N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə49/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   41   42   43   44   45   46   47   48   49

11-ci tapşırığın tələbinə əsasən, dəftərdə cədvəl çəkilir, cümlələr qruplaş -
dı rılır. Tapşırıq şagirdlərdə sadə cümlənin müxtəlif növlərini seçmə bacarığı
ilə yanaşı, tənqidi təfəkkürünü də inkişaf etdirir.  
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 34. ZƏFƏRAN QIZILDAN QİYMƏTLİDİR?  (2 saat)
Motivasiya
Zəfəran gülünün şəkli göstərilir. Onun adı soruşulur.
BİBÖ cədvəli qurulur.
Oxu
(St. 2.2.3)
Mətn səsli oxu ilə oxunur. Müəllim uyğun olan hissədə oxunu
dayandırır və həmin hissə ilə bağlı suallar verir. Nümunə üçün suallar təqdim
edilir:
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqə lən di -
rir.
Oxuduqlarından və gördüklərindən çı -
xış edərək mətndəki məlumatları təs -
diq və ya təkzib edir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir.
Kontekstdən çıxış edərək sözün sinoni-
mini tapmaqla mənasını anladığını nü -
ma yiş etdirir.
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsas -
landırır. 
Dinlədiyi mətndəki məlumatları öz
bilikləri ilə müqayisə edərək məntiqi
nəticələr çıxarır.
3.1.1. Mövzuya uyğun müxtəliftipli
(nəq li, təsviri, mühakimə) mətnlər ya -
zır.
Oxuduğu və dinlədiyi mətndən əldə et-
diyi informasiyadan istifadə etməklə
təsviri xarakterli mətn yazır.
4.1.1. Sadə cümlənin növlərini fərq -
ləndirir.
Xəbər əsasında formalaşan cümlələri
müəyyən edir.
ZƏFƏRAN HAQQINDA NƏ BİLİRİK?
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
151
TƏBİƏT


Mətnin adı oxunur. Sual:
– Sizcə, bu, həqiqətən, belədir? Fikrinizi əsaslandırın. 
Şagirdlər müxtəlif fərziyyələr irəli sürə bilərlər. Bu zaman onların fikrini
istiqamətləndirmək deyil, sərbəst şəkildə fikir yürütmələrinə şərait yaratmaq
tövsiyə olunur. 
Daha sonra mətnin oxusu başlanır. Birinci mətndaxili suala qədər oxunur
və bir qədər əvvəl deyilmiş fərziyyələrin hansının doğru, hansının yanlış
olduğu müəyyənləşir.
Müəllimin nəzərinə!
Qızıldan bahalı başqa daşlar və metallar olsa da, dildə “qızıl” çox
zaman “ən bahalı, ən qiymətli, ən dəyərli, ən yaxşı” mənasında işlədilir;
məsələn: “qızıl kimi insan”, “qızıl kimi sözlər” və s. Bu mənada “qızıl”
sözü məcaziləşib. Zəfəranın da qızıldan qiymətli hesab edilməsi onun
çox dəyərli bitki olmasına işarədir. 
1-ci mətndaxili sual cavablandırılır (“Zəfəran” mahnısı dinlənildikdən sonra
bu sualın cavabı ilə müqayisə aparılacaqdır).
Mətnin oxusu davam etdirilir. 1-ci mətndaxili sualdan sonrakı birinci abzas
oxunur. Sual:
– Sizcə, nə üçün zəfəranı qızıldan qiymətli hesab edirlər? Oxuduqlarınız
əsasında suala cavab verin.
(Zəfəranın yetişdirilməsi, toplanması böyük zəhmət tələb edir. Qulluq se -
vən bitkidir, yetişdirilməsi üçün xüsusi münbit şərait olmalıdır, bir çox xəs tə -
liklərin dərmanıdır və s.).
4-cü tapşırıqda verilmiş cümləni mətnin uyğun gələn hissəsinə əlavə etmək
tələb olunur. 
Müəllimin nəzərinə!
Verilmiş cümlə 2-ci boşluğa əlavə edilməlidir. Belə ki, xronoloji ba xım -
dan Makedoniyalı İsgəndər haqqında verilən məlumatdan sonra
yazılması məzmun və ardıcıllıq baxımından uyğun gəlir.  
Söz ehtiyatı
(St. 2.1.1) 
“Mərəz” (xəstəlik) və “sivilizasiya” (ümumbəşəri mədəniyyət)
sözləri kontekstə görə izah olunur (2-ci tapşırıq).
Dinləmə 
(Fənlərarası əlaqə: musiqi)
(St. 1.1.2) 
“Zəfəran” mahnısı şagirdlərə dinlədilir. Zəfəranın şəkli və
mətndən əldə edilmiş informasiya əsasında mahnıda zəfəran haqqında hansı
məlumatların yeni, hansıların  təkrar olduğu müəyyənləşdirilir.
ZƏFƏRAN
Musiqisi: Oqtay Rəcəbovun, 
Sözləri: Nüsrət Kəsəmənlinindir.
152
VI 
BÖLMƏ


Süfrələrin bəzəyi, 
Şəfəqdəndir ləçəyi.
Çöllərin zərif qızı,
Güllərin dan ulduzu. 
Açılan süfrələrdə yerin görünür hər an,
Zəfəran, ay zəfəran!
Günəşin gülə dönmüş,
Atəşisən, odusan.
Paxlavanın, halvanın,
Naxışısan, dadısan. 
Ləzzətisən xörəyin, ətirisən çörəyin,
Zəfəran, ay zəfəran!
Ətrində bahar yanar,
Aş üstündə yerin var.
Qız-gəlinin əlində,
Tamın bir az da artar. 
Səni harada itirsəm, toy evində taparam,
Zəfəran, ay zəfəran!
1-ci mətndaxili sualın cavablarına əlavə kimi mahnıda məlumat verilir ki,
zəfəran halvaya, aşa, paxlavaya qatılır. 
Müəllimin nəzərinə!
Mahnıda zəfəranın rəngi şəfəqlə müqayisə edilir, gülü “Güllərin dan
ulduzu” adlandırılır. Bu bənzətmənin nə ilə əlaqədar olduğunu şa gird -
lərdən soruşmaq, sözlərin məcazi mənada işləndiyini diqqətə çat -
dırmaq lazımdır. Belə ki, zəfəranın qırmızı rəngdə olması şəfəqin
rənginə bənzədilir, ömrünün qısalığı isə dan ulduzu ilə müqayisə edilir.
Dan ulduzu erkəndən çıxıb tez də yox olduğu kimi, zəfəran da azömür-
lüdür. Zəfəran kütləvi şəkildə ildə 10-15 gün ərzində çiçəkləyir, hər
çiçəyin ömrü 2-3 gün olur.
Yazı
(St. 3.1.1) 
Şagirdlərə tapşırılır ki, zəfəran haqqında təsviri xarakterli mətn
yazsınlar. Zəfəranın şəkli lövhədən asılır (dərslikdə də vardır). Şagirdlər şəklə
baxır və mət ndən aldıqları informasiyadan istifadə etməklə zəfəran haqqında
təs viri xarakterli mətn yazırlar. Şagirdlərin yazdığı mətn aşağıdakı mətnlə
müqayisə oluna bilər:
“Zəfəran qiymətli bitkidir. Gözəl, zərif görünüşü vardır. Ləçəkləri bənövşəyi
rəngdədir. Çox hündür olma yan bu bitkinin gülünün ən qiymətli hissəsi ucu 3
hissəyə haçalanmış di şi ciyidir. Təbabətdə və kulinariyada istifadə olunur. 
153
TƏBİƏT


Qədim zamanlardan dünyanın bir neçə ölkəsində yetişdirilən bu qiymətli
bitki onlarla dər din dərmanıdır. Psixi pozğunluqlardan tutmuş ürək xəstəlik lə -
rinə qədər bir çox mərəzlərin müalicəsində zəfərandan istifadə olunur. Eyni
zamanda zə fə ran çayı çox faydalıdır. Əvvəl bu çaydan daha çox istifadə edir -
dilər. 1 qram zə fəran 100 litr suya rəng verir. Bu çay insanın sağ lamlığını möh -
kəmlədir, əhvali-ruhiyyəsini yaxşılaşdırır”. 
Dil qaydaları
(St. 4.1.1) 
6-cı tapşırıq dil qaydalarına keçid xarakteri daşıyır. Mətndə göy
rənglə verilmiş cümlələri təhlil edəndə müəyyən olunur ki, bu cümlələrdə
yalnız xəbər iştirak edir, mübtəda isə yoxdur və təsəvvür də olunmur. 
Qrammatik qayda mənimsədilir. 
7-8-ci tapşırıqlar keçilmiş mövzunu möhkəmlətmək məqsədi daşıyır. 
9-10-cu tapşırıqların məqsədi xəbər əsasında formalaşmış cümlələrin adı
çə kilmə dən növlərinin izah olunmasına xidmət edir. 
Müəllimin nəzərinə!
Əvvəllər məktəb qrammatikasında xəbər əsasında formalaşmış cüm -
lələrin bütün növləri keçilir və hər növün tədrisi üçün ayrıca saat müəy -
yənləşdirilirdi. Müasir yanaşmada şagirdə praktik cəhətdən lazım olan
biliklərin verilməsi üstünlük təşkil etdiyi üçün xəbər əsasında for ma -
laşmış cümlələri növlərə ayırmaq, hər növün ayrıca xüsusiyyətlərini
vermək və şagirdi çoxlu miqdarda dilçilik terminləri ilə “yükləmək”
məsədəuyğun hesab edilmir. Əsas məsələ şagirdlərin fikir söyləyərkən
bu tip cümlələrdən düzgün istifadə edə bilmələridir. 
11-12-ci tapşırıqlarda xəbər əsasında formalaşan cümlələrin müxtəsər və
ya geniş olduğu şa girdlərin diqqətinə çatdırılır. Belə ki, şagirdlərə izah etmək
lazımdır ki, mübtəda və ya xəbər əsasında formalaşan cümlələrdə qrammatik
əsas, iştirak edən baş üzv hesab edilir. Cüm  lədə ikincidərəcəli üzvlərin iştirakı
ilə bu tip cümlələrin müxtəsər və ya geniş olması müəyyənləşir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
154
VI 
BÖLMƏ


Dərs 35. DAĞ YOLU. YOLLAR (3 saat)
Motivasiya
Söz assosiasiyası. Sual: – “Yol” sözü sizdə nə ilə assosiasiya olunur.
Şagirdlər assosiasiyalarını söyləyirlər. Tövsiyə olunur ki, “yol” sözünün rəmzi
mənaları şagirdlərdən alınsın (“ömür yolu, ”həyat yolu”, “elm yolu” və s.). “Yol”
sözünün “üsul”, “vasitə” kimi mənaları da xatırlana bilər.
Oxu
(St. 2.1.2, 2.2.3) 
Şeir oxunur. Oxunduqca şeirdəki məcazi mənalı söz və
ifadələrin mənası açılır. 
Müəllimin nəzərinə!
“Dağ yolu” sərbəst şeirdir. Şeiri oxuyarkən şagirdlərə izah etmək lazım -
dır ki, şeirin mənasını düzgün anlamaq və dinləyənlərə düzgün çat dır -
maq üçün intonasiyanı düzgün seçmək lazımdır. Bu şeirin bölgüsü 3
hecalıdır. 
Mətndə məcazi mənalı söz və ifadələr çoxdur: “Buludlar asılıb qayadan...”,
“Əyilib bükülür, yoxuşa dırmanır dağ yolu. Enişə tökülür”, “Gah ilansayağı
dikəlir, boylanır dağ yolu “, “ Döngədə elə bil ləngiyir”, “... düşür dumana ...,
dumandan çıxanda elə bil yuxudan oyanır...”, “... buludlar, qayalar dayanıb
qolboyun”, “Yolların sinəsi təkərlə daranıb”, “İpək bir qurşaqla bağlayıb
yaylağı, aranı”, “İnsanlar günlərə bağlayır günləri ...”, “...maşınlar “dəmir diş”
kimi gəmirir layları”, “İnsanlar dağlara gör nələr gətirir, İnsansız bu yerlər bir
kədər gətirir” (1-ci tapşırıq).
“Yollar” şeiri də oxunur. Bu şeirdə də məcazi mənalı söz və ifadələr çoxdur:
“Ayaqla torpağın öpüşməsindən”, “Yollar ömür sürür ayaqlar altda”, “Gəlimli-
gedimli yol nəsillərin ölməz abidəsi, əmanətidir” və s. 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqə lən di -
rir.
Eyni mövzuda olan mətnlərdəki nü mu -
nələri əlaqələndirir və real həyatla mü -
qayisə edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və
ifadələrin mənasını nümunələrlə şərh
edir. 
Kontekstdən çıxış edərək sözün həqiqi,
yoxsa məcazi mənada işləndiyini müəy -
yənləşdirir.
3.1.1. Mövzuya uyğun müxtəliftipli
(nəqli, təsviri, mühakimə) mətnlər
yazır.
Nəzmlə yazılmış mətni nəsrə çevirərək
müxtəliftipli (təsviri, mühakimə) mətn -
lər yazır.
4.1.1. Sadə cümlənin növlərini fərq -
ləndirir.
Adlıq cümlələri fərqləndirir.
155
TƏBİƏT


Müəllimin nəzərinə!
Müəllim izah edə bilər ki,  ümumiyyətlə, xalq arasında “ot basmış yol”
ifadəsi gediş-gəlişin olmaması, ayrılıq rəmzi kimi qəbul edilir. Dahi rus
şairi A.S.Puşkin ölümündən bir il öncə yazdığı şeirdə belə bir fikir əks
et dirmişdir: “Mən şeirimlə özümə elə bir abidə ucaltmışam ki, ona ge -
dən xalq yolunu heç bir vaxt ot basmayacaq”.
Dağıstan şairi Rəsul Həmzətovun “Əziz dostum” şeirinin tərcüməsində
belə misralar vardır:
“Əziz dostum məndən küsüb incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi,
O gedib, qalmışam həsrətində mən” (tərcümə: Tofiq Bayramındır).
“Yollar” şeirinin misralarında əks olunan fikirlər ətrafında müzakirə aparılır.
Hər iki şeir mətnin tipi baxımından müqayisə olunur. “Dağ yolu” təsviri, “Yollar”
şeiri mühakimə xarakterli mətndir. Şeirlər üzərində hər iki mətnin tipinə uyğun
xüsusiyyətlər müəyyənləşdirilir (2-ci tapşırıq).
Sinkveyn üsulu ilə mətn üzərində iş yekunlaşır:
“Dağ yolu” şeiri
“Yollar” şeiri 
Yazı
(St. 3.1.1) 
Şagirdlərə tapşırılır ki, hər iki şeiri nəsrə çevirsinlər. Təqribən
belə mətnlər alınmalıdır (mətnlər nümunə xarakteri daşıyır):
Dağ yolu
Dağların arasından yol keçir. Bu yol gah əyilir, gah burulur, gah yuxarı –
yoxuşa qalxır, gah da aşağı – enişə düşür. Çox hündürə qalxıb dumandan
keçəndə təhlükəli olur. Bir tərəfi sıldırım, bir tərəfi uçurum, dağla aranı bağlayır
bir-birinə. Maşınlar bu yolla hərəkət edir. Bu yollarda insan ömrü keçir. İnsan-
lar əlçatmaz yerlərə yollar çəkirlər. Bu yollar dağlara həyat gətirir.
156
VI 
BÖLMƏ


Yollar
Torpağı yola çevirən insandır. Torpaq üzərində get-gəl olduqca yollar tap -
danır və beləcə, ömür sürür. Gediş-gəlişi olan yol nəsillər arasında körpüdür.
İnsan həyatda tapdanmamalıdır, yollar isə yol olmaq üçün ayaq altında ol ma -
lıdır. Tapdanan insan, özünü tapdanmağa icazə verən insan heç nəyə nail
ola bilməz. Bu, insan üçün alçaqlıqdır. İnsan yaşamaq üçün tap dan ma malıdır.
Yolun yaşaması üçün isə tapdanması gərəkdir. 
Dil qaydaları
(St. 4.1.1) 
4-cü tapşırıq dil qaydalarına keçid xarakteri daşıyır. Mətndə göy
rənglə verilmiş cümlə həmcins mübtədalı adlıq cümlədir. Şagirdlərin diqqətinə
çatdır maq lazımdır ki, elə sadə cümlələr var ki, mübtəda əsasında formalaşır.
Adlıq cümlələr çox geniş yayılmış cümlə növü olma dığından şagirdlərə tanış
olmaya bilər. Qrammatik qayda mənimsədilir.
Müəllimin nəzərinə!
Şagirdlərə demək lazımdır ki, adlıq cümlələr hər hansı  bir hadisəni
ad landırmaq məqsədi daşıyır.  Adətən, remarkalarda, şeirlərdə və ya
şəxs, əşya, hadisə və proseslərin sadəcə adının çəkilməsi lazım olan
hallarda işlədilir. 
5-ci tapşırıqda adlıq cümlələri seçmək tapşırılmışdır. Bu tapşırıq keçilmiş
qaydanı möhkəmləndirmək məqsədi daşıyır. 
6-cı tapşırıqda adlıq cümlənin müxtəsər və ya geniş olduğunu müəy yən -
ləşdirmək tələb edilir. Xəbər əsasında formalaşan cümlələrdə olduğu kimi,
ad lıq cümlələr də müxtəsər və geniş olur. Adlıq cümlələr, adətən, təyinin he -
sabına genişlənir.
7-cı tapşırıqda adlıq cümlələrdə mübtədanın ifadə vasitəsini göstərmək
tələb edilir.  
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 36. Ümumiləşdirici təkrar (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə ba ca -
rıq ların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə
təqdim olunmuşdur. Sinfin səviyyəsinə uyğun olaraq müəllim başqa tapşırıqlar
da verə bilər. Yazı bacarıqlarının yoxlanılması üçün aşağıdakı mövzuda esse
yazdırmaq tövsiyə olunur: 
“Təbii fəlakətin qarşısını ala bilmiriksə, heç ol-
masa, onlara hazır olaq”. 
157
TƏBİƏT


VI BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
ARILAR NİYƏ VIZILDAYIR
Ümumi təsəvvürlərə görə, arılar müdafiə məqsədi ilə, potensial düşməni qor -
xu dub, ya bezdirib qovmaq üçün vızıldayırlar. “Arı kimi qulağımın dibində vızıl -
dama” ifadəsi elə-belə yaranmayıb.

Əvvəllər alimlər güman edirdilər ki, bu səs arının gövdəsində yerləşən çox -
saylı nəfəs dəliklərindən çıxır. Hətta həmin dəlikləri nəfəsli musiqi aləti ilə mü qa -
yi s ə edirdilər. Amma yeni araşdırmaların nəticələrinə istinad edən bioloqlar
bil dirirlər ki, vızıltının əsas mənbəyi arıların qanadlarıdır. Həyəcanlanmış arı bir
saniyədə 450 dəfəyədək qanad çalır. Müqayisə üçün deyək ki, təyyarənin pro-
pelleri saniyədə 30 dəfə fırlanır.
c
Arının vızıltısından onun nə qədər nektar topladığını bilmək olur. Təhlükə
hiss etdikdə vızıltı güclənir: arılar ailə üzvlərini xəbərdar edir. Təhlükə sovuşduqda
dalğavarı vızıltı eşidilir. Yəni səs bir neçə dəfə qalxıb-enir. Bununla gözətçi arı
pətəkdəkilərə sanki “sakit ol” komandası verir. 
c
O çox nadir həşəratlardandır ki, hətta uçmadan, oturduğu yerdə də
vızıldaya bilir. 
c
Ana arının səs diapazonu çox genişdir. Özəkdən çıxan kimi o, ciyiltiyə oxşar
səs çıxarır. Hələ də özəkdə yatan bacıları ona, bir növ, “qığıldamaqla” cavab
verirlər və bununla da özlərinə ölüm hökmü kəsirlər. Ana arı bacılarının yerini bilib
bir-bir onları sancır, ya da başlarını qoparır. Ailədə bir başçı olar!
c
Onlar balaca pəncələri ilə “eşidirlər”. Pəncələr “səs mesajlarının” yaratdığı
müxtəlif intensivliyə malik dalğaları tutur. Son araşdırmalara görə, arılar bəzən
bığlarından da qulaq kimi istifadə edirlər.
1. “Potensial” sözünün mətndəki mənasını müəyyənləşdirin:
Müəyyən məqsəd, iş üçün lazım olan şərt və vasitələrin məcmusu 
c
Realizə olunmamış enerji, güc, qüvvə, ağıl      
c
Üzə çıxa bilən, mümkün ola bilən, gizli şəkildə qalan 
c
2. Mətnin məzmunundan çıxış edərək izahı səhv verilmiş sözü müəyyənləşdirin.
A) nektar – bitki çiçəklərinin ifraz etdikləri şəkərli şirə
B) diapazon – bir şeyin (dalğa, təsir və s.) yayım dairəsi 
C) intensivlik – səmərəlilik, məhsuldarlıq
D) propeller – təyyarəni hərəkətə gətirən hava vinti; pər
3. Cümlələri uyğun abzasların əvvəlinə artırın.
1. Arı bir çox xüsusiyyətlərinə görə digər uçan həşəratlardan fərqlənir.
2. Arıların qulaqları yoxdur.
3. Arı ailəsi üzvlərinin səsləri müxtəlif olur.
4. Arı vızıltısının nədən yaranması ən çox mübahisə doğuran məsələlərdəndir. 
5. Müəyyən edilib ki, arılar vızıldamaqla bir-birinə informasiya ötürür.
158
VI 
BÖLMƏ


4. Doğru,  yoxsa yanlış:
D     Y
• Arılar dalğavarı vızıltı ilə təhlükə haqqında xəbər verir
c
c
• Həşəratların əksəriyyəti yalnız uçarkən vızıldayır                      
c   c
• Arıların əsas eşitmə orqanı bığlarıdır                                               
c c
• Arı vızıltısının əsas mənbəyi qanadlarıdır   
c c
• Arının qanadçalma sürəti təyyarə propellerinin fırlanma      
sürətindən təxminən 15 dəfə çoxdur                    
c c
6. Cümlələri genişləndirib yazın. Növünü müəyyən edin.
1. Səngərlər. Təlaş. Ölənlər və yaralananlar.
2. Gecədir.
3. Səlim ağanın dişi bağırsağını kəsirdi. (M.İbrahimov)
4. Soyuqlar düşmüşdü.
5. Hava pis idi.
7. Müəyyən şəxsli cümlələri göstərin.
1. Namərdin qabağından qaçsan, elə bilər, qorxaqsan. (M.İbrahimov)
2. İnstitutu çoxdan bitirmisən, qızım.
3. Oyaq olasan, günəşin necə çıxdığına tamaşa edəsən. (M.Cəlal)
4. Bacımsan. Hələ gəncsən. Bu dünyanın o biri üzünə bələd deyilsən.
5. Sözünü, sirrini hər adama demə.
8. Cümlələrdən birində mübtədanın işlədilməsi mümkün deyil.
A. Səfiqulu ağanın ağlı başına gəlmişdi. (M.İbrahimov)
B. Şagirdləri yeni imtahan materialları ilə tanış etdilər.
C. Nə qədər arsız olasan ki, zəifi incidələr, durub baxasan. (M.İbrahimov)
D. Sən boyda adamı necə vəzifədən çıxara bilərlər?!
9. Cümlələri aşağıdakı kimi qruplaşdırıb yazın.
• Müəyyən şəxsli cümlələr:
• Baş üzvlərdən yalnız birinin iştirakı ilə formalaşan cümlələr:
1. Qədim Azərbaycan. Uca və sənətkarlıqla işlənmiş bir qala. (S.Vurğun)
3. Hələ də ətrafımda nələr baş verdiyini anlamırdım.
4. Bacı, gərək gələcəyə ümidlə baxasan.
5. Yaxşı igidin adını eşit, üzünü görmə.
6. Tələsik addımlarla xeyli getdik.
7. İndi öz arzularına çatmışdır.
10. Adlıq cümlələrdən istifadə etməklə şəkil üzrə mətn yazın. 
159
TƏBİƏT


Rafiq İsmayılov
Aynur Rüstəmova
Dilrüba Cəfərova
Hidayət Allahverdi
Sahibə Məmmədova
AZƏRBAYCAN DİLİ – 8
Müəllim üçün metodik vəsait 
Bakı, “Altun kitab”, 2016
Няшриййатын цнваны:
АЗ1130, Бакы, Я.Нахчывани кцчяси, 15
А
Телефон: (+99412) 562 69 86; 562 69 88
www.altunkitab.az
Каьыз форматы 70х100
1
/
16
.
Офсет чапы. Офсет каьызы. Физики чап вяряги 10.


8
8
M
LL M 
N METOD K V SA T
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT

Document Outline

  • girish_mmv
  • az8_bolme1mmv
  • az8_bolme2mmv
  • az8_bolme3mmv
  • az8_bolme4mmv
  • az8_bolme5mmv
  • az8_bolme6mmv

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə