N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

diklərinin yanında ola bilməməsi, eləcə də özünün faciədən kənarda olduğuna
görə sağ qalması onda çaşqın fikir və duyğular yaradır.
Fəndaxili üfüqi inteqrasiya 
(St. 2.2.3 və 1.2.2) 
2-ci mətndaxili tapşırıq
S.Vurğunun “Ehtiyac qul eylər qəhrəmanı da...” misrası insanlar üçün bir
təskinlik vasitəsinə çevrilir, bir növ, onlara bəraət qazandırırsa, “Ac ol, kişi ol!”
atalar sözü ən ağır şəraitdə belə insanın öz ləyaqətini itirməməsini tələb edir.
3-cü mətndaxili tapşırıq yerinə yetirilərkən fərqli şriftlə verilmiş “Mənəvi
qaydanı pozandan sonra yol qaydasını pozmağa nə var ki, qardaş?” cümləsi
şərh edilir. Hətta ehtiyac ucbatından oğurluq etmək mənəvi qaydanın pozul -
ması deməkdir. “Mənəvi qay da” daha müqəddəs sayıldığından onun po zul -
ma sı digər qaydaların pozulması hallarını artırır.
Mətnin üzərində aparılacaq işin əsas məqsədi sonuncu cümlədə (“Öz-
özümə düşünürdüm: görəsən, kimdir günahkar? Oğurluq edənmi, yoxsa
insanı buna məcbur edən şəraitmi?..”) irəli sürülən fikrə cavab tapmaqdır.
Hadisə xarici ölkələrdən birində cərəyan etsə də, bu günümüz üçün ak -
tualdır. Müharibə şəraiti, insanların öz yurd-yuvalarını məcburi şəkildə tərk et -
məsi tanış epizodlardır. Müharibə şəraitində günahsız müharibə qurbanlarının
ta leyinin bir şəxsin deyil, onun mənsub olduğu dövlətin, beynəlxalq ictimaiy -
yə tin problemi olduğunu xatırlatmaqla tədqiqatı davam etdirmək olar. 
(St. 2.2.1.) 
Tədqiqat zamanı şagirdlərə “Qaçqınların və məcburi köç kün -
lərin statusu haqqında Azərbaycan  Respublikasının Qanunu”ndan bir parça
paylanır.
Maddə 3. Qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyəti
Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan və digər
qa nunvericilik aktlarından başqa hal irəli gəlmirsə, qaçqınlar da Azərbaycan
Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla
eyni vəzifələri daşıyırlar.
Qaçqın və ya məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qay-
dada aşağıdakı təminat verilir:
• üç aydan gec olmayaraq işlə və ya yaşayış yeri ilə təmin olunana qədər
xü susi ayrılmış yerlərdə haqqı ödənilmədən yaşamaq;
• haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını daşımaq;
• müvəqqəti yaşayış yerində qocaların, uşaqların, aztəminatlı və ailə baş -
çı sını itirmiş şəxslərin lazımi pulsuz dərman yardımı, güzəştlə gündəlik tələbat
malları alması;
• uşaqların məktəbəqədər tərbiyə, yeniyetmə və gənclərin müvafiq təhsil
müəssisələrində təlim alması;
• yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslarla
ərzaq və sənaye malları almaq;
• dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq;
• müvafiq sənədlər olmadıqda belə, sonradan dəqiqləşdirmək şərtilə, mini -
mum məbləğdə pensiya və müavinətlər almaq;
125
DƏYƏRLƏR


• ilk növbədə tək pensiyaçıları və iş qabiliyyəti olmayan əlilləri xüsusi sosial
təminat müəssisələrində yerləşdirmək;
• bu qanunla müəyyən edilmiş müddətdə “qaçqın” və ya “məcburi köçkün”
statusu almaq;
• beş il müddətinə mənzil kirayəsi, kommunal xidmətləri – qaz, su, istilik,
elektrik enerjisi (istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə xərcləri is-
tisna olmaqla) haqqını ödəməkdən azad bilmək;
• qanunvericiliklə nəzərdə tutulmuş qaydada vergi güzəştlərindən istifadə
etmək;
• dəymiş maddi və digər ziyanların əvəzini almaqdan ötrü məsələ qal dır -
maq;
• üç ay müddətində müvafiq dövlət orqanları tərəfindən onlara təklif olun -
muş (iş yeri nəzərə alınmaqla) daimi yaşayış yeri seçmək.
Danışma
(St. 1.2.1) 
Mətn və paylama materialı üzərində işləmək, onları bir-biri ilə
əlaqələn dirmək üçün tapşırıqlar verilir.
1. Evlərini və valideynlərini itirmiş oğlanların bu qanundan bəhrələnmək
imkanı əldə edəcəyi halda, ilk növbədə, hansı maddədən yararlana biləcəyini
müəyyənləşdirin.
2. Oğlanın və dostunun düşdüyü şəraitlə ölkəmizdə oxşar tale yaşamış
gənclərin vəziyyətini müqayisə edin.
3. Mətndən götürülmüş epizodları öz təxəyyülünüzə uyğun davam etdirin.
(Əlavələriniz mətndən fərqlənməlidir.)
Elə vəziyyətdə idik ki, bir parça çörək üçün pis əməllərdən də
çəkinəsi de yil dik...
Qapının ağzında gözləyən dostum çörəyi əlimdən qap dı. Sü rətlə o
biri küçəyə cumdu...
Ancaq dostumun xəbəri yox idi. O bilmirdi ki, bizi qovan yox dur. Elə
bilirdi ki, dalınca bir ordu gəlir...
Birdən bir maşın ondan tez tər pəndi və... Sonra baş ve rən ləri duman
içində xatır la yıram...
Danışma
(St. 1.2.4) 
Tapşırıqlar yerinə yetirilib təqdim edildikdən sonra müzakirəyə
qoyulur, mətnin son cümləsi əsasında debat təşkil olunur: “Öz-özümə dü şü -
nürdüm: görəsən, kimdir günahkar? Oğurluq edənmi, yoxsa insanı buna məc -
bur edən şəraitmi?..” Bu fikir ətrafında qurulan debat öz həllini tapşırıqların
ic rası zamanı tapmış olur.
126

BÖLMƏ


Dil qaydaları
(St. 4.1.3) 
5-ci tapşırıq dil qaydalarına motivasiya üçün imkan yaradır.
Mətndəki cümlədə (“Bəlkə də bəd əməlini etiraf edib yüngülləşmək is -
təyirdi.”) göy rənglə verilmiş sözü əvvəlcə “məncə” sözü, sonra isə “sözün
düzü” bir ləş məsi ilə əvəz edib yazmaq tələb olunur. VII sinifdə modal söz
haqqında mə 
lumat almış şagirdlər cümlənin məzmununda baş vermiş
dəyişikliyi izah edirlər. Çünki modal sözlərin danışanın ifadə etdiyi fikrə
münasibətini bil dir mə si onun üçün tanışdır. Ancaq “sözün düzü” birləşməsi
modal söz olma dı ğına görə bir qədər tərəddüd yarana bilər. Nəzəri məlumatla
tanışlıq zamanı bu tərəddüd aradan qaldırılır. Modal sözlərin hamısının
cümlədə ara söz olduğunu bilməklə yanaşı, aydınlaşdırılır ki, ara sözlər söz
birləşməsi və cümlə şəklində də ola bilir.
6-cı tapşırıq durğu işarələri buraxılmış cümlələr içərisindən ara söz işlən -
məyən cümləni tapmağı tələb edir. Bu tapşırığı yerinə yetirərkən VII sinifdə
başqa nitq hissələri ilə qrammatik omonim olan modal sözləri xatırlayan şa -
gird lər sintaktik sual haqqında bacarıqlarından da istifadə edərək “A” variantını
seçməkdə çətinlik çəkməyəcəklər. Bu, fəndaxili inteqrasiya imkanı yaradır.
7-ci tapşırıq da müxtəlif ara sözləri fərqləndirib seçmə bacarığını inkişaf
etdirməyi nəzərdə tutur.
8-ci tapşırıq bu bacarığı inkişaf etdirməklə ara sözlərdə durğu işarələrindən
istifadə bacarığının formalaşmasına xidmət edir.
9-cu tapşırıq qruplarla işləməyi nəzərdə tutur. Nitqdə ara sözləri yerində
işlətmək bacarığına xidmət edir. Məlumdur ki, bu sözlərdən yersiz istifadə
hallarına tez-tez rast gəlmək olur. Tapşırığın icra vəziyyətini yoxlayarkən ara
sözlərdən yersiz istifadə hallarının redaktə işini şagirdlərin özünə həvalə et -
mək və prosesi izləmək mümkündür.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
127
DƏYƏRLƏR


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə