N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   41   42   43   44   45   46   47   48   49

4-cü tapşırıq diqqətli oxu tələb edir (düzgün cavab “A” variantı dır).
“A” variantında göstərilir ki, zəlzələlər XX əsrdə 2,5 milyon insan həyatına
son qoymuşdur. Mətn də göstərildiyi kimi, XX yüzillikdə vulkan püskürməsi
nəticəsində 100 min insan tələf olmuşsa, zəlzələ bundan 25 dəfə çox insan
həyatı aparmışdır. Deməli, zəlzələ 2,5 milyon insanın məhvinə səbəb
olmuşdur.
“B” variantının səhv olduğunu müəyyənləşdirmək üçün IV hissəni diqqətli
oxumaq lazımdır. Orada göstərilir ki, göy üzündə gedən proseslər Yerin təkində
dəyişikliyə səbəb olur ki, bu da zəlzələnin baş verməsinə gətirib çıxardır.   
“C” variantını da düzgün hesab etmək olmaz. Doğrudan da, Ç.Rixterın
hazırladığı cihazdan əvvəl Merkalinin cihazı olmuşdur. Lakin cihazın işləmə
prinsiplərinin elmi əsasları yox idi. Ç.Rixter elmi əsasları olan yeni cihaz
yaradır. Buna görə onun yaratdığı cihazı “Merkalinin cihazının təkmilləşmiş
forması” adlandırmaq olmaz.
6-cı tapşırıqda verilmiş sxemi şərh etməklə isə şagirdlər mətndən qazan -
dıq ları məlumatı dərindən qavradıqlarını nümayiş etdirməlidirlər. Mətndə həm
episentrin, həm də hiposentrin izahı verilmişdir. Hiposentr Yerin ən dərin
qatında (şəkildə qır mızı nöqtə) yerləşir, episentr isə hiposentrdən çıxan dalğa -
la rın Yer səthi ilə toqquşma nöqtəsidir (şəkildə dalğaların Yer səthi ilə toq -
quşması yeri açıq şəkildə görünür). 
7-ci tapşırıqda mətndən əldə edilmiş məlumatlara əsasən cədvəli doldur-
maq tələb olunur. Mətnin oxusu zamanı şagirdlər mətndən elmi məlumatları
çıxarmışlar. Bu cədvəldə isə seysmologiya elminin nailiyyətləri haqqında
məlumatları ümumiləşdirmək lazımdır.
hiposentr
episentr
Seysmologiya elmi
Nəyə nail olmuşdur?
Nəyə nail olmamışdır?
* Zəlzələnin gücünü müəyyənləş dir məyə
* Zəlzələnin mənşəyini müəyyənləşdir məyə
* Zəlzələnin səbəbini müəyyənləş dir məyə
* Zəlzələni proqnozlaşdırmağa
* Zəlzələnin qarşısını almağa
144
VI 
BÖLMƏ


(St. 2.2.1)
8-ci tapşırıqda verilmiş parçaları mətnin uyğun gələn hissələrinə
əlavə etmək tapşırılmışdır. Vacib deyil ki, əlavə olunan cümlələr məhz hansısa
his sə nin və ya abzasın sonuna artırılsın. Onlar abzas daxilində cümlələrin
arasına da əlavə edilə bilər. 
“A” variantı – 3-cü hissənin ikinci abzasında “... Yer səthinə çatır və orada
dağıntı ya radır” cümləsindən sonra;
“B” variantı – 4-cü hissənin birinci abzasında ikinci və üçüncü cümlənin
arasına;
“C” variantı – 3-cü hissənin üçüncü abzasında axırıncı cümlədən əvvəl.
Yazı
(St. 3.1.1) 
9-cu tapşırıqda tələb olunur ki, şagirdlər mətnin oxusu zamanı
apardıqları qeydlər əsasında mühakimə xarakterli yazı yazsınlar. Bu zaman
mətnin hissələri arasında keçid cümlələrin düzgün olmasına diqqət yetiril -
məlidir.
Dil qaydaları
(St. 4.1.1.) 
10-cu tapşırıq dil qaydaları üçün keçid xarakteri daşıyır. Tap -
şırığın şərtinə görə, mətndə göy rənglə verilmiş cümlələr sintaktik təhlil olunur.
Sonra onlar təhlilin nəticələrinə görə müqayisə edilir.
Təhlil olunan cümlələr aşağıdakılardır:
1. Zəlzələlər, vulkanlar, sürüşmələr, qasırğalar, qum fır tınaları, sunamilər,
daha nələr, nələr....
2. Zəlzələ təbii fəlakətlər içində ən məhvedicisidir.
3. Təkcə 1923-cü il Tokio zəlzələsində 140 min, 1948-ci ildə baş verən
Aşqabat zəlzələsi zamanı 100 mindən çox insanın həlak olduğu söylənilir.  
Hər üç cümlənin sintaktik təhlilindən sonra onların müqayisəsi zamanı
müxtəlif fərq lər üzə çıxa bilər. Lakin müəllim hər üç cümlənin qrammatik əsa -
sına diqqət yö nəldə bilsə, dil qaydaları üçün keçid yarada bilər. Axı  birinci
cümlədə cüm lə nin baş üzvlərindən yalnız biri – mübtəda iştirak edir. İkinci və
üçüncü cüm lə lərdə isə baş üzvlərin hər ikisi iştirak edir. Beləliklə, məlum olur
ki, cümlələr baş üzvlərin hər ikisi ilə yarana bildiyi kimi, onlardan yalnız birinin
iştirakı ilə də formalaşa bilir. Keçiddən sonra şagirdlər nəzəri məlumatla tanış
edilir. 
11-ci tapşırıqda şagirdlər baş üzvlərin hər ikisinin əsasında formalaşan
cümlələri seçməlidirlər (2, 4, 6). 
12-ci tapşırığı yerinə yetirərkən şagirdlər müxtəsər (3, 5), geniş (1, 2, 4)
cümlələri müəyyənləşdirirlər.
13-cü tapşırıqdakı testi həll edərkən şagirdlər “A” variantını seçməlidirlər.
14-cü tapşırıq uyğunluğu müəyyənləşdirməyi tələb edir. Verilmiş 4 cümlə -
nin aşağıdakılardan hansına uyğun gəldiyi müəyyən olunmalıdır:
145
TƏBİƏT


A. Baş üzvlərin hər ikisinin iştirak etdiyi müxtəsər cümlə
B. Baş üzvlərin hər ikisinin iştirak etdiyi geniş cümlə
C. Xəbər əsasında formalaşan müxtəsər cümlə
D. Xəbər əsasında formalaşan geniş cümlə
Uyğunluğu müəyyənləşdirmək üçün cümlələr sintaktik təhlil edilir. Bu
zaman şagirdlər aşağıdakı uyğunluğu müəyyən edirlər:
1 – C
2 – D 
3 – B
4 – A
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
146
VI 
BÖLMƏ


Dərs 33. CANLILARIN SİRLİ DAVRANIŞLARI (3 saat)
Motivasiya
Sinif 4 qrupa bölünür. Mətnin yarımbaşlıqlarını təşkil edən sualların hərəsi
bir qrupa yönləndirilir. Şagirdlər öz fərziyyələrini söyləyirlər.
Oxu
(St. 2.2.2,  2.2.3) 
Mətn Qeydgötürmə üsulu ilə oxunur. Hər bir qrup mətnin
müəyyən edilmiş hissəsi üzərində iş aparır. Qruplar onlara tap şırılmış hissəni
oxuyur. 5-ci tapşırıqda təsvir olunmuş cədvəlin uyğun his səsi doldurulur;
məsələn, aşağıdakı kimi:
Mətnin tapşırılmış hissəsindən lazım olan faktlar və arqumentlər cədvəlin
uyğun gələn hissəsinə yazılır.
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin hissələri arasında əla -
qəni şərh edir.
Mətnin müxtəlif hissələrindəki məlu 
-
matları verilmiş cədvəldə kateqoriyalar
üzrə qruplaşdırır.
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqələn -
dirir. 
Öz biliklərindən və həyatda gördük 
-
lərindən çıxış edərək mətndəki elmi fikri
şərh edir və dərinləşdirir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir.
Azərbaycan dilində qarşılığı olmayan
alınma sözlərin mənasını lakonik ifadə -
lərlə izah edir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt
və hadisələr barədə özünün fikir və
mülahizələrini dəqiqləşdirir.
Mövzu ilə bağlı suallarını müəyyən 
-
ləşdirir və mətni dinləyərkən həmin su-
allara cavab axtarır.
3.1.2. Sitatlardan istifadə etməklə
fikir və mülahizələrini qüvvətləndirir.
Araşdırma xarakterli mətn yazarkən
fikirlərini əsaslandırmaq üçün sitatlar-
dan istifadə edir.
1.2.4. Müzakirələrdə deyilmiş müx -
təlif mövqeli fikirləri ümumiləşdirir.
Debat zamanı qarşı tərəfin fikirlərini
ümumiləşdirərək öz arqumentlərini irəli
sürür.
4.1.1. Sadə cümlənin növlərini fərq lən -
dirir.
Baş üzvlərin iştirakına görə sadə cüm -
lənin növlərini fərqləndirir.
Suallar 
Yaranması
Əks-arqument 
Əsaslandırma
Pərvanə niyə
özünü oda vurub
yandırır?
147
TƏBİƏT


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə