N metod k V sa t


Dərs 28. BUYNUZLU ANA MARAL (3 saat)



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

Dərs 28. BUYNUZLU ANA MARAL (3 saat)
 
Motivasiya
Şaxələndirmə üsulundan istifadə edilir.
Şagirdlər qədim (hunlar, göytürklər, oğuz, səlcuq) və müasir (türkmən,
özbək, qazax, qırğız, qaqauz, tatar, başqırd və b.) türk tayfa və xalqlarının
adlarını çəkir, xəritədə onların yaşadığı əraziləri göstərirlər.  
Mətnin adı səsləndirilir, müəllifi haqqında qısa məlumat verilir (onun qırğız
yazıçısı olduğu vurğulanır və əsərləri haqqında suallar verilir). Əsərdə söh -
bə tin nədən gedə biləcəyi barədə şagirdlərin ehtimalları soruşulur.
Standartlar
Təlim nəticələri
2.2.1. Söz sırasını, cümlələr və abzas -
lar arasında əlaqəni gözləməklə mət ni
oxuyur.
Verilmiş parçaları mətnin müvafiq his -
sələrinə əla və etməklə mətni oxuyur.
2.1.1. Tanış olmadığı söz və ifadə -
lərin mənasını müvafiq qarşı 
lığını
tap maqla  şərh edir.
Mürəkkəb sözlə ifadə olunan adların
tərkibindəki sözlərin müasir qarşılığını
tapmaqla etimologiyasını müəyyən edir.
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqələndirir. 
Öz dünyagörüşünə, fikir və düşün cə lə -
rinə istinadən mətndəki fakt və ha di -
sələri şərh edir.  
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsas -
landırır. 
Dinlədiyi mətndən çıxan nəticəni öz
düşüncələri ilə əlaqələndirərək doğru -
lu ğunu əsaslandırır. 
1.2.4. Müzakirələrdə deyilmiş müx -
tə lif mövqeli fikirləri ümumiləşdirir.
Oxuduğu və dinlədiyi mətnlərdəki zid -
diy yətli fikirləri müəyyənləşdirərək mü -
na sibət bildirir.
4.1.1. Sadə cümlənin növlərini fərq -
ləndirir.
Üzvlənməyən cümləni fərqləndirir.
Türk xalqları
128

BÖLMƏ


Oxu 
(St. 2.2.1)
Mətn səssiz oxunur. Sinif dörd qrupa bölünür. Hər qrup onlara
verilmiş parçanı mətnin uyğun gələn hissəsinə əlavə edir. Onlara təklif olunur
ki, əlavə edilmiş parçanın mətnə hansı çalar gətirdiyi barədə fikir yürütsünlər.
I qrup. Uşaqlar ayaq altdan qalxan toz-dumanı görüb onun ardınca
düşdülər; qəddar düşmənin ardınca uşaqlar ağlaya-ağlaya, çığıra-çığıra
qaçırdılar. Yalnız uşaq lar belə edə bilərlər. Qatillərdən qaçmaq əvəzinə, onlar
düşmənə çatmağa cəhd edirdilər. 
Bu parçanı mətndəki “Yetim qalan zavallılar başqa bir tayfaya sığınmaq
üçün yola düzəldilər” cümləsindən sonra artırmaq olar (uşaq məsumluğu,
saflığı və sadəlövhlüyü).
II qrup. Çığırdılar, bağırdılar. Mübahisə etməyə başladılar: düşmən ailə -
sindən sağ qalmış bu uşaqları elə bu saat öldürməli, yoxsa xanın yanına apar -
malı? Onlar höcətləşməkdə olsun, rəhmdil bir qadın uşaqların hərəsinə bir
parça at əti bo 
zartması ötürdü. Onları dartıb xanın hüzuruna aparmaq
istəyirdilər, uşaqlar isə yeməkdən əl çəkə bilmirdilər. 
Bu parçanı mətnin yuxarıdan aşağı 6-cı abzasın 2-ci cümləsindən sonra
artırmaq olar (aman gətirənə qarşı amansızlıq göstə rənlərin də içərisində
insaflı adamların ola bilməsi ehtimalı).
III qrup. – Eh, Ana maral, danışma, sən onları tanımırsan! – Axsaq qarı
başını buladı. – Nəinki meşə heyvanlarını, onlar bir-birini öldürməkdən də
çəkinmirlər.
Bu parçanı dərsliyin 125-ci səhifəsində Ana maralla axsaq qarının dialo-
qunda qarının 2-ci rep li ka sına əlavə etmək mümkündür (insan xarakterinin
mürəkkəbliyi, qəddarlığı).
IV qrup. Onlara aman verilmirdi. Marallar əlçatmaz qayalıqlara qaçırdılar,
orada da onları tapırdılar. Ov itlərini sürü ilə meşəyə salırdılar ki, maralları qo -
vub bərəyə çıxarsınlar, birini də keçirmədən vursunlar. 
Bu parça dərsliyin 126-cı səhifəsindəki “Dağlar maralsız qaldı” cümlə sin -
dən əvvələ əlavə oluna bilər (keçmişə, mənəvi dəyərlərə qarşı amansızlıq).
Əlavələr və şərh prosesində mətndaxili tapşırıqlar da yerinə yetirilir.
(St. 2.1.1)
1-ci mətndaxili tapşırıq şagirdlərdən müəyyən dil duyumu və
araşdırma bacarığı tələb edir. Şagirdlər cütlərlə işləyib bir-biri ilə məsləhət lə -
şə rək bu sözün etimoloji baxımdam mürəkkəb söz olduğunu, “ene” (ana) və
“say” (çay) sözlərinin birləşməsindən əmələ gəlib “ana (əsas) çay” mənası
verdiyini müəyyənləşdirə bilərlər. Doğrudan da, çoxlu miqdarda qolları olan
Yenisey qədim türklərin məskəni olan Sibirin ən iri çaylarından biridir.
(St. 2.2.3)
2-ci mətndaxili tapşırığın tələbi ilə qırğızların ilk yaşayış
məskənlərinin Sibirdə, Yenisey çayı sahillərində, indiki ərazinin (Qırğızıstan
129
DƏYƏRLƏR


Respublikası) İssık-kul ya xınlığında olduğu mətndəki uyğun faktlar əsasında
qeyd edilir. Həmin yer lə ri xəritədə də göstərmək olar.
3-cü və 4-cü tapşırıqlar mətndəki fikirlərin şərhini tələb edir. Var-dövlətin
xudpəsəndlik, xudpəsəndliyin isə ağılsızlıq yaratması pul olan yerdə gözəllik
və mərhəmətə yer olmaması fikirlərinə şagirdlərin mü na sibəti soruşulur.
5-ci və 6-cı tapşırıqlar yerinə yetirilir. Şagirdlərin fikirləri dinlənilir, tezis
şəklində lövhədə qeyd olunur. 
Dinləmə
(St. 1.1.2)
Müəllim bildirir ki, dərslikdən oxunmuş mətn Çingiz Aytmatovun
“Ağ gəmi” əsərindən bir parçadır. Dinləmə mətni də həmin əsərdən seçilib.
Bu mətn üzərində iş 5-6-cı tapşırıqlarla bağlı şagirdlərin fikirlərinin dəqiqləş -
di rilməsinə xidmət edir.
Dinləmə mətni
Oğlan əsgər paltarlı şoferə dedi:
– Mən maşınların da, şoferlərin də hamısını sevirəm. 
Əsgər maraqlandi:
– Nə üçün axı?
– Maşınlar yaxşı şeydir, güclüdür, tez gedir. Həm də onlardan yaxşı ben-
zin iyi gəlir. Şoferlərin isə hamısı cavandır, özü də Buynuzlu Ana maralın
öv lad larıdır.
– Nə? Nə dedin? – Əsgər başa düşmədi. – Bu Buynuzlu Ana kimdir?
– Məgər sən bilmirsən?
– Yox. Heç vaxt belə bir əfsanə eşitməmişəm.
– Sən kimsən?
– Mən Karaqandadanam, qazaxam. Şaxtaçılıq məktəbində oxumuşam.
– Yox, kimin oğlusan? 
– Atamın, anamın...
– Onlar kimin övladlarıdır?
– Onlar da atalarının, analarının.
– Bəs onlar?
– Bura bax, nə qədər sorğu-sual olar?
– Mən isə Buynuzlu Ana maralın övladlarının oğluyam.
– Bunu kim sənə deyib?
– Babam.
– Sən nəyisə çaşbaş salmısan. – Əsgər oğlan şübhəylə başını buladı.
Bu girdəbaş, pələqulaq, Buynuzlu Ana maralın oğlu onu maraqlandırdı.
Lakin əsgər əcdadlarını, yeddi arxa dönənlərini tanımadığından bir qədər
pərt oldu. О yalnız öz atasını, babasını, dədəsini tanıyırdı. Bəs qalanları?
Oğlan soruşdu:
– Məgər sənə yeddi arxa dönəninin adlarını yadda saxlamağı öyrət mə -
yiblər?
130

BÖLMƏ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə