N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

Daxili İşlər Şöbəsində post-patrul bölmə -
sinə qəbul olunur.
Erməni işğalçılarının vətənimizə basqını
zamanı Şikar Aslanov da silaha sarılaraq
döyüşə yollanır və ən ağır döyüşlərin işti -
rak çısı olur. 1992-ci ilin iyun ayında Xoca -
vənd rayonunun Sur kəndində o öz PDM-i
(piyadaların döyüş maşını) ilə düşmənin
neçə-neçə atəş nöq 
tə sini susdurur.
Döyüşlərdə göstərdiyi şücaətə görə Şikar
bir neçə dəfə ko 
man dirləri tərəfindən
fərqləndirilmişdir.
O, təkbaşına kəşfiyyata getməyə üstün-
lük verir, hər dəfə də dəqiq mə lumatla geri
dönürdü.
1992-ci il… İyul ayının 2-si… “Şayaq” əməliyyatı… Cəsur polis işçisi Şi -
kar Aslanovun şərəfli döyüş yolunun son səhifəsi…. Bu döyüşdə snay per
gül ləsi onu  başından ağır yaralayır. Şikar hospitala çatdırılsa da, onu
ölümün pəncəsindən xilas etmək mümkün olmur. Vətənin igid oğlu
gözlərini əbədi olaraq yumur...
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264
saylı fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra “Azər bay -
canın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir. Süleymanlı kənd orta
məktəbi onun adını daşıyır. Hazırda Cəbrayıl rayonunun bu kəndi işğal
altındadır.
Dinləmə  mətni ilə hekayədə eyni yer adlarına rast gələn şagirdlərə bu fakt -
dan istifadə etməklə mətnlər  arasında olan əlaqəni müəyyənləşdirmək
tapşırılır. Faktları dəqiqləşdirmək üçün şagirdlər suallar qurmalı olacaqlar.
Belə ki, Şayaq adı hər iki mətndə işlənir. Lakin hər iki mətndə fərqli yer
adlarının da adı çəkilir: Ziyarət dağı, Süleymanlı kən di, Cəbrayıl rayonu. Bu
adlar arasında hansı əlaqənin olduğunu müəyyən et məyə çalışan şagirdlərə
Qarabağın işğal altında olan yerləri haqqında mə lumat vermək olar. Ziyarət
dağı Cəbrayıl və Xocavənd  rayonları ərazisində yer ləşir, Kiçik Qafqaz sıra
dağlarına aiddir. Şayaq kəndi Xocavənd ra 
yonu, Süleymanlı kəndi isə
Cəbrayıl rayonu ərazisindədir.
Dil qaydaları
(St. 4.1.3.) 
6-cı tapşırığın icrası dil qaydalarına keçid yaradır. Mətndə
altından xətt çəkilmiş cümlə (“Sizi təbrik edirəm, leytenant, məncə, sizə daha
122

BÖLMƏ


ölüm yoxdur.”) sintaktik təhlil edilir. Sintaktik suala cavab verməyən sözlər
müəyyən edilir. Şagirdlər sintaktik təhlil zamanı cümlə üzvlərinə sintaktik sual
verməyi artıq bacarırlar. Bilirlər ki, sintaktik sual bir cümlə üzvündən əlaqədə
olduğu digər cümlə üzvünə verilir. Belə suala cavab verməyən söz və ya söz
birləşmələri (lazım, gərək, var, yox tipli xəbər vəzifəsində olan sözlər və sual
əvəzlikləri ilə ifadə olunan cümlə üzvlərindən başqa) cümlə üzvü ola bilmir.
Bu cümlədə də “leytenant” və “məncə” sözləri sintaktik suala cavab vermir.
Bu məqamda dil qaydaları – qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı
olmayan sözlər haqqında məlumat verilir. Ardınca 8-ci tapşırıq üzərində apa -
rılan iş qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər anlayışını
bir qədər də aydınlaşdırır. 
Yeni keçidi 9-cu tapşırıqla etmək nəzərdə tutulur. Mətndə göy rənglə
verilmiş cümlələr intonasiya ilə oxunur, müraciət bildirən söz və ya  söz birləş -
mələri tapılır, intonasiyaya diqqət yönəldilir, müraciət obyekti müəyyənləşdirilir.
Xitab haqqında nəzəri mə lumatla tanışlıqdan sonra 10-cu tapşırıq üzərində iş
gedir. Tapşırıq icra edi  lərkən xitabların cümlədəki yerinə görə durğu işarələrinin
işlənməsi, onların ifadə vasitələri, eləcə də cansız əşyalara aid olması barədə
ümumi ləş dirmə aparılır.
11-ci tapşırıq isə xitablarda durğu işarələrinin işlənmə qaydalarına dair
bacarıqların formalaşdırılmasına yönəldilir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
123
DƏYƏRLƏR


Dərs 27. BİR KÖMBƏ ÇÖRƏK (2 saat)
 
Motivasiya
Müəllim mətnin ilk abzasını oxuyur və sinfə suallarla müraciət edir:
– Hekayənin başlığı və oxunan hissə sizə sonrakı hadisələr barədə hansı
işarələri verdi?
– Sizcə, gördüyü çörək tələbənin yaddaşında hansı xatirələri oyatdı?
Oxu
Fəndaxili şaquli inteqrasiya 
(7-ci sinif. 2.2.1. Səs tonu, temp və fasiləni
gözləməklə mətni oxuyur.)
. Mətn həcmcə kiçik olduğu üçün əvvəlcə səsli oxu
üsulu ilə oxunur. Həyəcanlı məqamlarda uyğun səs tonundan istifadəyə
diqqət yetirmək lazımdır. 
(St. 2.2.3) 
Oxu prosesində mətndaxili suallar cavablandırılır, tapşırıqlar
yerinə yetirilir.
1-ci mətndaxili sual cavablandırılarkən müxtəlif fikirlər səslənə bilər. Tələ -
bənin bombardman zamanı sağ qalmasının xoşbəxtlik və ya bədbəxtlik ol -
duğunu bilmədiyini söyləməsi onun hələ də həmin hadisənin təsiri altında
olduğundan xəbər verir. Əlbəttə, sağ qalması xoşbəxtlikdir. Lakin bunu bəd -
bəxtlık də hesab etmək olar, çünki doğmalarını itirmiş, həyatda tək qal mışdır.
Onu gələcəkdə nə gözlədiyini, necə yaşayacağını bilmir. Faciə zamanı itir -
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqə lən -
dirir.
Öz dünyagörüşünə, fikir və düşün cə -
lərinə istinadən 
mətndəki fakt və ha -
disələri şərh edir
.
1.2.2. Əlavə materiallardan istifadə
etməklə nitqini zənginləşdirir.
Nitqində aforizm və atalar sözlərindən
istifadə edir.
2.2.1. Söz sırasını, cümlələr və ab -
zas lar arasında əlaqəni gözləməklə
mətni oxuyur.
Rəsmi sənədlə tanış olarkən mad dələr
arasındakı əlaqəni gözləməklə oxuyur.
1.2.1. Auditoriyanın səviyyəsinə uyğun
ifadə forması seçir.
Rəsmi üslubda yazılmış sənədi  audi-
toriya üçün anlaşıqlı dildə  izah edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
mövqeli fikirləri ümumiləşdirir.
Debat zamanı qarşı tərəfin fikirlərini
ümu miləşdirərək öz arqumentlərini irəli
sürür.
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab
və ara sözlərlə bağlı durğu işarə lə rin -
dən istifadə edir.
Ara sözlərlə bağlı durğu işarələrindən
istifadə edir.
124

BÖLMƏ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə