bu hissələr müəllimə kömək məqsədi ilə verilir.
İş vərəqini doldurmaqla şagirdlər həm də 1-ci mətndaxili tapşırığı yerinə
yetirmiş olurlar.
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin hissələri arasında əla -
qəni şərh edir.
Mətnin müxtəlif hissələrində öz əksini
tapmış məlumatların paralel müqa yi -
səsini aparır və gəldiyi nəti cələri cəd -
vəl şəklində nümayiş etdirir. 
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əla qələn -
dirir.
Oxuduqlarından və gördüklərindən çı -
xış edərək mətndəki məlumatları təs -
diq və ya təkzib edir.
1.2.1. Auditoriyanın səviyyəsinə
uyğun ifadə forması seçir.
Təqdimat hazırlayarkən mövzunun
spe  sifikasını, auditoriyanın səviyyəsini
nəzərə alaraq sxemlərdən, videomate-
riallardan və digər əyani vəsaitlərdən
istifadə edir.
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsas -
landırır. 
Mətni dinləyərkən qeydlər götürür və
məlumatları qrafik informasiya şəklində
təqdim edir. 
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab
və ara sözlərlə bağlı durğu işarə lə rin -
dən istifadə edir.
Cümlədə əlavələrlə bağlı durğu işarə -
lərindən istifadə qaydalarına əməl edir. 
115
DƏYƏRLƏR


116

BÖLMƏ
İŞ VƏRƏQİ
1. Mətnin giriş hissəsində olan faktlardan istifadə edərək cədvəli doldurun.
2. Qurd təbiətinə xas xüsusiyyətləri mətndən müvafiq  sitatlar gətirməklə
əsaslandırın. 
3. Boş xanada qurd təbiətindəki müvafiq xüsusiyyəti qeyd edin.
4. Mətnə əsaslanaraq cədvəli doldurun. Bu qanunları ümumiləşdirilmiş
söz və ya ifadə ilə adlandırın (məsələn, demokratiya, qanunun aliliyi və s.).
Müxtəlif xalqların mifologiyasında qurd obrazı
Xalqın adı
Əfsanənin məğzi
Sahibinə yaltaqlan-
maqdansa, acından
ölər.
Tələyə düşən qurd
pən cəsini dişləri ilə
didib canını xilas edər.
Məğrurdur.
Azadlığı hər şeydən
üstün tutur.
Qurdu
əhliləşdirmək
mümkün deyil.
Ana qurd balalarının təh lükədə ol du -
ğunu  hiss etdikdə aslanla da döyüşə
çıx maq dan çəkinmir.
Qurd öz ailəsi yolunda canını qurban
verməyə hazırdır.
Ailəsinə 
sadiqdir.
Qurd sürüsünün
qanunları
Sürü başçısının
əmrindən çıxmazlar.
Qanunu pozan qurd
sürüdən qovulur.
Başçının özü də
sürü qanunlarına
tabe olur.


117
DƏYƏRLƏR
Mətnin sonuncu hissəsinə keçməzdən əvvəl 7-ci tapşırıqda verilmiş cədvəl
lövhədə çəkilir. 
Birinci hissənin oxusu zamanı əldə edilmiş nəticələr cədvəlin müvafiq
xanasına qeyd olunur. Mətnin oxusu davam etdirilir. Oxu prosesində türk
xarakteri ilə bağlı qeydlər də seçilib uyğun xanaya yazılır və müqayisə aparılır. 
2-ci mətndaxili suala şagirdlərin cavabları müxtəlif ola bilər. Lakin qurdlar
haqqında bədii əsərlərdən və kinofilmlərdən çıxış edərək demək olar ki, qurd
sürüsünün öz ovuna aypara şəklində hücum etməsi şübhə doğurur. Məsələn,
R.Kiplinqin “Mauqli” əsərindən görünür ki, qurdlar hücuma keçərkən öndə sürü
başçısı olmaqla üçbucaq şəklində düzülərək irəliləyirlər və düşmən üzərinə ilk
olaraq başçı atılır. Əgər onun həmləsi uğursuz olarsa, başqa bir qurd başçı
vəzifəsinə iddia qaldıra bilər. Görünür, mətn müəllifi bu məqamda qurd dav -
ranışı ilə türklərin “Turan taktikası” arasında paralel aparmaq məqsədi güdür.
Müəllimin nəzərinə!
3-cü mətndaxili tapşırıqla bağlı VI sinifdə “Mete xaqan” mətnini xatır -
la daraq müqayisə aparmaq mümkündür. Mete xaqan Miladdan öncə
202-ci ildə Çin xaqanı Lyu Banqla döyüşdə geriyə çəkilib, uzun müddət
arxasınca qoşun yeridən Çin xaqanını “Turan taktikası” ilə mühasirəyə
alıb məğlub etmiş, lakin mühasirəyə aldığı qoşunu qırmadan geri çəkil -
mək üçün ona yol vermişdi.
Danışma_(St._1.2.1)'>Danışma
(St. 1.2.1) 
6-cı tapşırıq araşdırma xarakterlidir. Şagirdlər “Turan taktikası”
ilə bağlı əlavə məlumat toplayıb təqdimat hazırlamalıdırlar. Bu zaman mövzu-
nun spesifikasını nəzərə alaraq sxemlərdən və animasiya xarakterli video-
materiallardan istifadə etmək tövsiyə olunur.
Danışma
(St. 1.1.2) 
Aşağıdakı mətn bu tapşırıqla bağlı müəllimi məlu mat lan dır maq
məqsədi ilə verilmişdir. Lakin müəllim bu mətndən dinləmə üzrə stan dart ları
reallaşdırmaq məqsədi ilə də istifadə edə bilər.
Mətni səsləndirməzdən əvvəl müəllim şagirdlərə belə bir tapşırıq verə bilər:
– Mətni dinləyərkən qeydlər götürün və buradakı məlumatlardan istifadə
edərək “Turan taktikası”nın mahiyyətini açan sxemlər çəkin.
Xüsusiyyət
Qurd təbiətində
Türk xarakterində


TURAN TAKTİKASI VƏ YA QURD QAPANI (TƏLƏSİ)
Qədim dövrdən bu yana öz döyüş zəfərləri ilə ad çıxarmış türklər buna
qəhrəmanlıq və cəsarətləri ilə yanaşı, tətbiq etdikləri döyüş strategiyası
ilə də nail olmuş lar. “Qurd qapanı” və ya “Turan tak tikası” bu strategiyanın
əsasını təşkil edir. Bu taktikanı tət biq etməklə türk ordusu dəfələrlə döyüş
meyda nında düşmənlərini məğlub etməyi bacarmışdır. Bəs görəsən,
“Qurd qa panı” taktikası mahiyyəti nədən ibarətdir?
Türk ordusu düşmən üzərinə hücuma keçərkən iki qrupa bölünürdü.
Birinci qrup fədai qrupu, ikinci qrup isə pusqu qrupu hesab edilirdi. Fədai
qru pundakı süvari döyüşçülər düşmənin yerləşdiyi əraziyə qədər irəliləyib
ona hücum edirdilər. Düşmən müqavimət göstərəndə onlar özlərini məğ -
lub kimi göstərib geriyə, mövqelərinə doğru qaçmağa başla yırdılar. Üstünlük
əldə etməyə çalışan düşmən fədailərin arxasınca düşürdü. Düşmən dən
“qaçan“ türk süvariləri tez-tez geri çevrilərək onu təqib edən düşməni ox ya -
 ğışına tuturdu. (Qədim rəsmlərdə də türk döyüşçü süvarisi geri çev ri lə rək
ox atan yerdə təsvir olunurdu.) Əks-hücuma keçən düşmən qəfildən pus qu
qrupu ilə qarşılaşır, onunla döyüşə girməli olurdu. Fədai qrupu isə sağ və sol
tərəflərə çəkilərək cinahlardan düşmənə hücum edirdi. Beləliklə, türk or-
dusu aypara şəklində düzülərək düşməni əhatəyə alırdı. Düş mən ay pa ra -
nın içinə tam olaraq girdikdən və müha si rəyə düşdükdən sonra aypa ra nın
ucları bir-birinə yaxınlaşaraq qapanırdı. Beləliklə, düşmən tələyə düşürdü. 
Hərbi dildə bu taktika “Qurd qapanı”, “Aypara taktikası”, “Turan tak -
tikası”, “Qısqac müharibəsi” kimi ad lan mışdır. Bu taktikadan istifadə edə -
rək türk ordusu özün dən sayca də           fə lərlə üstün ordular üzərində qələbə
qazanmışdır. 
Mətn dinlənildikdən sonra sual verilir:
– Dinlədiyiniz mətnlə oxunan mətn arasında hansı əlaqələr var? 
5-ci tapşırıq yerinə yetirilir. Tapşırığın tələbinə görə, mətni yazmaqda
müəllifin məq sədini müəyyənləşdirmək lazımdır. Bu sual mətnin əsas ideyasını
118

BÖLMƏ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə