N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

üzə çıxarmağa kömək edir. Tapşırıqda bir neçə cavab variantı verilib və hər bir
cavabda müəllif məqsədinin bir aspekti öz əksini tapıb. Lakin “C” variantı (“Qur -
 dun türklər tərəfindən totem seçilməsinin təsadüfi olmadığını əsaslandırmaq”)
daha əha təli və dəqiq cavabdır. Həmin cavab həm də tədqiqatın məntiqi nə -
ticəsi hesab edilə bilər.
Dil qaydaları
(St. 4.1.3) 
Mətndəki 8-ci tapşırıqdan istfadə etməklə cümlə üzvlərinin
əlavəsi ilə bağlı biliklərin mənimsədilməsi üçün motivasiya yaratmaq olar.
Tapşırığın şərtinə görə, mətndə göy və qırmızı rənglə verilmiş söz və ifadələrin
qrammatik xüsusiyyətlərini sadalamaq və müqayisə etmək tələb olunur.
Cümlədə (Lakin türklərdən fərqli olaraq bu xalqların heç birində qurd obrazı
totemə – 
sitayiş obyektinə
çevrilməyib.) hər iki söz və ifadə eyni suala cavab
verir, eyni halda işlənib.  
Xüsusiyyətlər sadalandıqdan sonra müəllim tapşıra bilər ki, qırmızı rənglə
verilmiş ifadəni işlətmədən cümlə oxunsun və baş verən dəyişiklik izah edilsin.
Aydın olur ki, cümlənin quruluşunda və məzmununda heç bir dəyişiklik  baş
vermir. Sadəcə, sitayiş obyektinə söz birləşməsi özündən əvvəl gələn ta mam -
lığın mənasını izah edir, konkretləşdirir.
Bu cür söz və ya söz birləşmələrinin cümlə üzvlərinin əlavəsi olduğu vur ğu -
landıqdan sonra şagirdlər dil qaydası ilə tanış edilir. Onların əsas xüsusiyyətləri,
aid olduğu üzvdən ayıran durğu işarəsi qeyd edilir. Tədqiqat tapşırıqların icrası
ilə davam etdirilir. 9-cu tapşırıq yerinə yetirilərkən bütün cümlə üzvlərinin
əlavəsi olduğu aydınlaşır. 10-cu tapşırıq bu qənaəti bir qədər də də rin ləş dirir.
Cümlənin sintaktik təhlili bacarıqlarını da inkişaf etdirməyi nəzərdə tu tan bu
tapşırıqda vurğulanır ki, cümlə üzvlərinin əlavəsi sintaktik təhlilə cəlb olun -
mur. Yalnız hansı cümlə üzvünün əlavə ilə işləndiyi elan edilir. 
11-ci tapşırıq durğu işarələrinin işlənməsi qaydalarını praktik bacarıqlara
çevirir. Burada əlavələri aid olduğu cümlə üzvlərindən ayıran tire və vergül
işa rələrindən yerində istifadə etmək tələb olunur. 12-ci tapşırıq əlavəli cüm -
lə ləri sintaktik təhlil etmək bacarığını inkişaf etdirməyi nəzərdə tutur.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
119
DƏYƏRLƏR


Dərs 26. İSTEHKAMIN ALINMASI (3 saat)
Motivasiya
Mətnin oxusu başlanmazdan əvvəl şagirdlərin diqqəti başlığa yönəldilir: 
– Əsərin adı sizdə hansı fikir oyadır? 
– Sizcə, bu əsərdə nədən söhbət gedir?
Oxu 
(St. 2.2.3) 
Mətn Proqnozlaşdırma üsulu ilə oxunur. Hər bir mətndaxili sual
və ya tapşırığa qədər oxu davam etdirilir. Sual cavablandırılır, tapşırıq yerinə
yetirilir. 1-ci mətndaxıli sualın cavabını şagirdlər oxuduqları hissəyə istinad
etməklə verə bilərlər. Həm leytenantın dünən şəhid olması, həm də yeni gələn
leytenantın hərbi təhsilli olması bu səbəblər sırasındadır. Şagirdlərdə yeni bir
sual yarana bilər: “Hərbi təhsilli zabitə qarşı soyuq münasibətin səbəbi nə ola
bilər?”
Bu sual aydınlaşdırılarkən bildirmək lazımdır ki, Qarabağ müharibəsinin
ilk illərində döyüşçülər arasında könüllülər çoxluq təşkil edirdi. Müəyyən hərbi
təcrübə və rütbə qazanmış həmin könüllülərin bəzilərində hərbi məktəbdən
yenicə gəlmiş, döyüş sınağından çıxmamış təhsilli zabitlərə qarşı bir qıs qanc -
lıq hissi də oyanırdı.
(St. 2.2.3) 
2-4-cü mətndaxili sual və tapşırıqlar döyüş şəraiti ilə bağlı olaraq
əsgər və zabitlər arasında formalaşmış bəzi inanclarla, onların ovqatı ilə
bağlıdır. 4-cü sual da müharibədə qəbul olunmuş “Bomba bir dəfə düşdüyü
yerə bir daha düşmür” inancı ilə bağlıdır.
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fakt və hadisələri
real həyatla müqayisə edir və
əlaqələndirir.
Real həyatda gördüklərindən və eşit -
diklərindən çıxış edərək mətndəki müəy -
yən məqamları izah edir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt və
hadisələr barədə özünün fikir və
mülahizələrini dəqiqləşdirir.
Dinlədiyi mətndəki faktları dəqiqləş 
-
dirmək üçün suallar verir.
2.2.2. Mətnin hissələri arasında əlaqə -
ni şərh edir.
Bədii mətndəki obrazın düşüncə və hə -
rəkətlərinin motivlərini mətnin müxtəlif
hissələrinə is ti nadən şərh edir.
1.2.2. Əlavə materiallardan istifadə
etməklə nitqini zənginləşdirir.
Bədii mətndəki hadisələrlə dinlədiyi
mətndəki real faktlar arasında əlaqəni
şərh edir.
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab
və ara sözlərlə bağlı durğu işarə lə rin -
dən istifadə edir.
Xitablarla bağlı durğu işarələrindən
istifadə edir. 
120

BÖLMƏ


Oxu bitdikdən sonra aşağıdakı sxem üzrə kapitan və leytenant ob razlarının
xarakterik xüsusiyyətləri haqqında qeydləri ümumiləşdirmək olar.
(St. 2.2.2.) 
5-ci tapşırıq mətnin hissələri arasında əlaqə yaratmağa xidmət
edir. Bu zaman obrazların xarakterik xüsusiyyətlərinə, eləcə də müxtəlif abzas -
larda hadisələrin inkişaf prosesinə diqqət yetirmək lazımdır. Müəllimin yönəl -
dici sualları ilə şagirdlər belə bir qənaətə gələ bilərlər: “İnsan üçün ən yaxın
adam onun məsləkdaşı, bir yerdə bərkdən-boşdan çıxdığı, ekstremal şəraitdə
sınadığı adamdır. Əsərin baş qəhrəmanı döyüş zamanı ətrafındakı əsgər və
zabitlərdə bu xüsusiyyətləri gördüyündən cəmi bir gün ərzində bu adamlar
onun üçün ən yaxın insanlara çevrildilər”.
Mətn tam təhlil olunduqdan sonra Azərbaycanın Milli Qəhrəmanı Şikar
Aslanov haq qın da dinləmə mətni təqdim edilir.
Müəllimin nəzərinə!
Fransız yazıçısı Prosper Merimenin “İstehkamın alınması” hekayə si -
nin motivləri əsasında işlənmiş mətn xalqımızın yaxın tarixinə uyğun -
laşdırılmış, hadisələr Qarabağ müharibəsinə keçirilmişdir. Din lə mə
mətni bədii mətnlə sənədli-bioqrafik mətn arasında əlaqələr qur mağa
şərait yarada bilər.
Dinləyib-anlama və danışma
(St. 1.1.1, 1.2.2) 
Müəllim aşağıdakı mətni səsləndirməzdən əvvəl şagird -
lə rin diqqətini oxuduqları hissədəki bəzi toponimlərə yönəldir. 
Şikar Davud oğlu Aslanov 1970-ci il iyunun 10-da Cəbrayıl rayo nunun
Süleymanlı kəndində anadan ol muş dur. 1977-ci ildə Süleymanlı kənd orta
məktə bi nin birinci sinfinə getmiş, 1987-ci ildə hə min  məktəbi bitirmişdir.
1988-ci ildə Sovet Ordusu sıralarına çağırılan Şikar 1990-cı ildə ordu-
dan tərxis olu nur və doğma kəndinə dönür. Elə həmin ildə  Cəbrayıl Rayon
Xüsusiyyət:
Xüsusiyyət:
Fakt:
Fakt:
Xüsusiyyət:
Fakt:
Obraz:
121
DƏYƏRLƏR


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə