N metod k V sa t


Dərs 31. “QIRMIZI KİTAB” (2 saat)



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   41   42   43   44   45   46   47   48   49

Dərs 31. “QIRMIZI KİTAB” (2 saat)
Motivasiya
– “İşıqforu kim ixtira edib” dərsində rənglərin yaratdığı assosiasiyalardan,
rənglər vasitəsilə fikir ötürməkdən danışmışdıq. Yəqin ki, “Qırmızı kitab”
haqqında eşitmisiniz. Sizcə, bu kitab nə üçün belə adlandırılıb?  
Fərziyyələr müxtəlif ola bilər. Ola bilər ki, şagirdlərdən kimsə bu kitab haq -
qında məlumatı olsun və birbaşa cavab versin. O zaman “qırmızı” sözünün
bu birləşmədə hansı mənanı ifadə etdiyi barədə diskussiya aparılır. Əgər
şagirdlər bu kitab haqqında eşitməyiblərsə, “qırmızı” sözünün yaratdığı as-
sosiasiyadan çıxış edərək fərziyyələrini irəli sürə bilərlər.
Fənlərarası inteqrasiya:
Dinləmə (St. 1.1.1); Oxu (St. 2.2.3). 
Mətnin oxunması üçün müxtəlif üsulların (“Qeyd götürməklə oxu”,
“Öyrənirəm–öyrədirəm”, “İstiqamətləndirilmiş oxu”) sintezindən istifadə
etmək olar. 
Mətn yaxşı diksiyası olan şagird tərəfindən oxunur. Digər şagirdlər dərsliyi
açmadan onu dinləyirlər. 
Bu mətnin giriş hissəsi bitkin süjetə malik mətndən ibarət olub motivasiya
xarakteri daşıyır. Şagirdlərdə mətnin mövzusuna maraq ya ratmağa xidmət
edir. 
Müəllimin nəzərinə!
Məlumdur ki, dinləmə prosesinin əvvəlində, adətən, auditoriyanın
diqqəti zəif, yayğın olur. Ona görə də təcrübəli natiqlər çox zaman öz
Standartlar
Təlim nəticələri
1.1.1. Suallar verməklə dinlədiyi fakt və
hadisələr barədə özünün fikir və mü -
lahizələrini dəqiqləşdirir.
Dinlədiyi mətndə aydın olmayan mə -
qam ları dəqiqləşdirmək üçün suallar
tərtib edir.
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqələndirir.
Real həyatda gördüklərindən və eşit -
diklərindən çıxış edərək mətndəki müəy -
 yən məqamları izah edir.
2.1.1. Tanış olmadığı söz və ifadə -
lərin mənasını müvafiq qarşılığını
tapmaqla şərh edir.
Tanış olmadığı söz və ifadələrin qar şı -
lığını lüğətin köməyi ilə tapır və kontekst
daxilində izah edir. 
3.1.1. Mövzuya uyğun müxtəliftipli
(nəqli, təsviri, mühakimə) mətnlər
yazır.
Verilmiş mövzuya uyğun elmi-mü 
ha -
kimə xarakterli təqdimat hazırlayır.
4.1.1. Sadə cümlənin növlərini fərq -
lən dirir.
Müxtəsər və geniş cümlələri fərqləndirir.
138
VI 
BÖLMƏ


nitqlərinə lətifə, təmsil və ya novella xarakterli kiçik hekayə ilə baş la -
yırlar. Bu, auditoriyanın diqqətini natiqin çıxışına yönəltməyə xidmət
edir. Lakin girişdə verilən nəqli xarakterli mətnin ideyası əsas mətndə
qaldırılan problemlə bağlı olmalıdır.
Şagirdlər bu dərslikdə analoji mətn kompozisiyası ilə tanış olublar.
Dərslikdəki 1-ci mətni (“Xarakter nədir”) xatırladıb onunla müqayisə
etmək olar. 
Əvvəldə bu cür motivasiyanın verilməsi auditoriyanın, oxu cunun diqqətini
mövzuya cəlb etmək məqsədi daşıyır. Giriş hissəsi oxun duq dan və 1-ci
mətndaxili sual cavablandırıldıqdan sonra kiçik bir müzakirə aparıla bilər. 
– Giriş hissə mətnin mövzusuna maraq oyadırmı?
– Bu mövzuda düşünməyə motivasiya yaradırmı?
– Siz təbiəti mühafizə mövzusuna necə giriş yazardınız?
Mətnin əsas hissəsinin oxusuna başlamazdan əvvəl şagirdlərə tapşırılır
ki, özləri üçün qeydlər aparsınlar, aydın olmayan məqamları dəqiqləşdirmək
üçün suallar hazırlasınlar. 
Mətn dinlənildikdən sonra şagirdlərin hazırladığı suallar lövhədə qeyd olu -
nur. 
Müəllimin nəzərinə!
Suallar saf-çürük edilərək şərh olunduqdan sonra şagirdlərin düzgün
sual tərtib etmək bacarı ğına diqqət yetirmək tövsiyə olunur. Belə ki,
suallar yalnız faktoloji olmamalıdır. Əksinə, çalışmaq lazımdır ki, sual-
lar daha çox ümumiləşdirici xarakter daşısın, şagirdlər üçün, doğrudan
da, aydın olmayan və ya onlarda əlavə sual doğuran məqamları əhatə
etsin. Belə suallara cavab verərkən şagirddə fikir yürütmək, infor-
masiyalardan nəticə çıxara bilmək bacarığı formalaşır. Lakin bu o
demək deyildir ki, faktoloji suallar yaz maq olmaz.
Daha sonra qruplarla iş başlanır. Mətni üç bitkin hissəyə ayırmaq olar 
(6-ci tapşırıq):
I hissə: Dünyanın “Qırmızı kitab”ı
II hissə: Azərbaycanın “Qırmızı kitab”ı
III hissə: İnsan və təbiət
Şagirdlər mətni özləri bitkin hissələrə ayırmalı və onu adlandırmalıdırlar.
Hissələrə uyğun olaraq sinif üç qrupa bölünür. Hər qrupa mətnin bir hissəsi
üzərində iş tapşırılır. Şagirdlər lövhədə asılmış suallardan öz hissələrinə aid
olanları müəyyənləşdirib mətni oxuduqca onlara cavab tapmağa çalışırlar.  
Təqdimat zamanı qrup nümayəndələri öz hissələri ilə bağlı suallara ay -
dınlıq gətirirlər.
Mətn üçün hazırlanan suallar təqribən belə ola bilər (Suallar nümunə xa -
rakteri daşıyır, şagirdlərdən məhz bu sualları tələb etmək tövsiyə olunmur):
139
TƏBİƏT


140
VI 
BÖLMƏ
I hissə:
1. Bioloji mübarizə nə deməkdir?
2. İnsan müdaxiləsi biosferi necə dəyişə bilər?
3. BTQB neçənci ildə yarandı?
4. Komissiyanın məqsədi nədən ibarət idi?
5. Komissiyanın sədri kim oldu?
6. Sizcə, nə üçün kitab “Qırmızı kitab” adlandırıldı?
7. “Qırmızı kitab”da hansı məlumatlar öz əksini tapırdı?
II hissə:
1. Azərbaycanın “Qırmızı kitab”ı neçənci ildə nəşr olundu?
2. Azərbaycanın “Qırmızı kitab”ı  beynəlxalq “Qırmızı kitab”dan nə ilə fərq -
lə nir?
3. “Qırmızı kitab”ın xeyri nədir?
III hissə:  
1. Sizcə, müəllif nə üçün S.Vurğunun şeirini yada salır?
2. “Təbiəti düşünmədən istismar etmək” ifadəsini necə başa düşürsünüz?
3. Nə üçün deyirlər ki, hər kəsin özünün “Qırmızı kitab”ı olmalıdır?
Təqdimatlar zamanı mətndaxili sualları da cavablandırmaq tələb olunur. 
3-cü mətndaxili sualda BTQB haqqında əldə edilmiş məlumatı cədvəl şək -
linə salmaq tələb olunur. Bu tip tapşırıq şagirdlərə artıq tanışdır. Mətni qrafik
informasiya şəklində təqdim edilir. Cədvəli şagirdlər doldururlar.
4-cü mətndaxili sualda abzasın sonuncu cümləsinin izah olunması tap -
şırılmışdır. Mətndə belə bir cümlə vardır:” ...nə qədər ki qəlbimizin səsini
boğub nəfsi mizin qulu olacağıq, öz əlimizlə özümüzə qəbir qazacağıq”. Bu
cümləni belə şərh etmək olar: “İnsan təbiətdən hər şey götürür: hava, su, qida,
geyim. Əgər təbiəti qorumasaq, bəşəriyyət məhvə məhkumdur”.
Söz ehtiyatı
(St. 2.1.1) 
Mətn üzərində iş gedərkən paralel olaraq lüğət üzərində də iş
aparılır (5-ci tapşırıq). Şagirdlər bilmədikləri sözlərin mənasını kontekstə
əsasən və lüğətdən müəyyənləşdirə bilərlər. 
Beynəlxalq Təbiəti Qoruma Birliyi
Nə zaman
yaranıb?
Məqsədi
Rəhbəri
Gördüyü iş
1948
Nəsli kəsilməkdə olan
nadir bitki və heyvan
növlərinin qorunması
Piter Skot “Qırmızı kitab” meyda -
na gəldi.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə