N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə36/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

3. Bellin bu cihaza “zəngin xəzinə” kimi baxması onun hansı xüsusiy yə -
tindən xəbər verirdi?
4. Reysin ixtirasından neçə il sonra “Bell Labs” firması yarandı?
5. Sizcə, Bakıda nə üçün ilk dəfə neft şirkəti telefon çəkdirdi? (fərziyyələr
müxtəlif ola bilər)
II hissə: “Telefonun ixtirası ilə bağlı II mülahizə”
1. Antonio Meuççinin telefonun əsl ixtiraçısı olduğunu üzə çıxardan hansı
hadisə oldu?
2. Qəbul edilmiş qərarla bağlı ABŞ Konqresinə münasibətinizi bildirin 
(2-ci mətndaxili sual).
Müəllimin nəzərinə!
Nəzərə almaq lazımdır ki, Aleksandr Bell şotland əsilli olsa da, ABŞ və -
təndaşı olmuşdur. Antonio Meuççi isə italyan olmuş, hətta ingilis dilində
yaxşı danışa bilməmişdir. Bununla belə, ABŞ Konqresi tarixi ədalət
naminə, gec də olsa, italyan ixtiraçısının hüquqlarını bərpa etmişdir.
Bu da ABŞ Konqresinin bu məsələdə obyektiv, ədalətli mövqe tut -
duğundan xəbər verir.
3. Necə oldu ki, Meuççi telefon yaratmaq fikrinə düşdü?
4. Mətndəki hansı faktlar  Meuççi haqında deyilən “kifayət qədər işgüzar
de yildi” fikrini təsdiqləyir?
5. Telefonun ixtirası haqqındakı versiyaların ümumi cəhəti nədir? (4-cü tap -
şırıq)
6. Mətndən çıxış edərək A.Bellə və “Vestern Yunion” şirkətinə münasibət
bildirin.
Şagirdlər suallara cavab tapdıqdan sonra işlərini təqdim edirlər. Bu zaman
ekspertlər qrupu hər iki qrupun çıxışını dinləyir, özlərində qeydlər aparır. Hər
qrupun təqdimatından sonra ekspert qrupu cavablara münasibət bildirir və
sinifdə müzakirə aparılır. 
Qeyd. Müəllimə tövsiyə edilir ki, müzakirə zamanı şagirdlərin fikrini yönəlt -
məsin, lakin redaktə xarakterli düzəlişlər aparsın. Müəllimin müzakirəni idarə
etməsi vacibdir.
Söz ehtiyatı
(St. 2.1.1)
Mətnlə iş zamanı paralel olaraq lüğət üzərində iş aparılır. Bəzi
sözlərin mə nasını şagirdlər kontekstdən çıxara bilməsələr, dərsliyin sonunda
verilmiş sözlükdən istifadə etməklə mə nasını izah edə bilərlər. 
Yazı
(St. 3.1.3)
Mətn üzərində iş bitəndən sonra 1-ci mətndaxili tapşırıq yerinə
yetirilir. Şagirdlər mətnin birinci hissəsini elə dəyişməlidirlər ki, Bakının telefon
tarixi ilə bağlı olan məlumat mətnin giriş hissəsi olsun. Təqribən belə bir mətn
alınmalıdır:
109
İXTİRALAR VƏ KƏŞFLƏR


“XIX əsrin 80-ci illərində Bakıda ilk telefon xətti çəkildi. Bu xətt neft
şirkətləri arasında rabitəni təmin edirdi. Bir il sonra “Nobel Qardaşları
Cəmiyyəti”nin idarəsi ilə sədrin evini birləşdirən 6 kilometrlik telefon
xətti istismara verildi. 
1883-cü ildə isə Bakının mərkəzində – indiki 28 May küçəsində 40
istifadəçisi olan mər kəzləşmiş kommutasiya sistemli şəbəkə – telefon
stansiyası yaradıldı. O vax ta qədər həmin küçənin adı Vokzalnaya idi,
çünki bu küçə Bakı vağzalına apa rırdı. Ondan ayrılan bir qol isə
Qaraşəhərdə (indiki Nobel prospekti) yer ləşən neft mədənlərinə gedib
çıxırdı. Telefon stansiyasından mədənlərə qədər telefon dirəkləri
basdırıldı, beləliklə, şəhərlə neft mədənləri arasında telefon rabitəsi
quruldu. Bundan sonra Vokzalnaya küçəsi Telefonnaya adlandırıldı.
Artıq Bakıda da telefon geniş şəkildə yayılmağa başladı. Lakin
Bakıda telefonun Filip Reys adlı riyaziyyat müəllimi  tərəfindən ixtira
olunduğunu, yəqin ki,  çox az adam bilirdi. Reys XIX əsrin ortalarında
Almaniyanın Frankfurt şəhə rin də yaşayırdı. Elmi yeniliklərlə ciddi ma -
raqlanan Reys əmin idi ki, səsi elektrik naqilləri vasitəsilə uzağa ötür -
mək mümkündür. Bu məqsədlə o, naqillə birləşdirilmiş mikrofon və
səsgücləndirici dinamikdən ibarət aparat yaratdı. 1860-cı ildə 26 yaşlı
gənc müəllim “telefon” adlandırdığı bu aparat vasitəsilə səsi 100 metr
mə safəyə ötürə bildi. Lakin Reysin ixtirası elmi ictimaiyyət tə rəfindən
skeptik qarşılandı. Mətbuatda bu barədə yarıistehzalı, yarıciddi ya zılar
dərc olundu. Jurnallardan biri hətta həmin aparatı “oyuncaq” adlan dır dı.
Lakin Filip Reys inadından dönmürdü. O, 15-20 ədəd “telefon” ha -
zır ladı və onlardan  bir neçəsini satmağa nail oldu. Həmin nü mu nə lər -
dən biri təsadüfən Aleksandr Qraham Bell adlı bir alimin əlinə düşdü.
Şotland əsilli amerikalı olan Bell həm də biznesmen idi. Reysin
aparatı ilə tanış olan kimi o başa düşdü ki, əlində zəngin bir xəzinə
var.  Bunun üçün sadəcə olaraq telefonu elmi aparatdan geniş is teh -
lakçı dairəsinin istifadə edə biləcəyi praktik aparata çevirmək lazımdır.
O, Reysin ix ti ra sından ya rarlanaraq uzaq məsafələrlə səs əlaqəsi üçün
yeni cihaz – əsl telefon ixtira etdi və 1876-cı ildə bu ixtiranı patent ləş -
dirdi. Bellin telefonun da danışmaq və qulaq asmaq üçün ayrı-ayrı
dəstəklər var idi. Yalnız sonralar bu iki funk siya bir dəstəkdə birləş di -
rildi. Ümumiyyətlə, telefon ixtira edildikdən sonra 20 il ərzində bu
aparatın təkmilləşdirilməsi üzrə 3000-dən çox ixtiraya patent verildi.
1879-cu ildə Bell məşhur “Vestern Yunion” şirkəti ilə birgə “Bell Labs”
firması yaratdı. Əsrin sonuna yaxın bu firma ABŞ-da 1,5 mln telefon apa -
ratı quraşdırmış və ölkənin ən zəngin şirkətlərindən birinə çevrilmişdi”
Qeyd. Təqdim edilmiş mətn nümunə xarakteri daşıyır. Şagirdlər mətni baş -
qa cür də yaza bilərlər. Əsas məqsəd mətni yazarkən giriş hissəsinin, hissələr
və abzaslar arasında keçid cümlələrinin düzgün yazılmasıdır. 
110
IV 
BÖLMƏ


Fəndaxili üfüqi inteqrasiya 
(St. 1.2.2, 3.1.4).
Şagirdlərə tapşırılır ki,
Meuççinin “Vestern Yunion”la olan məhkəmə iclasını təsvir edən ssenari
hazırlasınlar. Lakin bundan əvvəl onlar evdə müəlliflik hüququ və patent ləş -
dir mənin hüquqi bazası ilə bağlı araşdırma aparmalıdırlar. Bunun üçün yaxşı
olar ki, şagirdlər Azərbaycanın da qoşulmuş olduğu Müəlliflik Hüquqları üzrə
Bern Konvensiyası ilə tanış olsunlar. Növbəti saatda “Müəlliflik hüququ”
mövzusunda konfrans keçirilir. Bunun üçün bir neçə şagirdə bu mövzu ilə
bağlı məruzələr tapşırılır. Məruzələr aşağıdakı mövzularda ola bilər.
• “Müəlliflik hüququ nədir”
• “Müəlliflik hüququnun obyektləri”
• “Müəlliflik hüququ necə qorunur”
• “Müəlliflik hüququnu necə almaq və ya satmaq olar”
• “Əsərdən istifadə hüququ nə deməkdir” və s.
Məruzə və müzakirələrdən sonra rollu oyun vasitəsilə “Meuççi “Vestern
Yunion”a qarşı” adlı məhkəmə prosesi keçirilir. (Şagirdlər müəlliflik hüququ
ilə bağlı hüquqi baza ilə tanış olduqdan sonra məhkəmə prosesini daha
maraqlı və məzmunlu keçirə bilərlər.) Şagirdlər hakim, ittihamçı prokuror, itti-
ham edən (Meuççi), müttəhimlər (“Vestern Yunion”un nümayəndəsi və Alek-
sandr Bell), müttəhimin vəkili rollarında çıxış etmək üçün əvvəlcədən
hazırlaşmalıdırlar. 
Məhkəmə prosesi za manı dinləyənlər iki qrupa bölünür. Qrup lar məhkə -
mə nin gedişini proto kol laşdırırlar. Protokol yazılandan sonra qruplar arasında
dəyişdirilir. Bir qrup digər qrupun protokolunu yoxlayır, düzəlişlər aparır. Bu
zaman müəllim şagirdlərin fikrini protokolun yazılmasında əsas məqamlara
yönəltməlidir.
Dil qaydaları
(St. 4.1.4) 
Bölmənin sonuncu dərsi olduğundan dil qaydaları təkrar xarak-
teri daşıyır. Verilən tapşırıqlar bölmədə keçilmiş dil qaydalarının təkrarına həsr
olunmuş dur. Müəllim müxtəlif tapşırıqlar hazırlayıb verə bilər.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 24. Ümumiləşdirici təkrar (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə ba ca -
rıq ların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə
təqdim olunmuşdur. Sinfin səviyyəsinə uyğun olaraq müəllim başqa tapşırıqlar
da verə bilər. Yazı bacarıqlarının yoxlanılması üçün aşağıdakı mövzuda esse
yazdırmaq tövsiyə olunur: “Əgər yeni məhsul icad etmək lazım olsa, sən
hansı sahəni seçərdin? Nə üçün belə düşündüyünü əsaslandır”.
111
İXTİRALAR VƏ KƏŞFLƏR


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə