N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

– Öyrətməyiblər. Bu nəyə lazımdır ki? Bax mən bilmirəm, heç nə də
olmur. Normal yaşayıram.
– Babam deyir ki, əgər adamlar atalarını unutmuş olsalar, korlana bi -
lərlər.
– Kim korlanar? Adamlar?
– Bəli.
– Niyə?
– Babam deyir ki, onda heç kəs öz pis əməli üçün xəcalət çəkməz. Ona
görə ki, övladları, onların uşaqları bu pis əməllərdən xəbərdar olmaya-
caqlar. Hələ xeyirxah işlər görən də olmayacaq, çünki onsuz da övladları
bu barədə heç nə bilməyəcəklər.
– Babana söz ola bilməz! – Əsgər ürəkdən heyrət etdi. – Qəribə ba ba -
dır. Ancaq o sənin başını hər cür gərəksiz şeylərlə doldurur. Sənin də ki
başın başdır ha... Qulaqların da bizim hissədəki lokatorlara oxşayır. Sən
ona qulaq asma. Kommunizmə gedirik, kosmosa uçuruq, gör bir sənə nə
öyrədir? Onu bizim siyasi məşğələyə gətirmək pis olmazdı, biz onu bir
göz qırpımında maarifləndirərdik. Bax, böyüyəndə, məktəbi bitirəndə
babanın yanından çıxıb gedərsən. Avam, mədəniyyətsiz adamdır baban.
– Yox, mən babamın yanından heç yana getməyəcəyəm, – oğlan etiraz
elədi. – O, yaxşı babadır.
– Hələlik sənə belə gəlir. Sonra başa düşərsən.
Danışma
(St. 1.2.4) 
Mətn dinlənildikdən sonra oxu və dinləmə mətnlərini bir-birinə
bağlayan faktlar barədə suallar qoyulur. 5-6-cı tapşırıqlarla bağlı lövhədə
yazılmış tezislərə bir daha nəzər salınır. Müəllim əsgərin və uşağın fikirlərini
qarşılaşdıraraq debat da keçirə bilər.
Dil qaydaları
(St. 4.1.1) 
7-ci tapşırıq dil qaydalarına keçid etmək üçün nəzərdə tutulub.
Mətndə göy rənglə verilmiş cümlədə (“Yaxşı, əgər belədirsə, qərar sənindir.”)
qarının fikri cümlədəki sözlərdən biri ilə əvəz olunur. Həmin sözə sual verilir
və nəticə mü za kirə edilir. Cümlədəki fikri əvəz edən “yaxşı” sözü heç bir sin-
taktik suala cavab vermədiyindən cümlə üzvü ola bilmir. Lakin bitmiş fikir ifadə
edə bilir. Bu cür cümlələr üzvlənməyən cümlələr adlanır. Xatırladılır ki, ədat,
modal sözlər və nidalar hesabına yaranan bu cür cümlələrdə bəzən xitab da
iştirak edir. Onların isə heç biri sintaktik suala cavab vermədiyindən cümlə
üzvü ola bilmir.
8-ci tapşırıq mətn daxilində üzvlənməyən cümlələri fərqləndirməyi tələb
edir. 
9-cu tapşırıq buraxılmış durğu işarələrinin bərpasını tələb edir. Bu za man
həm ara sözlərdə, həm də xitablarda durğu işarələrinin işlənmə qay da ları
xatırladılır.
131
DƏYƏRLƏR


10-cu tapşırıqda isə üzvlənməyən cümlələr təsdiq, inkar, emosionallıq və
sual ifadə edə bilməsinə görə qruplaşdırılır.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 29. BƏS ZINQIROVU KİM ASACAQ  (1 saat)
Motivasiya
Müəllim şagirdlərdən “populizm” sözünün mənasını soruşur. Şagirdlər
çətinlik çəkərlərsə, bu sözün işləndiyi ifadələri səsləndirmək, yönəldici suallar
vermək olar.
Müəllimin nəzərinə!
“Məktəblinin alınma sözlər lüğəti”ndə bu sözün iki mənası izah olunub:
1. Xalq kütlələrinin rəğbətini qazanmağa yönəlmiş ictimai fəaliyyət. 
2. Ciddi problemlərin çox asanlıqla həll olunacağına sadəlövh inam
forma laşdırmaqla auditoriyanın rəğbətini qazanmaq cəhdi. 
Daha sonra müəllim populizmə misal gətirməyi tapşırır. Şagirdlər həyatda
gördüklərindən və ya təxəyyüllərindən çıxış edərək misallar gətirirlər.
Oxu
(St. 2.2.3) 
Mətni fasiləli oxu ilə şagirdlərə oxu tmaq tövsiyə olunur. Fikir
yürütməklə izah tələb olunan yerlərdə müəllimin oxunu dayandırıb, şagirdlərlə
diskussiyaya girməsi məqsədəuyğun hesab edilir. Aşağıda izaha ehtiyac
duyulan hissələr tövsiyə kimi təqdim olunur. Müəllim lazım bildiyi məqamları
əlavə edə və ya ehtiyac duymadığını ixtisar edə bilər. Xatırladaq ki, bu bölgü
nümunə xarakteri daşıyır. 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqələndirir.
Mətndəki faktlara münasibət bildirər -
kən həyatdan nümunələr gətirir.
1.2.2. Əlavə materiallardan istifadə
etməklə nitqini zənginləşdirir. 
Zərbi-məsəlin etimologiyasını araşdır -
maqla nitqində istifadə edir. 
3.1.1. Mövzuya uyğun müxtəliftipli (nəq -
li, təsviri, mühakimə) mətnlər yazır. 
Verilmiş mövzuda nəqli tipli mətn yazır.
132

BÖLMƏ


I fasilə: 1-ci mətndaxili suala qədər.
Bu suala cavab vermək üçün şagirdlərdən mətni diqqətli oxumaq tələb olu -
nur. Mətndə göstərilir ki, toplaşanlar, əsasən, ev siçanları idi və başqa gəmi -
ricilər, yəni çöl siçanları bu müşavirəyə gəlməmişdilər. Buradan belə nəticəyə
gəlmək olar ki, problem ancaq ev siçanlarına aiddir. Bu da ancaq digər
gəmiriciləri narahat etməyən pişiklə bağlı ola bilər. 
II fasilə: 4-cü abzasdan sonra. Birinci çıxış edən siçan danışığının hər kəsi
coşdurduğuna nə üçün sevinirdi?
III fasilə: dərsliyin 130-cu səhifəsində “...bu saat yürüş edib aləmi bir-birinə
qatarlar” cümləsi daxil olmaqla. Siçanların ağsaqqalı nə üçün təşvişə düşdü?
İnsanlarla bağlı belə bir situasiya danışın.
IV fasilə: 2-ci mətndaxili sual.
V fasilə: dərsliyin 130-cu səhifəsinin sonu. Nə üçün müəllif zınqırov asmağı
təklif edən siçanı “müdrik” ad landırır? Sonra 3-cü mətndaxili sual.
VI fasilə: 3-cü mətndaxili sualdan sonra. Nə üçün ağsaqqal ən başda zın -
qırov məsələsinin mənasız bir tək lif olduğunu söyləmədi?
VII fasilə. Mətn oxunduqdan sonra. Əsərin ideyası nədən ibarətdir? 
Mətndən insanlara xas olan xüsusiyyətləri göstərin:
1. Birliyin olmaması
2. “Məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə yaşamaq
3. Başqasının hisləri ilə oynamaq
4. Ağıllı görkəmlə mənasız təklif vermək, populist çıxış etmək
5. Mənasız təklif verib işini bitmiş hesab etmək
Danışma
(St. 1.2.2) 
4-cü tapşırıqda artıq zərbi-məsələ çevrilmiş “Bəs zınqırovu kim
asacaq?” ifadəsinin işlənə biləcəyi situasiyalar söyləmək tapşırılmışdır.
Mətndən gö rü nür ki, bu məsəl söz demək xətrinə həlli mümkün olmayan təklif
verməyin düz gün olmadığını göstərir. Həyatda belə vəziyyətlərə tez-tez rast
gəlinir. Şagirdlər bu məsəllə bitəcək istənilən situasiya düşünüb tapa bilərlər.
Bu zaman əsas diqqəti mətnin məzmununa yönəltmək lazımdır. Çünki
məqsəd ideyanı düzgün təqdim etməkdən ibarətdir. 
Yazı
(St. 3.1.1) 
5-ci tapşırığı yerinə yetirərkən şagirdlər məişətdə və ya məktəb
həyatında qarşılaşa biləcəkləri bir situasiyadan çıxış etməlidirlər. Şagirdlərlə
birlikdə nəqli xarakterli mətndə əks olunacaq məqamlar müəyyənləşdirirlər:
1. Qarşıya çıxmış problem
2. Problemin əhatə etdiyi sosial qrup (kontingent)
3. Problemin həllində marağı olanlar və problemə laqeyd yanaşanlar. On -
la rın arasında birliyin olmaması
133
DƏYƏRLƏR


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə