N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   41   42   43   44   45   46   47   48   49

Yazı
(St. 3.1.1) 
Şagirdlərə tapşırılır ki, “Təbiəti necə mühafizə edək” mövzu -
sunda təqdimat hazırlasınlar (7-ci tapşırıq). Bu tapşırıq tədqiqat tələb etdiyi
üçün ev tapşırığı kimi verilməsi nəzərdə tutulur. Təqdimatın əya ni-elektron
va sitələrlə müşayiət olunması məsləhət görülür. 
Dil qaydaları
(St. 4.1.1) 
8-ci tapşırıq qrammatik qaydaya keçid xarakteri daşıyır.
Şagirdlər mətndə göy rəng lə verilmiş cümlələri təhlil edir və verilmiş punktlar
üzrə uyğunlaşdırırlar. Məlum olur ki,  yalnız baş üzvlərdən və həm baş, həm
də ikincidərəcəli üzvlərdən ibarət olan cümlələr var.
Qrammatik qayda şagirdlərə  təqdim edilir. Sonra 9-cu tapşırıq yerinə ye-
tirilir. Bu tapşırıq əldə olunmuş biliklərin möhkəmləndirilməsinə yönəlmişdir.
Belə ki, şagirdlərdən cümlələri təhlil etməklə müxtəsər və ya geniş olduğunu
müəyyənləşdirmək tələb edilir. 
10-cu tapşırıqda verilmiş sözlərdən istifadə etməklə cümlələri genişlən di -
rən şa girdlər müəyyənləşdirirlər ki, geniş cümlələr daha çox informasiya
daşıyır. 
11-ci tapşırıqda şagirdlərə istifadə etmək üçün sözlər verilmədən cümlələri
genişləndirmək tapşırılır. Bu tapşırıq şagirdlərin həm qrammatik, həm də
məna ba 
xı mından düzgün cümlə qurmaq bacarığını inkişaf etdirməyə
yönəlmişdir.  
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
141
TƏBİƏT


Dərs 32. ZƏLZƏLƏLƏR (3 saat)
Motivasiya
BİBÖ cədvəli qurulur.
Söz ehtiyatı
(St. 2.1.1) 
2-ci tapşırıq. Mətn oxunmazdan əvvəl lüğət üzərində iş aparılır.
Mətn elmi üslubda yazıldığından bəzi terminlərin mənasını oxudan əvvəl
müəyyən ləşdirmək tövsiyə olunur. Mətndə şagirdlər üçün anlaşılmayan başqa
sözlər olarsa, lüğət üzərində iş oxu ilə paralel şəkildə aparıla bilər. 
3-cü tapşırıqda verilmiş sözlərin etimologiyasının müəyyənləş dirilməsi isə
oxu fəaliyyətindən sonra həyata keçirilir. 
Müəllimin nəzərinə!
Tapşırıqda verilmiş “seysmik”, “seysmologiya”, “seysmoqraf” sözlərinin
ilk baxışda eyni mənşəli olduğu anlaşılır. Lüğətlərdə “seysmos”
sözünün yunan dilində “zəlzələ, titrəmə” mənasını verdiyi bildirilir.
Şagirdlər müxtəlif fən lərdən əldə etdikləri biliklərə əsasən artıq bilirlər
ki, “loqos” – “elm”, “qrafo” – “yazıram” deməkdir. Deməli, “seysmo lo -
gi ya”– “zəlzələni öyrə nən elm”, “seysmoqraf” – “zəlzələni qeydə alan”
deməkdir. “Seysmik” isə nitq hissəsi kimi sifətdir və “zəlzələyə səbəb
Standartlar
Təlim nəticələri
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir.
Alınma söz və terminlərin  müasir mə -
nası ilə etimoloji mənası arasındakı
əlaqəni şərh edir.
2.2.2. Mətnin hissələri arasında əla -
qəni şərh edir.
Mətndəki məlumatları ümumiləşdir mək -
lə bitkin hissələrə bölür və onlar ara -
sındakı əlaqəni müəyyənləşdirir.
2.2.1. Söz sırasını, cümlələr və ab -
zaslar arasında əlaqəni gözləməklə
mətni oxuyur.
Verilmiş parçaları mətnin müvafiq his -
sələrinə əla və etməklə mətni oxuyur.
3.1.1. Mövzuya uyğun müxtəliftipli
(nəqli, təsviri, mühakimə) mətnlər
yazır.
Mətndən çıxardığı elmi nəticələr əsa -
sın da mühakimə xarakterli yazı yazır.
4.1.1. Sadə cümlənin növlərini fərq lən -
dirir.
Baş üzvlərin iştirakına görə sadə cüm -
lənin növlərini fərqləndirir.
ZƏLZƏLƏ HAQQINDA NƏ BİLİRİK?
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
142
VI 
BÖLMƏ


olan” mə nasını verir. Şagirdlər “ik” sonluğunun iştirak etdiyi sözlərlə
(kosmik, metodik və s.) müqayisə edərək bu qənaətə gələ bilərlər.
Oxu
(St. 2.2.2) 
Mətn İnsert üsulu ilə oxunur.
Mətn səssiz oxu ilə oxunur. Şagirdlərə tapşırılır ki, mətndən əldə etdikləri
elmi məlumatları seçib yazsınlar (9-cu tapşırıq). Qeyd etmək lazımdır ki, bu
nəticələr əsasında mətn hazırlanacaqdır.
Elmi məlumatlar:
1. Müxtəlif təbii fəlakətlər vardır.
2. Zəlzələ zamanı Yerin səthi fasiləsiz olaraq seysmik təkanlara məruz qalır.
3. Hər 5 dəqiqədən bir təkan baş verir.
4. Yeraltı təkanların gücünü ölçmək üçün Rixter şkalası mövcuddur. 
5. Bu cihaz ABŞ alimi Ç.Rixter tərəfindən yaradılmışdır. 
6. Cihazın iş prinsipinə görə, hər bal növbəti baldan 10, sonrakından 100
dəfə daha az gücə malikdir.
7. Cihazın işləmə prinsipi seysmoqrafların Yer titrəyişlərini böyük dəqiqliklə
ölçməyə kömək edir.
8. Zəlzələlər mənşəyinə görə müxtəlif olur.
9. Hər zəlzələ tipinin öz xüsusiyyəti vardır.
10. Zəlzələnin episentri və hiposentri vardır.
11. Zəlzələnin baş verməsinin müxtəlif səbəbləri vardır.
12. Zəlzələnin proqnozlaşdırılması sahəsində seysmoloqlar böyük nəticə -
lər əldə edə bilməmişlər. 
1-ci mətndaxili sual. Bu cür elmi mətnlər, adətən, şagirdlərdə əlavə suallar
doğurur. Hətta cavabları tapılmasa belə, bu sualların səsləndirilməsi və onlar
ətrafında fikir yürüdülməsi vacibdir. Oxunmuş hissə ilə bağlı suallar aşağı da -
kılar ola bilər: – Hiposentrdəki enerji nəyin hesabına yaranır? Onların boşal -
ma sı nə vaxt və nə üçün baş verir? Nə zaman zəlzələ bir güclü təkandan
iba rət olur, hansı hallarda kiçik təkanlara parçalanır?
İş mətnin hissələrini adlandırmaqla davam etdirilir (5-ci tapşırıq). Mətn ul-
duzlarla  4 bitkin hissəyə bölünmüşdür. Şagirdlər həmin hissələrin məzmunu -
na uyğun başlıq müəyyənləşdirməlidirlər. Bu, şagirdlərdə ümumiləşdirmə
bacarığını inkişaf etdirir.
I hissə: “Zəlzələ nədir?”
II hissə: “Zəlzələni ölçən cihazlar”
III hissə: “Zəlzələnin növləri”
IV hissə: “Zəlzələnin səbəbləri” 
Bu məlumat tanışdır. Bu məlumat yenidir.
Əvvəl bildiklərimlə
ziddiyyət təşkil edir.
Bu hissə aydın
olmadı.
143
TƏBİƏT


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə